Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   2   3   4   5   6   7   8   9   ...   54

 
22 
 
XALI 
 
İşçi qız, toxuduğun o divar xalısında 
Heyran oldum ürəkdən işlədiyin sənətə
Bir gözəllik əsəri verdin bəşəriyyətə. 
 
Böyüklüyün çoxuna məchul ikən əvvəllər, 
Vurduğun naxışların, qız ən bahalısında 
Meydana çıxdı bu gün səndəki böyük hünər. 
 
Qabarlanan o incə, o nazik barmaqların 
Birinin təəssüflə cəlb etsə nəzərini, 
Alqışlar tutacaqdır o baxışın yerini. 
 
İnan ki, qonaqların önünə çıxsa yarın, 
Xalında rəngi-ruhu solmayan o ulduzlar, 
Həm sənin, həm ölkənin göylərini yaldızlar. 
 
Sən ey Şərqin əməkçi qızı, çırpın, qanadlan! 
Bürüyəcək şöhrətin bu sənət meydanını, 
Ola bilməz çəkdiyin zəhməti gözdən salan. 
 
Birsən sənət yolunda candan keçən ərlərlə,  
Meydana  buraxdığın böylə şah əsərlərlə 
Ucaldırsan ölkəmin şöhrətini, şanını. 
 
 
 
23 
ÜSYANA  BAŞLA 
 
Əsrlərcə şərqlilərə kəsildin acı, 
Sən ey vəhşi, sən ey azğın imperyalizm! 
Gəl Çindəki üsyanlara baxma qıyqacı, 
Düşün, bu gün onlarda var böyük bir əzm. 
 
Qızıl Kanton orduları alovlu bir dağ 
Kimi salmış varlığına atəş, zəlzələ,  
Şanxay qalsın, Nankinə də etdin əlvida, 
İnqilabın zərbəsilə gələrək dilə. 
 
İndi coşqun bir dənizdir hər işçi Çində, 
Çəkil geri, qorxutamaz kimsəyi qüvvən, 
Sən get hərbin yollarını Kantondan öyrən! 
 
Deyirlər ki, Nankin yanır alov içində, 
Yarın sönər zalımların tökdüyü yaşla. 
Saoam sənə, Çin işçisi, üsyana başla! 
 
 


 
24 
DÜŞÜNCƏ 
 
Günəş ipək tellərinin sarımtraq rəngini 
Səhər çağı daoqa-dalğa hər tərəfə yayırkən 
Gətirirəm xəyalıma bir al bayraq rəngini. 
 
Düşünərək derəm, bu da, əvət bir sabah erkən 
Bir dünyanın göylərində günəş kimi hər səhər 
Parlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər. 
 
Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara 
Hər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram. 
Şən gecələr ay işığı düşürkən yamaclara 
Şuraların ellərdəki kölgəsini anıram. 
 
Dilbər sular dalğasına dənizlərdə, göllərdə 
Oxuyaram yeni həyat sevdasilə çırpınan, 
Əskiliyə üsyan edən könülləri hər zaman. 
 
Yorğun-arğın karvanilə səhralarda, çöllərdə 
Bəzi gecə yarı yolda qalanları dinlədim, 
-
 
Hankı şeydir yolçulara incat verən? – söylədim. 
 
Bir ağızdan dedilər ki, dan yeri, dan ulduzu! 
Sordum, bundan gözəli yoxmu parlayanların? 
Dalğalandı qarşımda o vaqıt bu diyarın 
Al bayrağa sığınmış gönül açan ulduzu. 
 
 
25 
HƏSRƏTLİ  QARI 
 
Kürdüstan dağları döşündə bir yol, 
Bir yol ki, upuzun, bir yol ki, qıvrıq, 
Zümrüd ətəklərlə qapalı sağ, sol. 
 
Ayrıcında yolun bir qarı durmuş, 
Alnı düşüncəli, qolları sarqıq, 
Yetim baxışlarla boynunu burmuş. 
 
Baxır nəvazişlə ulu dağlara
Özündən ixtiyar, mutlu dağlara, 
Çulğamış üzünü sirrli bir hüzn. 
 
Varlıq xəbərsizdir onun halından, 
Günəşsə ağ saçlı bürclər dalından 
Əl atıb, üzünü açır gündüzün. 
 
Bilinməz qəlbinin daşıdıqları, 
Yol çəkən gözlərlə bu məhzun qarı 
Doğrudan görəsən kimləri gözlər? 
 
Ey yolçu, ey çoban, ey havalı quş! 
Sizi bəkləməkdən artıq yorulmuş 
O qaynayan, axan diqqətli gözlər. 
 
İştə bir araba gəlir uzaqdan 
Müsəlsəl, qarışıq gurultulərlə. 
Bir tunc əksi-səda qarşıkı dağdan 
Söyləyir: «Qarını, durma, xəbərlə!» 
 
Yerində diksinib ixtiyar qadın 
Titrəyir, əsərək yarpaq vücudu. 
Almaqçın üstünü bir köhnə yadın, 


 
26 
Bir fayton qarının önündə durdu. 
 
Faytonda oturmuş yorğun nəfərlər 
Bizim kənd və qəza işçiləridi. 
Söydilər: - Ana! Nəvar, nə xəbər? 
Qadın yolçulara ruhunu gərdi. 
 
Qovmaq istər kimi tutqun fikrini, 
Bir kirpik çalaraq, başını silkdi. 
Yolçular süzüncə biri-birini, 
Qadın gözlərini onlara dikdi… 
 
Könül dəftərini vərəqləyincə  
Saçıldı boşluğa xalis incilər. 
Başından keçəni incədən-incə 
Açdı yolçulara, dedi müxtəsər: 
 
-
 
Ay bala! On iki il bundan qabaq bir 
İmansız ayrılıq mana qurdu dam. 
Fələk dedikləri daş ürəkli pir 
Parlaq gündüzümü eylədi axşam. 
 
O zaman bir oğlum ayrıldı məndən, 
Oxumaq istəyib getdi Tiflisə, 
Sanki ruhum uzaq düşdü bədəndən, 
Qapıldı varlığım bir acı hissə. 
 
Dedim: - Getmə, bala, hənuz uşaqsın, 
Dünyanın işini bilən tapılmaz; 
İstərmisən göylər başımda çaqsın? 
İnsan olan bəndə hissə qapılmaz. 
 
Beş sənə oxudun, kifayət edər,  
Umudum sənədir, vaz keç səfərdən. 
 
27 
Mənə kim baxacaq? Olma dərbədər. 
Nə qədər yalvarıb-yaxardımsa mən 
 
 
Zərrəcə sözlərim etmədi təsir 
Oğlumun d.yünən ürəkciyinə. 
-
 
Doğrudan analıq bir şey deyildir, - 
Cavan xatırına dəyməyib yenə. 
 
Titrəyə-titrəyə söylədim: -  Oğul!… 
Get, artıq, səfərin uğurlu olsun! 
Tanrı niyazını eyləsin qəbul, 
Yolun al yanaqlı güllərlə dolsun! 
 
 
Mən onu canımdan artıq sevərdim, 
Bir an düşərdisə gözümdən iraq. 
Artardı həsrətim, artardı dərdim, 
Hər zərrədən onu edərdim soraq. 
 
Can bağımda qüdsi bir ağac əkdim
Nədənsə dadmadım bir şey barından. 
Mən onu gözləmiş, gözləyəcəkdim 
Yayın istisindən, qışın qarından. 
 
Buraxdı Tiflisi, sonra, deyirlər, 
Bir başqa dəryada yelkən açdı o. 
Bir yavru quş kimi düşdü dərbədər, 
Bilməm baş götürüb hara qaçdı o? 
 
Bu ucsuz-bucaqsız ellərə sordum. 
Sordum dənizlərə, coşdu dalğalar. 
Salxım-salxım əsən yellərə sordum, 
Gəzdirdim dərdimi diyarbədiyar. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə