Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

 
212 
Bilmədin nəçidir yeni gözəllər. 
Nədir ruhu qırıq bu zümzümələr? 
Bunlar həyat üçün zəhərdən acı. 
Mən bir vətəndaşam, əski nəğmələr 
Dərdli şikəstələr mənə yabançı. 
Həyatı coşduran, dalğalandıran, 
İrəli aparan nəğmələr hanı?! 
Hanı bir möhtəşəm divi andıran 
Şer qəhrəmanı, söz qəhrəmanı?! 
Hanı, tükəndimi sevincin, odun? 
Sən xəzan kimisən bahar içində. 
Göz yaşında üzən solğun vücudun 
Bir sarı yarpaqdır sular içində!.. 
 
ŞAİR 
 
Burax, dostum, burax bu töhmətləri! 
Qəlbimə toplanan müsibətləri 
Sən də səsləndirmə bir başqa sazda, 
Düyduqca sızlayır ruhum bir az da. 
Varlığım şam kimi yanmağa başlar, 
Başımda ətəşlər, gözümdə yaşlar… 
Baxınız, baxınız, gül rəngli göylər 
Ağlayan bir çocuq üzünə bənzər… 
 
VƏTƏNDAŞ 
 
Bayron da sevmişdi bu təbiəti, 
İldırım hiddəti, bulud riqqəti 
Onun da şerində çaxdı, ağladı, 
O da bu şeylərə baxdı, ağladı. 
Təbiət dediyin vəhşi bir heyvan, 
Onu əhli edən insandır, insan! 
Olmasın başına sözlərim qaxınc, 
 
213
Ey həyat qınına girməyən qılınc!.. 
 


 
214 
ŞAİR 
 
Əvət, qəribədir xislətim mənim; 
Dinlə, uzunsa da söhbətim mənim. 
Mən çıxdım ziyalı bir ailədən, 
Xəyalımda millət, 
Ruhumda vətən… 
Məndən az etmədi bunları tələb 
Sonra oxuduğum o köhnə məktəb… 
Həyatdan çəkildim, işdən çəkildim. 
Nə komsomol bildim, nə firqə bildim… 
Sonra da qarşıma çıxdı bir gözəl, 
Ruhumda titrədi incə bir əməl… 
Mən nələr çəkmədim onu sevərkən
Etdim saçlarını ağlıma yelkən 
Sahilsiz eşqimin dənizlərində. 
Üzdüm bu dünyanın dərin yerində. 
O gözəl olmuşdu ruhuma hakim, 
Mənim düşüncəsiz, xəyali sevgim 
Onu az qırmadı, az incitmədi. 
Onunla bu qəlbim yola getmədi, 
Onu da özümə yabançı sandım; 
Canandan usandım, candan usandım… 
Sonra baş götürüb gəldim bu kəndə, 
Çırpındı quş kimi ruhum  bədəndə. 
Bu kəeddə başladım müəllimliyə; 
Bir də şer üzü görməyim deyə
Küsərək sənətim ədəbiyyatdan, 
Dərs dedim neçə il riyaziyyatdan. 
Bu kənd, bu kənd məni qoynuna aldı, 
Çocuq ilhamıma ninnilər çaldı. 
Məni dinləndirən həmən təbiət 
Bu qərib könlümü yordu nəhayət 
Sənə söylədiyim məhəbbət kimi; 
 
215
O nazənin kimi, o afət kimi 
Bəzən göz yumaraq bütün varlığa, 
Xəyalım yol saldı bir məzarlığa. 
Həyat arzuları önündə, lakin 
Könlüm əmr elədi: bu yoldan çəkin! 
Qəmgin düşüncələr başımda söndü, 
Yaşamaq eşqilə qəlbim döyündü. 
Bəli, bu dünyada mənim kimilər 
Dəyişib olarkən məsud, bəxtəvər. 
Duyaraq çarpışmaq ehtiyacını, 
Silib qəlbimdəki köhnə acını. 
Çoxlara qoşulmaq istədim mən də, 
Mühitim ruhumu şaşqın görəndə 
Tutub ətəyimdən çəkdi iləri. 
İndi ürəyimdə olan şeyləri 
Məncə, birdən-birə atmaq çətindir; 
Bilmədən hər sözə yatmaq çətindir. 
Könül! Nə çətindir bu əhilləşmən 
Vəhşi qaplanmısan, arslanmısan sən?! 
Əllərim çataydı, düşəydin girə, 
Gör necə bağlardım səni zəncirə!.. 
Bir zaman düşünüb fikrə gedərkən, 
Sanırdım: artığam cəmiyyətdə mən. 
Bu göhnə mənliyim bir dar qəfəsdi, 
Bu qəfəs əlimi, qolumu kəsdi. 
Bir nəfəs uçmağa bulmadım imkan, 
Gözümdən od çıxdı, başımdan duman 
Bu gülünc həyatdan nə çıxsın dedim, 
Bir dəfə özümü vurmaq istədim. 
İradəm buna da çatmadı, əfsus! 
Oyaq qüssələrim yatmadı, əfsus! 
Bir də ki, haqqımda fitnələr qusan, 
Ayağımdan çəkən, başımdan basan, 
Hiyləgər adamlar, murdar adamlar, 


 
216 
Bütün insanlıqdan kənar adamlar 
Az incitmədilər məni dünyada. 
Köhnə bir ney kimi gəldim fəryada. 
Könlümdən onların acısı getməz; 
Yazmaqla qurtarmaz, deməklə bitməz. 
Çox mncitdi məni tək-tək adamlar: 
Saf-çürük olunsun gərək adamlar!.. 
 
VƏTƏNDAŞ 
 
Səni küsdürməsin boş danışıqlar, 
Göz önündə böyük məfkurə var 
Onu tut, onunla yürü iləri. 
Sən dünyada axan böyük selləri 
Buraxıb, sızlayan, əriyən, axan, 
Axışı insanı məlul buraxan 
O zəif, o cılız sulara baxma! 
Hər duyğu oduna könlünü yaxma! 
Deyirlər: toz qopar qaya uçanda, 
Həmən şey olmuşdur indi cahanda. 
Sən böyük şeylərə çevir üzünü
Gələcək günlərə söylə sözünü. 
Şair, səndə böyük bir qüvvə vardır, 
Gizli xəznələrə dilin açardır… 
 
ŞAİR 
 
Məni həyat sevir, həyat çağırır, 
-
 
Dəyiş, yüksəl – deyə bar-bar bağırır 
O deyir: «Yüksəliş dəyişmək istər, 
Sən də dəyişməklə özünü göstər!». 
Mənim ürəyimdə bir ikilik var: 
Keçmişdən aldığım dərin duyğular, 
Acı tərbiyələr ruhuma hakim. 
 
217
Duyduğum acını duysaydı hər kim, 
Baxtımın ulduzu sönmüşdü çoxdan, 
Bir ovuc torpağa dönmüşdü çoxdan… 
Məni əski hava zəhərləmişdir, 
Yalançı bir sevda zəhərləmişdir. 
Daim həyat mənə eylədi gəl-gəl, 
Tərbiyəmsə mənə oldu bir əngəl… 
Duyğum düşüncəmi göyə sovurdu, 
Ürəyim ağlımı daşlara vurdu. 
Bu yeni aləmin gözəllikləri
Onlar ki, insanı çəkir iləri, 
Onlara vaxtilə xor gözlə baxdım, 
Bir ildırım oldum, özümü yaxdım… 
 
VƏTƏNDAŞ 
 
Mən bilirəm, sənin havalı könlün 
Dönüb bir tərlana, uçmaqistəyir 
Və bir məhbus kimi sevdalı könlün 
 
Qırıb qandalını qaçmaq istəyir. 
Bil ki, sallanışı hər yaşıl dalın 
Başqa bir küləkdən, bir havadandır. 
Sovet yellərilə yelkən xəyalın 
Qızıl dənizlərdə üzərsə, şandır! 
Sən bir qılınc kimi əldə parılda, 
Qalxan köküslərdən keçən mızraq ol! 
Ağır toplar kimi gur-gur gurulda, 
Daim döyüşkən ol, daim qıvraq ol! 
Sən həyat eşqindən götür aşqarı, 
Həyat qanadlanır, sən də qanadlan! 
Qarşında möhtəşəm zaman dağları… 
Zaman dağlarını indidən atlan! 
Sözünün təsiri elektrikdən


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə