Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

 
112 
Bu yarışa hazırlamış bir maraq. 
Sobalar çıtırdıyor, 
Təkərlər tıqırdıyor, 
Tövşüyor körüklər, 
Ötüyor düdüklər. 
 
Əksi-səda verən dəmir dirəklərlə bərabər 
Bunlar çıxmış yarışa. 
Bir ciddi axtarışa 
Umuzlarla, biləklərlə, ürəklərlə bərabər. 
 
Bu yarış, 
Bu axtarış 
İstiyor ki, 
Diyor ki, 
Könül dənizləri coşub qabarsın. 
Sablamlaşıb şüuru hər işçinin, 
Taleyini sürükləsin sevincinin 
Arxasınca aparsın. 
 
Lirikanın dənizləri hər çöldə, 
Hər könüldə 
Bir səraba dönərkən, 
Hətta söz söyləmək də ağır bir iş deyildir
Kim istərsə yazar şeir, 
Lakin bir az beyinlə əylənərək oynamaq, 
Yarışa çıxmaq gərək. 
Çağlayan kimi coşmaq, bulaq kimi qaynamaq, 
Ürək damarlarını yerindən qoparıb da 
Həyat dinən klubda 
Ovucda sıxmaq gərək. 
 
Hər kəs bilir 
Bizim yarış 
 
113
Nə deməkdir, 
Niçindir. 
Bu çırpınış, bu axtarış 
İctimai cəmiyyəti sağlam qurmaq içindir. 
ÇADRALI  QIZLARIMIZA 
 
Sizə indi diyorlar: - Çıxınız bu örtüdən, 
Qovunuz üzünüzdən bu məlun buludları. 
Bunların fərqi yoxdur acı bir üzüntüdən, 
Parçalayıb yırtınız bu köhnə yadigarı. 
 
Bu xitabı bəlkə siz xoşlayıb bəyəndiniz, 
Qəlbinizdə titrədi şəfəqlənən arzular, 
Bəziniz də çarşafı yandırıb sevindiniz, 
Fəqət bunu başında daşıyan daha çox var. 
 
Bir çoxu anasından, bir çoxu babasından 
Qorxaraq bu çizgini sürükoiyor peşincə. 
Bəzi əskidən əski olan əqrabasından 
İstəmiyor eşitsin hər ağız sözü, məncə. 
 
Yaxşı qız! Bəlkə sən də utanaraq məhlədən 
Vida etmiyorsın o zülmətin övladına? 
Qorxmadasın bir xətər toxunar qanadına 
Fəqət bu deyil bizə yaşayışı öyrədən. 
 
Qaya uçdumu, əlbət, toz qopacaq yerindən
Buludlar sıxılınca ildırımlar guruldar. 
Qoy onlar nə der desin, sənin əməllərində 
Möhtəşəm dənizlərin çiçəkləri parıldar. 
 
Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra 
Şərqin qaranlıq, siyah mühitindən toxunmuş. 
Aləm dəyişmiş indi, o Şərq hara, sən hara? 


 
114 
Mərsiyəsi o Şərqin çünki çoxdan oxunmuş. 
 
Təbiidir ki, ay qız, yaz ayları gəlincə 
Yarpaqlanıb pərdədə qalmaz örtülü qöncə. 
Rəvamıdır yurdunun açıq bir səhərində 
Dalğalansın bir bahar buludu gözlərində?! 
 
Həyatın səslərindən kəsb edərək iqtidar
Bu qaynar məmləkətdə qoş, oyna, sıçra, hayqır! 
Onsuz da həyat adlı, çəlik barmaqlı ruzgar 
Başınızdan çarşafı götürüb qaçacaqdır. 
 
 
QURULTAY 
 
16-cı qurultay 
«Sağı» «sola», «solu» «sağa»  qatan, 
Əyilənləri yerindən oynatan. 
Lenin raylarında 
                yürüyən tren… 
Sərnişin milyon-milyon işçilərdən… 
 
16-cı qurultay 
Sinifləri çaxnaşdıran, 
Avropanı bir-birinə vuran 
               bir dəmir alay… 
 
Ölkəmizə 
            dürlü dürlü kurant görək! 
Giğantları yaratmağa 
16-cı qurultayın qarşısında 
Beş qitəni sədasilə 
                     sarsıdan bir and gərək!  
Hər acıya köks gərdik, 
 
115
Hər cəbhədə qalibiyyət göstərdik, 
Ölkəmizdə yapılan: 
                    böyük beşillik planı… 
Dünya xəritəsində 
             Kapital bir qurd kimi 
                      doğan gündən daraşmış, 
                          Zülüm həddini aşmış. 
Bu qurdları qırmaq gərək, 
Dünyaya hayqırmaq gərək: 
Kapitalın qapısından 
                həyat ummaq
Əjdahanın ağzından 
            nəcat ummaq 
                       deməkdir!     
Onun kirli məqsədi 
Bizi belə yeməkdir! 
Qərbin kazinolarında 
Bir masa kənarında 
                 Baxışları sərsəri görən, 
Çəkdiyi papirosun 
         xəfif dalğalarında 
                   qocalmış taleyinin 
Son hərəkətini süzən 
             qaşı çatıq, 
                      baxtı yatıq,  
Üz-gözündə xəzan axşamlarının 
        Gölgələri birikmiş, 
Çöhrəsini məchul bir nöqtəyə dikmiş
Avropanın qarnı şişmiş, 
Traktor tacirinin başından duman qaldıran, 
Malının qiymətini aşağı saldıran 
Beşillik plan – traktor zavodu 
Çox şişməsin Amerika 
         Fordu, qovdu 


 
116 
Avto çıxaran makinalarımız! 
Pan-Avropanın belini 
       qıran makinalarımız!   
Ukrayna şairi 
Şevçenko sağ olsaydı ya 
Gəlincə təbi-şeri, 
Baxıb Dneprostroya 
Yeni bir elektrik 
Qəsidəsi yazmazdımı?! 
Qəsidəsi 
              kapitala dərin quyu 
                            qazmazdımı?! 
Gürcüstanın Zahesi 
Bizə oxur elektrik nəğməsi. 
Zahes çiçəklər, otlar arasından, 
Əlvan buludlar arasından 
Al şimşəklər çaxdırır; 
Neft yurdunu Hayıstan 
                Yarışlara çağırır. 
Azərbaycan, 
Onun dostu Hayıstan… 
Siz də irişdiniz payınıza. 
Siz də qurultayınıza 
Göstərdiniz varlığınızı, 
                  bəxtiyarlığınızı.          
Ey Bakı! 
Buruqların 
                    çıxdı yadlar əlindən. 
Qurtuldun 
          xurafatdan, dindən!      
16-cı qurultayda 
            yerini buldun. 
 
Susuz, mələyən çöllər
 
117
Küləkləri üfüqlərə      
                   Zəhərli qum ələyən çöllər. 
Bu gün söndü ürəyində toplanan kin 
       Lenin gözlü özbəyin. 
O zaman ki, Türksib 
             Çöllərə işıq saldı. 
Uzun yollar qısaldı. 
Sahib oldun, 
             Özbək yoldaş, yerinə, 
Pambığın xərclənmədə 
             sosializm işlərinə. 
 
Daxmasında tək yaşayan 
İnsanlara baxacağıq yan! 
Ortaqlı təsərrüfat 
Sosyalizmə gedən həyat… 
Mücadilə genişləyir, 
İliklərə işləyir 
Möhkəm sinif duyğusu! 
 
16-cı qurultay 
«Sağı» «sola», «solu» «sağa»  qatan, 
Əyilənləri yerindən oynatan, 
Lenin raylarında 
                yürüyən tren… 
Sərnişin milyon-milyon işçilərdən. 
 
16-cı qurultay 
              sinifləri çaxnaşdıran, 
Avropanı bir-birinə vuran 
               dəmir bir alay! 
 
HƏYƏCAN 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə