218
Rübabın gurlasın inqilab deyə.
Əl çək bir dəfəlik bu ikilikdən:
Ya o cəbhəyə keç, ya bu cəbhəyə!
Günəş işığından, ay işığından
Aldığım ilhamla ruhları parlat;
Qəlbinin, beyninin qarışığından
Göylərə sığmayan bir cahan yarat!
219
BUZLU YOLLAR
Hər tərəf buz içində, buzdur hər tərəf,
Qorxurgünəş də orda olmasın tələf,
Yan verib keçir,
Üzünü qorxa-qorxa göstərib keçir.
Dağ buzlar, qaya buzlar, sıldırım buzlar…
Görməmiş bir alovlu ildırım buzlar.
Əsrlər yatağında səssiz yatalı:
Buzlar xatalı…
Keçdi Amundsenin də axır çağları
Orda, nə dəhşət!
Qəbrinin barmaqlığı buz saçaqları
Oldu nəhayət.
Çox zaman bu iqlimə, araq daşıyan
Amerkanın taciri oldu müştəri.
İstərdi ki, bu yerdə qursun aşiyan,
Dondu əlləri.
Gözəl xəz var, kömür var uzaq şimalda,
Aparsınmı yad ellər bu sərvətləri?
Qoy «Krasin» gəmisi əlində balta,
Qoşsun iləri!
Qırsın, kəssin, doğrasın, ta ki, bu yollar
Yolçuları salmasın qorxuya bir də.
Düşmən şad olar,
Qatarımız ləngisə uzaq Sibirdə…
Bu yol, bu uğurlu yol, ayaq dəyməyən
Soyuq, gizli çölləri çəkəcək işə,
220
Yen, ey insan arzusu, təbiəti yen,
Düşmə təşvişə!
Ey vaxtilə gülməli əfsanələrdən
Zövq alaraq, divlərə heyrət edənlər!
Ya kimdir şimaldakı taqi-zəfərdən
Keçib gedənlər?!
Alqış bu insanlığa yeni yol açan,
Yeni əməl uğrunda çarpışanlara!
Salam buzlu çöllərə işıqlar saçan
Kəhkəşanlara!..
Alqış bu təbiəti gözəlləndirən
İnsanlığın əbədi iqtidarına,
Onun, yeni cahana yeni ruh verən
İstismarına!..
Mən nə deyim, Çelyuskin nəfərlərinin
Həyəcana sığarmı qəhrəmanlığı?
Nə böyükdür o səma əsgərlərinin
Canfəşanlığı!..
Gördüm qızıl xətlərlə iş kitabında
Ey Şmidt, yazdırdığın böyük şanları.
Gəlsin, çalsın bir Homer öz rübabında
Bu dastanları!
221
QADIN
Yoldaş, səfalətin uçrumlarından
Səni ilk qurtaran böyük xilaskar,
Yoldaş, səadətin uçrumlarından
Ən dadlı səslərlə bizi haraylar.
Sənin unutduğun ilk məhəbbəti,
O saxlar qəlbinin ən boş yerində,
İnsanın tükənməz əbədiyyəti
Çiçəklənir onun sinirlərində.
Söylə, şirinlikdə, hansı fidanda,
Hansı gülüstanda, hansı cahanda,
Ey yoldaş, ey qadın, sənin varın var?
Harda, ey xalqımın böyük yarısı,
Anası, bacısı, qızı, qarısı,
Bizdə olan kimi ixtiyarın var?!
222
GÜZGÜ QAYITDI
Mənim Ceyranım məktəbli bir qız
Olur Bakının dağ hissəsində.
Bu suyuşirin, bu qarayağız
Qızın sinəsində
Duyğusu dərin
Yeni günlərin
Şirin dalğalı ahəngi yaşar.
Bu lətif ahəng ruhları oxşar.
Girmişdir payız, yarpaqlar sarı…
Mənim Ceyranım payız kibidir.
Aləm axışır məktəbə sarı,
O əsəbidir.
Həyata qanıq,
Ürəyi yanıq,
Çünki Ceyranım yaşa dolmuşdur,
Anası deyən «gəlin olmuşdur».
Qonşuda bir qız yaxdı özünü,
Bir acı, soyuq, küləkli gündə
Yeni həyata yumdu gözünü.
Bu iş üstündə
Ceyranın fəqət,
Bundan bir ibrət
Almadı yenə ata-anası,
Qulaqlarında elin zurnası.
Gəldi Ceyranı kim sevirdisə,
Dilə tutuldu, «həri» alındı.
Ceyran bilmədi, qapıldı hissə,
Razı salındı,
Məktəbi atdı.
Dadına çatdı
223
Bu zaman onun bir qız yoldaşı.
Ceyran düşündü, çatıldı qaşı.
Girmişdi payız… Ceyran neylədi?
Elm ocağına ketdi bir səhər,
Öz ürəyini açdı söylədi…
Uzaq bir şəhər,
Burdan çox uzaq…
Tiren alaraq
Ceyranı atdı həmən şəhərə.
Yerin altında gəzən şəhərə…
El-gün yığıldı, məclis qurdular,
Dedilər: «Ceyran Bakıda deyil»
Bir ilan kimi qovrulurdular
Onlar elə bil.
Bir titrəyirdi,
İnildəyirdi.
Bu nə kələkdir, bu nə ədadır?
Deyirlər Ceyran Moskvadadır.
Avam anası tutuldu qəmə,
Avam atası qaşını çatdı.
Nifrət etdilər yeni aləmə.
Güzgü qayıtdı…
Oğlan evindən
Qopdu bir şivən:
-
Yerə girəsən, a belə gəlin!
Görüm ağ günə çatmasın əlin!..
Ceyran oxuyur… Moskvadadır.
Bakıda gəzir… sərxoş adaxlı.
Bu nə kələkdir, bu nə ədadır?
Mən bu maraqlı
Lövhəni aldım,
224
Kitaba saldım.
Başıma sanki mövzu qəhətdi…
Adını qoydum: «Güzgü qayıtdı».
1936
ŞERİM
Sən varlığın eynisən, buna sözmü var?
Ürəyisən, beynisən, buna sözmü var?
Gecələr ay sənindir, gündüzlər günəş
kainat kimi!
Hər şey gözəlləşmədə, sən də gözəlləş
bu həyat kimi.
Varlığın rəngi sənsən, ahəngi sənsən!
Çiçəklərin, nurların çələngi sənsən.
Bülbülün qarşısında açıl, şirinləş
qızıl gül kimi!
Hər şey dərinləşmədə, sən də dərinləş
bir könül kimi!
Dərinlik çox gözəldir, sadə olursa,
Nə çıxar o şeirdən başımı yorsa?
Mənalı səslərinlə, şerim incələş
bir kaman kimi!
Hər şey sadələşmədə, sən də sadələş
hər insan kimi!
Doğrudur, zərifliyin adı başqadır;
Qüvvətə gəl, qüvvətin dadı başqadır.
Ölkələr silahlanır, sən də silahlan
ölkələr kim!
Can deyə, canan deyə cəbhədə haxlan
bir əsgər kim!
225
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman zülümdür.
Şerim! Bu gülünc oyun bəllidir yarın
bizi də bəklər;
Sən də öl mənim kimi, fəqət məzarın
olsun ürəklər!
ÜÇ SAĞLIQ
Gecənin dodaqları gülümsəyirdi,
Masabəyi sevinclə: - İçin! – deyirdi. –
-
İçin, bu altun şərab torpağımızda,
Şirin zəhmətimizlə, can bağımızda
Bəslənən tənəklərin şirəsidir ki,
Hətta bir az köhnədir, deyil bu ilki…
Üzlərdən ruzgar kimi keçdi fərəhlər,
Gecə gün bulağından doldu qədəhlər.
Dostlar içib gözləri süzülü qaldı;
Tuş meydən dodaqları büzülü qaldı.
Bu insanlar kimdilər? Sizin tanışlar!
Sizin kimi dünyada çağıldamışlar.
Canlarından fışqıran hər yeni zəhmət
Artırmış bir qüvvətin üstüqə qüvvət!
Bu gecə bu səbəbdən ləzzət alırlar,
Boş vaxtı kefləndirib yola salırlar.
Çalan kim, oxuyan kim, qarışmış ara,
Qonaqlar bir ağızla söz vermiş tara.
Tar da sarı simində nəysə deyirdi…
Gecənin dodaqları gülümsəyirdi.
Bu gün təzə bir gülün açdığı gündür,
Dünyadan yalnızlığın qaçdığı gündür.
Dost evində çəkilmiş yeni nəfəslər,
Əks etmiş divarlara işıqlı səslər.
Başlamış bu ocaqda yeni sevişmə,
Dostları ilə paylaş: |