Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

 
272 
Yenə o bağ olaydı, yenə o qumlu sahil
                    Sular ötəydi dil-dil. 
Saçın kimi qıvrılan dalğalara dalaydım, 
                    Dalıb ilham alaydım. 
Əndamını həvəslə qucaqlarkən dalğalar, 
                    Qəlbimdə qasırğalar, 
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, 
                     Məni hirsim boğaydı; 
Cumub alaydım səni dalğaların əlindən, 
                     Yapışaydım belindən, 
Xəyalımız üzəydi sevda dənizlərində, 
                     Ləpələr üzərində, 
İlhamımın yelkəni zərrin saçın olaydı, 
                     Sular xırçın olaydı, 
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə, 
                   Gəlin, baxın Xəzərə. 
Çıxalım Buzovnada kiçik qayalıqlara, 
                   Seyr edəlim bir ara… 
Gecələr sayrışarkən ulduzlar lalə kimi, 
                    İşıqlar jalə kimi 
Çilənib dağılarkən ətrafa damla-damla
                    Ən yaxın bir adamla 
Nə gözəldir dinləmək suların nəğməsini, 
                    Təbiətin səsini! 
Nə gözəldir dolaşmaq isti yay fəsilləri 
                     Bu sərin sahilləri! 
 
Nə gözəldir səhərlər bizim böyük ruhumuz, 
                     Aşığ-daşan duyğumuz, 
Şəklindəki sulardan baxaraq ləzzət almaq, 
                     Bu mavi şerə dalmaq, 
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək
                      Bəzən hürküb çəkinmək. 
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi, 
 
273
                       Bizim bu həyat kimi! 
 
Yenə o bağ olaydı sevdalar ölkəsində, 
                       O söyüd kölgəsində, 
İnci qumlar üstündə yenə verib baş-başa, 
                       Yayı vuraydıq başa. 
Günlərimiz keçəydi qızğın fərəhlər kimi, 
                        Dolu qədəhlər kimi; 
Yarpaqlar arasından uzadaraq əlini, 
                        Oxşayaraq telini, 
Gecələr darayaydı saçlarını ay gözəl! 
                        Sən gözəlsən, ay gözəl? 
Əllərində əllərim, gözlərində gözlərim… 
                         Asılaydı sözlərim 
Könlünün qulağından bir qızıl tana kimi
                         Günəş doğana kimi. 
 
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, 
                        Can-ciyər olacaqlar. 
Bir az da uzaqlara açacaqlar yelkəni, 
                        Ruh yeni, həyat yeni… 
Çıxacaqlar – göyləri aşaraq dönə-dönə – 
                    Buludların fövqünə. 
Uçacaqlar sabaha, uçacaqlar yarına, 
                    Efir boşluqlarına. 
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən 
                    Bu insan oğlu bilsən 
Azadlıq ölkəsində daha şad olacaqdır, 
                    Dünya dad alacaqdır. 
 
Yenə o bağ olaydı, yenə yağışaraq siz 
                    O bağa köçəydiniz. 
Biz də muradımızca fələkdən kam alaydıq, 
                    Sizə qonşu olaydıq. 


 
274 
Yenə o bağ olaydı, səni tez-tez görəydim; 
                    Qələmə söz verəydim. 
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham… 
                    Yazaydım səhər-axşam. 
Arzuya bax, sevgilim, tellərindən incəmi? 
                     Söylə ürəyincəmi? 
ÇAĞLAYAN 
 
Sən uca bir dağın göy gözlərindən 
Sevincdən tökülən gur yaşlar kimi – 
Axdıqca, ürəyim qopur yerindən, 
Uçunur bədənim bir ruzgar kimi. 
 
Ey böyük çağlayan, ey təmiz ürək, 
Yoxmu aramızda bir könül bağı? 
Səsinə səs verən bəstəkar gərək, 
Ey qüvvət qaynağı, işıq qaynağı! 
 
Sən də şəlaləsən, təbim yerində. 
Ürəklər, beyinlər, ruhlar çağıldar 
Sənin də ölməyən nəğmələrində. 
 
Fikirlər torpağı, hisslər torpağı 
Sənin seylabınla çiçəklər açar, 
Ey həvəs qaynağı, nəğmə qaynağı! 
 
 
 
275
YEDDİ  AŞIQ 
 
Onlar yeddi aşıqdı, 
Ellərə yaraşıqdı. 
Hamsının telli sazı, 
İldırımdan avazı, 
Fikirləri nur kimi, 
Sözləri yağmur kimi, 
Çıxmışlar bərkdən, boşdan, 
Olmamışdan, olmuşdan 
Yaxşı xəbərdardılar, 
Kamil sənətkardılar. 
 
Budur, mənim ərənlərim
Çox gəzib, çox görənlərim, 
Bayram günü, bir şənlikdə, 
Bir səfalı çəmənlikdə 
Sıra vurmuş, oturmuşlar. 
İçlərindən ən ixtiyar, 
Bir ağsaqqal ərən qalzdı. 
Bulud keçdi, şimşək çaxdı 
O qalxarkən bu məclisdən, 
Qopdu alqış alqış üstdən. 
Xitab etdi qoca ərən: 
-
 
Dostlar! – dedi, - çərən-pərən 
Söhbətlərin vaxtı keçdi; 
Ağır günlər axdı, keçdi. 
Biz ruhların fəzasına, 
Könüllərin dəryasına 
Dalıb, dalıb tapmalıyız 
Yeni inci, yeni ulduz. 
İndi saya vadilərdən 
Külək kimi əsməliyiz. 
Yeni yollar kəsməliyiz. 


 
276 
Aranızda varsa yayan, 
Dənliyində söz olmayan 
Xəcalət verməsin bizə, 
Girişməsin bu məclisə. 
Məclis başqa bir məclisdir
Hamı həkim, mühəndisdir 
Öz işində, öz gücündə. 
Əziz dostlar, bu şad gündə 
Bayağı söz oxumayın! 
Alçaq qumaş toxumayın! – 
 
Deyib qoca aşıq oturdu. Sıradan ilk dəfə orta yaşlı biri 
çıxdı. Üzünü məclisə tutub dedi: 
-
 
Mənim nəğməm alnımızın qırışlarından tər kimi sızar, 
həyat bağçamızın arxlarından sərin sular kimi axar, sərhədsiz, 
azad torpaqlarımızda azad əməyin nəğməsini oxumaq mənə 
nəsib oldu. Bu bizim əzəliyyət və  ədəbiyyət mahnımızdır. 
İnsanı insan mərtəbəsinə  çıxaran da odur. Vaxtilə göz 
yaşlarımızı andıran sular, dərdimiz kimi qat-qat torpaqlar artıq 
öz  əlimizdədir. Atalarımız becərdikləri bağçalara hasar 
söküklərindən həsrətlə baxardılar.  İndi bu bağçaların bağbanı 
da, sahibi də bizik. Hər kəs öz əmək baharından istədiyi feyzi 
aparsın. Bizdə ancaq işləməyən dişləməz! Xoşdur təzə bir 
çiçəkdən gülab çəkər kimi dirilikdən kam almaq! Arzularımızın 
torpaqlarına gülə-gülə saçdığımız həvəs toxumlarının 
meyvəsini dadmaq ləzzətlərin ləzzətidir! 
Sonra sazını döşünə sıxdı, oxumağa başladı: 
 
Ellər, gəlin iş görəlim 
Siz bir yandan, biz bir yandan. 
Ömrümüzü xoş sürəlim 
Siz bir yandan, biz bir yandan. 
 
Məhəbbətlə sarışalım, 
 
277
Ayla, günlə yarışalım, 
Ulduzlara qarışalım 
Siz bir yandan, biz bir yandan. 
 
Azad əmək, azad torpaq, 
Qəlbimizdə sevgi, maraq, 
Əl çalalım şaraq-şaraq 
Siz bir yandan, biz bir yandan. 
 
Yeddilərdən ikincisi meydana atıldı. Yarışa çıxmış kimi, 
ətvarında bir dirilik sezilirdi. Bir o başa, bir bu başa getdi; 
baxalım nə dedi: 
- Mən gəlib keçən nəsillərin eşitmədiyi bir nəğməni 
tərənnüm edəcəyim. Bu nəğməni keçmişin yazıq oğulları 
oxumaq istədi, ancaq yapılmş sazların pərdələri buna kafi 
gəlmədi. Mənim nəğməm istirahət üçündür. Qəlb qəlbliyilə 
vurmasa mümkün deyil, bir vurub ikinciyə keçərkən arada bir 
nəfəs alır. Külək küləkliyilə ətrafı sarsıdıb keçdimi, havaya ani 
bir sükut çökmüş olur. Buludlar oynar, göylər gurlar, şimşəklər 
çaxar, yağmur yağar, sel olar. Sonra göylər əmin bir çöhrə kimi 
gülümsər. Dəniz  şahin qanadlarını qaldırıb qayalara çarpar, 
tufan keçər, dalğalar susunca, həmən dəniz anasının qoynunda 
süd  əmə-əmə uyuyan bir yavruya dönər. Bəs insan! Onun 
istirahəti? Yeddi saat iş… sonra klub… Fikir açan siyasi dərs… 
çalğı, oyun, rəqs!.. Ruhun tuğyanı! Budur mənim nəğməm! 
Mənim dəzgah yoldaşım bu saat istirahət evindədir. O indi 
güllü, sarmaşıqlı bir eyvanda, könlünün gözünə sükunət 
pəncərələri açılmış bir təbiət parçasını seyr etməkdə. Dimağına 
istirahət gülşəninin ətri saçılır. O, bəlkə də sərin kölgələr kimi 
bir ağac altına sərilmişdir; lakin günəşlə  həmsayədir. O, sovet 
dövrünün rahat insanıdır.  
Sonra sazını aldı, tərənnümə başladı: 
 
Açılsın gönlümüz ilk bahar kimi, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə