Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

 
48 
Gördülər xoşladılar qızcığazı, 
Baxdılar Gülnaza min kərrə azı. 
Bilmədən öylə nişanlandı ərə, 
Tutulub qaldı tükənməz kədərə. 
 
Aradan keçdi nəhayət iki il
İl deyil, hər biri bir dağ təki il. 
Gülnaz artıq böyümüş pək məğrur… 
Yz-gözündən saçılır şeir, qurur. 
Dedi bir gün Gülnaz: - Yaxşı, ana, 
Eybi yox mən ki, nişanlandım ona. 
 
Söyləyirlər ki, onun yox savadı, 
Bir yığıncaqda çəkilməzmiş adı. 
Bir də çox köhnə fikir sahibidir, 
Əski, pək əski adamlar kibidir. 
Məktəbə getməyə qoymaz ki, məni; 
Annə bilməm ki, kim aldatdı səni. 
Bu yamandır ki, eşitməzkən adın, 
Məni sən gör kimə qoşdun, caladın! 
                Annəsi: 
Bax, qızım, bax, olan olmuş, keçmiş; 
Bax, qızım, yaxşı deyil məncə bu iş. 
Doğru yoxdur savadı, var parası; 
Olma gəl annənə, yavrum, ası. 
Gəl, quzum, sözlərimə bir qulaq as, 
Çıxma yoldan, çox ayıbdır,  Gülnaz! 
Sənə göndərmiş ipək bir çarşaf, 
Öylə çarşaf ki, camalın kimi saf. 
Dur da bir sal başına, nazlı bacım, 
Qalmasın bəlkə bu könlümdə acım! 
 
Gecə səssizdi gülümsərdi qəmər; 
Yoxdu heç şeydə siyahlıqdan əsər. 
 
49 
Vardı gözlərdə, könüllərdə gülüş, 
Dadlı bir çarədir hər dərdə gülüş. 
Yırtaraq ay gecənin örtüyünü, 
Məhv qılmışdı o zülmət yükünü. 
Hər tərəf parlaq, üfüqlər ləkəsiz, 
Yoxdu göylərdə buludlardan iz. 
Bu nəsihətdən olan şən Gülnaz 
Qəmli «ilul» kimi tutqundu bir az. 
Azacıq hər tərəfi sardı sükut, 
İndi Gülnaz mütəhəyyir, məbhut 
Düşünürkən, coşaraq qızdı baqın, 
Oldu sellər kimi darğın, daşqın, 
Dedi: -  Annəm, bu qeydsiz hərəkət, 
Bilmədən yapdığın, adsız hərəkət, 
Nə üçündür, nə deməkdir, göstər! 
Bu nəsihət mənə aidmi məgər! 
Get zibilliklərə at çarşafını, 
Mənə qandırma uğursuz lafını. 
Mən nə çarşaf, nə də bir ər tanıram, 
Yalnız ən tazə əməllər tanıram. 
Məqsədimdir oxumaq, öyrənmək, 
Əməlim daim uçub yüksəlmək. 
Yox, bulandırma o sözlərlə məni
Süzmə, dur, şübhəli gözlərlə məni! 
Annə, keçmiş o nəsihət vaxtı, 
Çünki gəlmiş yeni söhbət vaxtı. 
Hünərin varsa bu gündən söylə, 
Məni aldatma çürük fikrinlə! 
Əsrimin mən gözaçıq yavrusuyum, 
Başqadır indi xəyalım, arzum. 
Oktyabr mənə vermiş qüvvət, 
Bir qızıl duyğu və bir ülviyyət 
Ki, onun sayəsi altında mənə 
Yeni insan gücü gəlmiş, annə! 


 
50 
Xəbərin yox, annə, mən komsomolum, 
Tutduğun yoldan uzaqdır bu yolum. 
Bu yolun yolçusuyam mən, annə, 
Nə deyirsən bu işə sən, annə? 
Bax, yarın dərsimi ikmal edərək, 
Şövq ilə getməliyəm kəndə, bu pək, 
Pək müqəddəs əməlimdir, məncə… 
Bax, gərək kəndlərimiz ürfancə 
Açaraq şəhpər ucalsın fələkə. 
Məni sən anlamıyırsan bəlkə… 
«Bəsləmişdir məni qoynunda bu gün», 
«Bu günün hökmünü öyrən və düşün». 
 
Bitirib sözlərin artıq Gülnaz, 
Annəsin süzdü dərindən o bir az, 
                        dedi: 
İstəyirsən yenə azacıq danışım. 
                  Dedi ainəsi: 
Bu sözündən, bala, çıxmaz ki, başım! 
 
 
51 
 
RADİO 
 
Gizli-gizli havanın raylarından aşaraq, 
Düşüncə vadisindən qaçıb uzaqlaşaraq, 
Qohum-qardaş bilməyib hər kəsə yaxlaşaraq 
 
                 Hər yerdən xəbər verir 
                 Allo, allo səsləri. 
                 Əcəb cilvə göstərir 
                 Allo, allo səsləri. 
 
Qıvrım qamçılar vurub dağlara, dənizlərə, 
Bir xəbərlə yaxzlaşıb uzaqlardan bizlərə, 
Yolçuları toplayır bir yığnağa, bir yerə 
 
                Hər gün söhbət eyləyən 
                Allo, allo səsləri. 
                Hər şeyi tez bəlləyən 
                Allo, allo səsləri. 
 
Ellər ayrı, ellərdə yaşayanlar da ayrı, 
Xəbərsizkən çox işdən ölkələrin müxbiri, 
Birləşib sayənizdə həp könül iqlimləri
 
               Çiçəklənir, allanır 
               Allo, allo səsləri. 
               Nəşələnir, hallanır 
               Allo, allo səsləri. 
 
Nə yellər uğultusu, nə vulkanlar nərəsi, 
Nə xəyalı divlərin köpüklü yayqarası, 
Qışqırıb bağırsanız kəsilmədən arası 
 


 
52 
                
 
53 
Qiyamət eylərsiniz 
               Allo, allo səsləri. 
               Siz başqa bir nərsiniz 
               Allo, allo səsləri. 
 
Səsinizə tay olmaz sizin keçdi-keçdidə, 
Hər yerdə aş orda baş, olmuşsunuz get-gedə, 
Bir torpağın, bir evin bütün sərgüzəşti də 
 
               İçinizdə saqlıdır 
               Allo, allo səsləri. 
               Doğrudan maraqlıdır 
               Allo, allo səsləri. 
 
 
PEDTEXNİKUM 
 
Ömrüm səfalətlərin dərin çuxurlarında 
Ölgün vərəqlər kimi sürünən bir zamanda
Dərs alıb bir çırpınan qartal qanadlı quşdan, 
Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan. 
 
O vaqıt bir çocuqdum, soqaqlardı məskənim, 
Başdan-başa həyatım bir silinməz ləkəydi. 
Kimsə bilməzdi sonum nə olacaqdır mənim, 
Keçdiyim yollar bütün qazıqdı, təhlükəydi. 
 
Toz-torpağın altımda buraxdığı izləri 
Görənlər, sağalmayan bir yaradır, sanırdı. 
Quruyordu get-gedə ömrümün dənizləri
Bir qaynaq həsrətilə gözlərim bulanırdı. 
 
Nazi-nemət içində bəslənən bəxtiyarlar 
Sanki diyorlardı ki, yazıq, nəhayətin nə? 


 
54 
Qart daşları güldürən bu köhnə zəngin diyar 
Hər baxışda ruhuma saplıyordı bir iynə. 
 
Fəqət böylə qalmadı, bir ana şəfqətilə 
Sən bu yetim varlığı qucaqladın, bəslədin. 
Yeri-göyü titrədən bir şimşək qüvvətilə 
Məni bir dağ başından harayladın, səslədin. 
 
Kim bilir ki, sayəndə qaç zavallı dərbədər 
Xilas olmuş saydığım bu məchul acılardan, 
Sən, ey ürfan ocağı, sən olmasaydın əgər, 
İnsan olurdumu bu gördüyün bəxtiyardan? 
 
Söyləyiniz, kimdir o, bir sıra arxasında, 
Qarşısında bir kağız, sağ əlində bir qələm, 
Xəyal dənizlərinin köpüklü dalğasında 
Açan bəyaz gülləri dərmək istəyən adam? 
 
Kimdir o dalğın çocuq, saçları pəncəsində, 
Bir saat ayrılmıyor can sıxan düşüncədən? 
Neçin nitqi kəsilmiş, qüvvət yoxdur səsində: 
Bir böhran içində o, qıvrılıyor ya nədən? 
 
O mənim, əvət mənim, əvət, ilk xəyallarım, 
Çılpaq təsəvvürlərim bu bağçada göyərdi, 
Bu bağçada çiçəklər açdı o dörd baharım, 
Bu şənlik mənə yüksək insan namini verdi. 
 
Ömrüm səfalətlərin dərin çuxurlarında 
Solğun vərəqlər kimi sürünən bir zamanda, 
Dərs alıb bir çırpınan qartal qanadlı quşdan, 
Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan!… 
 
 
 
55 
DAĞLAR 
 
Siz ki, bir-birinizdən ayrılmayan əşdiniz, 
Sinənizə ayrılıq dağı çəkildi, dağlar! 
Aya, hankı cəlladın pəncəsinə keçdiniz, 
Niçin böylə qəddiniz sındı, büküldü, dağlar? 
 
Sizin ki, üzünüzdən qaralırdı çox işıq, 
Üstünüzdən ötməyə yol bulmazdı bir aşıq. 
Qaynaqlara edərkən gədikləri çarpaşıq 
Bu gün çəlik bağrınız nədən söküldü, dağlar? 
 
Nallarını küheylan atların qırardınız, 
Önünüz əngin dərə, uçurumdu ardınız. 
Çayların gur səsilə, üfqə hayqırardınız, 
Sizin öncə halınız belə deyildi, dağlar! 
 
Ruzgarları yararkən köksünüz parça-parça, 
Ayrı qalırdı quşlar sıradan haftalarca, 
Alnınızı buludlar oxşarkən bəxtiyarca, 
Dik başınız önümdə nədən əyildi, dağdar? 
 
Üstüstdən o zaman ki, bıçaqlandı qəlbiniz, 
Çaylar sapdı yolundan, narə yandı qəlbiniz, 
Barıt dumanlarilə saçaqlandı qəlbiniz, 
Axırda bir mum kimi söndü, töküldü, dağlar! 
 
İnsan oğlu – əzəldən o sinə dağlayandı, 
Yoxsa onun xəncəri köksünüzə dayandı?! 
Başınıza kül oldu, könlünüz oda yandı, 
Onda ki, yerinizdə raylar çəkildi, dağlar! 
 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə