Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə12/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   8   9   10   11   12   13   14   15   ...   119

 

40

Adamlarına tapşırır ki, buna yemək verin. Yemək-işmək veril-



lər. Deyir ki, mənim yanımda qalajaxsan. Deyir, hə, nolar. 

Deyir, Allah-taala işi elə qurdu ki, İsgəndər ora tək getməli idi. 

Bir də gördülər ki, qara bulud gəldi həmin yerə çökdü, orda da baş-

dadı işıq yanmağa. Su çıxanda işıq yanır içində. İsgəndər dedi: 

– Dilənçi mənnən gedəjəhdi, siz gəlmiyəjəhsiz.  

Bular ikisi bu daşın içiynən gedəndə İsgəndərin ayağı bir cama 

ilişdi. Mis cam vardı, yolun içindəydi. Dilənçiyə dedi: 

– Gör o nədi, tapa bilirsənmi? 

Əyildi dedi ki, şah sağ olsun, mis camdı. Dedi, o camı götür-

ginən. İsgəndərin beyninə daxil oldu ki, ey dili-qafil, o camı zəhər-

riyib  qoyuflar  mənim  yoluma  ki,  mən  o  camı  dolduruf  içəm,  elə 

orda da öləm. Yaxşısı budu ki, birinci bu dilənçi işsin. Dedi ki, əmr 

eliyirəm, doldur camı. Camı doldurdu. Dedi: 

– İç.  


Qaldırdı başına, içdi. İçənnən soora camı bir də altına tutanda 

bulax qurudu. Bir dəfə gələrdi, kəsilərdi. Quruyannan soora bir gu-

rultu qopdu, bulud aralandı getdi. Bu çöndü baxdı ki, dilənçi cavan 

bir oğlan oluf.  

İsgəndər Zülqərneyn ölənnən soora həmin şəxsi öz yerinə təyin 

etdi.  Dedi  ki,  mən  öz  qismətimi  buna  vermişəm,  ayləmi-uşağımı, 

var-dövlətimi buna tapşırıram.   

 

52. ŞAH ABBASNAN NADİR ŞAH 

 

Şah Abbasnan Nadir şah o zaman bir yerdə tələbə oluflar. Na-



dir şah o qədər savatdı oluf ki, iki-üç ildən soora müəllim çatışma-

mazlığı  oluf,  onu  qaytarıf  Şah  Abbasgilə  dərs  dedizdiriflər.  Bular 

şahlığı  oxuyuf  qutaranda  püşk  atıflar.  Şah  Abbasın  baxtı  düşüf 

qoçun quyruğuna, Nadir şahın da püşkü düşüf buynuzunun arasına.  

Bir müddətdən soora Şah Abbas vəzir yanında gəzintiyə çıxıf. 

Gediflər  ki,  üstü  palçıxlı  adamdı,  bir  daşın  üstündə  oturuf,  amma 

bir  sürü  də  mal  var  burda.  Bunnan  maraxlanıflar  ki,  sən  kimsən, 

niyə bu daşın üstündə oturmusan? Bunnan sporraşıflar. Deyif: 




 

41

– Mən buranın şahıyam. 



– Ə, sənnən şah olar? Burda nə var ki, sən şah olasan.  

Deyif ki, bəli, olar. O qara inəyin qarnındakı buzoyun nişana-

ların de görək nədi? Şah Abbas deyif ki, dal ayağı səkil, alnı təpəl, 

dişi  buzoydu.  Deyif  ki,  yarı  nişanın  düz  dedin,  amma  birin  demə-

din. Alnı təpəldi, quyruğunun uju da ağdı. İkisi bir yerdədi deyə sən 

onu  seçə  bilmədin.  Mərc  gəliflər.  Şah  Abbas  deyir,  mən  bir  belə 

qızıl  verirəm  bu  inəyə,  Nadir  şah  da  deyif,  mən  də  bir  heylə  qızıl 

verirəm,  gətir  inəyi  kəsək.  Kəsiblər,  Nadir  şah  deyən  çıxıb.  Deyir 

ki, ə, sən hansı şahsan? Deyib: 

– Sana dərs deyən Nadir şah.  

– Bə niyə bu gündəsən?  

Deyif ki, o vaxt püşk atılanda sənin baxdın qoçun quyruğuna 

düşdü,  mənimki  də  buynuzuna.  Mən  quru  yerdə  qalmışam,  amma 

sən quyruğun içində üzürsən.   

 

53-54. KƏRBƏLAYİ KAZIM 

 

Kalbay Kazımın iki oğlu oluf: Babakişi, Şiraslan. Bizim dədə-

miz Kazımın bayısı uşağıdı. Kalbay Kazım babamın dayısın Arazın 

o  tayında  öldürüflər.  Kalbay  Kazım  onda  balaja  idi.  Yekələnif, 

çöldə-bayırda oynuyan  vaxdı deyiflər, sənin babanı filankəs öldür-

dü, heç qanın ala bilmədilər. Gəlif deyif ki, ana, mənə bir on gün-

nük  çörək  rahla,  Araz  qırağına  gedəjəm.  O  vaxtı  da  heyvə  olordu. 

Duror  anası  heyvəni  rahlıyır.  Kalbay  Kazım  gələndə  özü  danışer-

miş  ki,  ana,  filan  yerdə  bir  dostum  vardı,  atımı  orda  dəyişdim. 

Onnan bir at aldım, mindim getdim. Soraxlıya-soraxlıya düz geder 

həmən adamın qapısına. Deyif: 

– Allah qonağı. 

Deyif:  

– Allaha da qurban olum, qonağına da.  

Bular  başdıyıflar  söhbət  eləməyə.  Kalbay  Kazım  babam 

demiyif  ki,  mən  Aşıqlıdan  gəlmişəm.  Bu  kişi  özü  söhbəti  açer  ki, 

belə adam vardı, onu belə öldürdüm.  



 

42

Gejəni burda qonax qalıf. Sabah deyif: 



– Sən məni apar bərəyə mindir, mən gedim.  

Gəlellər. Bunnan görüşör, öpüşör. Elə eliyir ki, bunnan şübhə-

lənməsin. Kalbay Kazım da heyvəsində kəndir götürüfmüş. Deyif: 

– Ot aşağa, bir halallaşax. Bir də mən gələrəm, gəlmərəm.  

Elə bular aşağı oturuf  söhbət eliyəndə kəndiri ater bunun bo-

ğazına,  tez  çəker.  Deyir  ki,  buna  heş  kim  inanmıyajax.  Yerdən  bir 

şey taper, bunnan bunun qolun kəser, götürür qoyur heyvəsinə. Onun 

da  cəsədin  tullor  suya.  Amma  ona  deyir  ki,  həmən  öldürdüyün 

adamın  mən  bayısı  oğluyam.  İndi  mən  qanımı  almaxdan  ötrü  gəl-

mişəm  sənin  yanına.  Anam  ağlıyıf  ki,  qardaşımın  qanı  alınmadı. 

Bax mən onçün gəlmişəm. Nə qədər əl ater, yalvarer, deyir yox ey. 

İtəliyir  atır  suya,  kəndirin  vuror,  çıxer  gəler.  Gəler  öyə.  Deyir  ki, 

ana,  and  belə,  Quran  belə,  getdim  dayımı  öldürən  addamı  tapdım, 

gejə  də  öyündə  qonaq  qaldım.  Öyündə  yediyim  çörək  məni  bağış-

dasın. Mən məjbur oluf getmişdim, orda çörək yeməliydim.  

Onu öldürüf suya atmağın söhbət elədi. Anası da deyir: 

– Ay bala, heylə şey olmaz, sən onu nətər öldürdün?  

Deyif  ki,  ana,  dur  heyvəni  bura  gət.  Gedif  heyvəni  gətirer. 

Baxır görör ki, qolun vuruf, büküf qoyuf heyvəyə. Deyir: 

– Döşümnən verdiyim süd halalın olsun, bala.  

Dayısın qanın bax heylə alıf.  

 

54.  

Bizim bu Aşıqlı camaatı qış vaxtı Xocavənd rayonunda Qara-

çux  dağının  ətəyində  olurmuşlar.  Qış  vaxtı  Kür  qırağına  da  gəlir-

mişlər, orda olurmuşlar. 1902-ci ildə Hajı Qulunu qubernator Gən-

cəyə  çağırır.  Gəncə  quberniyasında  onun  stolu  varmış.  Deyir  ki, 

Hajı,  Nikalayın  qərarı  var,  biz  ona  görə  səni  çağırmışıq.  Deyir  ki, 

buyurun.  Deyir,  Nikalay  qərar  verif  ki,  Dağlıq  Qarabağda,  Xoca-

vənd rayonunun ətrafında nə qədər köçəri tayfa var, hamısı çıxma-

lıdı.  Hajı  Qulu  gəlif  camaatı  yığır  başına.  Bütün  elat  tayfalarınnan 

nümayəndə  çağırır.  Deyir,  vəziyyət  belədi.  Nikalayın  qərarıdı,  biz 

çıxmalıyıq burdan. Hajı Qulunun babası Hajı Qurbanın orda kəhrizi 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə