Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

 
296 
 
Bir əlimdə qədəh, birində quran
Nə halal insanam, nə haram insan. 
İstər bütxanası, istər kəbəsi, 
İstər azan səsi, istər çan səsi, - 
Həpsini ruhuma yabançı gördüm, 
Bütün nəbiləri yalançı gördüm. 
Cəhənnəm qəmimdir, cənnət şənliyim, 
Sığmaz fəzalara azad mənliyim! 
Yanımam varlıqda bir başqa qüvvət, 
Əvvəlim təbiət, sonum təbiət. 
«O tikən ki, onu tapdar hər naşı, 
Bir sənəm saçıdır, bir canan qaşı». 
Yarımın cəmalı cənnət bağından, 
Qırmızı şərabım gül dodağından. 
Bağırıb durduqca mən bu uğurda, 
Tutuldum hər yerdə bir sürü qurda. 
Danladılar məni, söydülər məni
Daş-qalaq eyləyib döydülər məni. 
Mən yenə dönmədim öz inadımdan, 
Ruhlanıb hər zaman 
mmmmmmda
n, 
Dırmanıb tarixin yoxuşlarını, 
Susdurdum axirət bayquşlarını. 
 
 
 
K e f l i   İ s k ə n d ə r  
 
(Uzaqlarda elektrik işıqlarında parlayan bir yeri  
Xəyyama göstəorərək
 
Gəl, sənə göstərim bir yeni ölkə, 
Silinsin qəlbini üzən səksəkə. 
Nə peyğəmbəri var, nə allahı var, 
 
297
Nə üzr tanıyır, nə günahı var. 
İnqilab ölkəsi, zəhmət ölkəsi, 
Yüksəliş, bacarıq, sənət ölkəsi. 
Bir an da ayrılmaz işdən, bilikdən; 
Sürəti şimşəkdən, elektirikdən. 
Sellər, sular onun rəyincə çağlar; 
Əyər qarşısında başını dağlar. 
Nə etmək istəsə, ona qolaydır; 
Gündüzlər günəşdir, gecələr aydır. 
 
                       X ə y y a m 
 
Danış bu şeylərdən, dağılsın dərdim; 
Mən də əvvəl-axır bunu istərdim. 
 
                 K e f l i   İ s k ə n d ə r  
 
İç ki, ayın üzü süd kimi ağdır; 
Gecənin ətəyi saçaq-saçaqdır. 
Sabir də bir qədər keçmədən gələr
Dağılar ruhunu bürüyən kədər! 
 
                       X ə y y a m 
 
Sabirmi? O mənim əziz canımdır, 
Dilimin andıdır, mehribanımdır. 
O güldü-ağladı, abladı-güldü. 
Gülüşü hıçqırdı, fəryadı güldü. 
Onun pərvazına pərvaz çatarmı? 
Güclü avazına avaz çatarmı? 
Onun sözlərində bir başqa dad var, 
O bəzən bizdə də yüksəyə qalxar. 
O, yer şairidir, yerin oğludur! 
Üzdən gülürsə də, qəlbi odludur. 


 
298 
 
                K e f l i   İ s k ə n d ə r  
 
Doğulduq «Ölülər» diyarında biz, 
Solduq ömrümüzün baharında biz. 
Ürək bulandıran qara bir mühit, 
Hər kəs meymun kimi etmədə təqlid 
Atadan-babadan qalma şeyləri
Həyat bir gəmikdir, həyat bir dəri, 
Tərəqqi özgədə, sənət özgədə, 
Yaşayış özgədə, qüvvət özgədə, 
Dərələr, təpələr, düzlər qaranlıq, 
Könüllər qaranlıq, gözlər qaranlıq! 
Bir yanda çarlığın qanlı pəncəsi, 
Bir yanda bəy zülmü, din işgəncəsi. 
İştə, Sabirimin miskin əyyamı… 
Onlar ki, ağlatdı böyük Xəyyamı! 
Açarkən karvanlar yol istiqbala, 
Baxıb bizim sarvan hələlik fala, 
Bədbəxt yolçulara. – Yatın! – deyirdi, 
Yollar ayrıcında mürgüləyirdi. 
Fikirli gözlərlə dövrana baxmaz, 
Havada seyr edən insana baxmaz. 
«Ölüb-a!» - deyərək qışqırar cahan, 
Qalxmaz Fərhad kişi ağır yuxudan. 
Öylə bərk yatmış ki, yazıq ayılmaz, 
Adamlar yanında adam sayılmaz. 
Ac başım, dinc başım, səbr, təvəkkül… 
Çırpınmaq bilməyən xəstə bir könül. 
Ehtiyac içində keçən bir həyat
Havada sallanan qırıq bir qanat, 
Üşüyən canımız atəşə həsrət, 
Qaranlıq qəlbimiz günəşə həsrət. 
Qurulmuş dirilik baxt üzərində, 
 
299
Özgələr oturmuş taxt üzərində. 
Basmış ruhumuzu kəsalət bizim, 
Vurub ğəbzimizdə ətalət bizim. 
Dillərdə yalvarış, əllərdə quran, 
Dolaşır ruhları bir qara böhran. 
 
Qopdu zəlzələsi doqquz yüz beşin; 
Fikirlər atəşin, hisslər atəşin… 
Atıldı cəbhəyə Lenin ordusu, 
Cəsur fəhlələrin mətin ordusu. 
İnqilab nərəsi qopdu Şimaldan, 
Dəbərtdi Şərqi də durduğu haldan. 
Şimalın günəşi Şərqə saçıldı, 
Mənim şairimin eyni açıldı. 
Şairim o zaman bağırıb bizə, 
Bizim qəlbimizə, iradəmizə 
Həyəcan verərdi, qüvvət verərdi
Qaranlıq yollarda yol göstərərdi. 
Yağarkən üstünə tənə daşları, 
Gülərək tökərdi o, göz yaşları. 
Bəzən 
sınaxa
 çıxıb biz vuruşmadan,   
 Əl çəkmək istərdik bütün dünyadan. 
Görən gözlərimiz görməsin deyə, 
Vurardıq acıqdan badə-badəyə. 
O coşqun sularda bir sandaldı ki, 
Öylə sərt uçuşlu bir xəyaldı ki, 
Bir göz qırpımında qopub yerindən, 
Suların axıcı təpələrindən 
Enərək, qalxaraq çıxardı qumdan. 
Qorxmazdı dəryada heç bir hücumdan. 
Yarıb dalğaları irəli qoşmaq, 
Doluda, yağmurda, qarda boğuşmaq, 
Tufanlar qəhrində yaralanıb da, 
Şimşəklər altında paralanıb da, 


 
300 
Əzilib bitməkdən ləzzət alardı; 
Onun bir üsyankar ürəyi vardı. 
O hiss etmişdi ki, bir sərt qasırğa, 
Dağ kimi sallanan bir qoca dalğa 
Onu surukləyib aparacaqdır; 
Şanlı bir sahilə çıxaracaqdır. 
Orda gurlayacaq şənlik, şətarət; 
Geniş bir limanda bir mədəniyyət 
Bəlkə də tutulub bir axıntıya, 
Uyğun bir havada bir yeni dünya 
Onun gözlərinə görünəcəkdir. 
Bir dünya ki, bütün güldür, çiçəkdir; 
Cənnət dedikləri yaşıl bir cahan, 
Öylə bir cahan ki. Görməmiş insan! 
 
(Bu zaman uzaqdan gurultulu şənlik səsləri eşidilir.
 
                    X ə y y a m 
 
Bəs o səslər nədir, o çal-çağır nə? 
O nə gurultudur, o nə təntənə? 
Orda nə «köhnə» var, nə «yeni» vardır, 
O hankı iqlimdir, hankı diyardır? 
Hamının dilində Sabirin adı… 
 
              K e f l i   İ s k ə n d ə r  
 
Əvət, Azərbaycan öylə qalmadı. 
Başqa bir hal, kəldi doğouğum yurda, 
Onun şənliyini yapırlar orda. 
  
                   X ə y y a m 
 
Onun bu şənlikdən xəbəri varmı, 
 
301
Onu bir anlığa görsək olarmı? 
 
                 K e f l i   İ s k ə n d ə r  
 
O bəzən görüşür mənimlə burda. 
Baxdıqca sevdiyi qırmızı yurda 
Sevincdən yaşarar dərin gözləri, 
Çırpınır göylərdə xəyal şəhpəri. 
 
(Sabirin teyfi uzaqdan görünür.
 
Odur,  gəlir, gəlir mənim Sabirim 
Sözləri qılıncdan iti şairim. 
 
(Sabirin teyfi gəlir. İskəndər və Xəyyamla görüşür.
 
                   X ə y y a m 
 
Bir daha yalnızlıq sıxmaz ruhumu! 
Nəhayət aradım, buldum dostumu. 
                 S A B İ R 
 
(Uzaqlardan qopub gələn gurultulu səslərə dalaraq
 
Nə qədər bəxtiyar bir insanam mən, 
Nə qədər dəyişmiş sevdiyim vətən! 
Nə xan, bəy qamçısı, nə çar zənciri, 
Nə hampa yumruğu, ağa təhqiri, 
Nə sərvət önündə əyilən başlar, 
Nə gəlin-qızların tökdüyü yaşlar, 
Nə haqqın ağzına vurulan qıfıl, 
Nə qanan başlardan qovulan ağıl, 
Nə xalqdan danışıb xalqı satanlar, 
Yerlərə, göylərə qan ağlatanlar, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə