Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

 
190 
Ey gələcək ata, gələcək ana! 
Məhəbbət qayığın tutulduqca hey 
Hicran dedikləri acı tufana, 
Fələk aylanaraq gülümsədikcə. 
Bir vüsal gündüzü, şəbi-hicrana, 
Əridib qəlbində qızıl eşqini 
Könül qulağınçın yaparkən tana, 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
Ey acıqlı günəş, soyuqqanlı ay! 
Haray bu gərdişin əlindən, haray! 
Siz, ey ağır başlı buludlar, keçin 
Başımın üstündən hey alay-alay! 
Gurulda, ey səma, ağla, ey yağış! 
Sən də yatağında qurcalan, ey çay! 
Haydı, fikrim kimi qalınlaş, orman! 
Ruzgar, duyğum kimi əs qolay-qolay! 
Bizə əlvan ruhlar, əlvan xəyallar 
Göstərərkən hər il, hər fəsil, hər ay 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
Dolanıb fəsillər, döndükcə illər, 
Gəldikcə dünyaya yeni nəsillər, 
Bir yavru, bir quzu şənlik çölündə  
Mələyə-mələyə açınca dillər, 
Sizin həyatınız bizdən də yaxşı 
Keçincə, ey bizim gələcək ellər, 
İnsana qul olub, qulluq edərkən 
Sərsəri küləklər, divanə sellər, 
Bir əməl uğrunda şura gəlincə 
Səmada buludlar, yerdə könüllər, 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
191
 
Bəxtiyar günləri gəlmiş Qafqazın, 
Urəklər doludur, a dostlar, yazın! 
Sən də, könül, mənə lazım deyilsən 
İş başa çıxmadan tükənsə arzın, 
Açardım dərdimi hələ dağlara, 
Əlimə düşsəydi, ay aşıq, sazın. 
Qayğısını çəkmək olur-olmazın. 
Ey türk, ey erməni, ey gürcü yoldaş, 
İşlədikcə Zəngin, Kürün, Arazın 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
Sən bizə can verdin, can Oktyabr! 
Altun şəfəqlərdə yan, Oktyabr! 
Salam, ey Leninin işçi ordusu, 
Səninlə bulmuşdur şan, Oktyabr! 
Salam, işçi Avan, mujik Stepan! 
Bir ləhzə keçmişi an, Oktyabr! 
Yetən misyonerin acı torundan, 
Sən qurtardın məni, sən, Oktyabr! 
Yarın siyah Qərbin üfüqlərində 
Atınca bir yeni dan, Oktyabr! 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
Sən də köksüm kimi dalğalan, Sevan! 
Sən mənə can dedin, can Ermənistan! 
Acıqla keçmişə dönüb baxanda, 
Sən də mənim kimi oldunmu peşman? 
İlk kürələr kimi əzəldən bəri 
Ey sərgərdan gəzən zavallı insan! 
Mənə ilham verir Dərəçiçəkdə 
Bir nəfəs dərib də, bir gül qoparman. 
Dağların dumanlı ətəklərində 


 
192 
Gəldikcə işığın, yandıqca çıran, 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
Əzəldən bəllidir ellərdə gürcü, 
Gəzmiş ağızlarda, dillərdə gürcü. 
Bağ salır keçmişin məkan tutduğu 
Sarı, titrətməli gbllərdə gürcü. 
İş onun, güc onun, gözəllik onun, 
Qalmamış yabançı əllərdə gürcü. 
Kəsmiş qarşısını Kürün, Rionun 
Çarpışır sellərdə, yellərdə gürcü. 
Böyük arzulara, böyük işlərə 
Qoşduqca gələcək illərdə gürcü, 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
Sən də olacaqsan, ey gülüstanım, 
Ey dili diləkli Azərbaycanım! 
Çarxın qızdırmalı bataqlığından 
Çıxacaq Ağdaşım, Milim, Muğanım. 
Baxtımın lacivərd üfüqlərində 
Güləcək günəşim, atacaq danım. 
Kimin nə borcuna, elin dərdinə 
Qoyun öz başıma alışım, yanım! 
Həyatın rəngini dəyişdirincə 
Mingəçevir kimi şanlı dövranım, 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
Bu dumanlı dağın başı mən olsam, 
Dibinin ağlıyan daşı mən olsam, 
Hal bilən, dil bilən qara gözlərin 
Qələmim deyir ki, qaşı mən olsam, 
Ellərin ürəyi kövrəkləşəndə, 
 
193
Dolu gözlərinin yaşı mən olsam, 
Bəzi adamları bilməyim deyə, 
Hisslərim korşalıb, naşı mən olsam, 
Bir sərxoş ölümün əlindən düşüb 
Nə zaman qırılan kaşı mən olsam, 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca şeir olacaq! 
 
 
ŞAİRİN  ÖLÜMÜ 
 
Ey şanlı ölkəmin, şanlı ustası, 
Düşdümü əlindən həyat fırçası?! 
Ey söz üzüyünün yanar alması, 
Ürəyin tutulub ləkələndimi?!. 
 
Nədir bu acizlik bilməm bəşərdə? 
Neçin yırtılmasın bu sirli pərdə? 
Sevilin gözləri güldüyü yerdə 
Birdən buludlanıb kölgələndimi?! 
 
Ey könül, bu acı hisslərdən əl çək! 
İnsan bir gün gəlmiş, bir gün gedəcək. 
Bu kəskin xəbəri duyanda, gerçək, 
Dağımız-daşımız silkələndimi? 
 
İstəməm, axmasın gözlərin yaşı! 
Çatılmasın məğrur ölkəmin qaşı! 
Sorun tarixlərə:  sənətin başı 
Ölüm qarşısında yerə endimi?!. 
 
Yox! Bu sərt ölümü düşündükcə mən, 
Şiddətli arzular keçir içimdən. 
-
 
Öldü! – xəbər verin aşnaya, dosta, - 


 
194 
Ruhlar mühəndisi o böyük usta!.. 
 
Öldü bir usta ki, ustalar başı, 
Bütün yoldaşların əziz yoldaşı! 
Öldü, ağlamayan gözlər ağlasın, 
Qələmlər, kağızlar, sözlər ağlasın! 
Altındaydı sözün səmənd atları, 
Çapanda titrədi göyün qatları. 
O ki, söz atından tərpəndi düşdü, 
Sanki şerimizin bir bəndi düşdü. 
Burax qış gedərək, bahar gələndə, 
Güllər məclisinə quşlar gələndə, 
Quşlar sızıldasın, güllər yolunsun, 
Bu acı hər şeydə qoy hiss olunsun! 
Göylər bir-birinə dəyib ağlasın, 
Buludlar başını əyib ağlasın, 
Dan yeri ağarsın, şəfəq sökülsün, 
Ulduzlar göz yaşı kimi tökülsün, 
Günəş göy üzündə yansın, yaxılsın, 
Qəmli buludlara iltica qılsın. 
 
Qoy göylər görünsün bir çəmən kimi! 
Ağarsın dan yeri yasəmən kimi!.. 
Öldü!.. güruldasın, çaxsın buludlar, 
Qəbrinə çiçəklər taxsın buludlar! 
Ay gecə qəbrində cövlana çıxsın, 
Ulduzlar süzülüb seyrana çıxsın. 
Öpsün torpağını səhər yelləri, 
Üstündə titrəsin günün telləri…  
Bu mənim diləyim, bu mənim hissim, 
Ey söz mühəndisim, ruh mühəndisim!.. 
 
Öldü Balaşları öldürən əsgər,  
Öldü Gülüşləri güldürən əsgər, 
 
195
Öldü eşidincə, Almaz ağladı, 
Sanki Kür dayandı, Araz ağladı, 
Öldü İmamyarın paxrını açan, 
Yaşarın yoluna işıqlar saçan. 
Öldü Salamovu öldürən yoldaş, 
Öldü Ağamovu öldürən yoldaş. 
Fəqət ölən deyil onun sənəti! 
Bağlamış adına əbədiyyəti. 
 
Aylar, illər keçər, əsrlər keçər, 
Şairin dediyi dəyərli sözlər 
Feyz alıb əzəli iqtidarından, 
Keçib əsrlərin şah dağlarından., 
Qışqıra-qışqıra axar sel kimi
Qalxar tufan kimi, əsər yel kimi. 
Çaxışda görk olar ildırımlara, 
Dağlara, daşlara, sıldırımlara. 
Ruhlara, qəlblərə çarpar sədası, 
Bir fırtına kimi qopar sədası. 
Düyulsun ki, ölən bir sənətkardır, 
Sənətdə yer gücü,göy gücü vardır! 
 
Ey geniş kütləmiz! Öldü sənətkar!.. 
Sarmasın ruhunu acı duyğular. 
Sən öylə sanma ki, dünyada təksən, 
Fəqət sən ölməmiş, ölməyəcəksən! 
İləri, qəhrəman xalqım, iləri! 
Erkən qurtaralım böyük işləri. 
Yolun Lenin yolu, hər imkanın var, 
Qızıl Ulduz kimi bir nişanın var. 
O səni göylərə qaldıracaqdır, 
Dərin dəryalara daldıracaqdır. 
Haray, ey şerimin tunc qanadları, 
Fikrimin, hissimin ceyran atları, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə