Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 

61

öyrənmək üçün yaxşı modeldir. Bu çağ poetik dilinə yığılmış çoxlu ərəb və fars sözləri heç də 



Azərbaycan dilinin leksik yoxsulluğundan irəli gəlmirdi, çünki belə bir yoxsulluq heç yox idi. 

Sadəcə, poetik dil leksik vahidlər qatında öz tekstlərini adi danışıq tekstlərindən fərqləndirən 

siqnallara ehtiyac duyurdu və müsəlman mədənyyəti sistemində türk poetik dilləri üçün belənçi 

siqnalların funksiyasını məhz, ərəb fars sözləri görürdü. Lap qabaqca Azərbaycan poetik teksti 

ayrıca mədəni hazırlıq almamış çoxlu Ortaçağ adamları üçün azacıq anlaşılmaz olan ərəb-fars 

sözləri sayəsində danışıqdan fərqlənən tekst olurdu. Ancaq sonralar türklərdə ərəb və fars dilləri, 

mədəniyyəti ilə tanışlıq gücləndikcə həmin sözlərn bu işi zəifləməyə başlamışdı. Onda fərqlənmə 

siqnalını gücləndirmək üçün azərbaycan türklərinə daha nadir görünən ərəb-fars sözləri, sonra isə 

batini (ezotorik) dillər, çətin başa düşülən obrazlar ortaya çıxdı (75). Bu münasibətlə yadda 

saxlamaq gərəkdir ki, göstərilən semiotik proses danışıq dili ilə poetik dil arasında, demək olar ki, 

kortəbii şəkildə gedirdi və ola bilər ki, şairlərin bilincində başqa cür duyulurdu (76). Məsələn, şair 

hesab edirdi ki, «ləb» sözünün səslənişi «dodaq» sözünə görə daha musiqilidir. Ancaq belə şairdən 

soruşmaq olardı: «nəyə görə»? Axı «ləb» sözü bir hecalıdır, heç uzun saiti də yoxdur ki, onunla 

musiqili intonasiya cizgisi yaradılsın. Bu deyilənlər «yol» sözü əvəzinə tez-tez işlənən rəh/rah 

sözünə də aiddir. 

İlkində Azərbaycan poetik tekstlərində ərəb-fars sözlərinin göstərdiyimiz funksiyasının 

Ortaçağda real olmasını başqa bir ümumi qanunauyğunluq doğrulayır. Semiotikada göstərilir ki

mədəniyyətin ayrı-ayrı dönəmlərində danışıq dilinin bildiriciləri ilə bildirmək bəzi tekstlərin tekst 

kimi qavranılması üçün yetərli olmur. Adi danışığın qeyri-tekst kimi qavranılmasına və bu fonda 

müəyyən göstəricilər (siqnallar) vasitəslə tekstlərin aydın cizgilərdə seçilməsinə gərək yaranır. 

Sonucda onlar danışıqdan fərqlənən əlamətlərin vasitəsi ilə tekst olmaq siqnalı qazanırlar. Məsələn, 

yazı tapılanda onun məhz qrafik formaya salınması əsl tekstin əlaməti kimi qavranılırdı. Bu isə 

sonda bəzi mədəniyyətlərdə yazının ilahiləşdirilməsinə gətirib çıxarırdı. Ancaq yazısız 

mədəniyyətdə tekst sayılmaq üçün başqa göstəricilərdən istifadə edilirdi. Məsələn, belə 

mədəniyyətlərdən əxlaqi, dini, hüquqi, astronomik tekstlər atalar sözünün, məsəllərin strukturlarına 

salınmaqla tekst siqnalını qazanırdı. Bu çağda gerçək yanlışdan linqvistik baxımdan onunla 

fərqlənirdi ki, gerçəyi bildirən şifahi tekst əlavə olaraq, danışığın qrammatik fonduna girməyən 

vasitələr (məsələn, qafiyələrlə) qurulurdu. Dilüstü (ekstralinqvistik) tekst təşkilinə belə aludəlik 

mədəniyyətdə bəzən o qədər güclənirdi ki, tekstin danışıq dilindən düzəldilmiş qatı başqa qatlarının 

yanında arxa plana keçirdi və axırda onu anlamağın dəyəri sıfıra enirdi. Bax, bu zaman hansısa 

tekstləri qeyri-tekstlərdən onların anlaşmazlığı fərqləndirirdi. Anlaşmaz tekstlər sanki İlahi güclə 

bağlanırdı. Yunan orakullarının tale ilə bağlı deyimləri, peyğəmbərlərin sözləri, dini kitabların 

yabançı dildə saxlanması, tərcümə edilməməsi (məsələn, azərbaycanlılar üçün ərəb dilində olan 

Quran) buna tipik örnəklərdir. Mürəkkəbləşmiş poetik nümunələr, bu yöndən baxsaq, deyə bilərik 

ki, özünün çoxanlamlılığı, ekstralinqvistik quruluşu sayəsində həmişə mədəniyyətə tekstlər 

vermişdir (77). 

Ortaçağ Azərbaycan poetik dilinə keçmiş ərəb-fars sözlərini göstərilən semiotik 

qanunauyğunluğun təzahürü saysaq, həmin sözlərin alınmasını Azərbaycan dilinin leksik gərəkləri 

ilə bağlamaq tam mənasızdır. Daha sonra hətta bunu artırmaq olar ki, o çağın ərəblərinə və 

farslarına baxanda Ortaçağ Azərbaycan türkləri üçün poetik tekst daha güclü siqnallara malik idi 

(78). Sözsüz, belə sonuc çıxarmaq gərək deyil ki, Azərbaycan poeziyası həmin xalqların şeirinə 

baxanda daha uca yüksəkliklərə qalxmışdı. Söhbət, sadəcə, ondan gedir ki, Azərbaycan poetik 

tekstlərinin poeziya faktı kimi seçilməsi üçün daha zəngin göstəricilər vardı. Aydınlıq üçün onu da 

deyək ki, şeirin nəsr kimi yazılmaması, vəzni, qafiyələri də belənçi siqnallar sırasında durur.  

 Poetik 

lüğətin semiotik qanunauyğunluq əsasında danışıq dilinin sözlüyündən 

uzaqlaşmasının güclü təzahürünü təsəvvüf şeiri, özəlliklə, hürufilik verirdi. Sufi kodlaşdırılmış 

simvolları «istilahat əş-şüəra» adlandırırdı. Təsəvvüf neoplatonizmin güclü təsiri ilə fomalaşdırdığı 

fəlsəfi konstruksiyalar əsasında müəyyən sözləri yozmaqla öz batini mənalı simvollarını əldə 

etmişdi. Bunu başqa cür də demək olar. Sufizmin filosofemlərindən (başlıca fəlsəfi vahidlərindən) 

qurulmuş semantik kodu, danışıq dilinin, daha sonra isə poetik dilin lüğətlərindən hansısa sözləri 

götürəndə onlara gizli dünyagörüşü anlamları verirdi. Bu sufi anlayışlarını bilməyən adam teksti 




 

62

təbii dil və ya, olsa-olsa, poetik kod ilə başa düşdüyü üçün şeirdən ya adi dillə aça biləcəyi 



məzmunu, ya da poetik kodun kömək edib duydurduğu bədii məlumatı alırdı. Bu zaman sufiliyin 

fəlsəfi alt anlamları açılmaz qalırdı. Çünki həmin anlamları yalnız sufi «istilahları» ilə anlamaq 

olardı (79). Məsələn, «ah» nidasının danışıqda bildirdiyi mənanı hamımız bilirik. Poetik dildə «ah» 

sevginin gücünü bildirir, aşiqin çevrəsindəkilərə şiddətli təsirini göstərən (məsələn, başqalarını 

yandıran) gücə çevrilir: 

  

Degil bihudə gər yağsa fələkdən başimə daşlar, 



Binasın tişeyi-ahimlə viran etdigimdəndir  (80) 

 

 



Yol (-um) düşdü Salyana, 

Dara zülfün sal yana. 

Necəsən, bir ah çəkim, 

Kür quruya, sal yana  (81) 

  

 



Poetik simvollar sırasında duran «ah» eşq adlanan duyğunu içəridə gizlənmiş pisixoloji 

haldan çıxarır, dişarı dünyanın ən maksimal olayına çevirirdi. Sufi istilahında isə «ah» yeni məna 

qazanırdı. «Mir’ət ül-Üşşaq» adlı fars dilində yazılmış sufi lüğətində (semantik kodunda) söylənilir 

ki, «ah» eşqin yetginliyinin əlamət və nişanına deyilir, özü də elə eşqin ki, onu şərh və təsfir 

etməkdə dil acizdir (82). Onu da deyək ki, bu yozulmada işlədilən «eşq» sözünün özü də batini 

simvol kimi yeni məna qazanıb sufi ruhunun maksimal biçimdə Tanrıya qapılmasını bildirirdi (83). 

«Ah» sözü ilə göstərdiklərimiz aydın edir ki, təbii danışıq dili üstündə qurulmuş semiotik 

sistemlərin (öncə poetik dil, sonra sufizmin batini dili) hərəsi danışıq dilindən fərqlənmək əsasında 

özünü tapırdı. Bu fərqlənmələr təbii dilə əlavələr etməyin sayəsində mümkün olurdu. Poetik dil 

təbii dilin sözünü özündə sintez edib yeni sistem əmələ gətirir. Həmin sistemin alt qatını təbii dildən 

alınanlar, üst qatını isə ona estetik və s. prinsiplər sayəsində artırılanlar düzəldir. Sufizmin batini 

dili isə poetik dil və onun alt qatını (təbii dili) götürüb sufi fəlsəfi-mistik semantik kodu ilə ona 

əlavələr verirdi ki, daha mürəkkəb sistem yaratsın.  

Hürufizmdə bu mürəkkəblik, heterogenlik daha da artırdı (84). Təsəvvüfün semantik 

kodundan alınmaş batini simvollara hürufilik əbcəd hesabı prinsiplərini və hərf simvollarını əlavə 

edirdi (85). Ona görə də hürufi kodunu Ortaçağ Azərbaycan fəlsəfi-estetik mədəniyyətinin daha 

mürəkkəb sistemi saymaq olar. Hürufi teksti məhz bu mürəkkəb kodun prizmasından düz açılır.  

Artıraq ki, bədii ədəbiyyat tarixində poetik dil semiotik sistem kimi formalaşmaq üçün 

özünü danışıq dilindən uzaqlaşdıranda bu uzaqlaşma aşırı (həddən ziyadə) olub süniliyə keçirdisə, 

tərs tendesiya güclənməyə başlayırdı. Bu zaman ədəbiyyat danışıq dilinə qohumluğunu hər vasitə 

ilə göstərən əsərlər ortaya atırdı. Mirzə Cəlil nəsrinin dili buna parlaq örnəkdir. O, bədiiliyi süniliyə 

qarşı qoyurdu (86). 

Biz Orta yüzillər poeziyasının danışıq dilindən fərqlənən semiotik sistem olmasını 

göstərmək üçün lüğətdəki fərqləri ön plana çəkdik. Ancaq semiotika haqqında söhbətlərimizdən 

yadda qalıbsa, hər hansı bir bildiricilər sisteminin dili, kodu yalnız həmin sitem üçün işlək olan 

bildiriciləri özünə yığır. Dildə, kodda həm də sintaksis qaydaları saxlanılır. Deməli, əgər poetik dili 

semiotik sistem kimi danışıqdan fərqləndirmək istəyiriksə, onda onlar arasında sintaksis fərqlərini 

da tapmalıyıq. 

Hər şeydən öncə deyək ki, Ortaçağ Azərbaycan poetik dili öz lüğətinin alt qatında danışıq 

dilinin sözlüyünü saxladığı kimi, öz sintaksis fondunun aşağı layına da Azərbaycan türkcəsinin 

qrammatik qaydalarını yağmışdı. Bununla belə, sintaksis qatında poetik dilin danışıq dilindən 

fərqlənmək istədiyini yaxşı izləmək olar (87). Məsələn, fars dilinin qrammatik fonduna aid olan və 

fars şeirində özəl poetik siqnal kimi görünməyən (danışıq dili faktıdır, axı) izafət prinspi 

Azərbaycan şeirində güclü poetik və sintaktik göstərici şəklində duyulurdu. Biz, artıq, miniatürdən 

danışanda ərəb əlifbası ilə olan yazının strukturu əsasında təsviri sənətdə, qalxıb-enən, dalğalanan 

cizgilərin eydetikliyindən, baxımlığından danışmışdıq. Ornamentlərdə bu strukturların təkrarı 




Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə