Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

 
226 
Açılmışdır həyatda bir yeni çeşmə. 
Ana tutmuş körpəni öz qucağında, 
Sanki bir gül açılmış cahan bağında 
O çocuq bu köküsdə bir bəşərmidir? 
Yoxsa bu köksdə bir bəşərmidir? 
Yoxsa, su üzərində neylüfərmidir? 
Əbədidir cahanda deyə izləri
«Atanın da qururla gülür gözləri». 
-
 
Doldurun qədəhləri! – kimsə başladı, 
Danışanlar susdular, tar yavaşladı. 
-
 
Ana! Ana!.. Əbədiyyət çeşməsi. 
Nə acıdır yaman günə düşməsi! 
Ana olmaq şərəflərin şərəfi. 
Bu sinəsi inci dolu sədəfi 
Uzun zaman ayaqlara saldılar, 
Göyərçini ilan kimi çaldılar. 
Gögəl ana, sənin büllur canında, 
Şəfəqlərə ilham verən qanında 
Nəğməmizin ilk büsatı quruldu, 
Göz yaşımız ürəyində duruldu. 
Ana, sənə rəvamıdır alçalış? 
Qoynun beşik, yumşaq sinən nazbalış. 
 
Aman, sən də dəkələnmə, gözəl qız! 
Qaranlıqda kölgələnmə, gözəl qız! 
Cilvələnmə xırsızların içində. 
Ala gözlü ulduzların içində 
Aydan aydın, sudan duru gecələr, 
Xoş o qıza sevdasını hecələr.   
           Ürəyində çiçəklənən muradı, 
            Dodağında təbiətin ilk dadı, 
İlk gülüşü qəlbimihi yandırar, 
«Söz içində sözü yara qandırar». 
 
 
227
Gözəl qadın, çiçəklənməz ruhumuz, 
Xəyalımız, düşüncəmiz, duyğumuz, 
Bulud kimi  könlümüzdən keçməsən
Sən həyatın dodağında nəğməsən,  
Sənin ana baxışında qüvvət var, 
Məhəbbət var, səadət var, ləzzət var. 
Əzəl səni quzu kimi izləyir, 
Əbəd durub yollarını gözləyir. 
Gəl bərabər fərəhlənib uçalım, 
Sonsuzluğun qapısını açalım! 
 
Sağlıq bitdi, yerindən məclis oynadı, 
Üzlərdə cilvələndi bir hiss, oynadı. 
Hamı:  - Yaşasın, - dedi, ana gözəllər, 
Ömrümüzün çayında sona gözəllər! – 
Tar səsləndi, kaman da ona qoşuldu, 
Hər könül fərəhindən uçan quş oldu. 
-
 
Qaldırın qədəhləri! – Gülüş, qəhqəhə… 
Dostlarımız vurdular qədəh qədəhə. 
Dostlar içib gözləri süzülü qaldı, 
Turş meydən dodaqları büzülü qaldı. 
Yenə tar, bir nəfər də yenə deyirdi. 
Gecənin dodaqları gülümsəyirdi… 
 
Gözəllik yuvasında gözlər quş kimi
İpək qanadlarilə uçurmuş kimi… 
-
 
Dostlar! – deyə bir qadın ayağa qalxdı, 
Mehriban gözlərilə məclisə baxdı. 
Bir az əndamı oldu titrəyən kimi, 
Hissinin sularında bir yelkən kimi 
Ağ sinəsi qabardı, sözə başladı. 
Danışanlar susdular, tar yavaşladı 
-
 
Sevincdən bu saat qəlbim atlanır, 
Gözümdə göy uçur, yer qanadlanır. 


 
228 
Hər yerdə, hər zaman istəyirəm mən 
Tutsun gözəlliyin eşq ətəyindən! 
Bu yolda şənlənib ucalsın ellik, 
Kimi sevda olsun, kimi gözəllik. 
Vay ona: ruhunun tükənməz yası, 
Tutmaz ürəyində eşqin mayası, 
Boş həvəs uğrunda canından keçər, 
Əzab laşəsinin yanından keçər, 
Quzğun tək üstünə gülərək qonar. 
Bir kaman sızıldar, bir könül yanar! 
Vay o gözəllərə, açmaz gül kimi! 
Vay o mərdlərə ki, bir bülbül kimi 
Bir bağda gözünün yaşını tökməz, 
Səadət gülünün ətrini çəkməz! 
Bizə gəl-gəl deyir işıqlı günlər. 
Oyunlar, nəğmələr, toylar, düyünlər. 
Bizə gəl-gəl deyir günəşlər, aylar, 
Yerlər, göylər, sular bizi haraylar. 
Bizə gəl-gəl deyir qüvvət, məharət, 
Əmək, mübarizə, həyat, cəsarət. 
Bizi haraylayır altun şəfəqlər, 
Ömür kitabında yeni vərəqlər. 
Bizi haraylayır, şanlar, şərəflər, 
Gələcək günlərin ruhu xələflər. 
Ər odur, bu günü görür yarından 
Musqulu torpağın damarlarından 
Daha möhkəm olur, daha sərt olur. 
Boş keçən bir günü ona dərd olur. 
Ər odur, ürəyi duru çeşmədən, 
Ellər gözəli də xofə düşmədən 
İçər çiçək kimi onun suyundan, 
Dünyada ləzzətli nə var ki, bundan?! 
 
Qopdu alqış, gurultu: - Yaşasın ərlər! 
 
229
Biri gülərək dedi: - İndi içərlər! 
Yaşasın sağlam ata, qüvvətli bağban! 
Yaşasın dünyadakı solmaz gülüstan! 
Qədəhlər cingildədi, tar dilə gəldi; 
Səsində el qüvvəti, yar dilə gəldi: 
 
«Qapıdan huru gəlir, 
Gözümün nuru gəlir, 
Bu arxı kim arıdıb 
Su belə duru gəlir?» 
 
Bülbül uçdu qəfəsdən, 
Gül paçıldı həvəsdən, 
Gözüm gözəldən doymaz, 
Qulağım incə səsdən. 
 
-
 
Yaşasın bülbülün, gülün masalı! 
Hər kəsin üzünə gülsün iqbalı! 
Dolansın fələyin asudə çarxı, 
Yaşasın ellərin işıqlı arxı! – 
Deyərək, bir nəfər yenə söz aldı. 
Bu məclisin halı başqa bir haldı!.. 
-
 
Çocuq… bu qönçənin qoxusu başqa; 
Alqış bu qönçəni bəsləyən aşqa! 
Nələr gözləməyir gələcək ondan? 
Çocuqsuz ev nədir, bir qara zindan! 
Çocuq insanlığın əbədiyyəti, 
Şərəfli torpağa şərəf qüvvəti! 
Çocuq açılmamış bir dəfinədir, 
İnsan dövlət üçün bir xəzinədir. 
Bizə gizli qalan gözəllikləri 
Onun zəhmətləri, saf ilikləri 
Yarın kəşf edəcək, cahan böyükdür. 
Bu insan oğlu da ondan böyükdür! 
Vay ona, dünyadan mlvunsuz gedər, 


 
230 
Nəğməsiz, nəşəsiz, oyunsuz gedər! 
Gedərkən çevrilib ardınca baxmaz, 
Hətta karvan kimi bir toz buraxmaz. 
Keçər bu dünyadan quru səs kimi, 
Bir ruzgar, bir xəyal, bir nəfəs kimi. 
Biz ayız, günəşiz, ulduzlar çocuq. 
Yaşa bu dünyada bəxtiyar, çocuq! 
Döyün, ey qüvvətin nəşəli qəlbi, 
Yaşa günəş kibi, kainat kibi, 
Bizdən də asudə, bizdən də parlaq, 
Bizdən də möhtəşəm, bizdən də qıvraq! 
Yaz kimi qoynunu açsın gələcək, 
Yollara gül-çiçək saçsın gələcək! 
Ona qonaq gəlir yeni nəsillər,   
Açsın saxlancını şanlı fəsillər, 
Bilsinlər cahana nə canlar gəlir, 
Dirilik yolçuçu insanlar gəlir! 
-
 
Sağ ol! Sağ ol! – səsləri məclisi sardı. 
Gurultunu bir könül nəğməsi yardı: 
                    Baxçada güllər, 
                    Sarı bülbüllər, 
                    Bu balama qurban! 
                    Duyğusuz ellər. 
 
                    İlk məhəbbətim, 
                    Qəlbim,  qüvvətim, 
                    Eyşim, işrətim 
                    Bu balama qurban!  
 
                    Əlvan çiçəklər
                    Zər kəpənəklər, 
                    Kinli ürəyir 
                    Bu balama qurban! 
 
 
231
                    Göydə ulduzlar, 
                    Yerdə yarpızlar, 
                    Avara qızlar 
                    Bu balama qurban! 
 
                     Dünyanın malı, 
                     Cahı-cəlalı, 
                     Şövqü, vüsalı 
                     Bu balama qurban! 
 
Onlar oxudu, çaldı, oynadı, çaldı, 
Bu hal dilə gəlməyən başqa bir haldı. 
Onlar həyat eşqinə, dünya eşqinə, 
Zəhmətə rövnəq verən sevda eşqinə 
İçdilər, dəm vurdular saysız xəyaldan, 
Həyatın cövhərindən, büllur zülaldan
Keçmişdən, gələcəkdən, şanlı bu gündən, 
Səadətdən, əməkdən, toydan, düyündən. 
Onlar şərab içdilər şərab eşqinə, 
Şeir, nəğmə, gözəllik, rübab eşqinə. 
Təbəssüm dünyamıza bəzəkdir deyə, 
Gülümsəyib vurdular badə badəyə. 
Onlar şərab içdilər, səfa sürdülər, 
Açıq pəncərələrdən baxıb gördülər: 
Ruhumuzdan tökülən nəğmələr kimi, 
Dəyərli, dadlı-duzlu gəlmələr kimi 
Ulduzların əriyib üzüldüyünü, 
Göylərin süsgəcindən süzüldüyünü. 
Gördülər dan yerinin söküldüyünü. 
Qaranlığın əriyib töküldüyünü, 
Artıq hamı: - Gedəlim, yetər! – deyirdi, 
Günəşin dodaqları gülümsəyirdi. 
 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə