Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   2   3   4   5   6   7   8   9   ...   54

 
12 
aforistik misraları, beytləri oxuyanda bədii sözün qüdrətinə
kəsərinə, təsirinə bir daha inanırsan. 
 
Həyat həm gülməkdir, həm ağlamaqdır. 
*** 
  
Zaman bir dərədir axıb dolanır, 
Bəzən durulursa, bəzən bulanır. 
*** 
Heyf, ömür qısa, arzu genişdir, 
Kim bu qayğı ilə titrəməmişdir? 
*** 
Bədbəxt bu dünyada tək yaşayandır. 
*** 
Həyat ondan küsənləri incidər. 
*** 
Cahan ki, solmayan bir bağça-bağdır, 
Burda rəvamıdır gülmədən ölmək! 
Yazıq o şəxsə ki qaraqabaqdır,  
Nə qədər yaraşır insana gülmək! 
«Sənin gülüşlərin» şerinin bu sonuncu  bəndinin axırıncı 
beyti xalq arasında artıq zərb-məsəl kimi işlənməkdədir. 
Poeziyası dedikcə musiqilidir, ahəngdardır, emosionaldır. 
Müşfiqtn: 
 
Yağış yağır, rəqs eyləyir gur damlalar, 
Sıra-sıra, inci-inci nur damlalar. 
Göydə iki qara bulud çatılaraq, 
İldırımlar şaqqıldayır şaraq-şaraq, 
Quşlar uçur yuvasına fırıl-fırıl, 
Şırıldayır navalçalar şırıl-şırıl. 
 
Mikayıl Müşfiq bir sənətkar olaraq arxayınlaşmağın nə 
olduğunu heç vaxt bilməmiş, daima öz sənətini inkişaf 
 
13 
etdirməküçün çırpınmış, özündən narazı qalmış, poetik 
duyğularının, böyük arzularının ifadəsi üçün münasib, uyğun 
bədii təsvir vasitələri tapmağa çalışmış, yeni forma axtarışlarını 
bir an belə olsun dayandırmamışdır. Görün «Sabir üçün» 
şerində o, ürəkdən gələn səmimiyyətlə nə gözəl demişdir: 
 
Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim? 
Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim? 
Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim? 
Bir işıqlı, bir ətirli çələng olsun nəğmələrim? 
 
Əlbəttə,  şairin özünə müraciətən dediyi bu sözləri onun 
sənət  əhli qarşısında qoyduğu tələb kimi də düşmək olar. 
Müşfiq söz yox, düşündürücü poetik suallarının cavabını yalnız 
gecəli-gündüzlü ihləməkdə, «bir kəlmə bulmaqçın  əzaba, 
zəhmətə qatlaşmaqda», «sanballı sözləri dadına» çağırmaqla 
tapmış, bədii yaradıcılıqda istedadla bərabər gərgin əməyin də 
böyük rolunu qiymətləndirməyi unutmamışdır. Zəhmətsevər 
şair özünə  nə  rəva bilmişdisə, bunu qələm yoldaşlarına da 
məsləhət görmüş, onları  sənət aləmində xarüqələr yaratmağa 
səsləmişdir: 
Ey bizim dünyanın söz deyənləri, 
Ruhun dodağına tutun neyləri. 
Bir nəğmə çalın ki, heyrətdə qalsın 
Bütün dörürlərin müğənniləri. 
 
Müşfiq belə bir şair olmuşdu və belə bir şair olaraq da 
qalırdı. Axı o, yalnız cismən aramızda yox idi, poeziyası isə 
yaşayır, öz işini görür, poetik təsirini göstərirdi. Bəli, müasir 
Azərbaycan  poeziyasını Müşfiqsiz təsəvvür etmək mümkün 
deyildir. Bu, şairin sağlığında da belə idi, indi də belədir və 
belə də olacaqdır. 
Bu gün şerimizin ümumi vəziyyətindən, yaxud ayrı-ayrı 
şairlərin yaradıcılığındakı bu və ya digər nöqsandan danı-


 
14 
şılarkən haqlı olaraq M. Müşfiq şeri əsl poeziya nümunəsi kimi 
örnək göstərilir.  Şairin qələm yoldaşı  Rəsul Rza  1978-ci ildə 
yazmışdır: «Müşfiq  yaradıcılığından danıharkən bugünlü şeri-
mizin bir sıra aktual məsələləri haqqında bəzi fikirlər söyləmək 
lazım gəlir. 
Təbiətə aludəlik, təbiət mənzərələrinin  əbədi gözəl-
liklərini təkrar-təkrar vəsf etmək, standart sevgi motivləri, 
sızıltılar, intim məhəbbət macəraları bugünlü poeziyamızın 
kəsərliliyini, vətəndaşlıq pafosunuazaldır, ayrı-ayrı  gənclə-
rimizin yaradıcılıq yönünü arzu olunmayan bir yola çəkir. 
Belə fikir yarana bilər ki, mən təbiət təsviri, sevgi, ülfət 
məsələlərindən uzaqlaşmağı təbliğ edirəm. Yox, yüz dəfə yox. 
Müşfiqin şerinə diqqət edin. Bu şerdə təbiət mənzərələri, ülfət 
motivləri yoxdurmu? Var, ancaq necə? Belə  şerlərin çoxunda 
yeni duyum, orijinal, təzə söz var: 
 
Fikrim, hissin, xəyalım o qədər yüksəldi ki,  
Mənə elə gəldi ki, 
Bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş… 
 
- deyə Müşfiq onu əhatə edən aləm, təbiət, varlıq 
haqqında elə yazmışdır ki, bu sətirlər yalnız var olan aləm 
haqqında deyil, onun ümumi dəyəri, bəşəri mənası haqqında 
düşünməyə yol açır. 
Bu poetik deyim Müşfiqə aiddir, onundur, ona məx-
susdur. 
Təbiət mənzərəsini qələmə alırsan, sevgidən, məhəb-
bətdən yazırsansa, öz yolunu tap, özünəməxsusluğun görünsün. 
(Rəsul Rza. «Bizim Müşfiq», «Kommunist», 1 iyul 1978.) 
Haqlı idi xalq şairi Rəsul Rza. 
Müşfiqin nümueə göstərilməsi, ondan öyrənməyə çağırış 
mətbuatımızda tez-tez səslənir. Bu da, söz yox, bir daha onu 
göstərir ki, Müşfiq  ənənəsi yaşayır, yeni-yenigələn  ədəbi 
nəsillərə bir örnək olur. Qırxıncı illərin ikinci yarısında 
 
15 
ədəbiyyata gələn  ədəbi nəslin nümayəndəsi  Əliağa Kürçaylı 
şairin 70 illiyi qeyd olunarkən necə  də ürəkdən gələn 
səmimiyyətlə, vurğunluqla Müşfiqə, onun həmişəyaşar 
poeziyasına münasibətini bildirmişdi: 
«Qalsaydı, indi onun yetmiş yaşı tamam olurdu. Lakin 
kimsə onu yetmiş yaşında təsəvvür edə bilməz. Dahilərin 
dahiliyinə inanırıq, ancaq bir zaman uşaq və  gənc olduğuna 
inana bilmirik. İnana bilmirik ki, Şandor Petefi, Lermontov və 
Yesenin saçı-saqqalı ağarmış qoca kişiyə çevrilə bilərdilər. Axı 
biz A.Eynşteynin və L.N.Tolstoyun, Füzulinin və Sabirin də nə 
zamansa sütül bir cavan olduqlarına inanmırıq, daha doğrusu, 
bunu təsəvvür belə edə bilmirik. Dahilərin dahiliyi, böyüklərin 
böyüklüyü, yaşından asılı olmayaraq, şöhrət zirvəsinə çatdığı 
anda həkk olunub qalır, təsəvvürlərin aydın ekranında 
əbədiyyətə köçürülür. 
Qərinələr keçəcək, bir-birini əvəz edən nəsillər poeziya 
ümmanına baş vurarkən onunla rastlaşacaq, saçları gecənin 
gözündən qara, gözləri işıq gölü cavan dahini elə bu yaşda 
görəcək, poeziyasındakı yaşlılara məxsus müdrikliyi, heyrətlə, 
təəcüblə dərk edəndə dəyəcəklər: «Bu yaşda bu təb, bu ilham, 
bu dərinlik? Görünür o zamanlar insanlar qocalmırmış, elə 
beləcə cavan olurmuşlar, ömürlərinin axırına qədər…» 
60-cı illər ədəbi nəslinin nümayəndəsi olan  şair Ələkbər 
Salahzadə  yızır: «Bizim ədəbi nəsillər Müşfiqdən çox şey 
öyrənib, gələcək nəsillər Müşfiq yaradıcılığından, Müşfiq 
yaddaşından daha çox şey götürəcəklər». 
Eyni  ədəbi nəslin digər nümayəndəsi  şair Fikrət Sadıq 
qələm yoldaşı  Ələkbər Salahzadədən on il sonra yazmışdır: 
«Müşfiq bizim nəsil üçün doğrudan da bir məktəb idi. Şer 
məktəbi, qeyrət məktəbi və həqiqət məktəbi. 
 
Müşfiq həqiqəti – Müşfiq şeridir». 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə