Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 
36 
Onda sinəndə bitmiş dalğalı otlarından, 
Vərəqlərlə oxşanan qaynar zavodlarından 
Alıb doyunca ilham. 
 
Mən hər səhər, hər axşam, 
Bağırarkən şerimi mən bar-bar üfüqlərə 
Onda göy saçlarını oxşayan dadlı yellər, 
Deyil dəmir qanadlı, ipək qanadlı yellər 
Bəstələyib şerimi, qaçarlar yüqlərə. 
 
 
GÜLÜŞLƏR 
 
Gülüş vardır səslərinə tunc əkslər yapdırır, 
Gülüş vardır könülləri ruzgarlara qapdırır. 
Bəzi tikər könüllərdə alovlardan bir məbəd, 
İllər boyu atəşinə insanlığı tapdırır. 
 
Bürünərək çoxu ipək füsunlu bir çarşafa 
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa. 
O pərdəyi parçalasaq can atarız nəhayət 
Və başlarız göz yaşları aləmini təvafa. 
 
Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi. 
Zəncirləyər uçanları halqalandıqca bəzi 
Bəzi sıçaqgörüşlərə doğru yollar göstərir. 
 
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan 
Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman 
Gənc ömrümə yüksəlməkçin qanad verir, can verir. 
 
 
BİR  LÖVHƏ 
 
 
37 
İştə səksən yaşında beli bükük bir qadın 
Aylar, illər bilmədən qırmış qolun, qanadın. 
Zaman çəkmiş canına gözlərinin nurunu, 
Ömrü almış əlindən qəlbinin sürurunu. 
Vücudunun son bahar yarpağından fərqi yox, 
Dodağında bir gülüş, bir qaynayan şərqi yox. 
Çöhrəsində pərişan buludların var əksi
Əllərində sərinlik -  bir məzar hədiyyəsi. 
Əmmiş uzun illərin baharını, qışını, 
Məclislərin bulunmuş nəşəsində, qəmində. 
Bürümmüş ən nəhayət kölgələr baxışını, 
İndi gəzər xəyalı məzarlıq aləmində. 
O yenə yaşamaqdan bıqmamış, usanmamış, 
O yorğun, o ziyasız, o qüvvəsiz, o qamış 
Vücudilə yenə də ömür sürmək istəyor, 
«Ah nə olur bir az da gözlərim görsə!…» diyor. 
Ey hənuz gəncliyinin dəmlərini yaşıyan, 
Qəlbində gur dalğalı çağlayanlar daşıyan, 
O səksən yaşlı qadın yaşamaq istiyorkən 
Bilməm niçin həyatdan uzaqlaşmadasın sən? 
 
 
QIZIL  ƏSGƏR 
 
Qızıl əsgər. O çəliklər seli, ruzgarlı axın. 
Qızıl ölkəm, bu axındır iti, kəskin yarağın. 
Qızıl əsgər. O səmalarda uçan şən qartal, 
Onsuz olmaz bizim ellərdə nə şadlıq, nə cəlal. 
Qızıl əsgər. O ürəklərdə həvəslər doğuran
Sislərindən əbədi, düzgün əkslər doğuran. 
Qızıl əsgər. O əmək yolçusu, çığlıqlı uçuş, 
Qarlı dağlarda durub, məskən edən şahin quş. 
Qızıl əsgər. Bu əmək ölkəsinin şah damarı, 
Coşqun, əngin suların canlı, uçan dalğaları. 


 
38 
Qızıl əsgər. O şəfəqlər kimi parlaq süngün, 
Gecələr bağrına tez-gec batacaqdır bir gün. 
Qızıl əsgər. O səadət seli nurani aqın 
Ləkəsiz qəlbi o, saz çöhrəli ölgün şarqın. 
 
 
 
39 
ƏYYAŞ 
 
Ruzgar… çovqun, qar, ətraf əsim-əsim əsmədə, 
Başlar köküsdə… lakin soqaqda bir qaraltı 
Gərinib bükülmədə, şaxta onu kəsmədə, 
Buzdan bir cam kəsilmiş ayaqlarının altı. 
 
Durmadan söylənmədə o kəndi-kəndisilə 
Alnının çuxurunda parlıyor iki məşəl. 
Sağdan, soldan küləklər vurub üzünə sillə 
Yıxmaq istiyor onu şəffaf dəmirdən bir əl. 
 
Yox sözlərində məna, canında yox ixtiyar, 
Qollar, baçaqlar həpsi qarışmış bir-birinə, 
Əlvida etmiş ona şəxsiyyət, izzət, vüqar, 
Düşmüş uğursuz, acı bir adətin girinə. 
Sağ əlində bir şişə, sol cibində bir şişə, 
Hankı böyük bir səbəb onu bu hala salmış? 
Çəkmiş hankı bir əməl biçarəni bu işə, 
Hankı təsadüfdən o, bu yaman günə qalmış? 
 
Alnında bir bəyaz qəm, -  bir dilənçi günündə -   
Üzü günəşdən qızıl, içi qarlardan ağdır. 
O, şimdi durdu yüksək bir binanın önündə,  
Keçmişini yaşatmış bu evə baxdı… baxdı… 
 
Qılınc kimi kəsici şaxtanın şiddətilə 
İştə çürük bir ağac cansız uzandı yerə. 
İçində bəslədiyi müvəbbəd qüdrətilə 
Bir quşsa qanad açdı ağ çadralı göylərə. 
 
Buram-buram qıvrılıb həmlə edincə ruzgar
Bu əyyaşqaldırımdan üz üstə yerə düşdü. 
Qəlbində son döyüntü, səsində xırıltılar 


 
40 
Bəyaz tənli daşlarla qucaqlaşdı, öpüşdü. 
 
Əvət həyat dənilən bu deyüş meydanından 
Basılmamış çıxacaq kimin varsa qanatı. 
Əvət, kim şübhə etsə, qüvvətindən, canından 
Ac soqaqlar əlində boğulacaq həyatı. 
 
Kimdir bu ilan kimi sürünüb ölən adam, 
Çökmüş kaşanələrin bacarıqsız oğlumu? 
Nərdə onu yaşadan dünkü parlaq ehtişam, 
Onu öldürən kəndi sinifinin yolumu? 
 
 
QONAQ 
 
                                                Komsomolun  10   illiyinə 
 
Beynimdə uğuldayan qızıl ruzgar kibiydi 
Dün gecə balkonumda rəqs edən on yaşlı yel. 
Nə çılğındı, nə çapqın, nə də çox əsəbiydi, 
Əsərkən mühitimin havası oldu tel-tel. 
 
Tanıram mən əskidən bu xoşsifət ruzgarı, 
Saqın, müqəyyid ol ha, ona çocuqdur demə! 
Səndən əvvəl gəzmiş o, dolaşdığın yolları, 
Səndən əvvəl bulmuş o, çarə gizli  dərdimə. 
 
Ah, danışsam bu ruzgar yaranmışdır nələrdən, 
Gərək çox iti olsun xəyalımın gözləri. 
Gərək yaxşı dərs alıb qorxunc əfsanələrdən, 
Nəql edəyim ta onun haqqındakı sözləri. 
 
O gəzdi məclisində ixtiyar küləklərin  
Yç yüz illik bir dağı ovmaq üçün yerindən. 
Qaynayaraq qəlbində yerdəki şimşəklərin
Qurdu bir oynaq həyat qaynar əməllərindən. 
 
 
41 
Bu ruzgarın qırmızı ayaqları altına 
Bəyaz, mavi ağaclar inci tökdü, əkildi, 
Aldı bir dağılmayan xanımanı sırtına 
Yıxdı, sonra yerində günəşdən ev tikildi. 
O gəzməyən bir diyar qalmamışdır, əmin ol,  
Dodaqları oxşamış hər iqlimdə bir çiçək. 
Vulkanların qaynayıb ürəklərində min yol, 
Yolçulara paylamış qışda bir atəş ürək. 
 
Bu gənc ruzgar on kərə olmuş evimdə mehman, 
Keçmiş onunla daim söhbətimiz çox şirin. 
Dün qapım çalınırkən anladım odur, haman 
Çıxdım, ansızın öpdüm onun yüngül əllərin. 
 
Sonra əlinə aldı qonağım bir qızıl saz,  
Qanadlandı, durmadı bilməm niçin yerində. 
Qopdu dodaqlarından ürək açan bir avaz, 
Dilləndirdi sazını teleqraf tellərində. 
 
NİGAR 
 
Eşq olsun o titrək baxışlarında 
Açan çiçəklərə, açan güllərə. 
Eşq olsun bu coşqun gənc yaşlarında 
Açdığın səmimi şirin dillərə. 
Sənsən şeri mənə ilham edən, yar, 
And olsun tapdığın varlığa, Nigar! 
 
Mən səni gördükcə böylə sərazad 
Yorğun qanadlarım çırpınmaq istər. 
Gəl keçən dəmləri etməyəlim yad. 
Çalış varlığını aləmə göstər! 
Sevincin üzündə olsun aşikar, 
Gülsün bəslədiyin əməllər, Nigar! 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə