Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

 
310 
SƏNƏ  QURBAN 
 
Deyirsən yanında qalacağam mən
Çox gözəl fikirdir, qal sənə qurban. 
Nə zaman istəsən əziz canımı 
Qumral gözlərinlə al, sənə qurban. 
 
Gəlmiş hüzuruna bir qara dağlı, 
Bir qara qulundur, qolları bağlı, 
Gəl çəkmə könlümə sən hicran dağı, 
Gümüş topuğunda xal, sənə qurban. 
 
 
 
 
SEVİRƏM 
 
Sevirəm 
bnövşə tək 
boynun bükərək 
o məhzun duruşlarını. 
Sevirəm 
mənimlə göz-gözə gələndə, 
şimşək baxışların vuruşlarını. 
Sevirəm  
kirpik çala-çala 
məni süzərək 
bir mahir ovçudan qorxmuş, ürkərək 
o ceyran ədalı baxışlarını.  
 
 
 
311
KİMİDİR 
 
Sevgilim əyninə yaşıl geyinmiş
Sallanışı sərvi-çəmənkimidir. 
Bu bənzətmə bir az üzdən olsa da, 
Tamaşa görkəmi səmən kimidir. 
 
Nə arzu eyləsən, könlümdə vardır, 
Eşqimin səhəri bir ilk bahardır. 
Ona könül verən nə bəxtiyardır, 
Fikrim-hissim təzə gülşən kimidir. 
 
Müşfiqin ürəyi yarpaqdan incə, 
Titrəyir bir xəfif ruzgar əsincə, 
Məşuqun ayağı haraya dəysə, 
Orası aşiqə vətən kimidir. 
 
 
İŞİDİR 
 
Xeyir, hörüklərin deyildir ilan, 
O əski şairlər söyləmiş yalan, 
Məni xəyal kimi ayağa salan, 
O coşqun dalğalı işidir. 
 
Bunu yaxşı bilir tanış yolçular, 
Nə sən günahkarsan, nə mən günahkar. 
Bu ovçu könlümə verməyə qərar
O zərif qamətin, belin işidir. 
 
Müşfiqəm, sözümdə tapılmaz yalan, 
Gözündür könlümü odlara salan, 
Qəlbimi ovlayıb, canımı alan, 
O bülbül nəğməli dilin işidir. 


 
312 
 
 
QURBAN 
 
Bu qədər başvermə, səməndər, yaza, 
Düşərsən ayağa, başına qurban. 
Yazığam, ömrümü vermə güdaza, 
Qəmzəli gözünə, qaşına qurban! 
 
Bir qara buludam uca göylərdə, 
Bu qara baxtımla bizim ellərdə 
Sən neçin ağlarsan mən duran yerdə, 
Nərgiz gözlərinin yaşına qurban? 
 
Sinən billur kimi, altında daş var, 
Bilməzsən könlümdə nə iğtişaş var, 
Nə qədər ki, mənim gözümdə yaş var, 
Olsun ürəyinin daşına qurban! 
 
 
DÜŞDÜ 
 
Çiçəklər aşiqi bir bülbül kimi, 
Gözüm bir bağbanın gülünə düşdü. 
Qəhrini çəkdiyim gülün surəti 
Sakit xəyalımın gölünə düşdü. 
 
Orda-burda keçdi gənclik həyatım, 
Hər yerdən kəsildi rəhi-nicatım, 
Gör nə bədbaxtam ki, axırda adım 
Hər körpə uşağın dilinə düşdü. 
 
Onunçün çırpındı qolum-qanadım, 
Onu yerdə deyil, göydə aradım. 
 
313
Gəncliyim, şərəfim, müqəddəratım 
Bir ürkək ceyranın əlinə düşdü. 
SÖYLƏ 
 
Günlərim axışır bir uyqu kimi, 
Dərədən dərəyə axan su kimi, 
Dilbərim hərcayi bir ahu kimi 
Hicran dağlarını aşarmı, söylə? 
 
Sənsiz nə zövqü var bağın-baharın? 
Açan çiçəklərin, uçan quşların? 
Sənsiz cənnət olsa kainat yarın, 
Heç mənim quhumu oxşarmı söylə? 
 
Səninlə bağlayıb mən əhdi-peyman, 
Dedim qismətimiz olmasın hicran. 
Müşfiq quş olsa da, görəsən bir an 
Səndən uzaqlara uçarmı, söylə? 
 
 
MÜXTƏLİF  İLLƏRİN  ŞERLƏRİ 
 
BULUD  QARŞISINDA 
 
Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?! 
Nədir ildırımında bu gurultu, bu çaxınc?! 
Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc. 
                   Yetər, çaxma, ey bulut! 
                    Mənə bir qədər sükut! 
 
Həyəcan az deyildir onsuz da içərimdə, 
Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə
Səndən umacağım yox, dolaşıb üzərimdə 
                   Yetər, çaxma, ey bulut! 


 
314 
                   Mənə bir qədər sükut! 
 
Düşün, uzun qissədir bu gəncliyin qissəsi, 
İstəməm gurultunu, mənim səsim mis səsi, 
Nə bir qüvvət qayğısı, nə bir həyat qüssəsi. 
                   Yetər, çaxma, ey bulut! 
                   Mənə bir qədər sükut! 
 
Dolaşma baş ucumda bir qara qüvvət kimi, 
Aydın yoluma çıxma bir dərin zülmət kimi
Güclüyəm, dəhşətliyəm mən əbədiyyət kimi. 
                   Yetər, çaxma, ey bulut! 
                   Mənə bir qədər sükut! 
 
 
 
 
 
QAFQAZ 
 
Şərqdə bir çox fırtınalı boralar əsmiş, 
Qoparmışlar keçdikləri yolda tozanaq. 
Hər bora bir gic ürəkdən qopan həvəsmiş, 
Bunlar üçün Qafqaz dəxi yapılmış oylaq. 
 
Bu uğursuz boraları əsdirənləri 
Ehtirasla qucaqlarkən mərmər sinələr, 
Ac torpaqla yutmuş susuz can verənləri 
O canavar ağızları qorxunc sənələr. 
 
Gözəl Qafqaz o günləri artıq unutmuş, 
Başqa səs var zurnasında, balabanında. 
O üzünü indi başqa bir üfqə tutmuş, 
Başqa quşlar dəm çəkiyor sayəbanında. 
 
315
 
Azad Qafqaz xalqlarıyız biz, indi olmuş 
Hər nitqimiz bir nəşəli şerə bərabər. 
Araratdan əski qalın çənlər qovulmuş
Gürcüstana «Zahes» nurdan çiçəklər sərpər. 
 
Azərbaycan uğuldayan buruqlarilə 
Ətrafına bir div kimi nərələr saçar. 
Əməkçilər qüvvətilə, ixtiyarilə 
İctimai cəmiyyətə hər gün yol açar. 
 
Dinlə, Tiflis, keçmişini eyləyincə hiss 
Gəmiriyor içərimi yırtıcı dişlər. 
Tiflis, Tiflis, ey çiçəklər bəldəsi Tiflis, 
Dilə gəlməz o səndəki ilərləyişlər. 
 
Gürcü qızı, bir ruzgarın xülqi var səndə, 
Küləklərin rəftarından doğdunmu  nədir?! 
Qaşlarının budaqları kölgəliyində 
Könlüm kimi göyərçinlər nədən titrəyir? 
 
Burax günəş, indi balıq şüalarilə 
Damla-damla əriyərək batsın sularda. 
Biz məhəbbət günəşinin parçalarilə 
İsinəriz bu qafqazda, bu şux diyarda. 
 
Burax bizim qarşıiızda diz çöksün, burax, 
O başı dik, başı müzlüm dumanlı dağlar! 
Qaynar-qaynar gözlərindən yaş töksün, burax, 
Hər ruzgara köküs gərən amanlı dağlar! 
 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə