Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

 
288 
Bütün dövürlərin müqənniləri. 
 
24 
Gündüz işimizi tamamlayalım. 
Təki yaxşı yerdə axşamlayalım. 
Həyat qayığını sürüb iləri. 
Gözəl sahilləri salamlayalım! 
                                 
 
289
25 
İşləyib murada irəlim, gəlin, 
Hər daldan bir çiçək dərəlim, gəlin. 
Günəşin önündə bir çəmən kimi 
Fəyyaz ruhumuzu sərəlim, gəlin. 
 
26 
Axtarıb tapalım həmsöhbətləri, 
Dindirəlim şirin məhəbbətləri. 
Eşqi hiss edəlim qollarımızda, 
Gördükcə ölməyən lətafətləri. 
 
27 
Yoxdur, qəlbimizdə ölüm qorxusu, 
Verir həyatımız bahar qoxusu, 
Bizim ruhumuzun beşiyindədir 
Məhsuldar əməyin şirin uyqusu. 
 
28 
Səhərdir, üzülür can cananından, 
Öpüşüb ayrılır canan canından. 
Sürahi qəlbini doldurur hər kəs 
Altun fəcirlərin çağlayanından. 
 
29 
Göy bir məhəbbətə açıq qucaqdır, 
Sanasan ulduzlar körpə uşaqdır, 
Bizim gənc analar öz qucağında 
Çox böylə ulduzlar parladacaqdır. 
 
30 
Kim yanılıb deyir: ömür masaldır, 
Bir şirin uyqudur, bir xoş xəyaldır? 
Hər an təbiəti gözəlləndirən 


 
290 
Bu insan tükənməz bir kapitaldır! 
 
31 
Əl çək bir dəfə də öz acığından! 
Üz çevir gördüyün murdar yığından! 
Bir az da danışsaq heə yaman olmaz, 
Bizim dövrümüzün yaxşılığından. 
 
32 
Qardaşım, bunu da yaz dəftərinə, 
Get mənim dilimdən çatdır yerinə: 
Ölsün bü dünyada xain çıxanlar 
 Ordenli Bəstinin alın tərinə! 
 
                             33 
Yaşasın dünyada ulu qəlbimiz! 
Böyük arzularla boylu qəlbimiz! 
Nəşəmiz, qayğımız, ehtirasımız, 
Büllur bir cam kimi dolu qəlbimiz! 
 
34 
Qoxusuz lalədir mənasız şeir, 
Qanadsız bir quşdur xülyasız şeir. 
Gözəlsiz, çalğısız, məclisə bənzər 
Məzmunsuz, ahəngsiz, ədasız şeir. 
 
35 
Dünən bir şairin keçdim yanından, 
İldə bir söz çıxmaz xəsis canından. 
Eşqi, ehtirası olmayan, yetər, 
Çıxsın birdəfəlik söz meydanından! 
 
36 
Şairə ilhamdan maya gərəkdir! 
 
291
Anasız socuğa daya gərəkdir! 
Şairəm söyləyir yerindən duran
Adamın üzündə haya gərəkdir! 
 
37 
İstər bəstəkar ol, istər nəqqaş ol, 
Şair ol, rəssam ol, heykəltəraş ol, 
Yaratdığın şeyi sevərək yarat, 
Hamıdan yüksək ol, hamıdan baş ol! 
 
38 
Könül, səndə yenə həyəcanmı var? 
Uçub qalxmadığın asimanmı var? 
Söylə, sənin kimi bu asimanda 
Tufan rəqqasəsi bir tərlanmı var? 
                                     
39 
Hər tərəfdə quran toy-busat mənəm, 
Ulduzlarla edən ixtilat mənəm. 
Mənim azadlığım qucağa sığmaz, 
Yer mənəm, göy mənəm, kainat mənəm! 
 
40 
Yazmaram, ürəyim sizi anmasa, 
Sizin eşqinizlə alovlanmasa 
El kəsib qarşımı burdaca sordu: 
Gözdən yaş çıxarmı ürək yanmasa? 
 
41 
Qönçə açılarmı, bahar olmasa? 
Şölə titrəyərmi, ruzgar olmasa? 
Bu nəğmə ruhumdan qoparmı, bilməm, 
Mənə ilham verən dostlar olmasa?! 
 


 
292 
 
 
293
TƏZƏ  EV 
 
 
Gənc kolxozçu qardaşlarıma ithaf! 
 
 
Usta bir ev tikirdi, gözəl işdi gördüyü
Sanki bir cift qaranquş yuvasıydı hördüyü. 
 
 
- Can usta, mən bir çəlik yay kimi qurulmuşam, 
Urəkdən ahu gözlü bir qıza vurulmuşam. 
Həm gözəl, həm yeyin tik ruhumun məvasını, 
Əldən-ayaqdan düşən qəlbimin sevdasını. 
Qəlbimin dünya qədər şirin arzularını, 
Günəş fikirlərini, bahar duyğularını 
Qəşəng, ağ otağımda uyutmaq istəyirəm, 
Həsrətimi, şövqümü ovutmaq istəyirəm. 
 
 
Usta bir ev tikirdi, gözəl işdi gördüyü, 
Sanki bir cift qaranquş yuvasıydı hördüyü. 
 
 
- Can usta, mahir usta, gərək işin iş olsun
Çırağban göylər kimi eyvanım geniş olsun; 
Uzaqlaşsın xəyalım qaranlıqdan, vərəmdən, 
Ay batsın pəncərəmdə, gün doğsun pəncərəmdən; 
İşıq gülsün, oynasın evimdə ruhum kimi, 
Gələcək lalə üzlü, nur topu yavrum kimi. 
 
 
Usta bir ev tikirdi, gözəl işdi gördüyü, 
Sanki bir cift qaranquş yuvasıydı hördüyü. 
 


 
294 
 
- Can usta, axı mənim böyük bir niyyətim var, 
Mənim həyat qurmağa qəlbim var, qüdrətim var. 
Can usta, qurtarsana ruhumun məvasını, 
Uyutmaq istəyirəm qəlbimin sevdasını! 
Həyətimdə səfalı bir bağ salacağam mən, 
Yurdumda bir misilsiz bağban olacağam mən. 
Çiçəklərlə, quşlarla dolacaq bağım mənim, 
Daşacaqdır həyatla əlvan otağım sənim. 
Ömrümüz həmişəlik bir bahar qucağında, 
Günəşin təbəssümü yarımın dodağında… 
 
Usta bir ev tikirdi, gözəl işdi gördüyü, 
Sanki bir cift qaranquş yuvasıydı hördüyü. 
 
 
 
295
ŞƏN  TEYFLƏR 
 
Aylı bir gecə, yaşıl bir bağça. 
 
                             X ə y y a m 
 
Dolaşdım diyar-diyar, hər yeri gəzdim
Qoşuldum ulduzlara, göyləri gəzdim. 
Gurladım bulud kimi, əsdim yel kimi, 
Töküldüm yağmur kimi, axdım sel kimi. 
Səsimə bir səs verən adam tapmadım, 
Göylərin dodağında söndü fəryadım. 
Nə bir həmdəm, nə bir dost, daim müztərib, 
Bəzən qara teyflər məni göstərib: 
«İştə – özüdür, özü, vurun məlunu, 
Qoymayın nəfəs alsın şeytan oğlunu!» - 
Deyə, vicdandan uzaq, duyğudan uzaq 
Etdilər hər tərəfdən məni daş-qalaq. 
Nəhayət, meyxanada boynumu bükdüm, 
Cana doydum, dərdimi şəraba tökdüm. 
 
           K e f l i   İ s k ə n d ə r  
 
Gəl otur, qəm yemə, şərab iç, şərab! 
Başımız üstündə ziyalı məhtab 
Dağıtmış zülfünü dumanlıqlara… 
 
                 X ə y y a m 
 
             (Aya  işarətlə:
 
Onsuz kim dözərdi qaranlıqlara? 
 
            (Qədəhi  qaldıraraq:


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə