___________________________________________________
143
690.
Kaspian- Amerika Telekom (KATEL) - Azərbay-
can-Amerika birgə müəssisəsi. Azərbaycanda ilk simsiz telefon
stansiyası. C.20- 7-9.
691.
Katerpillar - İllinoys ştatında şirkət. 1925-ci ildə
yaradılmışdır. Şirkət inşaat və qazma qurğuları, təbii qaz
motorları və sənaye qaz turbinlərı istehsal edir. Dizel motorları
istehsalında dünyada birinci yeri tutur. C.11-328, 372.
692.
“Kazım Qarabəkir Paşa” məscidi - Naxçıvan
şəhərində ibadətgah və memarlıq abidəsi. 1918-1919-cu illərdə
Naxçıvanın erməni təcavüzündən xilas edilməsində böyük
şücaət və mərdlik göstərmiş, 1921-ci il Qars müqaviləsini
imzalamış, M.K.Atatürkün silahdaşı, Şərq cəbhəsinin koman-
danı Kazım Qarabəkir Paşanın şərəfinə Türkiyə Diyanət İşləri
Vaqfı tərəfindən inşa edilmişdir. C.22- 239-246, 291.
693.
Kazım Ziya, Kazımzadə Kazım Səfər oğlu (1896-
1956) - Azərbaycan aktyoru, pedaqoq; Azərbaycan Respub-
likasının Xalq artisti. SSRİ Dövlət mükafatı laureatı. K.Ziyanın
yaradıcılığının yetkin dövrü Azərbaycan Dövlət Dram Teatrı
ilə bağlı olmuşdur. K.Ziya yüksək aktyorluq texnikasına, aydın
diksiyalı məlahətli səsə malik sənətkar idi. K.Ziya milli səhnə
dilini sistemə salmış ilk Azərbaycan teatr xadimidir. C.17- 190;
C.26- 85.
694.
Keldış Mstislav Vsevolodoviç (1911-1978) - riyaziy-
yatçı, mexanik. SSRİ EA akademiki, Azərbaycan EA fəxri akade-
miki. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət və Lenin
mükafatları laureatı. 1961-1975-ci illərdə SSRI EA-nın prezidenti
olmuşdur. C.10- 264.
695.
Kəbə - müsəlmanların Məkkədə müqəddəs məbədi.
“Qaradaş” Kəbədədir. Kəbə hələ qədimdən Hicazın bütpərəst
tayfalarının məbədi olmuşdur. Müsəlmanlar Məkkəni tutduq-
dan sonra (630) bütlər məhv edildi və Kəbə müsəlmanların
ziyarətgahına çevrildi. Kəbəni ziyarət edənlər “Hacı” adlanır.
C.17- 402; C.19- 322, 323, 325; C.28- 179.
696.
Kəlbalı xan Ehsan xan oğlu Naxçıvanski (?-1883)
- hərbi xadim, general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan
___________________________________________________
144
xan Kəngərlinin oğlu, İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Krım müharibəsində (1853-1856) igidliklə vuruşmuş, 1855-ci
ildə leyb-qvardiya Qusar polkuna komandir təyin olunmuşdur.
1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində böyük şücaət
göstərmiş, üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni, iki
“Müqəddəs Georgi” ordeni ilə təltif olunmuş, brilyantla bəzə-
dilmiş qılıncla mükafatlandırılmışdır. С.12-160; С.16- 83.
697.
Kəlbəcər - Azərbaycan Respublikasında inzibati ra-
yon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km
2
, əhalisi 40
003 min nəfərdir. 1992-ci ildə erməni silahlı qüvvələri tərə-
findən işğal edilmişdir. C.23- 101; C.28- 269, 329.
698.
Kəmaləddin Heydərov, Kəmaləddin Fəttah oğlu
Heydərov (d.1961) - gömrük xidməti general-polkovniki.
1995-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri, 2006-cı ildən Azərbaycan Respublikası
Fövqəladə Hallar naziridir. C.18- 179; C.26- 239-265.
699.
Kərbala - İraqda şəhər. Müsəlmanların müqəddəs
şəhəri. Əsası VII əsrdə qoyulmuşdur. Məhəmməd əleyhüs-
salamın nəvəsi imam Hüseynin qəbri Kərbəladadır. Böyük
Azərbaycan şairi Füzuli Kərbalada doğulmuş, orada yaşayıb-
yaratmış və orada dəfn edilmişdir. C.18- 374.
700.
Kərim Kərimov, Kərim Abbasəli oğlu Kərimov
(1917-2003) - Azərbaycanın görkəmli hərbi xadimi general-
leytenant. 25 il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissi-
yasına başçılıq etmiş K.Kərimovun adı keçmiş SSRİ-də kos-
mosun öyrənilməsi, bir çox nadir elmi-texniki layihələrin
həyata keçirilməsi ilə sıx bağlı olmuşdur. O, Azərbaycan Milli
Elmlər Akademiyasının fəxri üzvü, Sosialist Əməyi Qəhrə-
manı, Lenin və SSRİ Dövlət mükafatları laureatı adlarına layiq
görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə
təltif edilmişdir. C.13- 176; C.18- 385.
701.
Kərimov Tofiq Mirzə oğlu (1937-1995) - general-
mayor. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər
naziri olmuşdur. C.10- 365.
___________________________________________________
145
702.
Kəşmir problemi - Asiyada tarixi vilayət. Qədimdə
və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət
birləşmələrinin tərkibində olmuşdur. 1846-cı ildə ingilislər
Kəşmiri işğal edib 7,5 milyon rupi ödənclə Sammi knyazlığına
vermişlər. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindis-
tan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda
Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın
(1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir “Hindistan İt-
tifaqının tərkib hissəsi” elan edildi. Hindistanla Pakistan arasın-
da bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ
də öz həllini tapmamışdır. C.28- 78, 79, 80.
703.
Kioto - 792-794-cü illərdə salınmış bu şəhər XIX
əsrin 70-ci illərinədək Yaponiyanın paytaxtı olmuşdur. Ölkənin
mərkəzində yerləşən Kioto əhalisinin sayına görə Yaponiyada
7-ci yeri tutur. Hazırda beynəlxalq turizm mərkəzi olan Kioto
qədim memarlıq və boyakarlıq baxımından abidələr mərkəzi-
dir. C.14- 459-464.
704.
Kinq Piter (d.1944) - 1973-1993-cü illərdə müxtə-
lif vəzifələrdə olmuş, 1992-ci ildə Nyu-York ştatından Konqre-
sin üzvü seçilmişdir. Respublikaçıdır. C.23- 236; C.28- 262.
705.
Kipr problemi - 1974-cü ildə Yunanıstanda haki-
miyyətə gəlmiş hərbi xunta Kiprin yunan irticaçıları ilə birlikdə
Kipri Yunanıstana birləşdirmək məqsədilə ölkədə hərbi çevriliş
etdilər və Prezident Makariosu hakimiyyətdən uzaqlaşdırdılar.
Bundan narahat olan Türkiyə Respublikası Kiprin türk icmasını
müdafiə etmək məqsədilə oraya hərbi qüvvələr yeritdi və türk
icması yaşayan ərazini yunan irticaçılarından təmizlədi. 1975-
ci ildə Türkiyə-Kipr administrasıyası bu ərazidə federativ türk
dövləti - Kipr Respublikasını elan etdilər. 1983-cü ildə bu döv-
lətin qanunverici orqanı Şimali Kipr Türk dövləti (ŞKTR)-
Kıbris elan etdi. C.20- 35.
706.
Kitabi-Dədə Qorqud - Azərbaycan xalq ədəbiy-
yatının ən qədim yazılı abidəsi. “Kitabi-Dədə Qorqud” dastan-
ının yaranmasından 1300 il keçir. Elm aləminə XIX əsrdən
məlum olan bu qəhrəmanlıq dastanlarının hələlik XV-XVI əsr-
Dostları ilə paylaş: |