Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

 
196 
Sərkəş xəyalımın böyük divləri! 
Haray, ey sənətin Çapayevləri! 
Yüksəl, yüksəl mənim şöhrətli ölkəm! 
Şeirdən, şairdən dövlətli ölkəm! 
Sənin qırılmayan qanadların var, 
Tarixdə layəmut büsatların var, 
Böyük Füzuliyə ruh verən ellər
Özünü tarixə göstərən ellər 
İşini vaxtında bitirəcəkdir, 
Hər zaman Cəfəri yetirəcəkdir! 
 
 
 
 
 
197
MİNGƏÇEVİR  HƏSRƏTİ 
 

 
Eşidirəm adını, 
Hiss edirəm dadını 
İndidən damağımda. 
Çarxların xırıltısı, 
Suların şırıltısə, 
Səslənir qulağımda. 
Gözəl heykəlin gəlir, 
Xəyal kimi yüksəlir, 
Durur göz qabağında. 
Ətirlənir güllərin, 
Sevdalı bülbüllərin 
Ötüşür can bağımda. 
Səni görmədən ölsəm
Xəzəl olub tökülsəm, 
Dadlı bahar çağımda, 
Sənsiz qara bağlasın, 
Həşrə kimi ağlasın, 
Daşım da, torpağım da. 
 
II 
 
Vətənimdə yadların 
Qan içən cəlladların 
Ta əzəldən gözü var, 
Ömrümdə, həyatımda. 
Ağımda, bayatımda 
Min bir dərdin izi var. 
O keçən dövranımda, 
Hanki «dostun» yanımda 
Danışmağa üzü var? 


 
198 
Hər gələn çapdı məni, 
Lyuncaq yapdı məni, 
Buna kimin sözü var? 
Dayan, könül, bir qədər! 
Hər gecənin demişlər: 
Bir aydın gündüzü var. 
 
III 
Artıq döyün, ürəyim, 
Çırpın, öyün, ürəyim, 
Ellərin arasında. 
Hər könül bir quş olsun, 
Sevincinə qoşulsun 
Kürün də, Arazın da. 
Qoy, çınlasın varlığın, 
Ömrün, bəxtiyarlığın 
Şadlıq kamançasında. 
Könül quşu oxusun, 
Şən bir yuva toxusun, 
Elin gül bağçasında. 
Gülsün hər qız, hər gəlin
Parlasın hər gözəlin 
Bir günəş yaxasında. 
Hər kəs öz xülyasını, 
Baxtını, sevdasını 
Çəksin öz arxasında. 
 
IV 
 
Ardınca verdim salıq, 
Tükəndi səbrim artıq, 
Ey işıqlı devir, gəl! 
Dövlətinlə, varınla, 
Xoşbəxt dalğalarınla 
 
199
Gəl, ey Mingəçevir, gəl! 
Duru arxın olaram, 
Dönən çarxın olaram, 
Səni ruhum sevir, gəl! 
Bəlalı sayrılığı 
Vaqıtsız ayrılığı 
Ölkəmizdən devir, gəl! 
Gördüyüm röyaları, 
Nəşəli xülyaları 
Həqiqətə çevir, gəl! 
 

 
Ey könül, keşkə sən də, 
Ellərə yaz gələndə, 
Bir coşqun sel olaydın, 
Qarışeydin Kürə sən. 
Buludlardan nur əmən 
Bir qızıl gül olaydın. 
Səni bir qız dərəydi, 
Nur saçına hörəydi, 
Sonra tel-tel olaydın. 
Çıxan kimi qarşına 
Yağıların başına 
Sovrulan gül olaydın. 
Sevdalar ölkəsində
Hər gülün kölgəsində 
Ötən bülbül olaydın! 
 
VI 
 
Ey şura ellərində, 
Bu yurdun hər yerində 
Çarpışan makinələr! 


 
200 
Sizdən iş qardaşınız, 
Yüksəliş qardaşınız. 
Nələr gözləyir, nələr?! 
Ver, ey möhtəşəm nəhəng! 
Əski rəng, əski ahəng 
Doğurmasın fitnələr. 
Fələyin çarxı dönsün! 
Vətənimdə görünsün 
Yeni-yeni səhnələr. 
Dəyişsin paltarını, 
Qışını, baharını, 
Günlər, aylar, sənələr. 
Ucalsın insan oğlu!.. 
Tutub getsin bu yolu 
Gələcək qərinələr. 
 
VII 
 
Budur, dik başlı dağlar, 
Sinəsi daşlı dağlar  
Yerli-dibli sökülür. 
Dağlar duman hayında, 
Dərələr can hayında, 
Üstünə od tökülür. 
Bu hənddən, o biri həndə
Bu kənddən, o biri kəndə 
Rahat yollar çəkilir. 
El çıxır yer altından, 
Yerin nəmli qatından, 
Yeni evlər tikilir, 
Ölkəmizə su gəlmiş, 
Bir canlı duyğu gəlmiş, 
Şirin əkin əkilir. 
 
 
201
VIII 
 
Güldürəcək hər kəsi 
Elektirik mərkəzi, 
Büsbütün qurulunca. 
Qəlbimizdə nazlı Kür, 
Söhbətli Kür, sazlı Kür 
Qan kimi durulunca. 
Güc verəcək çarxına, 
Kür düşəcək arxına 
Qolları burulunca. 
Gələcəkdir Qazaxdan, 
Şəmkirdən, Qarabağdan 
Sorağın sorulunca. 
Parlatmağa Tərtəri 
Açıq alnımın təri 
Axacaq yorulunca. 
 
IX 
 
Nə dayanmış günəş də, 
Xəstəmiz var Ərəşdə, 
Şəfa versəyə gəlsin. 
Gölləri qurutmağa, 
Əlimizdən tutmağa 
Gəlsin, göməyə gəlsin. 
Qarasaqqal bataqdır, 
Deməsin yol uzaqdır, 
Onu görməyə gəlsin. 
Qara gözlü gözələ, 
Şirin sözlü gözələ 
Könül verməyə gəlsin. 
Ona öz çırağından 
Yeddi rəngli bağından 


 
202 
Çələng hörməyə gəlsin. 
 

 
Çöllərdə qamış kimi, 
Tabı qalmamış kimi 
Quruduq qışqırmadan. 
Can xasta, canan xasta, 
Ölürük asta-asta 
Yaxamızı cırmadan. 
Həyatın rəngi sarı, 
Ömrün ahəngi sarı, 
Tükəndik qızdırmadan. 
Dostlar, bu gün durmasaq, 
Dağı-dağa vurmasaq,  
Nə çıxar bağırmadan?! 
Qoy ömrümüz yaxında 
Dünyanın şafaqında, 
Seçilməsin sırmadan. 
 
XI 
 
Gəl, mənim cənnətim gəl
Ömrüm, səadətim gəl, 
Bəzə Kür qırağını! 
Qarlı dağlarımızda, 
Barlı bağlarımızda 
Yandır gün çırağını. 
Bir möhtəşəm makinə 
Gur çayların zülfünə 
Çəkməzmi darağını? 
O quşdan, bu çiçəkdən, 
Bəxtəvər gələcəkdən 
Almışam sorağını. 
 
203
Ölkəmin, yarat yenə 
Yaradıb yaşat yenə 
Pozulan növrağınə. 
 
XII 
 
Keçmişimin əlindən, 
Babamın əngəlindən 
Sinəm düyün-düyündür. 
Bu un, əvət, babamdan 
Və göhnə xarabamdan 
Mənə qalan bir ündür. 
Bu qəm onun qəmindən. 
Onun cəhənnəmindən, 
Dağlar başı tütündür. 
Gəl, ey Mingəçevir, gəl. 
Ey sevdiyim şeir gəl, 
Bizi doğrult, düşündür. 
Başlayınca işə sən, 
Çıxınca gərdişə sən 
Bizdə toydur-düyündür. 
 
XIII 
 
Onda bizim dünyamız, 
Paslı, dəmir dühamız 
Yanacaq parıl-parıl. 
Ellər gülşən olacaq
Könüllər şən olacaq, 
Uçacaq pırıl-pırıl, 
Durulacaq arxımız, 
Fələyimiz, çarxımız 
Dönəçək xırıl-xırıl. 
Güləcək çöllərimiz, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə