Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   2   3   4   5   6   7   8   9   ...   54
    Bu səhifədəki naviqasiya:
  • TOZANAQ

 
28 
 
İçimdə qüssədən bir xəzinə var
Könlüm bir adadır qəm dəryasında. 
Açmasam dərdimi, kim bilir nə var 
Ömrümün qaranlıq macərasında? 
 
Könlüm dayanmadı,falçıya getdim, 
Çəkdi dırnağıma qərib bir şəkil; 
O şəkli bir qədər tamaşa etdim, 
Qarşımda bir xəyal olundu hasil. 
 
Əvət, dırnağımda gördüm oğlumu, 
Həp eyni paltarda, eyni biçimdə. 
Dərkən falçı mana: - Övladın bumu? 
Bir ilan qıvrıldı sanki içimdə. 
 
-
 
Şahsuvar, Şahsuvar! -  deyib ağladım, 
İçimdə sızladı bir yanıq kaman. 
Darğın sular kimi coşub çağladım,  
Gözümdən od çıxdı, başımdan duman. 
 
Şahsuvardan bir az kiçik oğlumu 
Əsgəran davası aldı əlimdən. 
O gündən ixtiyar, xəstə könlümü 
Dünyaya xoş baxan görməmişəm mən. 
 
Sonra dava düşdü, çevrildi dünya; 
Bunu məndən gözəl bilirsiniz. 
Dəyişdi kökündən dağ, dəniz, qaya, 
Dəyişdi hər qədəm, dəyişdi hər iz. 
 
Biz qonşumuz olan ermənilərlə 
Yaşardıq bir yerdə can-ciyər kibi. 
Kim tapdı davaya bilməm vəsilə,  
 
29 
Bilməm «böyüklərin» nəydi mətləbi?! 
 
Dağıldı ölkələr, talandı ellər, 
Sonalar oylağı rımar oldu. 
Qəm tərənnüm etdi sevdalı dillər, 
Ellərin şənliyi xakisar oldu. 
 
Bizim halımıza tutuldu göylər, 
Buludlar belini büküb ağladı. 
Qəlbimi yatağan duyğular kəsər 
Zəhnimdə gəzdikcə keçmişin yadı. 
 
Hər duman bir ahdı, hər səs hıçqırıq 
O zaman ruhumuz gəlirkən dilə. 
İndi yeddi sənə oldu ki, artıq 
Qəlbimiz döyünür öz qaydasilə. 
 
İndi, ey bu yoldan ötən yolçular! 
Axı, burda mənim kimim, nəyim var? 
İndi mən bu halda neyləyim, ey dost? 
Qoy sizə dərdimi söyləyim, ey dost! 
 
Derlər, Şahsuvarım gəlmiş yaxında,  
Xoş günə çıxarmış onu ayrılıq. 
Hər kəs öz keyfində, öz damağında, 
Yerimdən oynadır məni ayrılıq. 
 
Derlər, Şahsuvarım bir böyük kimi  
İşləyir Bakının mədənlərində. 
Mənsə hicranını ağır yük kimi 
Çəkirəm ömrümün «rəhgüzərində». 
 
Hər gələndən onu soraqlayırkən 
İxtiyar canımdan bezgin çağımda. 


 
30 
Keçən günlərimi varaqlayırkən 
Gülməyim də gəlir, ağlamağım da. 
 
İndi bu göydəki buludlar kimi,  
Qarşınızdan ötən bir ruzgar kimi 
O dilbər çay kimi burdan keçərkən,  
Salamlar aparın oğluma məndən. 
 
Söyləyin: yolunu sənin gözləyir 
Həsrətli gözlərlə dərdli bir qarı. 
Həp səni gözləyir, səni özləyir 
Qəlbinin qərarsız çırpınışları! 
 
Yolçular dedilər: - Qulaqlarımız 
Yaxşı xəbərlərə, açıqdır ana! 
Sifarişlərini yerli-yerində 
Gedib çatdırarıq, yəqin, oğluna. 
 
Dinləyib qarını incədən-incə, 
Azacıq bir zaman söhbət etdilər… 
Aradan bir xəfif ruzgar əsincə 
Getdilər, yolçular varıb getdilər. 
 
-
 
Yolçu yolda gərək! - deyə, atlara 
Dəydi ilan kimi iti qamçılar. 
Təkərlər torpağı cırmaqlayınca, 
Gözlərdən itmişdi bizim ixtiyar. 
 
İxtiyar gözlərdən itmişdi, ancaq 
Yolçular da varıb getmişdi. Ancaq, 
-
 
Leyla, Leyla! – deyə ətrafa pəsdək 
Bir çoban türküsü yayılmadaydı… 
 
Sanki ilham alıb varlıq bu səsdən, 
 
31 
Canlılar qəşş edib bayılmadaydı, 
Cansızlar uyqudan ayılmadaydı, ayılmadaydı!…  


 
32 
DİLƏNÇİ 
 
Sərt, soyuq bir qış gecəsi… Səma bəyaz, yer bəyaz, 
Uğuldayan küləklərlə sarsılmada soqaqlar. 
Hər kimin ki, qanadı var çovğun olsa darılmaz. 
Fəqət yenə bu soyuqdan qısılmada soqaqlar. 
 
Gələn də var, gedən də var, mən də varam bu gecə. 
Təbiətin dəhşətləri titrədiyor ətrafı. 
Bir bucaqda yorğun titrək əllərilə kəmənçə 
Çalan zəif bir ixtiyar inlədiyor ətrafı. 
 
Yanında bir yavrusu var, yorulmadan çalıyor. 
Kamançanın simlərindən qopan yanıq havalar 
İncəldikcə, hər kəs ondan acı bir həzz alıyor. 
 
Yellər dəxi vəlvələli ötüyorkən bu yoldan, 
Yavaş-yavaş səslərini dəyişdirib bir qadar, 
Onlar dəxi uzaqlarda, ağlıyorlar könüldən. 
 
-
 
Ey ixtiyar, sən ey zalım, məzlum dolu illərin 
Ürəklərə kədər saçan, ələm verən töhfəsi! 
Acı dolu, əzab dolu, zülüm dolu illərin 
Mərhəmətsiz fırçalarla qaralanmış lövhəsi! 
 
Sənin artıq vaxtın ötmüş, 
Səni dövran səfil etmiş. 
Fəqət onu, o sevimli qızcığazı, 
Olma razı, 
Qış dondursun, günəş yaxsın. 
Burax onun əllərini,  
Burax onun hörülməmiş tellərini. 
Qoy buraxsın 
Oxuduğu yanıq, xəstə havaları. 
Burax, barı 
Çağlıyorkən yurdumuzda yaşayışın selləri, 
 
33 
Bəlkə öpsün gözlərini səadətin yelləri. 


 
34 
1928 
 
TORPAQ  VƏ  TRAKTOR 
 
Qranit damarları ey çəlik qanlı torpaq, 
Paltarı sərt dəmirdən əli qalxanlı torpaq, 
Nə der sinəndə meydan sulayan, hayqıran div? 
 
Der ki, mənim varlığım uyuşub yatan deyil, 
Dişləri tez oynayan xış deyil, kotan deyil, 
Köksünü bıçaqlayan, qollarını qıran div! 
 
Gəl yeni cəlladını -  bu nəri dinlə, torpaq, 
Onun çıxardığı gur səsləri dinlə, torpaq. 
Ayaq iti, baş yekə, saçlar buluddan siyah… 
 
Möhtəşəm gövdəsilə keçərkən üzərindən, 
Neçə neştər iz qaldı qartlaşan içərindən, 
Bizim div çınlatarkən qulaqlarında qah-qah?… 
 
TOZANAQ 
 
Yenə toz… aman, bu toz buludları nə istər 
Bilməm səndən, ey Bakı, sən ey atəş diyarı! 
Sən birdən dirçəlib, birdən boy atan şəhər, 
Yzərindən qovsana bu iynəli ruzgarı! 
 
Niçin soqaqlarından yolçular ötən zaman 
Saçlarını oxşamaz lətif əsən küləklər? 
Neçin yanıq çöllərin bitirməmiş bir fidan? 
Neçin sinəni öpməz gözü yaşlı çiçəklər? 
 
O dilbərin… qaşları altındakı güllər, ah, 
Rəvamıdır bulansın zəhərli tozlarınla? 
O bir yaz səhərindən daha şux olan nigah
1
 
                                                           
1
 Ниэащ  -  бахыш. 
 
35 
Rəvamıdır sıxılsın hər acı ruzgarınnla? 
 
Buna səbəb mənmiyəm, yoxsa keçmişin oğlu? 
Yoxsa səni bu hala salmış qoca təbiət? 
Bu söz düzmü, doğrumu, bu əsrin mətin oğlu 
Diyor: -  Xayır, deyildir məndən uca təbiət! 
 
Hər şey bu bir cüt qolun əsiriykən, niçin də 
Bu günahı üstünə atalım təbiətin?! 
İstəsəydi daima gül yarpaqlar içində 
Bəsləyərdi cismini o keçmiş cəmiyyətin. 
 
Fəqət onlar yanmadı, əkmədilər bir ağac, 
Bir bağ salmadılar heç qum dolu çöllərində; 
Bir yetimin halını andıran bu ehtiyac 
Təmin olunur ancaq bu günün əllərində. 
 
Tozlanmış, bir vərəmli kitab oxutdurmasın 
Hər tozanaq sinəndə yaşayan bu gənc elə. 
İstəməm, o küləklər pəncərəmi vurmasın 
Sapsarı bir kölgənin qubarlı əllərilə! 
 
Mən istərəm dörd yanın ormanlarla qapansın, 
Nəfəs alıb verəsən göy yarpaqlar içində, 
Mən istərəm gənc oğlun, mənistərəm gənc qızın 
Gəzdikcə zövqə dalsın kölgə bağlar içində. 
 
O zaman Vaqif kimi, şaqrayan Nədim kibi 
Sayrıyaraq həvəslə kim eyləməz tərənnüm? 
Onda hansı şairin hasil olmaz mətləbi 
Ağaclıqlarda ellər eylədikcə təkəllüm?
2
 
 
Onda iki tərəfdən mənə təsir edərsən, 
Onda iki eşq ilə qəlbimi titrədərsən. 
                                                           
2
  Тякяллцм  - мцсащибя. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə