Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə42/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 165
 
Məşədi Əbdüləli Mustafa oğlu 
(1850-1920) 
 
Məşədi Əbdüləli (O, «ANS» şirkətlər qrupunun rəhbə-
ri Vahid  və onun qardaşı, Milli Qəhrəman Çingizin atası 
Fuadın babasıdır).  Şamaxıda sayılıb-seçilən ziyalılardan  idi. 
Özü də Mahmud Ağanın yaxın dostu, şeir və muğam pərəstiş-
karı olmuşdur. Əbdüləli bütün övladlarına təhsil vermişdir. Oğ-
lu  şair-yazıçı  Əlməmməd Mustafayev ADU-nun şərqşünaslıq 
fakültəsini bitirmişdir. Məşədi  Əbdüləli 1920-ci ildə  vəfat et-
mişdir.  
 
 
Hacı Rüstəm bəy Soltan bəy oğlu 
(1828-1896) 
 
Hacı Rüstəm bəy 1828-ci ildə  Şamaxının “Pirani-Şir-
van” məhəlləsində doğulmuşdur. O, mollaxana və mədrəsədə 
təhsil alır. Atası Soltan bəy Şamaxıda böyük hörmət sahibi ol-
muşdur. Ona görə  də Hacı Rüstəm də  şəhərdə böyük nüfuza 
malik idi. O, həm də xeyirxahlığı ilə seçilər, yoxsullara, eh-
tiyacı olan ziyalılara  əl tutardı.  Şəhərə bir neçə bulaq çəkdir-
mişdi. Dəyirmanına dən gətirən yoxsullardan haqq alınmazdı. 
Ona görə Mahmud Ağa Rüstəm bəyin xətrini çox istəyir-
di. Həmişə  məclis quranda onu xüsusi dəvət edərdi. O, Seyid 
Əzimlə də dost idi. Amma belə xeyirxah insanın övladı olmur-
du. Ən nəhayət, böyük nəzir-niyazdan sonra bir övladı dünyaya 
gəlir. Bu şad xəbərə  ən çox sevinən Mahmud Ağa və Seyid 
Əzim Şirvani olur. Mahmud Ağa bu münasibətlə xüsusi məclis 
qurur. Məclis bir həftə davam edir. Ustad S.Ə.Şirvani isə ona 
xüsusi şeir ithaf edir: 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
166
Ey Rüstəmi-siminbəri sərvər, gözün aydın,  
Bəy gülşəni-dövlətə sənubər, gözün aydın. 
 
Yəni ki, xuda Hacıya cudu kərəmindən,  
Bəxş eylədi fərzəndi-mütəhhər, gözün aydın. 
 
Yüz şükür ki, məqbuli-ilahi oldu dualar,  
Məqsədü murad oldu müyəssər, gözün aydın. 
 
Versin Hacıya bir neçə övladı mükərrər,  
Qılsın səni hər ləhzə mükərrər, gözün aydın. 
 
O,  1896-cı ildə  vəfat etmiş,  «Laləzar»  qəbiristanlığında 
dəfn olunmuşdur. 
 
Hacı Ömər bəy 
(1840-1909) 
 
Ömər bəy Murtuza bəy oğlu  Şamaxının  “Pirani-Şir-
van”  məhəlləsində anadan olub. Mollaxana, mədrəsə  və rus 
məktəblərində təhsil alıb. Atası Şamaxının sayılıb-seçilən mül-
kədarlarından idi. Şeiri, musiqi sevən və Mahmud Ağa məclisi-
nə yaxın bəylərdən olub. O, ziyalılarla həmişə dostluq edən sə-
xavətli bir insan imiş. S.Ə.Şirvani şeirlərində dostunun səxavə-
tindən çox bəhs etmişdir. 
 
Təmənna eyləsən hər  şeyi  ki,  ol  dünyada  mümkündür.           
Təvəqqüfsüz olur hasil bu gün Hacı Ömər bəydən. 
Muradın olsa buğda tək etmə sinə, 
Təvəqqe eylərəm Hacı Ömər bəy kimi hər bəydən. 
 
Ömər bəy Mahmud Ağa ilə çox yaxın olmuşdur. Bəzən 
onun İran, Orta Asiya, Qarabağdan gələn qonaqlarını Ömər bəy 
ayrıca mehman da edərdi. Mahmud Ağanın vəfatından sonra 
onun ailəsinə himəyədarlıq edənlərdən olmuşdur. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 167
 
Möhsün bəy Hacı Cəlil bəy oğlu 
(1846-1922) 
 
Möhsün bəy 1846-ci ildə Şamaxının Sarıtorpaq məhəl-
ləsində doğulub. Mahmud Ağanın atası Əhməd Sultanın dostla-
rından idi. Təbii ki, Əhmədin başqa dostları kimi Hacı Cəlil də 
musiqiyə maraq göstərirdi. Özü də, oğlu da Şamaxının xeyriy-
yəçi bəylərindən olub. Möhsün bəy Mahmud Ağanın məclisinin 
daimi iştirakçılarından idi. S.Ə.Şirvaninin «Beytüs-Səfa» məc-
lisində iştirak etdiyi kimi, onun məktəbinin yaşamasına maddi 
yardım edərdi. S.Ə.Şirvani öz şeirində Möhsün bəyin xeyirxah-
lığından bəhs etmişdir. 
 
Bir kani-kərəm, kənfi-üməm, növgüli-iqbal, 
Möhsün bəyi-fərxəndəsiyəm, «damə cəlalə». 
 
Bir tazə cavandır ki, dəxi bəxti cavandır,  
Yatsin görüm ol Xızır təki dəhrdə calə. 
 
…Cəd şükür ki, Səyyid tutub ol daməni-pakın,  
Ümmidi budur kim, gələ lütfündə kamalə. 
 
Möhsün bəy 1922-ci ildə vəfat edib və Mahmud Ağa-
nın uyuduğu «Laləzar» qəbiristanlığında dəfn olunmuşdur.  
Onun nəvələri - Cəlil və Xəlil hazırda Bakı şəhərində ya-
şayırlar. 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
168
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şamaxı. Çuxanlı kəndi, Əbdül Alı  Mahmud 
oğlunun 1918-ci ildə ermənilər tərəfindən 
dağıdılmış evi 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 169
 
VII FƏSİL 
 
MAHMUD AĞAYA İTHAF OLUNMUŞ ŞEİRLƏR, 
BƏDİİ ƏSƏRLƏRDƏN PARÇALAR, XATİRƏ VƏ 
MƏQALƏLƏR 
 
S.Ə. ŞİRVANİ 
 
MAHMUD AĞAYA 
 
Ey edən Adəmi avareyi-cənnət, buğda!  
Ey verən həzrəti-Həvvayə cəlalət, buğda!  
Səni Adəm yedi cənnətdə, müsibət gördü,  
Çəkdi Həvvayi-bəladidə nədamət, buğda!  
Adəmi eylədi şeytan səninlə iğva,  
Gəldi Həvvayə səninlə dəxi töhmət, buğda!  
Baisi-mələnətü məsiyəti-Adəmsən,  
Kim ki, allansa səninlə, ona lənət, buğda!  
Yeməşəydi səni cənnətdə əgər kim,  
Adəm, qalacaqdır hamı firdovsi də rahət, buğda!  
Baği-fırdovsidə axır alacaqdır rahət,  
Səndən oldu bizə bu rəncu məşəqqət, buğda!  
Hansı xirməndəsən, ey daneyi-ənduhu bəla,  
Hansı məskəndəsən, ey mayeyi-möhnət, buğda!  
Bir tapaydım səni, daş ilə əzəydim başuvi,  
Eyləyəydim səni un kimi xəsarət, buğda!  
Bişireydim səni təndirdə, edəydim buryan,  
Doğru yeydim səni hər ləhzə, ey afət buğda!  
Nə üçün mülki-Şəmaxidə tapılmazsan sən?  
Ta edəydim sənə yüz günə uqubət buğda!  
Tapmışam mənzilüvü mən sənin, ey töxmi-cəfa,  
Bilməmişəm hardasan, ey daneyi-rəhmət buğda!  
Qaçmısan Mahmud Ağanın yenə anbarına sən,  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə