Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   2   3   4   5   6   7   8   9   ...   54

 

Saçın kimi qıvrılan dalğalara dolaydım, 
          Dalıb ilham alaydım. 
Əndamını həvəslə qucaqlarkən dalğalar,  
          Qəlbimdə qasırğalar, 
Fırtınalar coşaydı, qısqanclıqlar  
                                                    doğaydı, 
           Məni hirsim boğaydı; 
Cumub alaydım səni daoğaların əlindən, 
           Yapışaydım belindən; 
Xəyalımız üzəydi sevda dənizlərində, 
            Ləpələr üzərində 
İlhamımın yelkəni zərrin saçın olaydı. 
            Sular xırçın olaydı.  
Necə  də  təbiidir, səmimidir, insanidir, ürəkdən gələndir 
bu sözlər. Ürəkdən gəldiyi üçün də təsir edir, birbaşa ürəklərə 
gedir. Ayrı cür mümkün  də deyil. 
Gözəl təbii mənzərələr, lirik peyzaj yaratmaq ustasıdır 
Müşfiq. 
 
Ulduzlar ətrafa nur səpələr, 
Bir bölük uşaqdır şən ləpələr 
Onların əlində top kimi ay. 
Sevgilim, başında ağ kəlağay 
          Sahilə gəl, 
          Seyr elə gəl. 
 
«Dəvət»  şerindən götürülən bu parçada hər  şey göz 
qabağında deyilmi? Hələ buradakı istirəyə (ləpələrin uşaqlara 
oxşadılması), bənzətməyə (ayın topa oxşadılması) diqqət edin. 
On dörd gecəlik ayın (topa oxşadıldığı üçün bizdə bu təsəvvür 
yaranır) ziyası altında titrəşən şən ləpələr (burada da həm bədii 
təyin, həm də istiarə var, çünki insana xas keyfiyyət – 
şənlənmək ləpələrə aid edilib), sahilə  gələn ağ  kəlağayılı 
 

sevgili, onu ürəyi çırpına-çırpına gözləyən lirik qəhrəman… 
Necə də yadda qalan, zövqü oxşayan, ruha qida verən lövhə. 
Bu kiçik şer parçasında həm də onu görürük ki, şairin 
poeziyası  bədii təsvir vasitələri ilə necə  zəngindir. Bu 
zənginliyi görmək xatirinə bir misal da gətirim: 
 
Yuxusuz bir beyin – susuz bir bulaq, 
Çalğısız əyləncə – tüstüsüz ocaq; 
Yelkənsiz bir gəmi – ruhsuz bir cəsəd. 
Budur azadlığa yabançı millət! 
 
«Azadlıq dastanı» poemasından götürülən bu dörd 
misrada  əvvəla, ustalıqla yaradılmış altı  bədii təyin var; 
ikincisi, üç tutarlı  bənzətmə diqqəti cəlb edir; üçüncüsü və  ən 
tutarlısı: yuxusuz beyinlə susuz bulaq, çalğısız  əyləncəylə 
tüstüsüz ocaq, yelkənsiz gəmiylə ruhsuz cəsəd azadlığa yabançı 
olan azadlıq uğrunda mübarizə aparmayan millətlə yanaşı 
qoyulur, dördüncü bənzətmə meydana çıxır və bütün bunlar şair 
fikrinin daha qüvvətli çıxmasında müstəsna  əhəmiyyət kəsb 
edir. 
Müşfiq yeni poetik formalar yaratmaq cəhətində  də öz 
qələm yoldaşlarından seçilən, fərqlənən şairlərimizdəndir. Qeyd 
edim ki narahat bir sənətkar olan Müşfiq onu məşğul edən, 
düşündürən, nifrət və  məhəbbətinə, kədər və sevincinə  səbəb 
olan məsələlərin ecazgar ifadəsi üçün həmişə  çırpınmış, 
rəngarəng mövzulu, məzmunlu poeziyasında  əlverişli poetik 
formaların da olmasına çalışmış, bu sahədəki axtarışını heç vaxt  
dayandırmamışdır. 
Ənənənin rolunu çox düzgün başa düşən, novatorluğu 
layiqincə qiymətləndirən şair istər hifahi xalq şerinin, istərsə də 
klassik  şerin poetik formalarına həmişə  həssaslıqla yanaşmış, 
bunların çoxunu: qoşma, gəraylı, bayatı, oxşama, rübai, 
məsnəvi, üçlük, dördlük (mürabbe), beşlik (müsəbbe), səkkizlik 
(müsəmmən), tərcibənd, tərkibbənd, müstəzad və s. 


 
10 
poeziyasında işlətmişdir.  Şairin Qərb  şerinin poetik forması 
olan sonetə biganə qalmadığını, sontlər yazdığını  və yeri 
düşdükcə özünün də yeni poetik formalar yaratdığını qeyd 
etsəm müəllifin bu sahəyə  nə  qədər böyük əhəmiyyət verdiyi 
aydınlaşır. 
Şair özünəməxsus bir formada yazdığı «Tərtərhes 
nəğmələri» və «Mingəçevir həsrəti»  əsərrində üçlükdən ibarət 
15 misralıq bənd yaratmışdır ki, burada birinci üçlüyün iki 
misrası öz aralarında qafiyələnir, üçüncü misra isə o biri 
üçlüklərin üçüncü misraları ilə  həmqafiyə olur. «Tərtərhes 
nəğmələri» əsərində bir bəndi gözdən keçirək: 
 
Hər yamacda bir tamaşa, 
Könlüm uçur dağa-daşa 
Seyr etdikcə təbiəti. 
Dağ başında duman gözəl, 
Bu qaralan orman gözəl. 
Könlümdədir məhəbbəti. 
Kim der sənə yaman, dünya, 
Sən gözəlsən aman, dünya, 
Ey günəşin əmanəti! 
Keçmişin göz yağmurundan 
Ürəyinin çamurundan 
Seçməliyiz şikayəti. 
Ey əzəldən yığın-yığın, 
Ölən, qalan insanlığın 
İlk cənnəti, son cənnəti! 
 
Şairin poeziyası  vəzn cəhətindən  də maraqlıdır. O, 
demək olar ki, heca vəzninin bütün bölgülərində (üç hecalıdan 
tutmuş iyirmi hecalıya qədər),  əruz vəzninin  əsasən, həzəc və 
rəməl bəhrlərində əsərlər, eləcə də sərbəst şerlər yazmışdır. Bu 
haqda «M.Müşfiq  şerində  vəznlər» məqaləmdə geniş  bəhs 
edilir: «Azərbaycan sovet ədəbiyyatında poetika məsələləri» 
 
11 
(ADU nəşriyyatı, Bakı, 1986, səh. 20-46). Məqalədəki bir tezisi 
xatırlatmaq istəyirəm: «… Tar»ı  və eləcə  də «Zəfər səsləri», 
«Gecə çeşməsi»  şerlərini tam heca vəznində yazılmış  şerlər 
kimi götürmək olmur. Bu şerlər heca vəzninin hər ritm vahidi 
üç təqtidən ibarət formasında» 
 
Olsalar da, tam heca deyillər, zahiri görünüşünə, 
misralarda hecaların qeyri-bərabərliyinə görə bu şerlər sərbəstə 
oxşasalar da, sərbəst də deyillər. Bəs onda bu şerlər hansı 
vəzndə yazılmışdır? Bu, Müşfiq icadıdır, heca ilə  sərbəsti 
yaxınlaşdıran bir vəzndir. Müşfiq vəznidir və bu vəznin poeziya 
tariximizdə yeganə nümunələrini Müşfiq yaratmışdır. Ona 
qədər nə heca vəznində, nə də sərbəstdə yazılan əsərlər arasında 
belə nümunələr təsadüf olunmamışdır. Elə düşünürəm ki
bundan sonra Müşfiq poeziyasının və eləcə də Azərbaycan … 
şerinin vəznlərindən danışılarkən heca vəzni,  əruz vəzni, 
sərbəst vəzn istilahları ilə yanaşı, Müşfiq vəzni istilahını da 
işlətmək lazım gələcəkdir». (səh. 42) 
Sözü məharətlə yerində işlədəndir, sözə hakimdir Müşfiq. 
 
Atamız dünyadan eh dedi getdi, 
Tez sənən ömrünə meh dedi getdt. 
Gül əkdi, vay dərdi cahan bağından, 
Tökdüyü yaşalara şeh dedi getdi. 
 
Mənalı səslərinlə şerim, incələş 
                bir kaman kimi! 
 
Gecəm belə keçdi, səhərim gəlsin! 
Dadıma sanballı sözlərim gəlsin! 
 
Poeziyasında aforistik ifadələr kimi səslənən elə sanballı, 
elə mənalı misralar, beytlər var ki, bunların daşıdığı poetik fikir 
oxucular tərəfindən razılıq hissilə, sevinclə, ürəklərindən xəbər 
verirmiş kimi dərhal qəbul olunur. Məharətlə yaradılmış belə 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə