Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

 
42 
 
Uf, andım keçmişi, yarıldı bağrım, 
Çökdü gözlərimə süslü bir xəyal. 
Qarışdı hafizəm, qazandıqlarım 
Oldu bir uçurum, bir dərin məlal. 
Gördüm qadınlığı möhnət əsiri, 
Köləlik əsiri, minnət əsiri. 
Çevirdim üzümü bu günə baxdım, 
Könlümə bir bahar nəşəsi doldu. 
Ey Şərqin gözəli, üzünə baxdım, 
Qəlbimə bir çocuq həvəsi doldu. 
Gördüm qadınlığı kitab əsiri, 
Ülviyyət əsiri, rübab əsiri. 
 
Bu gün gülümsədiəsirlər boyu 
Bir bulud ardında qaralmış üzün. 
Bu gün buraxaraq çəhli, uyquyu, 
Səsləndi qəlbində canlanan hüzün. 
Sən atdın çarşafı, dərdin azaldı, 
Bürünmək uğursuz keçmişə qaldı. 
 
Deyirlər sarılıb diləklərinə, 
Zəhmətə məftunsan, bir aşıq kimi 
Əmək bağçasının çiçəklərinə 
Əllərin dolaşır sarmaşıq kimi. 
Bəzən süzülərək gözlər, o gözlər 
Yol çəkib uzaqdan nə xəyal özlər? 
 
Doğrudur, şeriminürəyində, yar, 
Çırpınır hüznlü xəfif bir qanat. 
Ey div addımlarilə yüksələn diyar, 
Fikrini xalqımın zövqilə parlat! 
Çünki mən deyiləm yalınız müqəssir, 
Məni dərdə salmış o göhnə əsr. 
 
43 
 
Qələm coşdu, sözüm qaldı ürəkdə; 
Odur ki, şerimin dəyəri yoxdur. 
Oxuyan gülərək söyləyəcəm də 
«Müşfiqdə şairlik əsəri yoxdur!» 
Xoş gündür çıxalım üz-üzə, Nigar! 
Sən nə söyləyirsən bu sözə, Nigar? 
 
BULAQ  BAŞINDA 
 
Onbaşı Tərlanın neçə gündür ki, 
Bir az da yüksəlmiş bahar sevinci
Elə bir sevinc ki, əzəldən bəri 
Bəxtiyar eyləmiş hər qəmli gənci. 
 
Bu gün bitər-bitməz səhra təlimi, 
Dünyaya sığmayan sürur içində 
Qayıdarkən Tərlan qərargahına, 
Qaynardı gözləri bir nur içində. 
 
Saat altıyadək çünki bu axşam 
Doyunca gəzəcək, dolaşacaqdı. 
Nəhayət, kölgəli bir sərinlikdə 
Candan sevdiyinə ulaşacaqdı. 
 
Tərlan onbaşımız nahardan sonra 
Bir az öz-özünə geyindi, baxdı. 
Canlandı fikrində bir gümüş dərə, 
Gözünün önündən bir xəyal axdı. 
 
-
 
Aşna,  Əhməd, hara? – deyə yoldaşı 
Gülərək, dostuna verdi bir sual. 
Salladı əlini Tərlan sevinclə, 
Durmayıb, yoluna düzəldi dərhal. 


 
44 
 
Bu qızıl əsgərə baxıb günəş də, 
Günəş də yolilə axıb gedirdi. 
O da göylərdəki ağ çadırlara 
Ərinə-ərinə vida edirdi. 
 
Bir söyüd, bir bulaq, incə bir xəyal
Dalmış nəzərləri boş bir ənginə. 
Bitkin baxışları, dolğun gözləri 
Gömülmüş qaynağın dərinliyinə. 
 
Çeşmə şırıl-şırıl şırıldayırdı, 
Dərələr lacivərd, göylər lacivərd. 
Yorğun maral kimi boynunu burmuş, 
O baxıb dururdu, qəlbində həsrət. 
 
Qaldırıb başını yuxarı indi 
Ölçmədə yolların uzunluğunu. 
Varmı ətrafında görən, anlayan 
Görəsən bu qızın məhzunluğunu? 
 
Yel əsdi, dağıldı qara saçları, 
Üzünə baxmağa bir yer qalmadı. 
Sanki göy üzünü sardı bir bulud. 
Gizlənən günəşdən əsər qalmadı. 
 
Əlilə tağını düzəldən zaman 
Yaxından duyuldu ayaq səsləri. 
Gördü arxasında Tərlanı haman 
Yorğun bir baxışla dönərkən geri. 
 
-
 
Hardaydın, nə üçün belə gecikdin? 
-
 
Əlbət, gecikməyin vardır səbəbi. 
Fəqət xəyalını izləmədəydim 
 
45 
Göyərçin axtaran bir tərlan kibi. 
 
-
 
Söylə, söylə, məni çoxmu gözlədin? 
-
 
Razı deyilsənmi gözləyişimdən? 
-
 
Yox, Cavahir, elə düşünmə əsla, 
Ayrıla bilmədim çünki işimdən, - 
 
Deyə Cavahiri süzdü bir qadar, 
Cavahir başını saldı aşağa. 
Gözlər buludlandı, ipək yanaqlar 
Döndü bir şəbnəmli qızıl yarpağa. 
 
-
 
Sən niyə bu qədər mənə baxırsan? 
Bir qədər yerində sakit olsana! 
-
 
Min gözüm olsaydı, Cavahir, hamsı 
Dikilərdi sana, baxardı sana. 
 
Bu sözdən Cavahir bir az utandı, 
Dağıldı bir gülüş dodaqlarında. 
Danışmaq istərkən dili titrədi, 
Doğdu bir qızıllıq yanaqlarında. 
 
Elə qızğındı ki, donduramazdı 
Bu saat Tərlanı nə boran, nə qar. 
Getdikcə ruhunun artdı şadlığı 
Yüksəldikcə yanan bu günəş qadar. 
 
-
 
Cavahir, bu yaxın zamanda artıq 
Əsgərliyi tamam qurtaracağım. 
Fəqət başqa döyüş meydanlarında, 
Keçəcəkdir mənim bu gənclik çağım. 
 
Bu yaxın zamanda bilməlisən ki, 
Məni kommunaya göndərəcəklər. 
Fərdi təsərrüfat quruluşunu 


 
46 
Sovxoza, kolxoza döndərəcəklər. 
 
O yeni cəmiyyət ailəsində 
Kimsə xüsusiyyət, filan gözləməz. 
Orda əmək də bir, mənfəət də bir, 
Orda kommunanı görməkdə hər kəs. 
 
Cavahir, doğrusu, mən muzdur oğlu, 
Sən də bir ortabab göylü qızısan. 
Mən təkəm, bilənlər bilir ki, sən də  
Atanın, ananın bir yalnızısan. 
 
Bilməm, atan səni mənə verərmi? 
Çünki mənim yolum başqadır bütün. 
Şəxsi mülkiyyətin, tək yaşayışın 
Əhəmiyyəti yoxdur mənimçin bu gün. 
Sən bu vaxta kimi tək yaşamışsan, 
Tək seyr eyləmişsən bu kainatı. 
Tək durub, oturub, tək yeyib, içib, 
Tək çırpınmış ürəyinin qanadı. 
 
-
 
Atam heç nə deməz, yaxın zamanda 
Bizim ailə də kolxoz olacaq. 
Bəlli ki, hər yoxsul, muzdur, ortabab 
Yalnız bu gedişlə həyat bulacaq. 
 
Qardaşım dün gecə iclasdan çıxıb, 
Doyunca atamı təbliğ eylədi. 
Qardaşımı sözü girdi beyninə, 
Kolxoz olmasını o da söylədi. 
 
Cavahir sözünü qurtarmamışdı, 
Tərlan kişi kimi süzürdü onu. 
O qara gözlərin çocuq baxışı 
Bir şəfqət hissilə üzürdü onu. 
 
47 
 
-
 
Mən komsomolçuyam, atama nə var. 
Hər kəsi sevərəm, ona gedərəm. 
Vermək istəməsə, çalışıb axır 
Ona da bir təhər təsir edərəm. 
 
-
 
Hər şeyi ovlamaq olsa da, məncə, 
Sevən könülləri ovlamaq olmaz. 
Komsomol öyüdü almış bir qızı 
Əski düşüncəylə tovlamaq olmaz! 
 
Deyərkən Tərlanın qanı qaynadı, 
Xəyalı çırpındı, ruhu oynadı. 
Hər iksi heyrətdə qalıb getdilər, 
Bir şirin xəyala dalıb getdilər. 
GÜLNAZ 
 
Yeni on dörd yaşa girmişdi bu yaz 
Sarışın, nəşəli, xırçın Gülnaz. 
O gəzinmişdi əzəldən başaçıq, 
Yoxdu ruhunda sönüklük, varlıq. 
Sadə quşlar kimi pərvasızdı, 
Yerə sığmaz uçağan bir qızdı. 
İbtidai savad almış bu sənə, 
Say vurulmazdı sıcaq nəşəsinə… 
 
Aradan keçmədi bir öylə zaman 
Bu dönüş Gülnazı sarsıtdı haman. 
Səslənib evdə uğursuz bir zəng, 
Sardı ətrafı uzaq bir ahəng. 
Elçilər gəldi təbəssüm edərək, 
Dedilər: - «Ceyranı» lazım görmək; 
Çünki bizlərdə onun ovçusu var. 
Müxtəsər, elçi gələn arvadlar 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə