Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   2   3   4   5   6   7   8   9   ...   54

 
16 
Müşfiq  şerinin, aforizm kimi səslənən, böyük təsir 
bağışlayan Müşfiq kəlamlarının yaşarı  təsirini müasir 
poeziyamızın, demək olar ki, bütün nəsillərinə məxsus şairlərin 
poetik nümunələrində görmək mümkündür. Məsələn, Hüseyn 
Arifin «Neçə ki, həyat var, şer də vardır», yaxud Süleyman 
Rüstəmin «Nə qədər ki, yer kürəmiz vardır, demək mən varam» 
misraları Müşfiqin məşhur «Əbədiyyət nəğməsi»  şerinin hər 
bəndinin sonunda təkrar olunur: 
 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şer olacaq! –  
 
Misralarını xatırlatmırmı? 
Müşfiqin poeziyası yaşayır. Öz bədii təsir qüvvəsini 
həmişə göstərir və göstərəcək. Bu barədə  şair Fikrət Qoca ilə 
söhbət edərkən o dedi: «Müşfiqsiz Azərbaycan  ədəbiyyatı 
bütöv olmazdı.  Əgər Müşfiq olmasaydı, bu ədəbiyyatda onun 
yeri güllə yarası kimi boş və ağrılı olacaqdı. Müşfiqi gizlətmək 
olmazdı. Sovet dövləti deyilən böyük bir imperiya onu 
yaddaşlardan silə bilməzdi.  Şairi cismən öldürə bildi, şair 
ilhamına qalib gələ bilmədi». 
Doğru deyir şair, həqiqi poeziyaya zaval yoxdur. O 
yaşayır, həmişə də yaşayacaq. 
 
                                                 Gülhüseyn Hüseynoğlu. 
 
17 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞERLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
18 
 
1926 
 
ÖLKƏM 
 
Dünyamızı seyr etdim min dürlü həvəslərlə, 
Gördüm coşuyor dillər pək nəşəli səslərlə, 
Baxdım doludur yarlar şən qəlbili kəslərlə. 
Pək şad olaraq güldüm abad olan ölkəmdə. 
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 
 
Baxdım ki, duman görməz yüksəkləri billuri,  
İnsanları matəmsiz, istəkləri billuri, 
Dağlar, ovalar gülşən, hər bir yeri billuri. 
Hər şey gülüyor gördüm, pək şad olan ölkəmdə. 
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 
 
Qışt getdi ölümlərlə, ölkəmdə bahar vardır. 
Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır, 
Sevdalı gönüllərdə sevdikləri yar vardır, 
Daim sevişirlər, bax, məzdad olan ölkəmdə. 
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 
 
Vicdanları pək şəffaf, insanları nurani, 
Müşfiq, bilə bildinmi, aləmdə şu döaranı?! 
Qaplar yarın artıq sağ dünyaları ürfanı. 
Hər yer güləcək, nura mötad olan ölkəmdə. 
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 
 
1927 
 
 
19 
1927 
 
ANA 
 
Ana dedim, ürəyimə yanar odlar saçıldı, 
Ana dedim, bir ürpəriş hasil oldu canımda, 
Ana dedim, qarşımışda bir gözəl səhnə açıldı, 
Ana dedim, fəqət onu görməz oldum yanımda. 
 
Ana, ana!… Bu kəlmənin vurğunuyam əzəldən, 
Onu gözəl anlatamaz düşündüyüm satırlar. 
Ana olmaz bizə hər bir «yavrum» deyən gözəldən, 
Çünki onun xilqətində ayrıca bir füsun var. 
 
Başqa aləm yaşamadım böylə gözəl biçimdə, 
Onu kimsə gözəlliyin cilvəsində yaratmış; 
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə 
Ta əzəldən köksalaraq, ürəyimdə boy atmış. 
 
O fidanı bəzi vaqıt istiyorum çəkərək
Qoparayım ürəyimdən, fəqət onda varlığım 
Sızıldarkən, sanki bir səs qopub incə və titrək 
Bir lisanla söyliyor ki: - Mənə dəymə, yazığım! 
 
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım, 
Söylədiyin sözlər ki, var beşiyinin üstündə 
Oxuduqum türkülərin kölgəsidir, övladım! 
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində. 
 
Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən, 
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı 
Baban kimi soyuq əllər qucağına çəkərkən, 
Yalnız acı fəğanların titrədirdi hər yanı. 
 


 
20 
İndi mənə hər kəs: - Anan, baban varmı? – söyləsə, 
Diyorom ki, - qapılmadan bir xülyaya, bir hissə – 
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan 
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım. 
 
İnandığım bir qiblə var, o da hər gün, hər zaman 
Yorulmayan qollarımla, düşünərək yapdığım 
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl, 
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl! 
 
 
SEVGİLƏR 
 
Sevgi vardır ki, dodaqlarda açar güllərini
Sevgi vardır ki, bir az qar kimi, ruzgar kimidir. 
Sevgi vardır oxudur qəlbidə bülbüllərini, 
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. 
 
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, 
Ona yaxlaşmayalım çünkio zülmətlə dolu. 
Sevgi vardır ki, düşər yerlərə daim sürünür, 
Öylə bir sevgi də min dürlü xəyalətlə dolu. 
 
Sevgi vardır ki, bahardan bizə güllər gətirir 
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. 
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. 
 
Sevgi vardır bizə çox dadlı əməllər gətirir, 
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. 
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var. 
 
 
 
21 
DÜDÜK  SƏDALARI 
 
Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə, 
Tıxanır qulağımız sinirli bir ahəngə, 
O zaman xəyalımız düdüklər coşmuş sanır. 
 
Bir çılğın urpərişlə bu hayqıran düduklər, 
Boynumuza həyatın ağır yükünü yüklər, 
Nəhayət hər tərəfdə gediş-gəliş başlanır. 
 
Toplaşır əməkçilər iş başına həvəslə, 
-
 
Üfüqlər bürünürkən fəcirdən bir kömləyə, - 
Düdüklərin əmrini yeritnə yetirməyə. 
 
-
 
Çağırınız bizləri kəsilməyən nəfəslə 
 Düdüklər! Yorulmadan çağırınız bizləri, 
Təqib edəcəyiz bir hərəkətlə sizləri. 
 
Ey hər düdük ruhundan ruha axan sədalar
Ürəklərdə şən əmək şamı yaxan sədalar, 
Sizinlə makinanın düyünləri açılır. 
 
Boruların ağzından qaçıb uzaqlaşanca, 
Sürətli dalğalarla siz bizə yaxlaşınca, 
İçimizə həyatın cilvələri saçılır. 
 
Düdüklərin müsəlsəl uzun çağırışları, 
Havada bu görünməz səslərin yarışları 
Sayəsində çözülür sükunətin bağları. 
 
Bəzən təbəssümlərlə cilvələr bulursunuz, 
Bəzən tutqun gözlərin şahidi olursunuz 
Ey düdük sədaları! Ey düdük sədaları! 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə