Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   19   20   21   22   23   24   25   26   27

 

51

İyun-iyul 1987-ci il. Ermənilər Xankəndinin küçələrində  vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması 

üçün təbliğata başlayırlar.  

Oktyabr 1987-ci il. İrəvanda “Qarabağ komitəsi” ilk açıq mitinq keçirir. Komitəyə  İqor Muradyan və Levon Ter-

Petrosyan başçılıq edirlər.  



16 noyabr 1987-ci il. M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə qəzetlərə müsahibə verərək, 

Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar M.Qorbaçovu razı saldığını bildirir.  



13 fevral 1988-ci il. Ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə 

qədər adamın iştirak etdiyi mitinqə “Krunk” terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir.  



19 fevral 1988-ci il. İrəvanda antitürk mövqeli mitinq keçirilir. Mitinqdə “Ermənistanı türklərdən təmizləməli”, 

“Ermənistanda ancaq ermənilər yaşamalıdır” tələbləri irəli sürülür. 



19 fevral 1988-ci il. Bakıda “Qarabağ bizimdir!” şüarları ilə ilk yürüş keçirilir

20 fevral 1988-ci il. Ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi 

növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali 

Sovetinə göndərir.  

22 fevral 1988-ci il. Əsgəran qəsəbəsində azərbaycanlıların dinc yürüşü erməni silahlıları tərəfindən gülləboran edilir. 2 

nəfər yeniyetmə–Əli Hacıyev və Bəxtiyar Quliyev öldürülür, 19 nəfər yaralanır.  



23 fevral 1988-ci il. Vilayət partiya komitəsinin birinci katibi B.Gevorkov vəzifəsindən azad edilir, onun yerinə 

Q.Poqosyan təyin olunur. 



28-29 fevral 1988-ci il. Sumqayıtda ermənilər tərəfindən təxribat xarakterli qırğınlar törədilir, 26 erməni, 6 azərbaycanlı 

öldürülür.   



14 may 1988-ci il. Şuşada azərbaycanlılar 5 min nəfərin iştirak etdiyi mitinq keçirir. Mitinqdə erməni silahlılarının 

hücumlarına son qoyulması tələb edilir. 



16 may 1988-ci il. Xankəndində bir qrup azərbaycanlını döyərək maşına yığır və Şuşaya göndərirlər.  

16 may 1988-ci il. Bakıda Dağlıq Qarabağ ermənilərinin separatçı  hərəkətlərinə, Ermənistandan gələn emissarların 

oradakı fəaliyyətinə son qoyulması tələbləri ilə mitinq keçirilir. 



15 iyun 1988-ci il. Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.  

24 iyun 1988-ci il.  Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağa göndərilir. 

18-21 sentyabr 1988-ci il. Xankəndində azərbaycanlılar yaşayan evlər yandırılır, adamlar döyülür və Şuşaya göndərilir.  

21 sentyabr 1988-ci il. Dağlıq Qarabağ və Ağdam ərazilərində xüsusi vəziyyət elan ounur.  

22 sentyabr 1988-ci il. İrəvan, Leninakan, Abovyan, Eçmiədzin və digər  şəhərlərdə Qarabağın Ermənistana 

birləşdirilməsi, azərbaycanlıların Ermənistandan çıxarılması tələbləri ilə kütləvi tətillər, mitinqlər keçirilir. 



04 oktyabr 1988-ci il. Dağlıq Qarabağın Xankəndi və Xocalı şəhərlərində azərbaycanlılara basqınlar edilir, onlar döyülür 

və köçüb getmələri tələb olunur.  



18 noyabr-5 dekabr 1988-ci il. Bakıda “Azadlıq” meydanında fasiləsiz izdihamlı mitinqlər keçirilir. Mitinq iştirakçıları 

ermənilərin Dağlıq Qarabağdakı  vəhşiliklərinə, Ermənistanın Dağlıq Qarabağa müdaxilələrinə son qoyulmasını  tələb 

edirlər.      

21 noyabr 1988-ci il. Bakıda və Gəncədə ixtişaşlar baş verir, 3 hərbçi öldürülür, xeyli adam yaralanır. Bakı, Naxçıvan və 

Gəncədə xüsusi vəziyyət elan olunur.   




 

52

24 noyabr 1988-ci il. Ermənistanın ərazisindən Azərbaycanın Qubadlı rayonunun Eyvazlı, Qədirli, Davudlu kəndlərinə 

basqınlar edilir, Eyvazlı kəndi tamamilə yandırılır.  

Noyabr 1988-ci il. Ermənistanın şimal-şərq hissəsindəki Vartan kəndində 12 azərbaycanlı diri-diri yandırılır. 

Noyabrın sonu 1988-ci il. Ermənistanın Quqark rayonunda 70 nəfər azərbaycanlı  qətlə yetirilir. Onlardan Gözəldərə 

kəndində 21 nəfər, o cümlədən 6 qadın, 3 körpə uşaq öldürülür.  



08 dekabr 1988-ci il. Ermənistanda zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Azərbaycandan 80 peşəkar xilasedici, 

mexanikləşdirilmiş dəstə Spitaka yola düşür. Onlar bir neçə gün ərzində 63 nəfəri xilas edirlər.  



10 dekabr 1988-ci il. Zəlzələ ilə əlaqədar olaraq Yuqoslaviyadan döndərilən təyyarə Belqrad-Ankara-İrəvan marşurutu 

ilə Ermənistana uçur. Ankaradan uçduğu üçün ermənilər onu türk təyyarəsi hesab edərək qəzaya uğradırlar. Təyyarənin 6 

nəfərlik şəxsi heyəti həlak olur.  

11 dekabr 1988-ci il. Zəlzələ ilə əlaqədar olaraq Azərbaycanın xilasedici dəstəsi Ermənistanın Leninakan şəhərinə uçur. 

Ermənilər yanlış koordinat verərək təyyarəni qəzaya uğradırlar. 69 nəfər xilasedici və 4 nəfər ekipaj üzvü həlak olur. 

Yalnız bir nəfər xilasedici salamat qalır. Onu xəstəxanaya yerləşdirirlər, lakin az sonra ermənilər mitinq edərək onun 

xəstəxanadan çıxarılmasına nail olurlar.  



15 dekabr 1988-ci il. SSRİ  rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərlərinə bir sıra qanunsuz hərəkətlərə görə öz 

respublikalarında vəzifəli  şəxslərin cəzalandırılması tapşırığını verir. Bir ay ərzində Azərbaycanda erməniləri guya 

sıxışdırdıqlarına görə 2532 nəfər məsuliyyətə  cəlb olunur, 222 nəfər işdən çıxarılır, 65 nəfər partiya və komsomoldan 

çıxarılır. Bu tədbirlərdən sonra 19 min nəfərdən çox erməni Azərbaycana qayıdır. Ermənistanda isə həmin vaxt ərzində 13 

nəfər partiyadan xaric edilir, 24 nəfər vəzifəsindən çıxarılır, 69 nəfərə partiya cəzası verilir. Ermənistana bir nəfər də olsun 

azərbaycanlı qaytarılmır. 



25 dekabr 1988-ci il. Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi əsasən başa çatdırılır.  

12 yanvar 1989-cu il. SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır. Komitəyə 

Moskvanın nümayəndəsi Arkadi Volcki rəhbər təyin edilir. Komitənin tərkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı təyin 

edilir.  

06 may 1989-cu il. SSRİ Xalq deputatlarının I qurultayı Moskvada  öz işinə başlayır. Qurultay ermənilərin maraqlarına 

uyğun qərarlar qəbul edir.  



07 iyul 1989-cu il. Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsi yandırılır.  

08 iyul 1989-cu il. Ermənilər Xankəndində “Miatsum” hərəkatının təsis yığıncağını keçirir və Robert Koçaryanı hərəkata 

sədr seçirlər. 



16 iyul 1989-cu il. Azərbaycan Xalq Cəbhəsi yaradılır və Əbülfəz Elçibəy sədr seçilir.  

29 iyul 1989-cu il. Ermənilərin davamlı hücumlarının nəticəsi olaraq Azərbaycanın mərkəzindən Naxçıvana gedən 

qatarların hərəkəti tamamilə dayandırılır. Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşür.  



16 avqust 1989-cu il. Xankəndində ermənilər “Dağlıq Qarabağ  əhalisinin qurultayı”nı keçirir, Milli Şura və  Rəyasət 

heyəti yaradırlar. Qurultay Dağlıq Qarabağı “müstəqil ittifaq ərazisi” elan edir. 



15 sentyabr 1989-cu il. Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağdakı Xüsusi İdarə Komitəsi ləğv olunur. 

16 sentyabr 1989-cu il. Ermənilər Tiflis-Bakı avtobusunu partladırlar, 5 nəfər ölür, 25 nəfər yaralanır. 

21 sentyabr 1989-cu il. Xankəndində yaşayan azərbaycanlılar döyülərək şəhərdən qovulurlar.  

07 oktyabr 1989-cu il. Erməni terrorçusu A.Abramyan tərəfindən Şuşanın Xəlfəliçay körpüsü partladılır.  

01 dekabr 1989-cu il. Ermənistanın Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edir. 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə