Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   46   47   48   49   50   51   52   53   54

 
358 
1933 
 
DAĞLAR FACİƏSİ 
 
Başlanğıc 
 
Nə zaman xəyalım çovusa kəndə, 
Bir keçmiş xatirə oyadır məndə. 
Salıram yadıma qarlı dağları, 
Yol kəsən, ev yıxan qolçomaqları. 
Gəlir xatirimə gözəl Gülpəri
Ansızın könlümün dolur gözləri. 
 

 
Ay göy dalğaları içərisindən 
Zərli yelkənini açıb, süzürkən, 
Bir qızıl tufanı altında Kür də 
Daşqınsız, dalğasız axır böyürdə. 
Kür qırağındakı Daşbulaq kəndi 
Göylərin altında bu gecə şəndi. 
Ruha gülümsəyən aydın bir gecə, 
Göydəki buludlar ipəkdən incə. 
Hansı kömə-kömə sərxoş, uyqulu, 
Səndələyib keçir uzaq bir yolu. 
Üfüqdən-üfüqə baxır ulduzlar, 
Süzülür, üzülür, axır ulduzlar. 
Onlar darmadağın, onlar hərcayı, 
Onların altında axır Kür çayı. 
Bütün hay-küyünü atmış Daşbulaq, 
Səssiz yatağında yatmış Daşbulaq. 
Xəfif yelpik kimi başsız bir külək 
Əsir dağı-daşı sərinlədərək. 
Bir kənd ki, son zaman ilərləməkdə, 
 
359
Yeni nəğmələri əzbərləməkdə, 
Onu cənnət kimi görmə kənardan, 
Keçən küləklərdən, axan sulardan, 
İndi-indi alır həyat xəbəri. 
Daşbulaq kəndinin yoxsul elləri 
Hamı başdan-başa girmiş kolxoza, 
Səyini, gücünü vermiş kolxoza. 
Bütün köhnəliyi yıxırlar indi, 
Elliklə ağ günə çıxırlar indi. 
 
Verərək qol-qola Eldar, Gülpəri, 
Ər-arvad gəzirlər yeşillikləri. 
Gecə, ipək kimi xəfif bir gecə, 
Sərin ruhlar kimi lətif bir gecə. 
Bu gecə nə qədər Kür də gözəldir, 
Sanki bir gözlərdən axan əməldir. 
Göylərin bədii ziyafətləri 
Önündə xəyala dalmış Gülpəri. 
Çıxıb arxadakı yaşıl hündürə, 
Baxır ömrü kimi parlayan Kürə. 
Kürdə ulduzların, ayın rəqsi var, 
Köksünü ötürüb dillənir Eldar: 
-
 
Yazıq, bu şənliyin, bu gözəlliyin 
Ardında gizlənir bir inadlı kin 
Bu kin bir düşmənə bəslənir kimi
Həmişə qəlbimdə səslənir kimi. 
Azmı bu çay çıxmış öz əməlindən? 
Azmı haray çəkmiş ellər əlindən? 
Yıxdığı aynabənd otaqlar azmı? 
Vurub dağıtdığı tifaqlar azmı? 
Selində boğduğu sonalar azmı? 
Ağlar buraxdığı analar azmı? 
Bu nəhəng yolundan azan nəhəngdir, 
Parlıq eyşimizi pozan nəhəngdir. 


 
360 
Böylə qalmamalı bu köhnə qəddar! 
Eh! Qabaqda hələ çox işimiz var… 
-
 
Eldar, darıxdınmı? – deyə Gülpəri 
Süzür önündəki gözəllikləri. 
İçindən axarkən dadlı nəğmələr, 
Ayağını döyüb sanki rəqs edər. 
 
«Ellər, gəlin iş görəlim, 
Siz bir yandan, biz bir yandan. 
Ömrümüzü xoş sürəlim, 
Siz bir yandan, biz bir yandan. 
 
Məhəbbətlə sarışalım, 
Ayla, günlə yarışalım, 
Ulduzlara qarışalım 
Siz bir yandan, biz bir yandan». 
 
Oxuyur Gülpəri öz ürəyində, 
Uçurur könlünü söz ürəyində. 
Neçin sormadınız, kimdir Gülpəri? 
Bütün qəlbimizin istədikləri 
Onun varlığında canlanıb durur, 
Olduqca gözəldir, olduqca məğrur… 
-
 
Bax, Eldar, yaxşı bax! – deyə Gülpər 
Qabarır hissləri, düşüncələri: 
-
 
Kim demiş dünüada hər şey masaldır, 
Bir yalan uyqudur, bir boş xəyaldır? 
Qarşımda bəzəkli bir kainat var, 
Gözəl təbiət var, iş var, həyat var! 
Həyatın əslini mənə qandıran, 
Könlümü, gözümü işıqlandıran 
İşimdir, gücümdür, ehtirasımdır; 
Bunlar tükəndimi – mənim yasımdır. 
Sevirəm axdıqca alnımın təri, 
 
361
İnsana dad verən gözəllikləri. 
 
 


 
362 
II 
 
Dumanlar içində bir dəstə vardır, 
Bunlar bildiyimiz qolçomaqlardır. 
İndi bir dərədə onlar oturmuş, 
Dəmir zəncir kimi bir halqa vurmuş; 
Ürəkdən qovrulub inləyir onlar, 
Diqqətlə birini dinləyir onlar. 
Çatılmış qaşları, sərt nəzərləri 
Andırır sulara təşnə xəncəri. 
Qəlbləri daşıyır zəhərli bir kin, 
Olduqca dəhşətli, olduqca kəskin. 
Az dəyir nəzərə içlərində gənc, 
Çoxu kaftar kimi yöndəmsiz, iyrənc. 
Bəzi çubuq, bəzi papiros çəkir, 
Hamının başında ağır bir fikir. 
Yenə də burnunu sallamış Həsən, 
Vəhmə basar səni üzünü görsən. 
Onun macərası uzun hekayət, 
Yenə zamanadan edir şikayət: 
-
 
O zaman yaşayış belə deyildi, 
Əcəb dünyamızın beli əyildi! 
İndi tikan kimi girmişik gözə. 
Qolçomaq!.. Mən ölüm, sözə bax, sözə?! 
Millət getdi əldən, din getdi əldən, 
Hər gələn dəm vurur beynəlmiləldən. 
İndi də kolxoz hər kəs əl çalır, 
Çatan kəndimizə yeni dəb salır… 
Həsənin sözünü kəsərək Arşak, 
Deyir: - Uşaqsınız hələ siz, uşaq. 
Dəmirdən olsa da bizim qolumuz, 
Heçliyə çıxacaq yenə yolumuz. 
Bizim adamların hamsı dəlidir, 
Ağac öz içindən çürüməlidir! 
 
363
 


 
364 
Dünən bir-birinə baxıb qurd kimi, 
Toqquşaraq iki zidd bulud kimi. 
Gözləri şimşəkli, dişləri qanlı, 
Dönük düşüncəli, sönük vicdanlı 
Bu el qatilləri fikirləşirlər; 
Gör yaman ayaqda nə birləşirlər! 
Bu gün yurd salmışlar dağlar başında 
Dağların sıldırım, yalçın qaşında. 
Axşamdı, üfüqdə günəş batırdı, 
Xəstə bir gözəli xatırladırdı. 
Yumulurdu bulud göz qapaqları, 
Üzülürdü onun həyat bağları, 
Almaz kirpiyinin rəngi dönürdü, 
Qüruba meyl edən günəş sönürdü. 
Günəş də onların söhbətlərindən. 
Can sıxan, uzanan qeybətlərindən 
Bu axşam çirginib üz döndərirdi, 
Qaranlıq ətrafa qanad gərirdi. 
 
Budur, qaçaqların rəhbəri gəldi, 
Həsənin önündə durub çöməldi. 
Saqqalı uzanmış, saçı ağarmış, 
Yuxusuz gözləri yaman qızarmış. 
Yapıncıaltında yırtıq əbası. 
Budur Daşbulağın köhnə mollası. 
-
 
Sən də kişisənmi? 
-
 
Bu necə sözdür? 
-
 
Bu söz, anlayana, çox incə sözdür. 
Qaçaqlar mollaya diqqətlə baxdı, 
Hamının üzündən bir heyrət axdı. 
-
 
Səninləyəm, Həsən, cavab tapsana! 
Hayıf başındakı papaqdan sana! 
Arvadın Eldara getmişdir ərə
Əgər səbirlisən döz bu dərdlərə. 
 
365
Canım, bir gəlsənə qeyrətə sən də, 
Bu da kağız, oxu! 
 Coşub Həsən də: 
-
 
İstəməz, istəməz, inandım sənə, 
Bu dərd bu dağlardan ağırdır mənə, - 
Deyərək, qəzəblə ayağa qalxdı, 
Tutqun baxışlarla ətrafa baxdı. 
Həsənin ürəyi durmuş kimiydi, 
Onu bir ildırım vurmuş kimiydi. 
-
 
Dostlar! Məsələdən halı oldunuz, 
İndi mən canavar, indi mən quduz. 
Mənə xəyanətmi? Yaxşı, arvadım… 
Yaxşı, yaxşı, qızım… hardadır atım? 
Nə tez unutdunuz atdınız məni. 
Hankı qul oğluna satdınız məni? 
Mənimlə kim gedər? 
 - Biri mən özüm, 
Əli qılıncından itidir sözüm! – 
Deyə, Molla Səfər döşünə döydü, 
Həsənin önündə özünü öydü. 
 
 
III 
 
Alıb yerdən qarı sovurur külək, 
Dağları, daşları qovurur külək. 
Hər tərəfbir bəyaz zülmət içində, 
İnləyir kainat dəhşət içində. 
Dağların başında bir dəstə atlı 
Aşır gədiklərdən çox ehtiyatlı. 
Çaşdırır onları tufan, qasırğa, 
Vurur üzlərinə qar dalğa-dalğa. 
Hansı Daşbulağın köhnə sakini, 
Havada sovrulur onların kini. 


 
366 
Dərələr adlayır, təpələr aşır. 
Dəstə ilərləyir, kənd yaxınlaşır 
Həsən fikirləşir atın belində, 
Başı bir bulanıq xəyal gölündə. 
Arvadı Gülpəri keçir gözündən: 
«Gülpəri, Gülpəri, sən kimdin əvvəl? 
Adına layiqmi yapdığın əməl? 
Bir naxırçı qızı olduğun halda, 
Xanım çağırıldın bütün mahalda. 
Atan verməyirdi, sən gəlməyirdin, 
«Bədbəxt etmə məni, Həsən, deyirdin…» 
 
Mən də xatırladım keçən günləri, 
Bir on dörd yaşında qızdı Gülpəri. 
Aprel günlərindən bircə il əvvəl 
Çıxdı qarşısına böylə bir əngəl: 
Gülpəri- naxırçı Heydərin qızı… 
Bir axşam Həsənin sulandı ağzı. 
Sabahı pul basıb molla Səfərə, 
Gözəl Gülpərini verdilər ərə. 
Ərə vermədilər, satdılar onu, 
Yaxıb sevgi odu zərif ruhunu. 
Bu ellər gözəli gənclik çağında 
Gəzib məlul-məlul Kür qırağında, 
Aradı, axtardı daim Eldarı. 
Qəlbində eşqinin ildırımları 
Çaxdıqca dolardı ala gözləri, 
Dilinin ucunda ürək sözləri. 
Fəqət kimə açsın, kimə söyləsin? 
Qorxur ki, xalq ona nifrət eyləsin. 
 
Aprel günlərindən bir qədər keçmiş, 
Həsən, Molla Səfər gördülər ki, iş 
Deyişib, vəziyyət başqa haldadır, 
 
367
«Əcəl qılıncları çalhaçaldadır», 
Gəlir yedikləri burunlarından, 
Kənd çıxmış onların ixtiyarından. 
Döyüş, mübarizə indi açıqdı. 
Hətta Gülpəri də Həsəndən çıxdı. 
Onun sirlərini verdi Eldara, 
Ağır zərbə vurdu qolçomaqlara. 
Nəhayət, irişib arzularına, 
Gülpəri qovuşdu öz Eldarına. 
Yarışa çağırır indi elləri 
İclasda Gülpəri, işdə Gülpəri. 
Yaxşı savadlıdır, iş bacarandır, 
Hər görən deyir ki, çox mehribandır. 
 
IV 
 
Dağların başında bir atlı dəstə,  
Hamının papağı gözünün üstə. 
Hamının çiynində qara yapıncı, 
Hamının içində bir köhnə sancı: 
Ələ düşməyəcək dövlət sancısı, 
Ağalıq sancısı, şöhrət sancısı. 
Uğuldayır külək, tüstülənir qar, 
Qarlı gədiklərdə büdrəyir atlar. 
Onlar gözlərilə ətrafı güdür, 
Gecəni onların xofu ürküdür. 
Atlar oğrun-oğrun addım atırlar, 
Onlar Daşbulağa budur, çatırlar. 
Onlar öncə Kürü keçməlidirlər
Sonra quduz kimi içməlidirlər. 
Göyərçin qəlblərin təmiz qanını. 
Onlar kəsdirdilər Kürün yanını. 
Yanıb gözlərində bir kin qururu, 
Atları sürdülər düz Kürə doğru. 


 
368 
 
Budur, Daşbulağın əkin yerləri, 
Fəqət kolxozçudan alınmaz geri. 
Baxıb, əbəs yerə ah çəkmə, molla! 
Pozu yox yazılan bu hökmə, molla! 
Artıq bu şum yeri səninçin deyil, 
İnan, başındakı fikir çin deyil. 
Artıq istixarə vaxtı deyil, eh!.. 
Yoxsa əlindəmi o şəvə təsbəh?! 
Bilirəm, sən nədən ilham alırsan, 
Xoş keçən günləri yada salırsan. 
Kirimiş hicazla verdiyin azan, 
Ocaq üzərində buğlanan qazan 
Bir də xəyalında buğlanacaqdır, 
Bir axşam qolların bağlanacaqdır! 
 
V  
 
Kənddə bir umulmaz qarğaşalıq var; 
-
 
Hardadır, deyiniz, firqəçi Eldar? 
Hanı müəllimlər, veriniz! – deyə 
Hər yerdən söykənir tüfəng sinəyə. 
Mehriban bacımız Gülpəri əsir, 
Dustaqda qorxudan titrəyir, əsir. 
Bir qəmli səs gəlir uzaqdan yenə, 
Bənzəyir mollanın sürgün səsinə. 
 
M ü ə l l i m 
 
Eşit, molla Səfər – o xətibi-din 
Bağırır üstündən köhnə məscidin. 
 
M ü ə l l i m ə 
 
 
369
Yalnız xətib deyil, bir əsgərdir o, 
Sinif qovğasına səfərbərdir o. 
Çox keçməz də susar! 
 
M ü ə l l i m 
 
 O susunca, biz 
Hamımız torpağa kömüləcəyiz. 
 
 M ü ə l l i m ə 
 
Hər halda qayəmiz yaşar, kömülməz, 
Dünyanı sarsıdan fikrimiz ölməz! 
 
 M ü ə l l i m 
 
Ay qız, məgər səndə qorxu yoxmudur? 
 
 M ü ə l l i m ə 
 
Tarixin amansız qanunu budur: 
Əvəi, döyündükcə təzad ürəklər, 
Öldürməsən, səni öldürəcəklər! 
 
(Bir kəndli qaçaraq gəlir). 
 
M ü ə l l i m 
 
Nə var? 
 
 K ə n d l i 
 
 Nə olacaq? Bu qolçomaqlar 
Bir qəzəb girdabı halında çağlar. 


 
370 
Deyirlər yerini tapın, göstərin 
Komsomolçuların, firqəçilərin. 
Hətta buraxmışlar bir belə şüar: 
Bitərəf öləcək, ya biz, ya onlar. 
 
(Bu sırada, Molla Səfər, Arşak və başqaları 
məktəbə daxil olurlar). 
 
 
371
 M o l l a  S ə f ə r 
 
Keyfiniz necədir? 
 
 M ü ə l l i m 
 
 Biz müəllimiz, 
Bizi el tanıyır nəçiyiz, kimiz! 
 
 M ü ə l l i m ə 
 (Yoldaşını itələyərək
 
Çəkil bir tərəfə, ağciyər, qorxaq! 
 
 (Yzünü qolçomaqlara tutaraq
 
 Nə var, nə dersiniz? 
 
 H ə s ə n 
 
 Ay gədə, Arşak! 
Bağla bu yolsuzun qolunu, bağla! 
(Müəllimə hirsindən ağlayır). 
Ağla, çatlayınca, doyunca ağla! 
 
 M o l l a S ə f ə r 
 (Müəllimləri süzərək
 
Saqqalınız təmiz, bığınız qırxıq, 
Lakin bir kirşanı çatmayır, yazıq!.. 
Latın dilindəmi dərs deyirsiniz? 
 
 M ü ə l l i m 
 


 
372 
Nə istəyirsiniz? 
 Sözünüz nədir? 
Bu nə vəhşilikdir, bu nə fitnədir? 
 
 M o l l a S ə f ə r 
 
Bütün müəllimlər güllələnməli, 
Xudanın qəzəbi yerə enməli! 
Damlayın bunları, bu dinsizləri! 
Gərək öz əlimlə kəsəm sizləri! 
 
Kəndi talan edib, qaçır qaçaqlar, 
Gizlədir onları qoynunda dağlar. 
Alnında zəlzələ, başında şimşək 
Həsən Gülpəriniəsir edərək, 
Ayrıca süzürdü dağlara sarı. 
 
Arayın, axtarın, tapın Eldarı 
Söyləyin: hardasan, hardasan, Eldar?! 
Mehriban yarını qaçırtdı əğyar. 
Yerdəsən, göydəsən, hardasan, harda? 
Od tutduq sonanı görüncə sarda. 
Əcəb, həddimidir qolçomaqların, 
Kəsilsin hakimi bizim dağların? 
 
-
 
Gəlin, dostlar, gəlin! – deyə Daşbulaq 
Qaynayır, köpürür. – Beş-on qolçomaq 
Nə cürət, bizlərdən intiqam alsın, 
Gözəl Gülpəridən Həsən kam alsın?! 
Bu dərddən insanın ürəyi çatlar. 
-
 
Gedəlim, gedəlim! – səyirdi atlar. 
Dəmir nallarilə çapar atların, 
Bu ceyran atların, ruzgar atların 
Xıncım-xıncım olur çaqıl daşları, 
 
373
Bir qığılcım olur çaqıl daşları. 


 
374 
 VI  
 
Quzğun tutar kimi zərif bir quşu, 
Gözəl Gülpərini – bu əsir quşu 
Qışqıra-qışqıra Həsən söylədir, 
-
 
Arvadsan, bilirəm, vəfan böylədir. 
Söylə son sözünü, ölümün yaxın. 
Dilin dolaşmasın qorxudan saqın! 
Burda qalırsanmı? 
 
G ü l p ə r i 
 
Dedim bir kərə, 
Xəyalın getməsin keçən günlərə. 
Düşün: kirpiyimlə tikan çıxarmaq, 
Yalçın qayaları əlimlə qırmaq, 
Dişləyib, çeynəyib qara daşları, 
Marçamarç dişindən öpmək şahmarı, 
Əqrəb quyruğuyla zarafat etmək, 
Tikanlar üstündə yuxuya getmək, 
Bir qurd yavrusunu qoynuma almaq, 
Qapqara ağzına döşümü salmaq, 
Çolaq, ayaqyalın, yorğun bir halda, 
Durmadan yürümək bir daşlı yolda, 
Dözərək hər dərdə, hər işgəncəyə, 
Şirlərlə gələrək pəncə-pəncəyə, 
Naqqa balıqların ağzına dalmaq, 
Qoca bir timsahı qucağa almaq 
Səninlə olmaqdan mənə dadlıdır. 
Onlar səndən daha ehtiyatlıdır. 
Mən keçən Gülpəri deyiləm daha, 
İçimdə mənliyim qalxaraq şaha, 
Kəhər bir at kimi kişeəyib durur, 
İntiqam hissiylə ürəyin vurur. 
 
375
Hazıram ölməyə, hökmünü bildir! 
 
 H ə s ə n 
 
Bu təhqir çəkilən təhqir deyildir! 
 
 G ü l p ə r i 
 
Sən nəsən, nəçisən? Bir quldurbaşı! 
Hankı qadın sevər zalım yoldaşı? 
Sən bahar ömrümü vurduntorpağa
Döndərdin havada məni yarpağa. 
Ürəyimdə qaldı sözüm, həsrətim, 
Qaldı tapdağında ilk məhəbbətim. 
Sən mənim uğrumda düşmədin qaçaq, 
Səni bu dağlara çıxaran ancaq 
Dövlət intiqamı, mal ehtirası! 
 
Bu gün dağlarda bir faciə vardır, 
 Səhnə qayalardır, uçurumlardır. 
Qoyulan əsərin budur qayəsi: 
Ortada hıçqıran bir qadın səsi. 
Yalandan söz deyib onun adına. 
Qaçaqlar tüpürür haman qadına. 
Səbəbi yenilik, səbəbi kolxoz. 
Zavallı əsirin əndamı bomboz; 
Əlləri, qollları büsbütün yara; 
Bir özünə baxır, bir qaçaqlara. 
O bilir ki, onu öldürəcəklər; 
Qəlbində doğruldu bir kin, bir kədər. 
Birdən fürsət tapıb qaşını çatdı, 
Hirsindən özünü dərəyə atdı. 
 
VII 


 
376 
 
İştə, güllə səsi, pulemyot səsi; 
Həsənin yerindən qopur öfkəsi. 
Alınmış qaçaqlar birdən dövrəyə, 
Qırılıb tökülür bir-bir dərəyə. 
Budur, Molla Səfər yerə yıxıldı, 
Birinin gözünə güllə sıxıldı. 
-
 
Gəlin, gəlin! – deyə bağırır Eldar, 
Səsinə səs verir dumanlı dağlar. 
Budur, yaralandı bizdən də biri, 
Fəqət çağırmadı kimsəni geri. 
Artıq nə gurultu, nə patıltı var, 
Nə də bu dağlarda o qolçomaqlar. 
Hətta keçmiş ələ duyğusuz Həsən, 
İyrənərsən onun üzünü görsən. 
 
E l d a r 
 
Gülpəri hardadır? 
 
 H ə s ə n 
 
 Nə çətin sual! 
Sual vaxtı deyil, qisasını al! 
Bundan üç gün qabaq mehriban yarın 
Atıldı qoynuna uçurumların. 
 
 E l d a r 
 
Alçaq! 
 
Hər kəs bilir alçaqdır onlar, 
Qaçaqlıq şənindən uzaqdır onlar. 
Elə könül verən, elə can verən, 
 
377
Azadlıq yolunda imtahan verən 
Kərəmlər, Nəbilər böylə deyildi; 
Onlar tək başına böyük bir eldi. 
Onlar uymadılar şana, şöhrətə, 
Zərbə endirdilər zülmə, zülmətə. 
Gülpəri qışqırıb ağlayan zaman, 
Kim bilir onların torpaqlarından 
Necə göz yaşları axıb çağlamış, 
Çürük gəmikləri necə ağlamış! 
 
 VIII 
 
Yenə hər tərəfdə bahar şənliyi, 
Quşlar vətən qılmış göy çəmənliyi. 
Yenə şırıltıyla axır Kür çayı. 
Bəzən də qorxudur eli, obayı. 
Yoxdur Daşbulaqda bir qolçomaq da, 
İnsanlar çalışır tarlada, bağda. 
 
Planları böyük, işləri çoxdur, 
Yazıq, içlərində Gülpəri yoxdur. 
Bəzən Eldarı da düşündürən bu, 
Qəlbindən çıxmayır bu acı duyğu! 
 
Gülpəri, Gülpəri, keçdi o çağlar! 
Söndü bu dağlarda düşmən ocaqlar 
Çürük ağacların kəsildi kökü, 
Dəyişdi dağların motalı, kürkü. 
 
İndi sənin bacın həmən o dikdə, 
Həmən o dəhşətli mənzərəlikdə 
Dərs deyir kolxozun cavanlarına. 
Bu yeni dünyanın insanlarına 
Baxıram, baxıram, yazıram mən də; 


 
378 
Onlarla hər işdə hazıram mən də!  
 
 
  
 
379
 KİTABIN İÇİNDƏKİLƏR 
 
Müşfiq ənənəsi yaşayır  
 1926 
 
Ölkəm  
 1927 
 
Ana  
Sevgilər  
Düdük sədaları 
 
Xalı 
 
And  
Üsyana başla  
Düşüncə 
 
Həsrətli qarı 
 
Dilənçi  
 1928 
 
Torpaq və traktor 
 
Tozanaq  
Gülüşlər  
Bir lövhə 
 
Qızıl əskər  
Əyyaş 
 
Qonaq  
Nigaq  
Bulaq başında  
Gülnaz  
Radio  
Pedtexnikum  
Dağlar  
 
Mədəni hücum 
 
Bir görünüş 
 
 1929 
 
Küləklər  
Ay qız  


 
380 
Telefon söhbəti  
Teleqraf telləri  
Çarxlarım  
Yadıma düşdü  
Qoşma  
Gəzdiyin yerlər  
Eşqim  
Gecə düşüncəsi  
Daş qartal 
 
Yeni gənc  
Vapor və fırtına  
Rənanın ölümü 
 
Poçt qutusu 
 
Hörmətli qəzetimiz  
Göy göl 
 
Böyük işlər  
Ey gənc yolçu 
 
 1929-1930 
 
Əllər  
And olsun 
 
Buludlar  
Qoşma  
 1930 
 
Bayram axşamı 
 
Qafqaz  
Sevinc  
Axın  
Heykəl qarşısında  
Avral  
Ağ dənizdə fırtına  
Yaqış 
 
Çadralı qızlarımıza  
Qurultay  
Həyacan  
 
381
Gənc şairin xitabı 
 
Bizim otaqda 
 
 1931 
 
Bəyaz çöllər  
Zəfər səsləri  
 1932 
 
Yeni il 
 
İliç buxtası 
 
Üçdən birə 
 
Neft  
Baba yurdu 
 
Fantan  
 1932-1933 
 
Tar  
 1933 
 
Sürət bayramı 
 
Toplanışa  
At  
Bu günün marşı 
 
 1935 
 
Həyat sevgisi 
 
Əbədiyyət nəğməsi  
Şairin ölümü 
 
Mingəçevir həsrəti  
Bəxtiyar  
Əmək  
Şair və vətəndaş 
 
Buzlu yollar 
 
Qadın  
Güzgü qayıtdı 
 
 1936 
 
Şərim  
Üç sağlıq  
Könlümün dedikləri  


 
382 
Tərtərhes nəğmələri  
Sənətkar  
Sosializm yolçusu 
 
Torpaq  
Ustamıza  
N.Ostrovski  
Yalnız ağac  
Gözəllik  
Axşamüstü  
Nə deməkdir?  
Oxu  
Sənin gözlərin  
Bir də baxsan mənə 
 
Sənin gülüşlərin  
Ulduzlar  
Mənim eşqim  
 1936-1937 
 
Mənim beşilliyim  
Rəqs  
Yağış yağarkən  
Dəvət  
Şirin qız  
Bir günəş, bir baxış 
 
Sabir üçün 
 
 1937 
 
Yenə o bağ olaydı 
 
Çağlayan  
Yeddi aşıq  
Duyğu yarpaqları 
 
Təzə ev 
 
Şən teyflər  
 Hafizələrdə gələn şerlər  
Küsmərəm  
Yaşa könül 
 
 
383
Qurban olduğum  
Maral  
Məhəbbət  
Ürək  
Ona  
Bəxtiyar oda 
 
Səninçün  
Sənə qurban 
 
Sevirəm  
Kimidir  
İşidir  
Qurban  
Düşdü  
Söylə 
 
Müxtəlif illərin şerləri  
Bulud qarşısında  
Qafqaz  
Sən və mən  
 Poemalar 
 
 1933 
 
Çoban  
Dağlar faciəsi  
  
 
 
 
 
 
 
 
 
 
 
 


 
384 
 
 
 
 
 
  
  
 
 
 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə