___________________________________________________
131
birləşdirmişdir. Əlverişli coğrafi mövqedə yerləşməsi və zən-
gin maddi sərvətlərə malik olması sayəsində Azərbaycan
qədim zamanlardan dünya ölkələri arasında iqtisadi və mədəni
əlaqələrdə mühüm yer tutmuşdur. XX əsrin sonunda Azər-
baycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük
İpək Yolunun yenidən dirçəldilməsi ideyasını irəli sürməsi
bütün dünyada, xüsusilə də Böyük İpək Yolu üstündə yerləşən
ölkələrdə böyük maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin
sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin iştirakı
ilə beynəlxalq konfrans keçirildi. TRASEKA proqramı çərçivə-
sində nəzərdə tutulan Asiya-Qafqaz-Avropa ticarət dəhlizinin -
Böyük İpək Yolunun bərpasının və onun imkanlarından hamı-
lıqla bəhrələnməyin vacibliyi qeyd olundu. C.11- 342; C.12- 5;
C.13- 194; C.14- 283, 323, 340, 341, 359, 362, 363, 366, 369,
383, 388, 410, 411, 417, 425, 426, 438, 443, 450, 451; C.15-
144, 187, 190, 193, 194, 448; С.16- 14, 119, 142, 162, 187,
212, 340, 345, 350, 356, 371, 430, 431, 443, 484; C.17- 37, 38,
90, 94, 97, 99, 101, 105, 183, 243, 244-292, 411, 412, 414;
C.18- 8, 67, 89-92, 204, 206, 363, 449, 468, 477; C.19- 156,
157, 350, 351, 352, 457; C.20- 23, 58, 70, 81, 82, 83, 84, 85,
94, 139, 182, 243, 275, 286, 329, 330, 351, 412; C.21- 11, 107,
147, 356, 388-389; C.22- 87, 105, 106, 148, 330, 347, 368,
369, 378; C.23- 164, 165, 227, 235, 236, 299, 301, 303, 313,
323; C.24- 162, 323, 329, 330, 338, 364, 376, 404, 405; C.25-
96, 97, 134, 208, 268, 369, 372, 393; C.26- 29, 45, 118, 143,
152, 153, 158, 201; C.27- 216; C.28- 95, 117, 118, 127, 135,
292, 295, 296.
626.
“İpoteka” - krediti-dövlət tərəfindən vətəndaşların
tikintisinin kreditləşdirilməsi. С.16- 468.
627.
İraq-Küveyt müharibəsi - 1990-cı ilin avqustunda
İraq ordusu Küveyti işğal etdi. 1991-ci ilin fevralında isə ABŞ
başda olmaqla, çoxmillətli silahlı qüvvələr tərəfindən Küveyt
azad edildi. Səddam Hüseyn məcbur olub öz hərbi silahlı qüv-
vələrini Küveytdən çıxartdı. C.20- 120.
___________________________________________________
132
628.
İran İslam İnqilabı - İranın daxilində Milli Cəbhə-
nin, xaricdən isə ruhanilərin Fransada mühacirətdə olan başçısı
Ayətüllah Ruhulla Xomeyninin rəhbərlik etdiyi ümumxalq
hərəkatı. Bu hərəkat getdikcə gücləndi və 1979-cu ildə Şah
(Məhəmməd Rza Pəhləvi) ölkəni tərk etdi. Mühacirətdən vətə-
nə qayıtmış imam Xomeyni İran İslam Respublikasını elan et-
di. C.14- 234-237; C.19- 139-142; C.21- 170; C.22- 171; C.25-
57-61.
629.
İran, İran İslam Respublikası - Cənub-Qərbi Asiya-
da dövlət. Sahəsi 1,65 milyon km
2
, əhalisi 62,2 milyon nəfər-
dir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24 ostana bölü-
nür. Ali qanunverici hakimiyyət orqanı 4 il müddətinə seçilən
Xalq Şurası Məclisidir. Dövlətdə ən yüksək rəsmi şəxs Prezi-
dentdir. Hökuməti Baş nazir təşkil, Prezident isə təsdiq edir.
C.13- 35, 36, 93, 127, 184, 309, 310, 311, 312-386, 426; C.14-
14, 80, 84, 228, 234, 237, 265, 363, 399, 404, 421, 427; C.19-
89, 139-142, 151, 391; C.20- 18, 66, 74, 105, 122, 123, 137,
160, 292-296, 419, 420, 463; C.21- 112-137, 165-179, 366;
C.22- 24, 25, 29, 160-172, 184, 189, 198, 210, 247, 272, 299-
306; C.25- 28, 29, 57-62, 84, 92, 101, 124, 126, 127, 251, 274,
303, 304; C.27- 17, 23, 35-58, 196, 198-203, 282; C.28-23, 24,
32, 35, 45, 70-106, 178, 231.
630.
İren Məlikova (d.1917) - filologiya elmləri dokto-
ru, professor. H.Zərdabinin nəvəsi. Petroqradda anadan olmuş,
sonra isə valideynləri ilə xaricə mühacirət etmişdir. Hazırda
Strasburqda yaşayır. Qərbi Avropada çıxan “Türkika” - türko-
logiya jurnalının baş redaktorudur. O, həmçinin xaricdə yaşa-
yan azərbaycanlılar haqqında yazılmış memuarların müəllifidir.
Bakı Dövlət Universitetinin fəxri doktorudur. C.10- 324-325.
631.
İrəvan xanlığı - XVIII əsrin ortalarında Cənubi
Qafqazda, keçmiş Çuxursəd bəylərbəyliyi ərazisində yaranmış
müstəqil Azərbaycan feodal dövləti: Ağrıdağ düzənliyinin
Göуçə gölü hövzəsini və Araz çayından cənub-qərbə doğru
uzanan ərazini əhatə edirdi. Azərbaycanın cənub-qərbində yer-
ləşən bu xanlıq paytaxtı İrəvan şəhəri olmaqla inzibati cəhətdən
___________________________________________________
133
15 mahala bölünürdü, İrəvan xanlığı 1747-1797-ci illərdə müs-
təqil dövlət olmuş, 1797-1828-ci illərdə İranın hakimiyyəti
altında olmuşdur. Türkmənçay müqaviləsinə (1828) görə Rusi-
yanın tərkibinə keçmişdi. Bu zaman İrəvan xanlığı ərazisində
420-dən çox kənd dağıdılmış, 10 minlərlə azərbaycanlı əhali
məhv edilmişdi. C.22- 195.
632.
İrəvan, Rəvan, Erivan, Yerevan - orta əsrlərdə və
yeni dövrdə (1918-ci ilin mayın 29-dək İrəvan) Azərbaycan
şəhəri. XVI əsrin əvvəllərində Zəngi çayı sahilində dağlarla
əhatə olunmuş düzənlikdə salınmışdır. İrəvan şəhəri dəfələrlə
Səfəvi və Osmanlı qoşununun hücumlarına məruz qalmış, gah
bu, gah da o biri dövlətin tərkibinə qatılmışdı. İkinci Rusiya-
İran müharibəsi (1826-1828) dövründə, Türkmənçay müqavilə-
sinə (1828) əsasən, Rusiyaya birləşdirildi. XIX əsrin 20-30-cu
illərində İran və Türkiyədən köçürülmüş çoxlu erməni İrəvanda
yerləşdirilmişdi. 1918-ci ilin mayında Daşnaksutyun partiyası
liderlərinin başçılığı ilə Ermənistan Respublikası yarandı.
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriy-
yəti hökuməti mayın 29-da keçirdiyi iclasında İrəvan şəhərini
“paytaxtı” olmayan Ermənistan Respublikasına güzəştə getdi.
C.14- 76; C.15- 329; C.18- 375; C.19- 144, 148, 152; C.22-
198, 286; C.25- 99, 130; C.26- 90.
633.
İrina Konstantinovna Arxipova (d.1925) - rus
müğənnisi. SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Bey-
nəlxalq Musiqi Xadimləri İttifaqının prezidenti. Dövlət və
Lenin mükafatları laureatı. C.13- 294; C.26- 109-110; C.27-
164, 167.
634.
İrşad Əliyev, İrşad Nadir oğlu Əliyev (d.1944) -
1992-1994-cü illərdə Respublika Qaçqınlar və Köçkünlərlə İş
üzrə Dövlət Komitəsinin sədri, 1994-cü ildən 2004-cü ilə qədər
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri olmuşdur.
Beyləqan rayonunun İcra başçısıdır. C.10- 381, 388, 405;
C.18- 181; C.22- 304, 306.
635.
İsa, İusus Xristos - xristianlığın əfsanəvi banisi.
Xristianlığın təliminə görə İsa “allah insandır” və “allah oğlu-
Dostları ilə paylaş: |