Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

 
76 
Uyuyur köksünün üstündə bir əl 
Yapacaqdır yatağından heykəl. 
Başı üstündə bir az titrəyərək 
Bağrına qondu siyah bir milçək. 
-
 
Uf aman! 
Qatil uzaqlaşmışdı. 
Gizli bir mənzilə yaxlaşmışdı. 
-
 
Uf aman, annə! 
-
 
Nə olmuş, Rəna? 
Ah səbəb kimdir axan qanlarına? 
Hıçqırıqlar dolaşırkən dağ-dağ 
Yerdə cansızdı o solğun yarpaq. 
Kəndə səs düşdü, vərəqləndi xəbər, 
Toplaşıb gəldi bütün bildiklərgsataşıb gözlərə 
birdən yatağan, 
Ansızın vurdu sərin başlara qan, 
Yatağandan düşünüb anladılar 
Qızı öldürmüş o sərsəm, qəddar. 
Qızaraq titrədilər, titrədilər. 
-
 
Qolçomaq haydı, tutulsun – dedilər, 
Bir səda dalğalanıb yüksəldi, 
İştə qatil yaxalanmış gəldi. 
Dedi ətrafdakı yoxsul təbəqə: 
-
 
Yox, cəza verməliyiz qolçomağa. 
Yeri-yerdən qınayırlarkən onu, 
Seyr edib yapdığı çirkin oyunu 
Yalvarırmış kimi sakit durdu, 
Düşünüb boynunu səssiz burdu. 
Partlayıb işdə cılız bir qurşun  
Açdı bir pəncərə alnında onun. 
Qolçomaq yerdə sürükləndikdə, 
Ölümün sırtına yükləndikdə 
Dedi illər aşıran bir qoca pir: 
-
 
qolçomaq köylülərin qatilidir. 
 
77 
 
 
POÇT  QUTUSU 
 
İllərdir bu divara sən ey poçta qutusu, 
Yorğun bir adam kimi dayamışsın arxanı, 
Saqlıdır içərində sirlərin ən quytusu, 
Tanımayan bulunmaz sənin açıq yaxanı. 
 
Karvanların uzayan yollarının zülmünə 
Canla, başla, ürəklə dəmir köksünü gərdin. 
Kiminə nəşə sondun, qəm içirdin kiminə
Buna həyat, onaysa ölüm pəyamı verdin. 
 
Bəzinin ələmində, bəzinin şaqasında 
İştirak eyləmişsin anlamadan, müxtəsər. 
Kim bilir ki, o sakit sinənin arxasında 
Bir quş kimi döyünmüş neçə-neçə ürəklər. 
 
Xoş gəlir mənə səndən bu aldığım duyğular, 
Ey dəmir qutu, fikrim halqalanır önündə. 
Sayəndə canlanırkən çıplaq, yetim arzular, 
Xəyalımın gölləri dalğalanır önündə. 
 
Sənmi çox oynamışsın könüllərlə, mənmi çox?! 
Sənmisən ya mənmiyəm min bir xəbər şahidi?! 
Ayrılığa, vüsalə aid səndə nələr yox? 
Sən deyilmisən uzun macəralar şahidi? 
 
Sən mənimlə bir qədər razılaşıb izin ver, 
İzin ver də yarayım dəmir bağrını az-çox, 
Görünsün içərində birikən xəzinələr
Çünki səni həqqilə anlayan yox, duyan yox. 
 


 
78 
 
 
79 
HÖRMƏTLİ  QƏZETİMİZ
4
 
 
Yadımdadır bu gün belə, 
Bir bəxtiyar sevinc ilə 
Könlümün ilk bəstəsini, 
Ruhumun nəşidəsini 
Oxuduğum əziz günlər. 
Mənə açdın qoynunda yer, 
Çıplaq, yetim duyğularım, 
Ümidlərim, arzularım, 
Sığındılar dərgahına, 
Atıldılar pənahına. 
Titrəyirkən, üşüyürkən, 
Çırnınaraq tövşüyürkən 
Gəncliyimin geniş qəlbi
Bir şəfqətli ana kibi 
İşıq verdi gözlərimə, 
Qüvvət saçdın dizlərimə. 
Uçmağa yoxkən uyarı 
Şerimin süs qanadları 
Yalnız səndən qüvvət aldı. 
Aman könül! O nə haldı?! 
İlk nəşidəm çıxan zaman, 
Mən bir çocuq kimi haman 
Ətrafa salmışdım nəzər. 
Ah o günlər, ah o günlər!.. 
Deyil mənə, ona buna, 
Mənim kimi bir çoxuna 
Qüvvət  verib, həycan verib
Sarsılmayan bir can verib. 
Uzun zaman cəmiyyətin 
Ən çıxılmaz və ən çətin 
Yollarına rəhbər oldun, 
Fikrimizə mehvər oldun… 
                                                           
4
 Бу шери мцяллиф илк гялям мящсулларынын ян чох 
няшр олундуьу «Эянъ ишчи» гязетинин он иллийи 
мцнасибятиля йазмышдыр. 


 
80 
Bizə etdin böyük xidmət, 
Bizdən sənə min bir hörmət! 
 
GÖY  GÖL 
 
Mən bu gün Göy gölü durğun gördüm. 
Göy gölün şəklinə vurğun gördüm 
Çırpınan bir quşu, quş çağlardı, 
Yeri çiskin dolu dik dağlardı. 
 
Qızıl əsgər sipərindən çıxaraq, 
Diri könlümdə qanadlandı maraq. 
Buraxıb torpağa torpaqlıları, 
Dırmanıb dağlara, çıxdım yuxarı. 
İstədim bir yeni dünya bulayım, 
Azacıq Göy gölə mehman olayım. 
Çıxaraq bir dikə, gördüm sonda 
Dağların kölgələnən qoynunda 
Uyuor naz ilə Göy göl rahət. 
Onda var öylə dərin bir riqqət 
Ki, baxanlar ona heyran oluyor, 
Qəlbi köksündə xuraman oluyor. 
Dörd tərəfdən onu çamlar bir-bir 
Sankizəncirləyib etmişlər əsir. 
Sanki dağlar ona olmuş dayə
Qayalar bağrına salmış sayə. 
O fəqət hər şeyə dinməz baxaraq 
Duruyor, dağların ardında şafaq 
Çırtlayıb, incə qızıl saçlarını, 
Saç deyil, od kimi qırbaclarını 
Sallayıb köksü dəlik dağlardan. 
Oxuyor Göy gölə kəskin meydan. 
Rəng verib, rəng alıyor Göy göl də, 
Buna heyran qalıyor Göy göl də. 
 
81 
Günəşin nuru toxunduqca ona, 
Bir alov hizməsi qonduqca ona, 
Gözlərindən saçılır almaslar, 
Silinir qəlbini tutmuş paslar. 
Daşıyor mavi göyərçin bağrı 
Onda şimşək kimi od parçaları. 
Bir tərəfdən onu sarmış qayalar, 
Qayalar Göy gölü burnilə yalar. 
Göylərin sanki bu Göy göl dibidir. 
Halqa üstündəki zümrüd kibidir. 
Çamların dalları yelləndikcə, 
Yellənib quş kimi dilləndikcə, 
Sanki bir sevgili qız qəlbindən 
Qopuyor gizli yanıq bir şivən. 
Bu yanıq şivəni Göy göl duyuyor, 
Uyuyor naz ilə səssiz, yüyyor. 
Uyuyor nəşəli bir tazə kimi. 
Tül vərəqlər onu yelpazə kimi 
Oxşıyorlar, necə bir quş qanadı, 
Tor  kimi üstünü göy yarpaqlar 
Almış ətrafdan onun, baxsanıza! 
Ah, bu şeytan nə səbəbdən bu qadar 
Bənziyor çadralı bir vəhşi qıza? 
Çarşafı incə dumanlardandır, 
Baxıyor, sanki adamdan utanır. 
Bir lətif ruzgar əsərkən yaxud 
Göy gölün ruhu olur pək məsud. 
Tellənir sinəsinin dalğaları, 
Baxıyor göylərə altdan yuxarı. 
Vəcdə gəldikcə ipək yarpaqlar 
Tökülüb dizlərinə səcdə qılar. 
Onda Göy göl yeniliklər buluyor. 
Sarı yarpaqlara mədfən oluyor. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə