Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

 
70 
                     Sağda, solda döyüşmüh
                     Sonra yoluna düşmüş. 
 
Nə dayanmaq vaxtıdır, gözəl dostum sən də gəl! 
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl! 
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül, 
                      Yarı qönçə, yarı gül. 
Səni gördüm, xəyalım o qədər yüksəldi ki, 
                      Mənə öylə gəldi ki
Bizə bu nazlı aləm görünərdi qaranlıq, 
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq. 
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, 
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. 
                    Bunları seyr edərkən, 
                    Bir az fikrə gedərkən, 
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, 
                    Mənə öylə gəldi ki, 
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, 
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş… 
 
DAŞ  QARTAL 
 
İllərcə dayandın arxan divarda, 
Hər gələn yolçuya dəhşətlə baqdın, 
Gözündə bir oldu qış da, bahar da, 
Qəlblərdə bir acı uçuşla sarqdın. 
 
Üfüqdən üfüqə çaldığın qanad 
Hər yerə qaranlıq bir kölgə saldı, 
Pəncəndə qırıldı bir yığın qanad, 
Qorxundan, uçanlar sükuta daldı. 
 
Nə ruzgar, nə boran, nə qar, nə tipi
3
 
                                                           
3
 Типи – боран. 
 
71 
O sərt ürəyinə etmədi təsir. 
Bir yüksək divarda durdun «dağ» kimi 
Ömründə iztirab bilmədin nədir. 
 
Çulğadı süzdüyün qaldırımları 
Bir yığın səfalət, bir yığın acı. 
Çaxarkən hirsinin ildırımları, 
Dəydi umuzlara ölüm qırbacı. 
 
Gözlərin sancılmış ellərə tək-tək, 
Əlində ölkələr bir oyuncaqdı. 
Kinli ürəklərdə bəslənən şimşək 
Başında partladı, gözündə çaqdı. 
 
Əvət, qaynağında amaq bulmayan 
Zavallı insanlar üzünə durdu. 
Dərələr, təpələr eylədi üsyan, 
Bağrına zəhərli bir güllə vurdu. 
 
Bizim dünyamızın hakim işçisi 
Daldı öksüzlərin ahü zarına, 
Dərdə düşənlərin olub bəkçisi, 
Son verdi uğursuz uçuşlarına. 
 
Dönüb bir tufana, tutdu yolunu, 
Sarsıtdı aləmi onun buyruğu. 
Qırdı şəhpərini, kəsdi qolunu 
Sağlam bir işçinin iti yumruğu! 
 
 
 
YENİ  GƏNC 
 
Mən çəlik ürəkli bir yeni gəncim, 


 
72 
Dildən-dilə düşmüş hekayətim var. 
Həyat nəşəsilə titrəyir içim, 
Parlaq gələcəyim, nəhayətim var. 
 
Bir parça atəşim, bir parça yanğın, 
Qəlbim örnəyidir yanar bir dağın. 
Qarşımda duramaz nə sel, nə daşqın, 
Təbiətlə mənim zərafətim var. 
 
Sevgim mübarizə, sevgilim həyat, 
Yəhərlənmiş mana qanadlı bir at. 
Gör nə deyir sizə çaldığım qanat: 
Hələ bundan sonra qiyamətim var. 
 
 
 
VAPOR  VƏ  FIRTINA 
 
Ey canavar ağzının köpüyü dalğalardan, 
Bir yelkəni körüncə ayrılıyor kənardan 
Halqa-halqa dişləri qıcırdayan, fırtına! 
 
Odur, bildiyin əjdər uzaqlaşdı limandan, 
Sanki dünyaya sığmaz bir dağ aşdı limandan, 
Zorun varsa aclığa tablaş, dayan, fırtına! 
Yem olamaz deyirlər bu gələn əjdər sana, 
Yaxınlaşdıqca boydan yüksələn əjdər sana. 
Bir qartal uçdu sanki qarlı dağlar başından. 
 
Qabar-qabar sinəni yaxlaşdı, dümdüz etdi, 
Bir yürüşdə çevirdi astarını üz etdi, 
Keçərkən dikəltdiyi yarlı dağlar başından. 
 
Sürətlə fırlanınca onun təkərlikləri, 
 
73 
Bəyaz çiçəklər açdı əndamının hər yeri, 
Dəmir qanadlarilə burnuna vurdu, vurdu. 
 
Açdı sandığı, tökdü pambığı dalğa-dalğa, 
Gücün sınandı, aybın açıldı ortalığa, 
Bağrın yarıldı bizim əjdər edincə du…du. 
 
 
RƏNANIN  ÖLÜMÜ 
 
-
 
Qolçomaq oğlu qudurğan Şahbaz 
Kimilərdən bizə yoldaş olmaz! 
Onların səsləri yoxdu hətta, - 
Dedi Rəna coşaraq iclasda. 
Onun hər kəlməsi bir gülləydi, 
Qolçomaq pəncərədən diş bilədi. 
Qolçomaq nizə qədər boydan uca, 
Bərəlib gözləri pək şeytanca, 
Dinliyor, iclası durmuş pusuda, 
Qəlbi yelkən kimi bir vəhşi suda 
Rəqs edib sallanıyor, qıvranıyor, 
İçi zülmətlə tutuşmuş yanıyor. 
 
Gecə səssizdi, gülümsərdi Qəmər
Yoxdu varlıqda siyahlıqdan əsər. 
Vardı gözlərdə, könüllərdə gülüş, 
Tatlı bir çarədir hər dərdə gülüş. 
Yırtaraq ay gecənin örtüyünü, 
Parçalatmışdı qaranlıq yükünü. 
 
İndi Rəna evə dönməkdə idi, 
Ansızın çiyninə bir əl dəydi. 
Qız, görürkən bu zaman qolçomağı 
Titrəyib əsdi bütün əl-ayağı. 


 
74 
Oldu çən gözləri qaynar-qaynar, 
Qopdu ruhunda sıçaq fırtınalar. 
 
Baxdı birdən ona şaşqın-şaşqın 
Dedi kimsin, nəçisin, gəlmə yaxın! 
Qolçomaq söylədi: - Rəna , dinlə, 
Sənin eşqinlə, sənin dərdinlə 
Gördüyün, bildiyin oğlum Şahbaz 
Gecə-gündüz ediyor razü niyaz. 
Səni gördükdə nəzər qılmaqda… 
Bir çalınmış kimi qıvrılmaqda. 
Dünki iclasda fəqət, söylə, nədən 
Qoymadın firqəyə girsin nu sən? 
 
Qorxudan öncə yapılmışkən ödü 
Bir dəlirmiş kimi Rəna döndü, 
Hayqırıb söylədi: - çıx get, abdal! 
Şu böyük əmri küləklər dal-dal 
Ötərək, səslənərək gəzdirdi. 
Bir səda ancaq uzaqdan derdi 
Nazlı Rəna qarışırkən gecəyə: 
-
 
Aybı yox, bir də çıxarsın küçəyə. 
 
Sabah erkən uyuyor göy sakit, 
Külbələr sakit, üfüqlər rakit. 
Qolçomaq lakin özündən çıxmış, 
Dəlidir sanki izindən çıxmış. 
Ansızın vurdu çürük beyninə qan, 
Qızışıb aldı sınıq bir yatağan. 
Çıxdı evdən, bu çıxış məncə bəla… 
Sabah erkən uyuyor göy hala… 
 
Uyuyor indi bizim Rəna da 
Kimsə bilməz ki, şirin röyada 
 
75 
Ona kimdir eyi rəhbərlik edən
Bixəbərdir qopacaq vəhşətdən. 
Gizli bir səs qapıdan yüksəldi, 
Canavar kölgəli bir şey gəldi. 
Duyğusuz qolçomağın kölgəsi bu… 
Sanki Rənaya diyorlardı uyu. 
Uyu ey sevgili, azyaşlı gözəl, 
Qəmə kirpikli, qələm qaşlı gözəl, 
Uyu ey sinəsi məcra, saçı su, 
Uyu nəşənlə, sevincində uyu. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə