Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

 
282 
 
Hər irmaq çağlasın bir könül kimi
Hər ürək açılsın qəzıl gül kimi, 
Hər şair oxusun bir bülbül kimi 
Azad fikirlərin budaqlarında. 
 
Ən son, qoca aşıq meydana atıldı. Çöhrəsində narın 
təbəssümlər bəlirdi. Üzünü məclisə  və  şakirdlərinə tutub dedi 
ki: 
- Hamınızın sözü doğru! Hamınız haqlısınız.  Əmək, 
təhsil, istirahət, ana, çocuq, azad söz… Bunları kim istəməz? 
Ancaq kədərlə  səfa, faşizmlə sosializm kimi iki zidd parçaya 
bölünmüşbu dünyada bir əmniyyət varsa, o da tərənnüm 
etdiklərimizi qorumaqdır. Sosializm ölkəsinin sosialist 
əsaslarına  əməl etmək – sərhədləri bərkitməkdədir. Havalar 
getdikcə qarışır, göylər bir-birinə  dəyəcək… dolu yağacaq. 
Müdafiə… ilk və son borcumuzdur! Bu olmasa, əməyimiz heçə 
gedər, təhsilimiz yarımçıq qalar, istirahətimiz pozular, anaların 
laylası  ağıya dönər, qara ölüm üstümüzə qanad gərər. Bundan 
sonra nə azad söz, nə hüquq! Biz sərhədlərdə  sıralanıb dilbər 
vətənimizi vüsal qucağına polad bir hasar kimi almalıyıq. 
Sonra tavar sazını döşünə sıxdı, baxaq nə dedi: 
 
Hərb olursa, külək kimi 
Qalxar bizim qəhrəmanlar! 
Qaranlıqda şimşək kimi 
Çaxar bizim qəhrəmanlar! 
 
Sərhəddində sayıq durar, 
Bir möhtəşəm qurğu qurar, 
Çətinlikdən həmən vurar, 
Çıxar bizim qəhrəmanlar! 
 
Hər birimiz bir qasırğa, 
 
283
Dağılmışıq ortalığa, 
Hər dərədən dalğa-dalğa 
Axar bizim qəhrəmanlar! 
 
Aşıqlar sözlərini bitirdilər. O günkü şənlik yamət keçdi. 
Hamı onlardan məmnun qaldı. Sazlarını qollarına vurub Sovet 
Azərbaycanının başqa dağlarına çəkildilər. 
 
 
 
 


 
284 
DUYĞU  YARPAQLARI 
 

Mən bir yüksəlişin sevdasındayam, 
Siniflər döyüşü dünyasındayam. 
İnsanı, zəhməti qiymətləndirən 
Yaxşı adamların sırasındayam. 
 

Mən gəncəm, bilirəm, istiqbalım var, 
Hələ bədr olmamış bir hilalım var, 
Yelkənim açılır, qara yel, əsmə! 
Mənim bu dəryada bir sandalım var. 
 

Sinif qovğasına səfərbərəm mən, 
Əsgərlər içində bir əsgərəm mən. 
Bu dövrün şairi olmaqla, ey dost, 
Bir düşün, nə qədər bəxtəvərəm mən! 
  

Atamız dünyadan eh dedi getdi, 
Tez sönən ömrünə meh dedi getdi. 
Gül əkdi, vay dərdi cahan bağından, 
Tökdüyü yaşlara şeh dedi getdi. 
 

Bu Sovet elləri indi bizimdir, 
Gülşənin gülləri indi bizimdir. 
Dostum, aç sinəni, nəfəs al daha, 
Əsən dan yelləri indi bizimdir. 
 

Bu sonsuz fəzalar bizimdir, ey dost! 
Bu dərin dəryalar bizimdir, ey dost! 
 
285
Səmada ulduzlar, yerdə çiçəklər, 
Ətirlər, ziyalar bizimdir, ey dost! 

Uzaq üfüqlərdən yenə səs gəlir, 
Böyük inqilaba dadirəs gəlir. 
Təslim ol, deyirəm, faşist ordusu! 
Üstünə dağ kimi Dolores gəlir. 
 

Canlanır gözümdə günəş yavrusu, 
Afrika arslanı – həbəş yavrusu, 
Dağlarmı boylanır qaz dumanından, 
Yoxsa azadlığın sərkəş yavrusu?! 
 
9 
Faşizm qəsqırtaraq sümsük itləri
Dalayır, talayır, məmləkətləri. 
Bu gün barışsa da yarın qapacaq 
Quduz Mussolini quduz Hitleri!  
 
10 
Bir məxluq var, işi dava-dalaşdır, 
Dartanlar, yırtanlar ona hamaşdır. 
Bu gecələr aya hürən zavallı, 
Ya Trotskidir, ya alabaşdır. 
 
11 
Dağıdın dünyanı saran sisləri, 
Bu müxənnəsləri, bu iblisləri. 
Vuruşub döyüşmək zamanıdır bu, 
Ey insan qəlbinin mühəndisləri. 
 
12 
Bəşər bir-biriylə qanlı bıçaqdır, 


 
286 
Azadlıq anadır, dünya uşaqdır. 
Səfil övladını bu ana bir gün 
Öz isti qoynunda oxşayacaqdır! 
 
13 
Nədir hakim olub köküs dağlamaq
Əllərə, qollara zəncir bağlamaq? 
Yaslı bir ananın saçları kimi 
Nədir məhkum olub səssiz ağlamaq?! 
 
14 
Sülhün, səlamətin dadı başqadır, 
Qardaşca zəhmətin dadı başqadır. 
Bir günəş altında, bir yer üzündə 
Asudə qismətin dadı başqadır. 
 
15 
Hər yetən at sürdü meydan başında, 
Min oyun oynatdı dövoran başında. 
Gurlamaz bir daha bizim ölkədə 
İnsan ildırımı insan başında! 
 
16 
Görmüş xəzanları, ildırımları, 
Bir üzüm qaradır, bir üzüm sarı. 
Bu gün şadlığımı çalsın, çağırsın 
Bülbülün mahnısı, Qurbanın tarı! 
 
17 
Nə gərək, sormayın, nə soydanam mən, 
Əməkçi ellərə mehribanam mən. 
Yarpaqdan ayrılan, şəfəqdən qopan 
Dünyanın bəzəyi bir insanam mən. 
 
 
287
18 
Mən də bir bülbüləm ellər bağında, 
Ötürəm fikrimin şax budağında. 
Çıxıb zirzəmidən dinləyyir məni 
Kolxozçu qardaşım ağ otağında. 
 
19 
Cahan fikrimizlə süslənəcəkdir, 
Hər zaman nəğməmiz səslənəcəkdir. 
Bu dünya mehriban qucağımızda 
Şən bir çocuq kimi bəslənəcəkdir. 
 
20 
 Xəyalım ölkəmin abadlığında, 
Könlüm el toyunda, el şadlığında. 
Əməyin, təhsilin, istirahətin 
Özgə bir nəşə var azadlığında. 
 
21 
Bizim bu devrimiz başqa devirdir, 
Əməkçi insanlar gözümdə birdir. 
Mənə ilham verən, şeir yazdıran 
Günəşin yoldaşı Mingəçevirdir. 
 
22 
İş bizə çox şeylər qandıracaqdır. 
Ölkəmiz cənnəti andıracaqdır. 
Ellər yüksəlişin al çırağını, 
Ey Kür, sahilində yandıracaqdır! 
 
23 
Ey bizim dünyanın söz deyənləri, 
Ruhun dodağına tutun neyləri! 
Bir nəğmə çalın ki, heyrətdə qalsın 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə