Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 
56 
MƏDƏNİ  HÜCUM 
 
Xəzandır, xəzandır… 
Təbiət kişnəyir yüyənsiz at kibi. 
Təbiət varlığı əlində oynadır, 
Ruzgarlar qudurmuş, səmalar əsəbi… 
 
Qanadı olanlar köksünü gərəcək 
Aləmi titrədən bu fəslin zülmünə. 
Odur, bax, zavallı bir yarpaq, bir çiçək 
Sürünür torpaqda ölərək. – Kimə nə!.. 
 
Təbiət bizləri döyühə çağırmış. 
Bu meydan istiyor qüvvətli pəhlivan. 
Xəzandır, xəzandır, önümüz qarlı qış, 
İnsan da zərərli çıxarmı bu yoldan? 
 
O bulud, o şimşək, o ruzgar, o vulkan 
Diyor ki: - Mənimlə, haydı, çıx döyüşə! 
O tufan söyliyor: - Gəl, bu sən, bu meydan! 
Bu gərdiş bənzəməz başqa bir gərdişə. 
 
Mədəni hücuma başladıq odur ki,  
Bizimlə keçmişdə olmalı ayrılıq. 
Bu günün səsləri çınlayıb diyor ki: 
-
 
Üzümdə olmasın kölgəlik, sayrılıq. 
 
Hücum et duyduğun varlığa, yoxluğa! 
Hücum et sökülmüş şəfəqlər yurduna! 
Başında oynayan o duyğu, o dalğa 
Girişsin sahilə, baxmadan ardına. 
 
Kənardan gülərkən alovgöz bir mayaq, 
Bu daşğın sulardan bizlərə nə qorxu? 
 
57 
Qoy coşsun dalğalar, sən çalma əl-ayaq, 
Həyatda mübariz bir ərə nə qorxu! 
 
Qanadın dalğalı, saçların köpüklü, 
Çırmala qolunu, düşərək meydana. 
Deyirlər qəlbində bir vulkan gömülü, 
Şir kimi nərə çək, səda sal cahana! 
 
Ər oğlu ər kimi atılsan meydana, 
Hər dodaq namına bəstələr bir şeir. 
Ölməkçin doğmadıq, gəlmədik cahana, 
Ölməkçin yaşamaq – bu sadə bir işdir. 
 
Biz doğduq biləlim güllərin dilini
Dağların, daşların, ellərin dilini. 
Olalım hər ufaq zərrəyə aşina, 
Mənimsə, ey könül, nə çıxsa qarşına! 
 
Bax, bəşər uçduqca hey uçmaq istəmiş, 
Göyləri pəncələr yarın o, bəlkə də,  
Hər məchul qapını o açmaq istəmiş, 
Bir gizli sirr duymuş hər dərin kölgədə. 
 
Qalmasın könüllər, baxışlar buludlu; 
Arqadaş. Gün kimi açılsın bənizin. 
«Geyimlər dəyişdi», sevəlim bu yolu
hökumət, əmr eylə, ürəklər dəyişsin. 
 
Onsuz da genişlik mədəni hücumda… 
Bütün xalq bu yolda etməli iştirak. 
Nərəmiz salınca aləmə səs-səda, 
Göylərin yaxası olmalı çaki-çak. 
 
Qalmasın bu yerdə keçmişin kölgəsi, 


 
58 
Gecənin yerində sökərkən al şafaq. 
Bu hücum çağırsın hücuma hər kəsi, 
Bu günçün türkülər söyləsin hər dodaq! 
 
 
Dəyişib batini məscidin, kilsanın, 
Kürsüdə oxunsun əsrimin xütbəsi. 
Çatlasın ürəyi Musanın, İsanın. 
Əhmədin, buddanın tıxansın nəfəsi! 
 
Öyləcə papaq da, öyləcə çadra da 
Atılsın, onlara edəlim əlvida. 
Ən uzaq dənizdə, ən məchul qarada 
Yapılsın bu hücum, çınlasın bu səda! 
 
Hücum et kitaba, hücum et dəftərə! 
Çalğıçı, gecikmə, nəğməni sən də çal! 
Çal, havan yayılsın yerlərə, göylərə, 
Çünki bu əsrimiz istiyor qalmaqal! 
 
 
 
59 
BİR  GÖRÜNÜŞ 
Çıxmışam bir dağa, qarşımda Bakı 
Qaynayır, çünki deyil ruha ilıq. 
Çınlar hər yanda dərin bir səs-küy, 
Duyulur hər küçədən bir çığlıq. 
 
Hara baxsan, görəcəksən itilik,  
Yaşayış çalxalanır, bir suhestvitelğn kibi. 
Üzlər almazlı, baxışlarsa çəlik, 
Nəşədir getdiyi yoldan tələbi. 
 
Dün bu yerlərdəki karvan yerini 
Ediyor yolçu tramvaylar əvəz; 
Boğuyor ölgün azan səslərini 
O ağızdan iti radyodakı səs. 
 
Bir tərəfdən göyə qalxan hər ev 
Gülüyor boynubükük külbələrə. 
Sən də, şair, bu uçan aləmi sev! 
Nəşəli gözlərini dikmə yerə! 
 
Raylar üstündə gəzən atlara baq, 
Sən də onlar kimi çap, dönmə geri! 
Dala baxmaqda nə var? Çırpınaraq 
Hər ufaq damla diyor: - qoş iləri! 
 
Hələ qarşımda Xəzər çalxalanır, 
Qıl nəzər, gör nə köpüklənməsi var! 
Dalğalar sanki bəyaz quşlardır, 
Dəniz üstündə qanadlanmışlar. 
 
Üfqün altında xəfif bir yelkən, 
Ah, ğu, bir incə xəyaldır, bir əməl, 
Bir vapor səslənərək titrərkən 
Qamçılar beynimi bir duyğulu əl. 
 
Çıxmışam bir dağa, qarşımda Bakı 
Qaynayır, çünki deyil ruha ilıq. 


 
60 
Çınlar hər yanda çəlik bir səs-küy, 
Duyulur hər küçədən bir çığlıq. 
KÜLƏKLƏR 
 
Hər səhər, hər axşam, hər axşam, hər səhər 
Çox zaman sərsəri küləklər bixəbər 
Bir yaxın dost kimi qapımı döyərlər, 
Küləklər, küləklər, bəstəkar küləklər, 
Dünyanı dolaşan bəxtiyar küləklər! 
 
Bəziniz qorxulu, bəziniz qorxusuz,  
Bəziniz duyğulu, bəziniz duyğusuz,  
Bəziniz uyqulu, bəziniz uyqusuz, 
Küləklər, küləklər, ey sərin küləklər, 
Sizdə var qoxusu hər yerin, küləklər! 
 
Ey çılğın küləklər, nəşəniz daşarkən, 
Bağların şehindən mey sorub coşarkən, 
Nalqıran dağları atlayıb aşarkən, 
Məni də alınız, uçayım dağlara, 
Könlümdə nə varsa, açayım dağlara! 
 
Gurlayın, ilhamım, sənətim gurlasın! 
Fırtınam, qasırğam, qüdrətim gurlasın! 
Şimşəyim parlasın, zülmətim gurlasın! 
Ey məni sərazad bəsləyən küləklər, 
Bir dağın başından səsləyən küləklər! 
 
 
 
61 
AY  QIZ 
 
Sən də alıb ələ bir qızıl rübab, 
İncə tellərini səsləndir, ay qız. 
Döşündən ellərə bağla bir kitab
Susqun dodaqları dilləndir, ay qız! 
 
Qalmasın sözlərin qəlbində gizli, 
Mən görmək istəməm çöhrəni sisli. 
Ol arslan ürəkli, şəfəq bənizli, 
Gülərək, yurdunu şənləndir, ay qız! 
 
O qara günlərin getsin gəlməsin,  
Bir daha geçmişin üzü gülməsin. 
Ümidi səndədir məncə hər kəsin, 
İndidən ruhunu telləndir, ay qız! 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə