Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə33/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

 
204 
Axacaq sellərimiz 
Dağlardan şırıl-şırıl. 
Danışacaq qüvvətdən, 
Könüldən, məhəbbətdən 
Sevgilim mırıl-mırıl! 
 
 
 
XIV 
 
Bu həyatı doğrusu, 
Ey Leninin ordusu
Quran sən olacaqsan! 
Daim qoşub iləri, 
Qaranlıq cəbhələri 
Yaran sən olacaqsan. 
Səndən başqa kimim var, 
Ürəyimdə simim var, 
Saran sən olacaqsan. 
Hər dərdə dözə-dözə, 
Düşmənimlə üz-üzə 
Duran sən olacaqsan! 
Bizi iləri atan, 
Uyqumuzu sarsıtan 
Boran sən olacaqsan. 
 
XV 
 
Ah, o günü görəydim, 
Sazıma tel hörəydim 
Qəlbimin damarından. 
Deyəydim yığın-yığın, 
Bu yurdun, bu torpağın 
Dövlətindən-varından. 
 
205
Çayların hoplayaydım 
(Ağ güllər toplayaydım). 
Köpüklü sularından. 
Verəydim bir gəlinə, 
Söhbət açaydım yenə 
Bir maraqlı yarından. 
Arabir də çaşaydım, 
Könlümün danışaydım 
Keçən arzularından! 
 
XVI 
 
Vaxtıdır zövq  almağın, 
Şirin qələm çalmağın 
Gələcək xülyasından! 
Deyin, hankı sənətkar 
Vurub çıxmamış kənar 
Öz məhdud dünyasından? 
Xoşdur səhər nəğməsi
Səhərin oyaq səsi 
Axşamın havasından! 
Gəl, ey Mingəçevir, gəl, 
Şair keçər ən əvvəl 
Bu yolda sevdamından. 
Keçər, əvət, bu gündən, 
Hər gözəl üzüyündən, 
Hər gəlin tanasından! 
 
XVII 
 
Eşidirəm adını, 
Hiss edirəm dadını, 
İndidən damağımda. 
Çarxların xırıltısı, 


 
206 
Suların şırıltısı 
Səslənir qulağımda. 
Gözəl heykəlin gəlir, 
Xəyal kimi yüksəlir
Durur göz qabağımda. 
Ətirlənir güllərin, 
Sevdalı bülbüllərin 
Ötüşür can bağımda. 
Səni görmədən ölsəm, 
Xəzəl olub tökülsəm 
Dadlı, bahar çağımda, 
Sənsiz qara bağlasın, 
Bulud kimi ağlasın 
Daşım da, torpağım da. 
 
 
207
BƏXTİYAR 
 
Sıyrılıb keçmişin buludlarından, 
Müjdələr gətiriö böyük yarından, 
Yarıb günəş kimi qaranlıqları, 
Söküb şəfəq kimi dumanlıqları, 
Özündən alışan, özündən yanan, 
Hər sabah hamılan erkən oyanan, 
İş başına qoşan nə bəxtiyardır! 
 
Yoldaşı sıradan qalarkən geri, 
Tutub ətəyindən çəkib iləri
Ona qüvvət verən, ona ruh verən, 
Ona ən uğurlu bir yol göstərən, 
Həm sevgi bəsləyən, həm can yandıran, 
Sönük duyğuları işıqlandıran, 
Günəşlə yarışan nə bəxtiyardır! 
 
Budur həyatdakı gözəllik ancaq: 
Qüvvətli yaşamaq, canlı yaşamaq! 
Məqədim, məsləkim, şüarım budur, 
Həmən əqidədir, həmin duyğudur. 
Gələcək günlərə məni səsləyən, 
Bir böyük yarına əməl bəsləyən, 
Çarpışan, vuruşan nə bəxtiyardır! 
 
Günlərim keçməyir ancaq əməklə
Xəyalım göyləri seyr eyləməklə, 
Buludlar ömrümün karvanı olur; 
Fikrim o karvanın sarvanı olur. 
Sanıram ulduzlar həmvətənimdir, 
Demək, yer də mənim, göy də mənimdir, 
Hüzurumla cahan nə bəxtiyardır! 
 


 
208 
Mənə ilham verir o yaşıl çəmən, 
Üstümə quşbaşı yağaq yasəmən. 
Demək, sevimlidir bahar da, qış da, 
Bir yenilik duyub mən hər baxışda 
Sevirəm dəyişən, dönən varlığı. 
Bu günün, yarının bəxtiyarlığı 
Sevdasilə coşan nə bəxtiyardır! 
 
Ömrümün min dürlü cilvəsi vardır, 
Uönlümün göyləri damar-damardır, 
O bəzən ağlasa, bəlkə də haqdır, 
Həyat həm gülməkdir, həm ağlamaqdır, 
Lakin daha xoşdur döyüş çağları, 
Həyat dedikləri uca dağları 
Duman kimi aşan nə bəxtiyardır! 
 
Həyatdan doymayan, işdən doymayan, 
Əfsanə sözlərə məhəl qoymayan, 
Könlünü, gözünü verib işinə, 
Baxıb həyatının yüksəlişinə, 
Xalqilə titrəyən, xalqilə gülən, 
Vətənçin yaşayan, vətənçin ölən 
Səmimi bir insan nə bəxtiyardır! 
 
 
209
ƏMƏK 
 
Dökeçmişlərə bir fikrə getdim, 
Öyrəndim insanın kim olduğunu. 
Birdən gözlərimə göründü cəddim, 
Baxıb meyr eylədim göhnə meymunu. 
 
Heyvanlar içində o da bir heyvan, 
Sürülər içində o da bir sürü. 
Yaylağı mağara, qışlağı orman, 
Zillət torpağında yazığın ömrü. 
 
Əlində daş, dəmir… mətin dağları 
Sürünə-sürünə hirslənib deşir, 
Təbiət dəyişir, özü dəyişir. 
 
Əmək – insanlığın tükənməz varı… 
Əmək sərf olunan yer cənnətimdir. 
Hüsnümdür, eşqimdir, səadətimdir! 
 


 
210 
ŞAİR  VƏ  VƏTƏNDAŞ 
 
(DİALOQ
 
ŞAİR 
 
El köçdü, sən qaldın hamıdan arda, 
Nə qədər acıdır bu prda qalmaq!.. 
Qoç bir əsgər kimi vuruşmalarda 
Yıxılıb, kimsəsiz yollarda qalmaq!.. 
Yazıq deyildirmi duyan könüldə 
Bəslənən bir əməl tarımar olsun?! 
Qalmışkən bülbülün gözləri güldə
Üstünü kəsdirən son bahar olsun:! 
Ey şair! Səni də düşündürən bu, 
Səni də ağladan həmən xəyaldır. 
Ömür günəşinin vaxtsız qürubu, 
Həyata verilən sərt bir sualdır… 
 
VƏTƏNDAŞ 
 
Burax bu hissləri, ey şair, burax! 
Gördüyün, bildiyin şeylərdən danış! 
Ağac qələmini yaxşı çırparaq, 
Gətirdiyin yeni səmərdən danış! 
Bu üzgün duyğular, qara fikirlər 
Sürür gəncliyini heçliyə doğru; 
Onlar bir qar kimi varlığı girlər, 
Onlardan, ey şair, özünü qoru! 
Həyatla olsaydı dərin rabitən, 
Ruhun qaralmazdı gecələr kimi; 
Solmazdın sularda yaşayan, bitən 
Bir öksüz baxışlı neylüfər kimi. 
Bir məzar qoxusu verən sözlərin 
Zamanın ruhuna uzaq, yabançı, 
 
211
Çəpərlər içindən baxan gözlərir 
Bir qəmli quş kimi nə qədər acı! 
ŞAİR 
 
Nəçin yabançıyam mən bu varlığa, 
Fikrimdə, hissimdə bu nə sükutdur? 
İçərim bənzəyir bir məzarlığa, 
Gecələr ayazdır, gündüz buluddur. 
Neçin hər sevincdən, hər ixtilatdan 
Uzağam qaranlıq bir bucaq kimi. 
Üzülmüş kimiyəm mən bu həyatdan 
Qırılan, yaralı bir budaq kimi? 
Mənim yoldaşlarım birər komandan. 
Hamsı irəldədir, hamsı öndədir. 
Bu dərin həyatı duyub qanandan 
Mənimsə taleim yaman gündədir… 
 
VƏTƏNDAŞ 
 
Xayır, ey şairim, sən bu varlığı 
Yaxşı anlamadın, yaxşı duymadın. 
Göylərdə aradın bəxtiyarlığı, 
Bu gözəl həyata məhəl qoymadın. 
Bir münzəvi kimi yaşayıb dedin: 
«Həyat mübarizi bir rəng deməkdir» 
Çoraq duyğuları oxşayıb dedin: 
«Sənət – xəyal ilə ahəng deməkdir» 
Anlamadan dedin: «Yaxşı düşünsən, 
Şeriyyət olamaz bizim dövrdə». 
Dedin ki, şairim, utanmadan sən: 
«Texnika öldürür sənəti» bir də, 
Əlində bir köhnə şer divanı, 
Dilində səsləndi ölgün qəzəllər… 
Anlaya bilmədin yeni insanı, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə