Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

 
62 
TELEFON  SÖHBƏTİ 
 
Sən məndən uzaqsan, mən səndən uzaq, 
Uzaqdır sevimli gözlərin mənə. 
Yaxındır telefon sayəsində bax, 
Ürəkdən saçılan sözlərin mənə. 
Neçin ruhlanmasın bu yeni şair, 
Çapar gözləməyir canan elindən, 
Çılğın arzuları eşqinə dair 
Mərhəmət ummayır səba yelindən. 
 
Əvət, böylə qalmaz yarın bu ölkə, 
Telfonda fikrimi açarkən sənə, 
Həsrətlə baxdığım üzün də bəlkə 
Uzaqdan uzağa görünər mənə. 
 
Məhəbbətin dərin, xəyalın dərin, 
Nə çıxar sözlərə könlümü versəm?! 
Əslinə varmaqçın bu söhbətlərin, 
Nolur gözlərini telfonda görsəm?! 
Məni inandırmaz yoxsa bu sözlər
Az iş gəlməmişdir qərib başıma. 
İstərəm ürəyin aynası gözlər 
Açıb həqiqəti qoysun qarşıma. 
 
Əvət, böylə qalmaz yarın bu ölkə, 
Telfonda fikrimi açarkən sənə, 
Həsrətlə baxdığım üzün lə bəlkə 
Uzaqdan-uzağa görünər mənə. 
 
 
 
63 
TELEQRAF  TELLƏRİ 
 
Bilinməz bu geniş çöllərdə nə bəklər 
Yan-yana düzülmüş bu şeytan dirəklər! 
Bunların çiyninə durmadan heyyüklər 
Dərdini gizlicə teleqraf telləri, 
Hər sabah, hər gecə teleqraf telləri. 
 
Uzanan yolları gödəldən, qısaldan, 
Yorulan yolçunun başını ucaldan, 
Çırpınan qəlblərin dərdini azaldan, 
Yolların yolçusu teleqraf telləri, 
Ellərin elçisi teleqraf telləri. 
 
Görmədən çıxdığı yoxuşda qəhirlər, 
Sizinlə bir yerə toplanır şəhirlər. 
Ürəkdən dalğalar, arzudan nəhirlər 
Daşırkən içiniz, teleqraf telləri, 
Gəliniz, keçiniz, teleqraf telləri. 
 
Döndükcə mövsümlər, döndükcə sənələr, 
Çıxdıqca ortadan fəsadlar, fitnələr, 
Yayılar cahana möhtəşəm bir xəbər 
Ki, dünya oyanmış, teleqraf telləri, 
Al rəngə boyanmış, teleqraf telləri. 


 
64 
ÇARXLARIM 
 
Nə qollar yada salsın ənginlərin quşunu, 
Nə əllər, nə ayaqlar həyatın yoxuşunu 
                    Çıxamazdı bu çapqın 
                    Çarxlar bulunmasaydı, 
                    Makinaya əskidən 
                    Rəğbət olunmasaydı. 
Bunlarsız aşmaq olmaz qısıq dar gədikləri
Nalqıran yoxuşları, sıldırımlı dikləri. 
                     Fırlandıqca tel kimi 
                     Görünən çarxım, dolan! 
                     Qıvrılıb bir sel kimi 
                     Gərinən çarxım, dolan! 
Biz sizin sayənizdə şahiqələr atladıq, 
Cahanın qafasında bomba kimi partladıq, 
                      Bəklənən saatları 
                      Doladıq əlimizə, 
                      Hakim olduq nəhayət 
                      Yerə, göyə, dənizə.   
İşçilər dəzgahının dururkən baş ucunda, 
Dəzgahının nəbzini yoxlarkən ovucunda. 
                       Səbirsizliklə belə 
                       Qıvrılan sizmisiniz?! 
                       Şəffaf küləklər kimi 
                       Burulan sizmisiniz?! 
Daş kömür, nöyüt-flan, təmamən bitmiş buraq
Burax, əsirgəsin də bizdən bunları topraq. 
                        Mən səni canlatmağa 
                         Yeni yollar bulurum, 
                         Yeni oynaq qanadlar, 
                         Yeni qollar bulurum. 
Güc, qüvvət toplayırkən ləpələr ləpələrdən, 
Doğrulub dərələrdən, atlayıb təpələrdən 
 
65 
                           Halınıza yanaraq, 
                           Sizi cansız buraxmam. 
                           Bir an, bir qırpım belə 
                           Həyəcansız buraxmam. 
Bax, sizin sayənizdə ücalmaqda məmləkət, 
Zavoddakı traktor, torpaqdakı bərəkət. 
                            Siz yerləri, göyləri 
                            Dolaşan çarxmısınız?! 
                            Düşmənlə hər addımda 
                            Dalaşan çarxmısınız?!   
 
 
 
 
YADIMA  DÜŞDÜ 
 
Keçən günlərimi vərəqləyirkən 
Sevdalı dillərin yadıma düşdü. 
Xəyalın qarşımda canlandı, birdən 
Göyərçin əllərin yadıma düşdü. 
 
Deyildir eşq odu məni yandıran, 
Ruhumun şəhrini işıqlandıran. 
Pozğun şəfəqləri mənə andıran 
Ziyalı tellərin yadıma düşdü. 
 
O gün də bir gündü, ey üzü dönmüş, 
Sandım içində bir qaplan döyünmüş. 
Bir anda göpürmüş, bir anda sönmüş 
Xırçın əməllərin yadıma düşdü. 
 
 
 
 


 
66 
 
 
 
 
67 
QOŞMA 
 
Qadın, gözlərinin oynaq xəyalı 
Dönüyor qarşımda yenə cin kimi
Baxdıqca ruhumun qaynar məlalı 
Sənin qəhqəhəli sevincin kimi. 
 
Səndən əsrin kimi şəfqət uzaqmış, 
Ruhuna zülmətin selləri aqmış. 
Laçın gözlərindən odur ki, sarqmış 
Ürəyim bir yavru göyərçin kimi. 
 
Ovçuluq əsrimi əsrin, ey qadın?! 
Söylə övladısan hanki səyyadın? 
Sən gözlərinləmi yoxsa ovladın 
Göyərçin qəlbimi bir laçın kimi. 
 
 
GƏZDİYİM  YERLƏR 
 
Əsrlərdən bəri, illərdən bəri 
Dərdinə qaldığım yerdir bu yerlər. 
Biliyor saçları qızıl bir pəri 
Qurbanı olduğum yerdir bu yerlər! 
 
Bu gözəl aləmi gəzdikcə dağ-dağ, 
Oldum sevincinə, qəminə ortaq. 
Ey söyüdlü dərə, ey dumanlı dağ, 
Səfaya daldığım yerdir bu yerlər! 
 
Qapıldım bu yerdə əyləncələrə, 
Anlamış hər irmaq, bilmiş hər dərə
Ya dalıb diqqətlə düşüncələrə, 
Ya ilham aldığım yerdir bu yerlər! 


 
68 
 
 
 
69 
EŞQİM 
 
Anasız, babasız Ofelya kimi 
Saçları pərişan bir qızdır eşqim. 
Qəlbimin buludlu səmalarında 
Titrəyən bir qərib ulduzdur eşqim! 
 
Olmadan aşikar doğduğu yerdən, 
Böyük kimi düşmüş nəzərdən, 
Çöhrəsi gülməyən xərabələrdən 
Daha qəmli, daha issızdır eşqim! 
 
Həyata baxmamış gülümsər kimi, 
Hər bir hadisədən bixəbər kimi. 
Yad əllərdə qalan yetimlər kimi, 
Başı bəlalıdır, yalnızdır nşqim. 
 
 
GECƏ  DÜŞÜNCƏSİ 
 
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, 
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. 
                     Bunları seyr edərkən 
                     Bir az fikrə gedərkən 
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, 
                     Mənə öylə gəldi ki, 
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, 
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş… 
 
Gecə sakit… düşüncəm sakit deyildir fəqət, 
Gözlərimin önündə canlandı hər həqiqət. 
Xəyalım ənginlərə o qədər yüksəldi ki, 
                     Mənə öylə gəldi ki, 
                     İlk dəfədir kainat – 
Dünyanı sellərində çalxayan bizim həyat 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə