Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə78/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
246 
üstlüyünə yayılması nəticəsində çeçəmə əmələ gəlir. Xəstəliyin gecikmiş mər-
hələsində müşahidə olunan simptomlar ağız-udlağın digər lokalizasiyası şişləri 
ilə identik olur. Bu lokalizasiyalı  şişlərin regionar metastazvermə tezliyi 75-
80% təşkil edir. 
Ağız-udlağın arxa divarının və yumşaq damağın xərçənginin rastgəl-
mə tezliyi müvafiq olaraq 10% və 5% təşkil edib, kliniki gedişi ağız-udlağın 
digər lokalizasiyalı şişləri ilə oxşar olur, fərgləndirici əlamətlərinə erkən disfa-
giya və disfoniya aid edilir. Regionar metastazlar xəstələrin 50-60%-də rast 
gəlinir. 
Limfoepitelial karsinoma (limfoepitelioma, Şminke  şişi, keçid hücey-
rəli xərçəng) limfoid toxumalardan inkişaf edib, udlağın yastıhüceyrəli xərçən-
ginin növmüxtəlifliyi hesab edilir. Azsaylı müəliflər onu qanyaradıcı toxuma-
nın  şişlərinə,  əksəriyyət isə anaplaziyalı  və ya keçidhüceyrəli xərçəngə aid 
edirlər. Ona görə  də  ədəbiyyatda bu qrup şişlər üçün geniş yayılmış «limfo-
epitelioma» termini patoloji prosesin mahiyyətini  əks etdirmir və tarixi əhə-
miyyət kəsb edir. Limfoepitelial karsinoma, əsasən, 30-40 yaşlarda,  əksərən, 
dil badamcıqlarında rast gəlinir. Kliniki olaraq özünü infiltrativ böyümə, erkən 
metastazvermə  və prosesin sürətli generalizasiyası ilə göstərir. Xəstəliyin ilk 
əlaməti boğazda yad cisim hissiyyati və udma aktı zamanı  ağrılardır.  Şiş 
prosesinin sonrakı inkişaf mərhələsində  şişin dilin kökünə  və udlağa sirayəti 
nəticəsində ağrı güclənir, ağız suyu ifrazı artır, ağızdan pis qoxu əmələ gəlir
çeynəmə və tənəffüs çətinləşir. Limfoepitelial karsinoma zamanı boyun limfa 
düyünlərində metastazlar 90-95% hallarda təsadüf edir, 20-25% hallarda isə 
böyümüş boyun limfa düyünləri özünü xəstəliyin ilkin əlaməti kimi göstərir. 
Xəstəliyin uzaq metastazları erkən aşkar olunub, əsasən, ağciyər, qaraciyər və 
mədə-bağırsaq traktında yerləşir. 
Birincili olaraq udlaq halqasını  zədələyən  limfosarkoma hematosarko-
maların müstəgil kliniki-morfolojı forması kimi qəbul edilir. Limfosarkomalar 
fransız tibbi ədəbiyyatında hematosarkomalar, amerika və ingilis ədəbiyyatında 
isə qeyri-Hockin limfomaları kimi adlandırılırlar.  Ədəbiyyat məlumatlarına 
görə udlağın limfoid halqasının limfosarkomaları rastgəlmə tezliyinə görə 
limfa düyünlərinin  şiş  zədələnmələrindən sonra ikinci yeri tutur. Udlaq 
halqasının limfosarkomaları 60-70% hallarda damaq badamcıqlarında, 20-25% 
hallarda burun-udlaq badamcıqlarında, nadir hallarda isə Piroqov-Valdeyer 
limfoadenoid halqasının digər badamcıqlarında rast gəlinir. Xəstəlik erkən 
mərhələdə özünü boyun limfa düyünlərinin böyüməsi, damaq və burun-udlaq 
badamcıqlarının zədələnməsi əlamətləri ilə (udma aktının çətinləşməsi və ağrılı 
olması, burun tənəffüsünün çətinləşməsi) ilə göstərir.  Şiş prosesinin yayılmış 
mərhələlərində intoksikasiya əlamətləri (hipertermiya, gecə  tərləməsi, kaxek-
siya) meydana çıxır, qaraciyər və dalağın zədələnməsi əlamətləri (assit, sarılıq 
və s.) müşahidə olunur. 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
247 
10.2.4. Diaqnostika 
 
Ağız-udlaq xərçənginin diaqnostikasında istifadə olunan müayinə metod-
ları aşağıdakilardır: 
•  Baxış və palpasiya 
•  Endoskopiya 
•  USM 
•  Radioloji müayinə 
•  Morfoloji müayinə. 
Vizual lokalizasiyalı  şiş olması  səbəbindən  baxış  və  palpasiya  ağız-
udlaq xərçənginin diaqnostikasında mühüm rol oynayır. Onların vasitəsilə şişin 
ölçüləri, yayılma dərəcəsi, konsistensiyası, boyun limfa düyünlərinin vəziyyəti 
haqqında ilkin məlumatlar əldə edilir [şəkil 10.6-10.8]. 
Ağız-udlaq xərçənginin diaqnostikasında endoskopik müayinə (orafarin-
qoskopiya) mühüm əhəmiyyət kəsb edir. Bu müayinə metodu vasitəsilə ağız-
udlağın bütün nahiyələri müayinə olunur, şişin ölçüləri, lokalizasiyası  dəqiq-
ləşdirilir, şişdən morfoloji müayinə üçün bioptat götürülür [şəkil 10.9].  
USM boyun limfa düyünlərinin vəziyyətinin qiymətləndirilməsində va-
cib rol oynayır. Bu müayinə metodu vasitəsilə böyümüş limfa düyünlərinin for-
ması, ölçüləri, sayı  dəqiqləşdirilir, onların xarakterinin müəyyənləşdirilməsi 
üçün punksiya edilir. Bu qrup xəstələrdə palpator müəyyən edilməyən limfa 
düyünlərində belə boynun USM aparılması məqsədəuyğundur. 
Ağız-udlaq xərçənginin sümük strukturlarına sirayətinə  şübhə olduqda 
rentgenoloji müayinə – üz skeletinin ortopantomoqrafiyası aparılır. Ortopan-
tomoqrafiya vasitəsilə  çənə  və  əng sümüklərində olan dəyişikliklər (periostal 
reaksiyalar, osteoplastik ocaqlar, destruksiya) müəyyən edilir. 
KT ağız-udlaq şişinin yayılma dərəcəsini və ətraf toxumalara sirayətini, 
boyun metastazlarının isə magistral damarlara münasibətini aydınlaşdırmağa 
imkan verir [şəkil 10.10].  
Şəkil 10.6. Dilin kökünün 
xərçəngi  


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
248 
Şəkil 10.9. Ağız-udlağın arxa 
divarının xərçəngi. 
Endoskopiya 
 
Şəkil 10.7. Yumşaq damağın 
xərçəngi  
 
Şəkil 10.8. Sağ damaq 
badamcığının xərçəngi 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
249 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
10.2.5. Müalicə 
 
Ağız-udlaq xərçənginin müalicəsində  şüa, kimyəvi-şüa, cərrahi müalicə 
metodlarından və onların kombinasiyasından istifadə olunur. 
Damaq badamcığı, ağız-udlağın arxa divarı və yumşaq damağın xərçəngi 
zamanı adətən şüa müalicəsindən (distansion qammaterapiya) istifadə olunur. 
Distansion qammaterapiya sərbəst halda və ya braxiterapiya ilə birgə (müştərək 
şüa müalicəsi) istifadə edilə bilər. Hal-hazırda bu qrup şişlərin şüa müalicəsinin 
qeyri-ənənəvi metodikalarından (hiperfraksiya, sürətləndirilmiş fraksiya, kom-
binəolunmuş fraksiya) geniş istfiadə olunur. Onların arasında  ən perspektiv 
metodika hiperfraksiyalı şüalanmadır. Bu metodika şişə gündəlik dozanın ara-
sındakı fasilə 4-6 saat olmaqla, çoxsaylı (2-4) fraksiyalarla çatdırılmasını  nə-
zərdə tutur. Hiperfraksion şüalanma zamanı şüa müalicəsinin SOD standart şüa 
müalicəsindən 10-25% çox olur, müalicə kursunun müddəti isə dəyişilmir. 
Ağız-udlaq xərçənginin şüa müalicəsinin nəticələrinin qənaətbəxş olma-
ması kimyəvi terapiyanın onunla kombinasiyasının vacibliyini diqtə edir. Şiş-
əleyhinə kimyəvi preparatlar tək birincili şişə və onun regionar metastazlarına 
deyil, eyni zamanda subklinik uzaq metastazlara da təsir edir. Ağız-udlaq xər-
çənginin kimyəvi-şüa müalicəsində sisplatin və 5 ftorurasilin daxil olduğu 
müalicə sxemi (sisplatin – 100 mq/m
2
 və 5 ftorurasil – 1000 mq/m
2
 24-120 sa-
atlıq infuziya) geniş sitifadə olunur. Ağız-udlağı xərçənginin müalicəsində yeni 
Şəkil 10.10. Ağız-udlaq xərçəngi. 
 Kompüter tomografiya 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə