Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   19   20   21   22   23   24   25   26   27

 

46

Dağlıq Qarabağın didərgin salınmış azərbaycanlı icmasının sayı isə bu gün 75 min nəfərə çatmışdır. Ekspertlərin 



hesablamalarına görə, Xankəndində 23,5 min, Şuşada 5 min nəfərə qədər əhali yaşayır. Laçın şəhərinin adı dəyişdirilərək 

Berdzor, rayonun adı isə Kaşataq qoyulmuşdur. Laçında evlərin 85 faizi bərpa edilmişdir. Burada 10 min nəfərə yaxın 

erməni məskunlaşdırılmışdır. Kəlbəcər və Ağdam rayonlarına da əhali köçürülmüşdür. Kəlbəcər şəhərində evlərin yarıdan 

çoxu bərpa edilmiş, yeni binalar tikilmişdir. Kəndlərin də  bəzilərində yaşayış vardır. Kəlbəcər  şəhərində  “Şaumyan 

rayonunun icra hakimiyyəti” deyilən qondarma qurum yaradılmışdır. Burada əsasən Şaumyan rayonundan olan ermənilər 

məskunlaşmişlar. Ağdam  şəhəri yaxınlığındakı  kəndlərdən birində 280-300 erməni yerləşdirilmişdir. Onlar buraya 

Marağa kəndindən gətirilimiş  və  məskunlaşdıqları  məntəqənin adını  dəyişərək Nor Marağa (Yeni Marağa) qoymuşlar. 

Dağlıq Qarabağda məskunlaşan gəlmə  əhali torpağı yalnız 25 illiyə icarəyə götürə bilərlər. Bu məsələ ilə bağlı Laçın 

istisna təşkil edir, orada torpaq özəlləşdirilmiş və əbədi istifadəyə verilir. Xarici müşahidəçilər Dağlıq Qarabağ ətrafındakı 

rayonlardan evlərin sökülərək kütləvi surətdə daşınmasının, çoxlu sayda ağacların qırılaraq aparılmasının, yeraltı 

sərvətlərin çıxarılaraq mənimsənilməsinin dəfələrlə şahidi olmuşlar.  

Son yüz ildə, xüsusi ilə  də çağdaş tariximizdə ermənilərin bizə qarşı törətdiyi vəhşiliklərdən, işğalçı  və ilhaqçı 

siyasətdən dərs götürməli, nəticələr çıxarmalıyıq. Birincisi, erməni toplumu bizə qarşı törədilmiş cinayətlərə görə 

kollektiv məsuliyyət daşıyır. “Yaxşı erməni” axtarışının heç bir mənası yoxdur. Biz rasist deyilik, lakin ermənilərə 

etdiyimiz yaxşılıqların müqabilində həmişə pislik və xəyanət görmüşük. Ona görə də bundan sonra işimizi bilməliyik. Hər 

kəs bilməlidir ki, bizimlə yaxınlıq edən hər hansı erməni hansısa müvəqqəti maraqlarını güdür, sadəlövhlüyümüzdən 

istifadə etməyə çalışır və hökmən müəyyən məqamda xəyanət edəcək, arxadan zərbə vuracaqdır. Bütün ermənilərin xisləti 

eynidir. Katolikosundan tutmuş  fəhləsinə  qədər bir erməni də bu günə  qədər Azərbaycana qarşı Ermənistan rejimi 

tərəfindən törədilmış işğal faktını, vəhşilikləri ittiham etməmişdir. Müqayisə üçün qeyd edilməlidir ki, Hitlerin yaratdığı 

dəhşətli faşist diktaturası  şəraitində  də yüzlərlə alman həyatı ilə risk edərək, təşkilatlar yaradır, antibəşəri rejimə qarşı 

etirazını bildirir, faşizmin qurbanlarını xilas etməyə çalışırdı. Ermənilərə isə bu hisslər yaddır, əksinə, işğalçı və terorçu 

rejimlərini dəstəkləməyə çalışırlar. Ona görədə törədilmiş cinayətlərin məsuliyyəti hər bir erməninin üzərinə düşür və hər 

biri cavab verməlidir.  İkincisi, heç bir azərbaycanlı ermənilərin qəsdini, törətdikləri vəhşilikləri unutmamalıdır. 

Unutqanlıq ermənilərin başımıza açdıqları faciələrin təkrar olunmasına gətirib çıxarır. Düşmənimizi tanımalı və düşmənlə 

düşmən kimi rəftar etməliyik. Ermənilərlə münasibətdə  həmişə müəyyən məsafə saxlanılmalıdır. Ermənilərlə yaxınlıq 

edilməsi, xoş münasibətlərin bərpa edilməsi növbəti dəfə  bədbəxtliklər gətirə bilər. Hər bir gənc erməni vəhşilikləri 

haqqında məlumatlandırılmalıdır. Erməni təhlükəsi haqda xəbərdarlıq nəsildən nəsilə ötürülməli, qan yaddaşımıza əbədi 

həkk olunmalıdır. Ermənilərin arxasında kimin durmasından, kimlərin onlardan istifadə etməsindən asılı olmayaraq zərbə 

bizə  həmişə erməni  əli ilə vurulmuşdur. Öndə olan, qılıncla, top-tüfənglə, tankla üstümüzə  gələn erməni olmuşdur. 

Xəncəri kürəyimizə ermənilər sancmışlar. Bunu heç vaxt yadımızdan çıxarmamalıyıq. Üçüncüsü, ermənilərə heç vaxt 

aman və fürsət verilməməlidir. Onların hər hansı  təşəbbüsü beşiyindəcə boğulmalıdır. Çox vaxt ilk baxışdan fikir 

vermədiyimiz erməni yalanı az sonra dəhşətli fəlakətə çevrilir, qarşısını almaq mümkün olmur. Erməni yalanlarına qarşı 

hər yerdə, hər an ağıllı mübarizə aparılmalıdır. Erməni təbliğatına qarşı biganəlik, laqeydlik, yalançı  təvazökarlıq və 

etinasızlıq xəstəliyindən yaxamızı qurtarmalıyıq. Ermənilərin maskalarını  yırtmalı, dünyaya həqiqi simalarını nümayiş 

etdirməliyik. Ermənilərin islah edilməsinin, sivil dəyərlərə riayət etmələrinin başqa yolu yoxdur. Qonşunun torpaqlarına 

göz tikən, yaxşılığa eybəcərliklə cavab verən, xeyirxahlarına qarşı gecə-gündüz dayanmadan məkrli planlar cızan, xeyirlə 

şər arasında fərqi itirən bir toplum, onun yaratdığı quldur dövlət üçün sivil dünya birliyində yer yoxdur. Dördüncüsü, 

erməni işğalına qarşı mübarizədə yalnız öz gücümüzə arxalanmalıyıq. Ən yaxın dostun və müttəfiqin də öz maraqları var. 




 

47

Biz bunu təbii qarşılamalıyıq. Zəif və gücsüzlərə heç kəs yardım etməz. Çünki yardım edən də fikirləşir ki, verdiyi dəstək 



hədər getməsin. Zəifə verilən dəstək həmişə hədər gedir. Zəif özündə təpər tapıb dəstəyi nəticəyə, qələbəyə cevirə bilmir. 

Özümüzdə güc tapıb problemimizi həll etməyə qadir olduğumuzu nümayiş etdirməliyik. Onda bizə dəstək çıxanların sayı 

da çox olacaq. Səsimizi birlikdə  çıxartmalıyıq ki, iradəmizi, torpaqlarımıza sahib olmaq əzmimizi görsünlər. Beşincisi, 

Qarabağ məsələsi ətrafında beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar heç bir nəticə vermədi. Bu danışıqlar 

status-kvonun saxlanılmasına, Ermənistanın iddialarının maksimum ödənilməsinə yönəlmişdir. Ermənistan beynəlxalq 

təşkilatların dəstəyi ilə ona nail olmuşdur ki, danışıqlarda əsas məsələ kimi işğal faktı deyil, Dağlıq Qarabağın statusu ilə 

bağlı  məsələ müzakirə olunur. Bu yanaşma Ermənistanın işğalçı  tərəf kimi məsuliyyətini heçə endirir. Ona görə  də bu 

yanaşma ilə aparılan danışıqlardan hansısa nəticənin gözlənilməsi mənasızdır. Azərbaycanın bu danışıqlarda iştirakı 

işğalçı Ermənistanın maraqlarına xidmət edir. Ermənistan danışıqlar yolu ilə Dağlıq Qarabağı ilhaq etmək  şansını  və 

manevrlər imkanını saxlayır. Vasitəçilər yaxşı bilirlər ki, bu danışıqlar işğal olunmuş  ərazilərin həmişəlik Ermənistana 

təhvil verilməsinə doğru aparır. Ona görə  də Azərbaycanın danışıqlardan çıxmaq cəhdlərinin qarşısını bütün vasitələrlə 

alırlar. Danışıqların heç bir nəticə verməməsinin məsuliyyəti vasitəçilərin  üzərinə düşür. Ermənistanın əsassız iddialarının 

qarşısında  əlacsız qalan, ədalətli və prinsipial mövqe tuta bilməyən vasitəçilərin “xidmətlər”indən birmənalı  şəkildə 

imtina olunmalıdır. Azərbaycan öz mövqeyini beynəlxalq təşkilatlar qarşısında  əsaslandırmalı  və danışıqları birtərəfli 

qaydada dayandırmalıdır. Altıncısı, torpaqlarımız yalnız hərb yolu ilə işğaldan azad oluna bilər. Beynəlxalq təşkilatların 

ədalətli mövqe tutmaq istəməməsi, Ermənistanın işğalçı  və ilhaqçı iddialarından geri çəkilməməsi bu yolu labüd edir. 

Məsələnin digər tərəfi mənəvi amillərlə bağlıdır. Ermənilərin silahla zəbt etdiyi ərazilər silahla da geri alınmalıdır. Bu, 

millətin və dövlətin  əxlaq, ləyaqət və qürur məsələsidir. Azərbaycanın milli qürurunun özünə qaytarılması üçün 

qalibiyyətli müharibə hava və su kimi vacibdir. Qüruru öldürülmüş millət və dövlət labüd məhvə  məhkumdur. Tarix 

bunun nümunələrini dəfələrlə göstərmişdir. Azərbaycan işğalçı Ermənistana qarşı uğurlu hərbi əməliyyatlar aparmaq üçün 

bütün imkanlara malikdir. Bu müharibə Azərbaycan tərəfi üçün işğala qarşı yönəlmiş  ədalətli müharibədir. Beynəlxalq 

hüquq normaları Azərbaycanın müharibəni başlamasına imkan verir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-

ci maddəsində  işğala məruz qalmış ölkə  və xalqın işğalçıya qarşı bütün vasitələrlə, o cümlədən hərbi yolla mübarizə 

aparmaq hüququ aydın şəkildə göstərilir. Beynəlxalq təşkilatların işğala qarşı müharibə aparan ölkəyə hər hansı sanksiya 

tətbiq etmək hüququ yoxdur. Azərbaycanın müharibə aparmaq üçün maliyyə, maddi və insan resursları kifayət 

qədərdir.Bu resurslar Ermənistanın az vaxt ərzində darmadağın edilməsi üçün kifayətdir. Ciddi resursları olmayan 

Ermənistanın xarici donorlara bəslədiyi ümidlər əbəsdir. Xarici donorların Ermənistana davamlı və kifayət qədər yardım 

edəcəkləri real deyildir. Mənəvi-psixoloji üstünlük də Azərbaycanın tərəfindədir. Azərbaycan Ordusu öz torpaqları 

uğrunda qisas və intiqam hissi ilə vuruşacaqdır. Ermənilərin isə özgə torpağında ruh yüksəkliyi ilə döyüşəcəyi mümkün 

deyildir. Azərbaycan potensial hərbi müttəfiqlər  baxımından da üstündür. Bir sıra dövlətlərin Azərbaycanı 

dəstəkləyəcəyi, ən azından bitərəf qalacaği şəksizdir. Hər hansı xarici dövlətin Ermənistanı ciddi şəkildə dəstəkləyəcəyi 

ilə bağlı ehtimallar isə  həddindən artıq  şişirdilmişdir. Bu baxımdan ehtimal olunan ölkələrin daxili problemləri və 

Azərbaycanla bağlı maraqları  nəzərə alınmalıdır.  Əlbəttə, müharibə böyük risq və  təhlükələrlə bağlıdır. Ona görə  də 

müharibəyə hər tərəfli hazırlıq işləri aparılmalı, bütün amillər nəzərə alınmalı, əlverişli şərait və vaxt seçilməlidir. Lakin 

istənilən halda müharibə qaçılmazdır. Azərbaycan hətta uzunmüddətli və fasiləsiz müharibəyə  də hazır olmalıdır. Bu 

ölüm-dirim, millətin və dövlətin varlığı-yoxluğu məsələsidir. Burda tərəddüdlərə, şübhələrə, qeyri-müəyyənliyə artıq yer 

yoxdur. Bu müharibəni biz başlamamışıq, amma biz başa çatdırmalıyıq. Vaxt da gözləmir, ildırım sürəti ilə bizim 

əleyhimizə işləyir. 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə