___________________________________________________
152
oynamışdır.
C.12- 357;
C.15- 318, 332;
С.16- 59, 63;
C.17-
163, 191, 192; C.18- 278, 382; C.21- 103; C.27- 323.
747.
Qarabağlar türbəsi -
orta əsrlərə aid Azərbaycan
memarlıq abidəsi. Naxçıvan Muxtar Respublikasının Qarabağ-
lar kəndindədir.Türbədən başqa, burada qoşa minarə və onların
arasında yerləşmiş dini binanın qalıqları var. Qoşa minarənin
XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur.
Minarələri bir-birinə bağlayan baştaq isə XIV əsrə aiddir. Baş-
tağın üzərində Elxanı hökmdarı Hülaku xanın arvadı Quti
xatunun (Qutuy xatun) adı yazıldığından onun Quti xatunun
şərəfinə tikildiyi guman edilir. C.22- 271.
748.
Qaravəlli - Azərbaycan şifahi xalq ədəbiyyatında
novellavarı nağıl janrının bir növü. Mövzusu əsasən, yumo-
ristik və satirik məişət səhnələrindən, qədim mərasimlərdən gö-
türülür. Qaravəllidə mükalimə və musiqidən başqa rəqs, şeir,
gözbağlıca, hoqqabazlıq səhnələri də olur. Qaravəlli teatrının
personajları Koca və Keçəldir. C.17- 188.
749.
Qars müqaviləsi (1921) - Azərbaycan, Ermənistan
və Gürcüstan Sovet Sosialist Respubükaları ilə Türkiyə, RSF
SR-in iştirakı ilə oktyabrın 13-də Qarsda bağlanmışdır. Qars
müqaviləsinin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi
mənsubiyyəti məsələsini bir daha təsdiqlədi, onun sərhədlərini
qəti surətdə müəyyənləşdirdi. Qeyd olunan maddədə dürüst və
konkret göstərilirdi: “Türkiyə hökuməti, Sovet Ermənistanı və
Azərbaycan hökumətləri razıdırlar ki, indiki müqavilənin III
əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbay-
canın himayəsi altında muxtar ərazi təşkil edir”. Qars müqavi-
ləsi beynəlxalq müqavilə kimi Naxçıvanın Azərbaycanın tərki-
bində müxtar ərazi statusunu təsbit etmişdir. Təsadüfi deyildir
ki, Naxçıvan MR-in təhlükəsizliyi hədələnəndə Qars müqavilə-
si mühüm tarixi sənəd olmaqla onun taleyinin qarantı kimi
gündəliyə gəlir. C.14- 77, 78, 79, 88, 263; C.19- 144, 150, 153;
C.22- 158, 243, 244, 249, 290.
750.
Qazax müəllimlər seminariyası - Azərbaycanda
müəllim hazırlayan ilk tədris müəssisələrindən biri. İlk direk-
___________________________________________________
153
toru F.B.Köçərli olmuşdur. Seminariyada ana dili, ədəbiyyat,
rus dili, pedaqogika, psixologiya, riyaziyyat, tarix, coğrafiya
tədris edilirdi. Seminariyanın Azərbaycanda xalq maarifinin
inkişafında mühüm rolu olmuşdur. C.22- 297; C.24- 115.
751.
Qazaxıstanda 1986-cı il hadisələri - G.V.Kolbinin
Qazaxıstanda birinci katib təyin olunması Qazaxıstan gəncləri
tərəfindən narazılıqla qarşılanmış və milli zəmində toqquşmaya
səbəb olmuşdur. C.19- 237.
752.
Qazaxıstan Parlamenti 1990-cı ildə seçilmişdir. İki
palatası - Senatı və Məclisi vardır. Buraya deputatlar çoxpartiya-
lılıq sistemi ilə seçilirlər. C.10- 91, 129.
753.
Qazaxıstan Respublikası - Avroasiyanın mərkəzi
hissəsində dövlət. Sahəsi 2724,9 min km
2
, əhalisi 16 679 min
nəfərdir. Paytaxtı Astana şəhəridir. Dövlət başçısı - Prezident,
qanunvericilik orqanı birpalatalı Ali Sovetdır. С.16- 10-37,
150, 203, 221, 222; C.18- 85-88, 107, 108, 121, 122, 123, 124,
125, 127, 128, 135, 142, 144, 159, 163, 373; C.21- 7, 107, 241-
242, 410; C.25- 55, 92, 93, 126, 134, 146, 251, 263, 337, 343;
C.26- 115, 144, 145, 156-182, 202, 217, 244, 245, 265, 285,
363, 395.
754.
Qədir Hüseynov, Qədir Bəhruz oğlu
Hüseynov (d.
1986) - beynəlxalq qrossmeyster. Gənclər arasında Avropa şah-
mat çempionatının mükafatçısıdır. C.18- 446-447.
755.
Qəmər Almaszadə, Qəmər Hacağa qızı Almaszadə
(1915-2006) - Azərbaycan balet artisti, baletmeyster və pedaqoq,
ilk azərbaycanlı balerina. Azərbaycan və SSRİ Xalq artisti. SSRİ
Dövlət mükafatı laureatıdır. Azərbaycan balet məktəbinin yara-
dıcılarından olan Almaszadənin sənətkarlığı klassik xoreoqrafiya
ənənələri ilə xalq rəqs yaradıcılığı xüsusiyyətlərinin vəhdətinə
əsaslanmışdır. Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblı-
nın təşkilatçılarındandır. C.15- 368; C.17- 136, 190; C.25- 313,
325, 326; C.26- 438.
756.
Qəmərli, Vedi, Zəngibasar, Uluxanlı, Zəngəzur,
Sisyan, Gorus, Qafan - Ermənistanda azərbaycanlıların qədim
yaşayış məskənləri. Türkmənçay müqaviləsinə (1828) əsasən
___________________________________________________
154
İran və Türkiyədən Qərbi Azərbaycan torpaqlarına kütləvi
surətdə ermənilər köçürüldü. Bunun nəticəsində bu ərazilərin
etnik tərkibi əsaslı surətdə dəyişdi. Son olaraq 1988-1990-cı il-
lərdə azərbaycanlılar öz ata-baba yurdlarından erməni millət-
çiləri tərəfindən çıxarıldılar. C.21- 83, 84.
757.
Qətər, Qətər dövləti - Cənub-Qərbi Asiyada dövlət.
Sahəsi 11min km
2
, əhalisi 59 min nəfərdir. Dövlət başçısı
Əmirdir. Paytaxtı Dohadır.
C.27- 193-197.
758.
Qətran Təbrizi, Əbu Mənsur (1012-1088) - böyük
Azərbaycan şairi. Təbrizi aşiqanə seirləri, gözəl təbiət təsvirləri
ilə Azərbaycan poeziyasına yenilik gətirmişdir. Yaradıcılığında
hökmdarlara həsr edilmiş qəsidələr mühüm yer tutur. C.14- 5;
C.15- 184;
C.18- 352.
759.
Qəzənfər Əkbərov, Qəzənfər
Qulam oğlu Əkbərov
(1917-1944) - Sovet İttifaqı Qəhrəmanı, baş serjant. Ukray-
nanın, Belorusiyanın düşməndən azad edilməsində iştirak et-
miş, 1944-cü ilin avqustunda Volojin şəhəri ətrafında alman
faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur. C.22-
257.
760.
Qəzənfər Xalıqov, Qəzənfər Ələkbər oğlu
Xalıqov
(1898-1981) - Azərbaycan Respublikasının Xalq rəssamı.
Boyakarlıq, qrafika və teatr rəssamlığı sahəsində fəaliyyət gös-
tərmişdir. Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar Xalıqov
dahi şairin portretini yaratmışdır. Xalıqov Nizami adına Azər-
baycan Ədəbiyyatı Muzeyinin interyer tərtibatı müəlliflərin-
dəndir. C.19- 437.
761.
Qırmızı körpü, Sınıq körpü - Azərbaycan Respub-
likasının Qazax rayonunda orta əsr memarlıq abidəsi. Qazax-
Tbilisi yolunda Xramçayın üzərində salınmışdır (XII əsr). Dörd
aşırımlı körpünün ümumı uzunluğu 175 m, keçid hissədə eni
4,3 m, girəcəyində isə 12,4 m-dir. Qırmızı körpünün hansı
xalqa (Azərbaycan, cürcü) mənsub olması mübahisəyə səbəb
olsa da memarlıq formaları və işlənmə xüsusiyyətləri onun sırf
Azərbaycan memarlığına aidliyini göstərir. C.18- 5-10, 121,
412, 454.