30
Müəssisələrdə əlilliyi olan şəxslər üçün tələb olunan
infrastrukturun yaradılması və saxlanılması üçün tələb olunan
xərclərin ödənilməsi üçün xüsusi fond(lar) yaradılması;
Əlilliyi olan şəxslərin özünü məşğulluğunun
stimullaşdırılmasına yönələn coxşaxəli tədbirlərin və
fəaliyyətlərin həyata keçirilməsi zəruridir. Bu tədbirlər özünü
məşğul əlilliyi olan şəxslərin vergilərdən azad edilməsi (istehsal
etdiyi məhsula, gördüyü işə və ya göstərdiyi xidmətə görə),
özünü məşğulluğun təmin edilməsi üçün bacarıqların və
biliklərin artırılmasına yönələn tədbirlərin həyata keçirilməsi,
belə şəxslərə əmək alətlərinin və iş yerlərinin yaradılması üçün
əvəzsiz maliyə dəstəyinin verilməsi, onların istehsal etdiyi
məhsullar üçün müvafiq satış şəbəkələrinin yaradılması və s.
kompleks tədbirlərin həyata keçirilməsi zərurəti vardır;
Əlillərin əmək bazarına çıxışının asanlasdırılmasında
vətəndaş cəmiyyəti ilə dövlət və yerli özünüidarə orqanlarının
birgə səyləri müsbət nəticələr verə bilər. Bu baxımdan əlillərin
əmək bazarına çıxışının təmin edilməsinə yönələn bütün
fəaliyyətlərə vətəndaş cəmiyyəti qurumların cəlb olunması
zəruridir;
Əlilliyi olan şəxslərlə bağlı olan qeyri hökumət
təşkilatlarının sosial xidmətlərin göstərilməsinə cəlb edilməsi
üçün zəruri olan hüquqi, təşkilati tədbirlər görülməlidir;
Əlilliyi olan şəxslərin əmək qabiliyyətli hissəsinin əmək
bazarına, o cümlədən açıq (rəqabətli) əmək bazarına çıxışını
əngəlləyən hüquqi baryerlər aradan qaldırılmalı, imperativ
normalar tövsiyyə xarakterli normalara çevrilməlidir;
Əlilliyi olan insanların məşğulluğu üzrə stimullaşdırıcı
tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericilikdə
əlavə və dəyişikliklərin edilməsi zərurəti vardır;
Bunlardan əlavə aşağıda göstərilən tədbirlər və
fəaliyyətlər də nəzərdə tutula bilər:
31
Əlilliyi olan şəxslər üçün peşə reabilitasiyası
imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırıl-
ması;
Əlilliyi olan insanlar üçün təşkil ediləcək təlimlərin və
fiziki infrastrukturun onların tələblərinə uyğunlaşdırılması;
Kvotanın tətbiq olunması qaydalarının təkmilləş-
dirilməsi;
Kvotanın tətbiqinə dair dövlət nəzarətinin
gücləndirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi;
Əlilliyi olan insanların məşğulluğunun təmin edilməsi ilə
bağlı keçirilən tədbirlərə maddi dəstək verilməsi mexanizminin
yaradılması;
Titlotexniki avadanlıqların (Brayl yazı lövhəsi, Brayl
yazı qələmi, böyüdücü lupalar, əl ayarları, dərs ləvazimatları
(xətkeş, müxtəlif həndəsi fiqurlar, ölçü cihazları və s.) və
informasiya və kommunikasiya sistemi sahəsində münasib
yardımçı texnologiyaların hazırlanması, istehsalı
və
paylanmasının stimullaşdırılması;
Məşğulluğun bütün mərhələlərində o cümlədən seçmə
işə cəlb etmə və vəzifələrin artırılması üzrə əlilliyi olan
insanların məruz qala biləcəyi mümkün diskriminasiyaya qarşı
etibarlı müdafiənin təmin edilməsi.
32
ƏLAVƏ
Əlilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsinə
dair Milli Fəaliyyət Proqramı (2013-2018-ci illər) Layihəsı
ilə bağlı
Son illər ölkəmizdə aparılan siyasət, iqtisadi həyatımızda
inkişaf və həyata keçirilən köklü dəyişikliklər, iqtisadi
quruculuq sahəsində davamlı makroiqtisadi sabitlik və iqtisadi
artımın təmin edilməsi ölkə vətəndaşlarının, xüsusilə aztəminatlı
insanların və əlilliyi olan şəxslərin sosial iqtisadi vəziyyətinin
yaxşılaşdırmaq üçün zəmin yaratmışdır.
Bir tərəfdən həmin insanların sosial hüquqları ilə bağlı
qanunvericilik bazası günümüzün tələblərinə uyğun
təkmilləşdirilir, digər tərəfdən beynəlxalq təcrübədə əlil
vətəndaşların sosial statusunun daha effektli yollarla bərpasına,
onların mövcud potensiallarının dürüst qiymətləndirilməsi və öz
potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını
ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmələri üçün yeni sosial,
peşə reabilitasiyası modelləri tətbiq edilir.
Ölkəmiz MDB məkanında BMT- nin “Əlillərin hüquqları
haqqında” Konvensiyasına və onun Fakultativ Protokoluna ilk
qoşulan ölkə kimi üzərinə götürdüyü öhdəliklərin yerinə
yetirilməsi istiqamətində işlərini davam etdirir.
Son illərdə əlilliyi olan şəxslərlə bağlı sosial bərpa
yönümlü layihələrin QHT təşkilatların, ixtisaslaşmış vətəndaş
cəmiyyətləri ilə əməkdaşlıq şəraitində həyata keçirilməsi kimi
müsbət təcrübə formalaşmışdır.
Bu istiqamətdə işlər çərçivəsində Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti
şöbəsi ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə o, cümlədən
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası ilə
əməkdaşlığı çərçivəsində “2013–2018–ci illərdə Əlillərin
hüquqlarının qorunması ilə bağlı Milli Fəaliyyət Planı”,
33
“Əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramının
hazırlanması və həyata keçirilməsi qaydaları” layihə sənədləri
hazırlanmışdır.
Cəmiyyət inkişaf etdikcə yeni tələblər, yeni
texnologiyalar meydana çıxır və bunlara adaptasiya müəyyən
vaxt tələb edir. Ümid etmək olar ki, hazırlanan layihə
sənədlərinin yaxın perspektivdə qəbul olunması əlilliyi olan
şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsinə və onların
həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhvə sayıla
bilər.
Qəbul olunacaq sənədin ictimai əhəmiyyətini nəzərə alaraq
mətni aşağıda təqdim edirik.
Layihə
Əlilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsinə
dair Milli Fəaliyyət Proqramı (2013-2018-ci illər)
I . Proqramının məqsədi
Əlilliyi olan şəxslərin cəmiyyətin tam hüquqlu və
bərabər üzvləri olaraq qəbul olunması, onlara hörmət və
ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiə olunması.
Əlilliyi olan şəxslərlə bağlı hüquqi bazanın
təkmilləşdirilməsi.
Əlilliyi olan şəxslərin maksimum müstəqil olmasının,
eləcə də əqli, fiziki, sosial və peşə bacarığından tam şəkildə
faydalanmasının təmin edilməsi.
Əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə
bərabər şəkildə informasiya axtara, qəbul edə və ötürə bilməsini
təmin edən şəraitin yaradılması.
Dostları ilə paylaş: |