Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

 
256 
O qara gözlərin deyil parlayan
Ulduzlar içində gecələrimdir! 
Bəlkə də ruhuma aydınlıq yayan 
Bir sərin, ziyalı, yaz səhərimdir. 
 
Qoy desin dünyanın el aşıqları 
Bu şövqü kim mənim ruhuma yaydı, 
Donardım, gözünün şən işıqları 
Qəlbimin camında qırılmasaydı. 
 
Qara qış üstümə tökər qaranı 
Nərgiz gözlərindən məni ayırsan. 
Mənim ümidimin qapılarını 
Neçin gah açırsan, gah qapayırsan? 
 
Sənin gözlərinmi gənclik bağında, 
Yoxsa nərkizlərin sayrışıb oynar 
Yoxsa çıxılmayan eşqin dağında 
Ömrümün dirilik çeşməsi qaynar? 
 
 
BİR  DƏ  BAXSAN  MƏNƏ 
 
Baxışın qəlbimi incitmişdir; 
Bu baxışdan, bu duruşdan əl çək. 
Bir də baxsan mənə, iş bitmişdir; 
Bir də baxsan mənə, fikrim dönəcək. 
 
Yenidən uyqusu qaçmış gecələr, 
Sevgilər, fırtınalar başlanacaq. 
Ayrılıqlar, qarışıq bilməcələr… 
Yanacaq sıtmalı ruhum, yanacaq! 
 
Bu baxışdan, bu duruşdan əl çək! 
 
257
Yoxsa könlümdəki qızğın şimşək 
Üstünə od sovurar hər yerdən. 
 
Orda dur, burda dayan, şey bəklə. 
Sənitale günəşim güdməklə 
Keçməsin qorxulu vadilərdən. 


 
258 
 
SƏNİN  GÜLÜŞLƏRİN 
 
Qarşım nazlanıb yenə ülünsən
Bilsən gülüşlərin nəyə bənzəyir? 
Mən desəm artıqdır, özün bilirsən, 
Lalə yarpağında şehə bənzəyir. 
 
Sənin gülüşlərin bir ruzgar kimi 
Əsərkən arzumun gülü açılır. 
Gülsə dodaqların ulduzlar kimi 
Ruhuma bir sərin işıq saçılır. 
 
Söylə, gözəllərin dodaqlarından, 
Bu oynaq gülüşlər umulmuşdur? 
Sənin hər qəhqəhən ay kənarından 
Keçən buludmudur, uçan quşmudur? 
 
Sənin gülüşlərin yaz səhərindən 
Hissimə, fikrimə  sanki rəng alır. 
 Gül ki, şeirlərim gülüşlərindən 
Qırılmaq bilməyən bir ahəng alır. 
 
Sən güldüyün zaman bu şad günümdə 
Açılır qarşımda, canlanır bahar, 
Bəzən başucumda, bəzən önümdə 
Şimşəklərim çaxar, sularım axar. 
 
Cahan ki, solmayan bir bağça-bağdır, 
Burda rəvamıdır gülmədən ölmək! 
Yazıq o şəxsə ki, qaraqabaqdır, 
Nə qədər yaraşır insana gülmək! 
 
 
 
259
ULDUZLAR 
 
Bəzən titrəşərək parlayırsınız 
Göylər bağçasında lalələr kimi, 
Bəzən yaş tökərək ağlayırsınız 
Lalələr üstündə jalələr kimi. 
 
Baxarkən süzülən gözlərinizə, 
Deyirlər: nə qədər siz yovuqsunuz. 
Həqiqətdə isə bir-birinizə 
Siz çox iraqsınız, çox sovuqsunuz. 
 
Fəqət biz – o gözəl svgilimlə mən 
Uzaqdan-uzağa tanış deyilkən 
Nə qədər yaxınıq, öyrənsəydiniz. 
 
Şirin söhbətlərdən uzaq da olsaq, 
Uzun illər boyu ayrı da qalsaq, 
Eyni duyğularla vurur qəlbimiz! 
 
MƏNİM  EŞQİM 
 
Nə ağırdır mənim eşqim, nə ağır, 
Bu ağır siqləti çəkməz divlər. 
Ey könül! Burda təhəmmül göstər
Nə haray çək, nə acıqlan, nə bağır. 
 
İldırım çaxdıracaq hər yandan, 
Azacıq dolsa buludlarla səma. 
Bu dənizlər də çocuqdur, baxma, 
Sarsılır hər qopacaq tufandan. 
 
Mən fəqət kəndimi hiss etdim şad, 
Çəkmədim eşqin əlindən fəryad, 
Bu da hər davranışımdan bilinir. 
 
Gözlərin, ah o qaranlıq göllər, 


 
260 
Bu gözəl göllərə çox dalsam əgər, 
Hər ağırlıq ürəyimdən silinir. 
 
261
1936 – 1937 
 
MƏNİM  BEŞİLLİYİM 
 
Hər kəs öz işini sona yetirdi, 
Kimsə bu dünyada arzu qoymadı. 
Kimi yer altından xəbər gətirdi, 
Kimi uçdu göyə, yenə doymadı. 
Ellər muradını aldı zamandan, 
Bizə könül sözü qaldı zamandan. 
 
Gözəldir bir uca əməl bəsləyib
Bu əməl uğrunda qan-tərə batmaq. 
Gözəldir günəşi, ayı səsləyib, 
Onları da bizim dəstəyə qatmaq. 
Dövranla əl-ələ vermək yaxşıdır, 
Hər bağdan bir çiçək dərmək yaxşıdır. 
 
Görməkçin özünü hər kəs ilərdə, 
Bir məqsəd uğrunda göstərir hünər. 
Çarpışıb havada, dənizdə, yerdə, 
Hər döyünən ürək bir əməl bəslər. 
Hayıf, ömür qısa, arzu genişdir, 
Kim bu qayğı ilə titrəməmişdir?! 
 
Bu vəfasız ömür, bu coşqun dərə 
Gərək boş-boşuna axıb keçməsin! 
Bu gözəl cahanı sanıb pəncərə, 
Hər gələn sadəcə baxıb keçməsin! 
Gəlin, arzumuza çatalım, dostlar! 
Dağları dağlara qatalım dostlar! 
 
Ayrılıb arzumun kəşməkəşindən, 
Gizlənmə könlümdə sən də, ey ilham! 
Gah batan, gah çıxan qış günəşindən 
Dərs alıb, dayanma gendə, ey ilham! 


 
262 
Niyə mən istəyən olmasın, niyə? 
Mənim beşilliyim dolmasın, niyə? 
                                   RƏQS 
 
                                            İlk rəqs dəstəmizə ithaf! 
 
Əcəb, sizmisiniz böylə oynayan
Yoxsa göy üzündə qartallarımdır? 
Yoxsa ürəyimdə coşan, qaynayan 
Şirin arzularım, xəyallarımdır? 
 
Bəzən durna kimi düzüləndə siz, 
Fikrim sətirlərə düzülməsinmi? 
Sallanıb qarşımda süzüləndə siz, 
Duyqum gözlərimdən süzülməsinmi? 
 
Oynayın, qarşımda oynasın yenə 
Əski tufanlarım, burağanlarım! 
Sevdalı ruhların dərinliyinə 
Tökülsün hisslərim, çağlayanlarım! 
 
Oxuyub oynarkən siz, öylə bil ki,  
İldırımlar çaxdı ilk baharımda. 
Dedim ki, dünyanın ilkidir, ilki; 
Ulduzlar sayrışır fəzalarımda? 
 
Əcəb, sizmisiniz böylə oynayan, 
Yoxsa göy üzündə qartallarımdır? 
Yoxsa ürəyimdə coşan, qaynayan 
Şirin arzularım, xəyallarımdır? 
 
  
 
 
 
263
YAĞIŞ  YAĞARKƏN 
 
Yağış yağır, rəqs eyləyir gur damlalar, 
Sıra-sıra, inci-inci nur damlalar. 
Göydə iki qara bulud çatılaraq, 
İldırımlar şaqqıldayır şaraq-şaraq. 
Quşlar uçur yuvasına fırıl-fırıl, 
Şırıldayır navalçalar şırıl-şırıl. 
Çaxnaşmada göy üzündə ildırımlar, 
Bir-birinə dəydi, baxın, qaldırımlar. 
Dönmələrdə durana bax, qaçana bax! 
Qaldırımda o balaca oğlana bax! 
Öz döşündən yeni sözlər toxuyaraq
Ayağını şappıldadır oxuyaraq. 
Gülə-gülə bir qız qaçır o səkidən, 
Ürəkciyi xali deyil səksəkidən, 
               Yanında bir gənc də qaçır, 
               Yağış yağır, onu açır. 
Ey gənc, durma, qoltuqlamaq zamanıdır, 
Təbiətin ən şux, çaqraq zamanıdır. 
Yağ, yağışım, yağ sel ol, yağ! 
Sırma-sırma, tel-tel ol, yağ! 
Çözül, sən ki, kölgəli bir yar saçısan, 
Bağrı yanıq səhraların əlacısan. 
                Yağ, yağışım, sellənərək, 
                Sırmalanıb tellənərək!    
Zümzümənlə şirin-şirin dillən, yağış. 
Küçələrdə uşaq kimi vellən, yağış! 
Bunlar keçər, çarpın səma köksüm kimi
Ey ildırım, səs ver mənə, səsim kimi! 
Yağ ey yağış fikrim kimi, hissim kimi, 
                 Uzaq, yaxın çöllərə yağ, 
                  Ölkələrə, ellərə yağ! 
Yağış yağır, rəqs eyləyir gur damlalar, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə