Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

 
278 
Yanaqlar qızarsın güllər içində. 
Axalım gülşənə irmaqlar kimi, 
Səsimiz gurlasın sellər içində. 
 
Yamandır insanın tez qocalması, 
Düşüb yol daşı tək yolda qalması, 
Erkən bir ürəyin vərəm alması 
Bir də görünməsin ellər içində. 
 
Ömür uzun olsun bizim diyarda
Kimsə kimsənədən qalmasın arda, 
İnsanların günü qışda, baharda 
Keçsin şirin-şirin dillər içində. 
 
Üçüncü. Gənc bir aşıqdı. Sazı vardı, sözü də… Ayağa 
qalxıb, xitab etdi: 
- mənim nəğməmdən çoxları  dəm vurmuşdur. Elmə 
həyat, cəhlə ölüm, ölümə varlıq, cəhlə yoxluq demişlər. Ancaq 
bu sözlər bir ovuc insan ağalarına məxsusdu.  Biz, babaların 
nəsihətlərini hər kəsədinlətməyə  gəldik. Biz təhsilin, günəşin 
qapılarını insan yavrularına fərq qoymadan açdıq. Onlar onsuz 
da fərqsizdirlər. Biz mədəniyyətdən qorxub ona düşmən 
kəsilmədik. Elektrik sürətini buraxıb, maviliklərə sürdüyümüz 
motorların sükanından  əl çəkib də, tənbəl karvan yollarına 
qayıtmaqmı olur?! Biz elmin həm içinə, həm qabığına malikiz, 
çünkiquş bir qanadla uça bilməz. Qarşıda uca dağlar var. 
mehriban dostları ayrı salan əngin dənizlər maviləşir. Qarşıda 
qara yerin sarsıntıları gözlənilir. Bu çətinlikləri həllə 
mədəniyyət gərək, mədəniyyət! Mədəni bir kütlənin boynuna 
minmək olmaz! –deyib saza söz verdi. 
 
 
Mehriban ellərim, dinləyin məni: 
Hələ bu diyarda çox işimiz var! 
 
279
Məhsul toplamağa, çiçək dərəndə
 
Xəzanda, baharda çox işimiz var! 
 
Hələ bu yerləri sürəcəyik biz
Hələ gözəl günlər görəcəyik biz, 
Dalğalara köküs gərəcəyik biz, 
Çıxınca, kənarda çox işimiz var! 
 
Təbiət olmasın çox əngəl bizə, 
Buludlar, dalğalar versin əl bizə, 
Bizdə qonaqlıqdır, günəş, gəl bizə, 
Qaranlıq yollarda çox işimiz var! 
 
Dördüncü aşıq qalxdı. Məclisdə oturmuş öz arvadına 
üzünü tutub xitab etdi: 
- Sən anasan, sən qadınsan, sən bu insan sellərinin 
qaynağısan. Taxtın var, beşiyin var. Evin var, eşiyin var. Nə 
mələksən, nə  pəri. Mən səni sevərək aldım, sən mənə sevərək 
gəldin. Sevişdik, güldük, ağladıq. Camalın gözlərimdə su 
kənarındakı bir çəmən kimi gülümsədi. Keçən iclasların birində 
bir qadın belə demişdi: 
«Ayaqlara toz, ağızlara söz olduğumuz günlər getdi. 
Ərlərlə hüququmuz var. Təlimdə birik, əyləncədə birik, 
cəbhədə də bir olacağıq! Bizə bu hüququ verən Oktyabra alqış! 
Bizim 
ərlərimizi, çocuqlarımızı, qızlarımızı 
səfalət 
çamurlarından çıxarıb sülhün, qardaşlığın büllur sularında 
yıxayan onların qeydinə qalan, bəşər nəslinin uzanmasına-
əbədiyyətinə qanun verən insanlar üçün ana qəlbimizin 
döyüntüləri milyoq-milyon əllərdən qopan alqış  səslərinə 
dönsün!». 
Sonra sazını köksünə sıxdı, baxalım nə dedi: 
 
Sən mənim cananım, şirin canımsan, 
Ətirli bağçamda bar səni gözlər! 


 
280 
Elimsən, günümsən, mehribanımsan, 
Qızğın məclisimdə tar səni gözlər! 
 
Qarşında səfalı beşiyin sənin, 
Deyirsən: «Yat, çəkim keşiyin sənin!» 
Cənnətmidir evin-eşiyin sənin? 
Dövlət əlindədir, var səni gözlər! 
 
Yıxıqlar əlinlə gülüstan olur, 
Can cahana dönür, cahan can olur, 
Bütün qaranlıqlar çırağban olur, 
Ellərin şənliyi, yar, səni gözlər! 
 
Yeddilərdən beşincisi qalxdı. Məclisə qururla baxıb dedi: 
-
 
Nəğmələr içində  mənim nəğməmin ayrı bir yeri var. 
Mən toxunulmaz hüququmun nəğməkarıyam. Bir fərd, bir 
cəmiyyət nə qədər yüksəlirsə, yüksəlsin, hüquqsuz yenə heçdir. 
Başı  sərkili, üzü danlaqlı, qəlbi səksəkəli  əməl yollarında 
yorğun düşən,  əli istəyinə irişməyən  əcdadımızın göylərdən 
asılı iradəsini acı-acı bir düşünəlim. Biz ümid qapılarını 
asanlıqla keçdik. Azad əməllərinə, azad əməyinə yetən bizim 
nəsil nə  bəxtəvərdir! Təhəkkümün, zəncirin, təhqirin hüdudu 
bizim torpaqların sərhəddinə  gələndə bitər. Qarayammı, 
ağammı? Fərqində deyiləm. Qarlı bir dağam mən. Qaynar bir 
bulağam mən. Varlı budağam mən. Qoltuğa sığınmaq da bir şey 
deyil. Böyük bir palıdın həşəmətli budaqları altında bir 
çiçəkfırtınalardan, boranlardan nə  qədər qorunsa da, yenə 
günəşsizlikdən sarı, solğun qalır. Vay o fərdə ki, asılıdır! Vay o 
kütləyə ki, məhkumdur. Mən arzularımın hovuzu kənarında 
durub məqsədimin surətini dərin bir heyranlıqla müşahidə 
edirəm. 
Sonra sazını aldı, bir-iki ağız dedi: 
 
Mənim ixtiyarım öz əlimdədir, 
 
281
Ömrü çarpaşıqlı bir insanam mən! 
Könül otağının pəncərələri 
Güllü, sarmaşıqlı bir insanam mən! 
 
Gəldi yaz ayları, sayrıldı güllər, 
Başladı pərvaza tərlan könüllər, 
Dolaşdığı ellər, gəzdiyi çöllər 
Yarlı-yaraşıqlı bir insanam mən! 
 
Təzə əməllərim ilk bahar kimi, 
Ömrüm gəlib keçməz bir ruzgar kimi, 
Xəyalım göylərdə buludlar kimi, 
Yolları işıqlı bir insanam mən! 
Söz altıncı ərənə gəldi. Görək bu nə dedi: 
- «Çox bil, az danış».  «Adamın dili öz başına bəladır!» - 
deyən  əsir babaların bu nəsihətləri nə  qədər acıdır! Mənim 
nəğməm sözü əsarətdən, məhkumluqdan çıxarıb azad etmək 
üçündür. O sözlər, vicdanlarda casus qulaqlarının  şəkləndiyi 
dövrlərin məhsuludur. Nə mey şişədə, nə gül qönçədə, nə söz 
ürəkdə qalar. Bunu bir şair demişdir. Mey  içilər, qönçə öz 
əsrarını  rəngilə izhar edər. Söz də qanadlı bir quşdur. Yuvası 
təmiz bir ürək, açır bir yuva… yaşadığımız bu inqilab dünyası 
mərd oğulların dünyasıdır. Bu dünyada kütlələrə səadət müjdəsi 
verən hər söz azaddır. 
Sonra tərənnümə başladı: 
 
Mənim də sözlərim bir-bir yazılmış 
Sinə dəftərimin varaqlarında. 
Sənin qoxladığın ətir gizlidir 
Qızıl çiçəklərin yarpaqlarında. 
 
Gözəldir insanın öz azadlığı, 
Yüksəltdik hər yerdə biz azadlığı; 
Qələm azadlığı, söz azadlığı, 
Doğrulmuşdur sovet torpaqlarında. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə