170
Aldılar ansızın onu dövrəyə.
Çoxu şahid oldu bu mənzərəy:
- Ay Cəbi, kranı necə bağladın?
Doğrudan fantanı yaxşı saxladın.
-
Onu deməzlər ki…
-
Bah, çək özünü!
Bir başqası ona tutub üzünü:
-
Sağ ol, Cəbi dayı!
-
Sən də çox sağ ol!
-
Ay balam, kişiyə bir yol verin, yol,
Qoyun bir az getsin
rahatlıq etsin.
Cəbini mən yaxşı təsvir etmədim,
İncə nöqtələrə çox da getmədim.
Parlaq zərbəçidir mədəndə Cəbi.
Şadlanır hər işə gedəndə Cəbi.
Ondan ibrət alır işdən qaçanlar,
Tənbəl iqlimlərə yelkən açanlar.
Mədəndə hər zaman ismi anılır.
Mədəndə birinci adam sanılır.
Əmək qəhrəmanı adını almış.
O yalnız meylin zəhmətə salmış.
O yalnız güvənir iş qüvvəsinə,
İşçilər səs verir onun səsinə.
-
Yoldaşlar! Tərlan bəy bizi aldadır,
Onun düşündüyü yalnız paradır.
Onun sözlərinə inanmayınız,
Şirin dillərinə aldanmayınız!
O bizi qulluqdan çıxara bilməz.
Bizsiz buruqlardan cövhər çəkilməz.
Daim onun bizə ehtiyacı var,
Bizim qüvvəmizə ehtiyacı var.
Çarın quyruğudur onlar həmişə,
171
Bu quyruqluq olmuş onlara peşə.
İşçiyə nə vətən, nə millət vardır,
Onlar bu sözlərlə bizi aldadır!
Urus, türk, erməni – işçidir həpsi.
Onlarsa yalandan ayrırlar bizi.
Məhv olsun boş yerə canımız neçin?
Axsın, hədər getsin qanımız neçin?
Biz milli davadan əl çəkməliyiz,
Sinif döyüşündə qan tökməliyiz, -
Deyə 905 sənələrində,
Qaranlıq günlərin bir dəftərində
Cəbinin bu nitqi qeyd olunmuşdu,
Üstünə illərin tozu qonmuşdu.
O zaman güvənib iş qüvvəsinə,
Çoxu səs vermişdi onun səsinə.
O çoxdan ayrılmış dağdan, arandan.
Gəlmişdi Bakıya Cəbi İrandan.
Gəlmişdi, ordan da ayrılmamışdı,
Əvvəlki qınından sıyrılmamışdı.
Bir yandan işçiydi, bir yandan kəndli
Keçirdi günləri daima dərdli.
Çünki ailəsi ordaydı onun,
Həmişə qəmliydi, həmişə məhzun.
Gördü sərbazların quldurluğunu,
Yoxsulluq Bakıya qovladı onu.
Keçmədi bir öülə müddət aradan
Əl çəkdi büsbütün maldan-qaradan,
Əl çəkdi, İrandan çıxdı nəhayət,
Başını Bakıya yığdı nəhayət.
O, bir gün parlaman önündə durmuş,
Kimsəsizlər kimi boynunu burmuş
Baxırdı qayəsiz bir izdihama.
Bəzən dodaqaltı gülürdü, amma,
172
Əsgərana doğru gedən bu axın
Həyata uzaqdır, ölümə yaxın.
Balkonda bir ovuc boynu yoğunlar,
Hamsının çiynində zərli paqonlar
İlan dərisi tək işıldayırdı.
Həpsinin dişləri qıcırdayırdı.
Parlaman üstündə üç rəngli bayraq
Çarpırdı ruzgara dalğalanaraq:
Baxırdı qəzəblə Cəbi balkona,
Bu izdiham ağır gəlirdi ona:
-
Qırdırınız xalqın uşaqlarını
Məgər bu günlərin yoxmu yarını?!
Sarı ingilisin kor eşşəkləri!
Bu sözü o dövrün bir kəlpeysəri
Eşidincə artır qəlbində kini;
-
bəyənmirsən islam hökumətini?.. –
Deyə Cəbiyə əl açmaq istərkən
Cəbi izdihama qarışdı birdən.
O daim cəbhədə hazırdır, hazır;
Onun üç zərbəçi dəstəsi vardır.
Böylə fantanları çox görmüşdü o,
Böylə buruqlara çox girmişdi o.
Çox dinləmiş böylə gurultuları,
Etmişdir mədəndə ömrüü yarı.
Cəbi, neyt uğrunda çalışan Cəbi,
Hər dürlü zəhmətə alışan Cəbi.
Cəbi məhsulatın güclənməsində,
Proqramın artıq ödənməsində
İlk addım atmışdır öz dəstəsilə,
Vurub hər əngəlin üzünə sillə,
Oluş dəstəsilə mədəndə rəhbər,
Olmuş mədənçilər dilində əzbər.
173
Yarım saatdı ki, dincəlirdilər,
Yorulan təbii dincəlmək istər.
Fantan bulamışdı zərbəçiləri,
Sanki sulamışdı zərbəçiləri.
Tütün dumanilə otaq dolmuşdu,
Cəbiyə işçilər heyran olmuşdu.
Onun ətrafında gedirdi söhbət,
Hamı bəsləyirdi Cəbiyə hörmət.
Burda dağ sənaye məktəblərindən
Gələn bir tələbə qalxıb yerindən:
-
Cəbi dayı, sən çox cəsur adamsan.
Cəsarətin məni etdi hərasan,
Fəqət sən buruğa girəndən sonra,
Fantana nəhayət verəndən sonra
Qəlbimdə mətanət qanı qaynadı,
Ürəyim açıldı, könlüm oynadı.
-
Ay bala, sən hələ uşaq adamsan.
Sən hələ cavansan, sən hələ xamsan.
Başın çıxmaz sənin belə işlərdən.
Hər işi öyrənmək olmaz ki, birdən.
Nə qədər bu yolda çalışmışam mən,
Nə dürlü zəhmətə alışmışam mən.
Gurultu içində keçmiş həyatım
Mədəndə açılmış qolum, qanadım.
Bu gurultu mənə fərəh gətirir,
Bu səslər ömrümün musiqisidir.
-
Ay Cəbi, şəklindən xəbərin varmı?
-
Bəsdir, pərt etməyin, əşi, adamı,
Bənzətmişlər məni bir qəhrəmana.
-
Məncə qəhrəmanlıq yaraşır sana.
Deyərkən, Cəbinin dodağı qaçdı,
Könlündə, fərəhli çiçəklər açdı
Danışıq yenə də davam edirdi,
Bəzisi otaqdan çıxıb gedirdi.
174
Bu zaman mədənin müdiri gəldi,
O bayaqkı kimi tutqun deyildi.
Gözləri sevincdən fanar, fanardı,
Könlündə məsərrət odu yanırdı.
-
Sağ olun yoldaşlar, sizin işiniz
Bizə göstərdi ki, aciz deyiliz.
Gələcək beşillik planları biz
Belə fantanlarla ödəməliyiz.
Fəqət təhlükəsiz deyil fantanlar.
Ona Cəbi kimi möhkəm insanlar,
Polad zərbəçilər gərəkdir, fəqət
Hər kəs almalıdır Cəbidən ibrət.
Cəbi vüqarlıydı, üzü gülürdü,
Silah neftə çalan gözü ülürdü.
- Bəlkə Cəbi dayı söz-möz istəyir?
Ona da söz verək görək nə deyir.
-
Mənim danışmaqla heç aram yoxdur
Onsuz da iclasda danışan çoxdur.
-
Yox danışmalısan …
-
Yaxşı, yoldaşlar,
Mənim ancaq sizə bir-iki sözüm var:
Əvvəla hər işdə sayıq olmalı,
Onda yaxşılaşar mədənin halı.
İşi öz başına buraxmaq olmaz.
Plansız verilən rəqəmlər dolmaz!
Ayıq olsaydınız fantan vurarkən
Quyunun ağzını bağlayıb erkən,
Bu qədər zəhmətə düşməzdik, gərək
İşə əvvəlindən diqqət yetirmək.
Bu zaman bir işçi girdi içəri,
Baş-ayaq vururdu onun sözləri
-
Yoldaşlar, yenə də fantan var…
-
Necə?
175
Hər kəs batmış kimi oldu sevincə
-
Hansı buruq?.. Yeni qazılan buruq?
Özümüz fantanın şahidi olduq.
Ansızın atıldı həpsi dişarı
Cəbi də yüyürdü buruğa sarı.
Dostları ilə paylaş: |