146
Gecələrə hücum edən,
İçində gur sellərin,
Dənizlərin, göllərin
Qüvvəsini daşıyan,
İnsan vücudundakı
Damarlara
oxşayan
Sonsuz tellər bayramı.
Bu yeni il çöllərdəki qoca-qoca,
Uca-uca
Zavodların, fabriklərin bayramı.
Kolxozların, elliklərin bayramı.
Bu yeni il çuqun, dəmir
Zavodunda yapılan
Beşillik plan
Maşınlarının
İnsan əli
tutmayan,
İnsan gücü çatmayan
Metalları qaldırdığı ildir.
Bu il bizdə əvvəlki
Köhnə sərxoh il deyildir.
Bu yeni il Bakıda,
Qroznıda,
Uralda
Bu günkü halda,
Uzun dərinliklərə
Zərbə çalanlarındır.
Yeraltı dənizlərə
Ləngər salanlarındır.
Bu bayram, dəmirdən,
daşdan
Yaranmıh divlərin,
147
Qapısı sosializmə
Açılan evlərin,
«Polad səddçinlərin»,
Həqiqi giqantların bayramı.
Şair xəyalı kimi
Bir-birinə qarışan,
Bir-birilə yarışan,
Asfalt cıdır düzlərində
Qoşuşan atların bayramı.
Bu bayram xam mallarla dolu
Dağların, daşların,
Axtarışa çıxan yoldaşların,
Beş qitəyə hayqıranların bayramı.
Qazmaçı maşınların,
Yeni dünya relslərində
Üfüqlərə yük qaldıran
Kıranların bayramı.
SU VƏ KÜLƏK
Zaman gələr
Torpaq bizdən
Əsirgəyər petrolunu.
Fəqət möhkəm bolşeviklər
Mübarizə səhnəsində
Yadırğamaz rolunu.
Yer üzündə sular var,
Sularda
dalğalar var,
Dalğalarda ruzgar var,
Həpsi – bizim qüvvətimiz…
Biz suları, küləkləri
Fəth edəriz.
148
Külək – qüvvət,
Su – qüvvət,
Nə genişdir təbiət.
Bu il məchul iqlimlərə yelkən açan
Gedişlərin bayramı.
Fil xortumlu maşınların,
Xortumları altındakı
Qart dişlərin bayramı.
Başımızın üzərində
Xızla əsən
Qayalar var.
Ayağımız altında
ilan-ilan
Qıvrılan
çaylar var.
həp bunlarla genişlər
Dünyamızın çərçivəsi,
Bu çayların hər dalğası
Bir sarsılmaz at qüvvəsi.
SULARDA YANĞIN
Üzgüçülər əllərində fanar,
Dneprdə su altında odlar yanar,
Əfsanələr əfsanəsi…
Qatı polad qatlarını
Parçalamaq çətin deyil,
Doğram-doğram edərək
Xırçalamaq çətin deyil.
Lakin sular altında
Poladları doğramaqçın
Məqsədə oğramaqçın,
Su altında qaz alovu yaratmaq
İnsan üçün bu sadə bir oyuncaq.
149
Üzgüçülər əllərində fanar,
Su altında odlar yanar
Əfsanələr əfsanəsi…
150
DAŞ KÖMÜR
Fabrik, zavod çoxalır,
Ehtiyaclar həm artır, həm yoxalır.
Donbas bizə kömür verir,
Ocaqlara ömür verir.
O, taylarda,
Altaylarda,
Yer altında,
Yerin gizli qatında
Qalın kömür qatları var.
Bu
yeni il
Bu qatların bayramı…
Bu qatları didmək üçün
Şuraların ülgüc dırnaq
atları var.
bu yeni il – bu atların bayramı.
NEFT – İLİÇ BUXTASI
Bürümüş dövrəmi dəhşətli, qudurmuş ləpələr,
Dolanıb dövrəmi azğın ləpələr rəqs eylər.
Oxşayır könlümü hər bir ləpənin xoş yürüşü,
Qara neftim kimi sahildəki sərxoş yürüşü.
Məni almış bu xuraman ləpələr ortalığa,
Ninni söylər mənə cohqun görünən hər dalğa.
Gəzdirib ihtə xəzər şövqilə boynunda məni,
Xəzərin lütfi baxın heç əsər eylərmi mana?!
Ehtiraslarla sıxar dalğalı qoynunda məni,
Baxmadan bir qoca arslan kimi hayqırmasına.
Qoç tulumbamla onun köksünü cırmaqlayıram;
Qoşaraq fabrikə dəzgahları mən yağlayıram.
151
Əlvida eyləmişəm ağzı açıq vedrələrə,
Etmişəm qəti hücum bir başa əngin Xəzərə.
Çəkirəm nefti tulumbayla, mənim Buxta adım,
Suyun altında balıqlar kimi çarpır qanadım.
Bitirib tezcə beşillik planın tonlarını,
Durmadım, qarşıladım ayrı beşillik yarını.
Mənə can vermədə minlərcə polad zərbəçilər.
Gördüyüm işlərə düşmən də təəccüb eylər.
Yeni il girdiyi gün mən də qoşuldum selinə.
Mən də girdim şu beşillik planın son ilinə.
USTALAR
Bu
yeni il günəş deyil,
Elektrik işığilə işıqlanan
Bir diyarın bayramı.
Maşın yapan,
Kağız kəsən,
Hesab çəkən,
İp əyirən,
Əkin əkən
Cansız dəmir ustaların bayramı!