Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

 
49
sövq edir və onların araşdırılmasını, öyrənlməsini və  dəyişməyi 
nəzərdə tutmur. (islama görə kafir öldürülməli, cəhənnəmdə yanmalı,  
küfr isə analiz edilməməli, diskussiya edilməməli, rədd edilməidir, 
şəxsi günahlar və  səhvlər isə analiz edilib düzəldilmək  əvəzinə  
şeytanın üstünə atılır). Beləliklə, cəmiyyətdə insanlar və qruplar, 
habelə islam millətləri daim bir- birlərilə  münaqişəyə girir, 
icmaçılığa, konsensusa, anlaşmaya çalışmırlar.  Bu səbəbə görə, 
islam xalqarı və insanları bir -birilə  mübarizə edir və ayrı  yaşamağı 
üstün sayırlar;  xristian xalqları isə  hamını, düşməni də sev 
konsepsiyası ilə daha tez birləşir və əməkdaşlıq edir. 
10. Savadsızlığın artması, qızların təhsildən uzaqlaşdırılması. 
11. Məmur qərarının məhkəmə  və qanundan üstünlüyünün 
getdikcə artması, öz mənafeyini üstün güdməsi, bəzən ictimai 
mənafeyə zidd və onun qarşısının alınmasının mümkünsüz olması. 
Trendlərlə münasibət bu olmalıdır ki, zərərli trendlərin qarşısı 
lazımı tədbirlərlə alınmalı, faydalı trendlər gücləndirilməli, daha çox 
arzu edilən trendlərin bünövrəsi qoyulmalıdır. 
Ölkənin həyatına və ictimai proseslərə,  şübhəsiz, müxtəlif 
qiymətlər  mövcuddur. Məsələn, ölkə  rəhbəri, prezident İ  Əliyev 
xüsusilə dövlətin fəaliyyətini uğurlu, idarənin xarakterini isə  
məharətli   hesab edir. (bax www.President.az  ).  Lakin mən  bu 
mövqedə  nəyin pis olduğunu, hansı prinsipal problemlərin, prioritet 
məqsədlərin olduğunu və onların hansı yollarla həll ediləcəyini  və 
seçilən üsulların müdrikliyini və  məqsədəuyğunluğunu görə 
bilmirəm.  Belə ki, bu bölmədə  mənim məqsədim Azərbaycanı 
rasionallaşması üçün zəruri mülahizələri ortaya çıxarmaqdır. Bu 
danılmaz bir həqiqətdir ki, hər bir varlıq və çoxluqun, idarə və canlı 
sistemin rasional olmadığına görə rasionallaşmaya ehtiyacı vardır. 
Həyat məhz daim uzaqlaşan horizonta (kamilliyə) doğru 
rasionallaşma prosesidir. Rasionallaşma isə daha yaxşı olanı tapmaq 
məqsədinə doğru  səhvləri və problemləri, yanılmaları  tapmadan 
mümkün deyildir.  
 
Ictimai idarəetmədə müşahidə edilən xarakterik metodlar,  
məqsədlər, problemlər, yanılma və səhvlər.  
 
Idarədə iqtisadi balans qanunu əhəmiyyətli rol oynayır. Lakin hər 
bir an və dövr üçün  balans həmişə müxtəlif  nəticələri və məqsədləri 
özündə  əks etdirir. Hazırda mənim fikrimcə,  iqtisadi balansın 
məqsədi  qiymətləri yüksək olan bahalı ölkə yaradılmasına 


 
50 
yönəlmişdir.  Bu, a) kommunal  tariflərin və  enerji daşıyıcılarının 
qiymətlərinin və dövlət xidmət rüsumlarının qaldırılması və  b)azad 
idarə olunmayan bazarda qiymətlərin süni qaldırılması  nəticəsində  
ümumi qiymət artımı ilə maaşların qaldırılması  yarışı metodu ilə   
həyata keçirilir.  Nəticədə insan həyatı yaxşılaşmır.  Bu üsulla dövlət 
buraxdığı səhvlərin və nəticədə yaratdığı problemlərin zərərini  çox 
vaxt iqtisadi rəqəmlərin balansı naminə  adi xalqdan çıxarmağa cəhd 
edir.  Düşünürəm ki, balansı  təşkil edən hər bir rəqəmin yaranma 
köklərinə baxılsa və  aşkar edilən  əyriliklər düzəldilsə, onu süni 
surətdə bu ya digər mənbələr hesabına balanslaşdırmağa ehtiyac 
qalmaz. Nəticədə insan həyatı pisləşməyə doğru deyil, xeyli dərəcədə 
yaxşılaşmağa doğru yönəldilər.  Məsələn, qiymət artımının, 
inflyasiyanın böyük dərəcədə səbəbləri səhv idarədə və nəzarətdədir 
(gömrük, vergi əyrilikləri, nəzarətsiz bazar, nəzarət edilməyən 
monopoliyalar, kalkulyası göstərilməyən və düz hesablanmayan  
qimətlər) .   
Mənim müşahidələrimə görə ölkənin idarəsində  hədsiz səhvlər 
edilir. Lakin səhvlərdən dərs alınmır. Effektiv idarəetmə tələb edir ki, 
idarə edən öz qərarını  həm 1) idarə olunanın mənafeyi ilə 
razılaşdırsın, həm də 2) gələcək nəticələri nəzərə alsın və  ən ağıllı 
metodlarla qəbul etsin.    
İctimai etirazlara, mitinqlərə, tətillərə, nümayışlərə icazə verilmir 
və olduğu təqdirdə zorakı üsullarla-dubunka və  həbslərlə-qarşısı 
alınır.  Dövlət  cəmiyyətdən gələn azad fikir və  təklifləri nəzərə 
almamaqla, öz idarəsini daha yaxşı  səmərələşdirməkdən məhrum 
etmişdir. Səhvlər nəticəsində  ölkə  xarici mallar üçün  böyük 
mağazaya, xammal mənbəyinə çevrilmiş, elm, texnika yaradıcılığı 
tənəzzülə  uğramış, insanlar iki: varlı – kasıb qruplarına ayrılmışdır,  
insanlar  regionlarına, qohumluq, dostluq əlaqələrinə görə 
diskriminasiyaya məruz qoyulur, şikayətləri  əsasən vaxtında və 
effektiv baxılmır, rüşvətxorluq, insan ehtiyaclarına etinasızlıq artır, 
torpaqların azad edilməsi çətinləşmişdir.  Əgər inkişaf etmiş müasir 
Avropa ölkəsilə müqayisə etsək, orada  dövlət idarəsi tandem 
formasında , yəni iki qüvvənin: a ) dövlət və b) idarə olunanların, 
vətəndaş birlikləri, firmalar, həmkarlar- tətil və nümayişlər, 
diskussiyalarla qarşılıqlı  təsiri – toqquşması, obyektiv  düzgün 
qərarın tapılması  və razılaşmanın  əldə edilməsi üsulu ilə aparılır. 
Məsələn, Yunanıstanda, Almaniyada, demək olar ki, hamısında. 
Lakin Azərbaycanda idarə tandem formasında, yəni iki tərəfin 


 
51
qarşılıqlı  təsiri və razılaşması    ilə deyil, birtərəfli -zorakı üsulla 
aparılır.  
Budur, elmlə məşğul olan insanın elmi konfransa getməyə pulu 
yoxdur. Niyə? Səbəb budur ki, elmə dövlət qiymət vermir, xeyriyyə 
fondları yoxdur, dövlət fondu  da qrant  vermir. Bu fakt iqtisadi -
sosial siyasətin  arzuolunan  olmadığını  göstərir. Məsələn, 2008–ci 
ildə  İsveçdə keçiriləcək beynəlxalq elmi  öncəgörmə konfransa  
dəvətnamə aldım və  həmin ilin 13 Mayında H. Əliyev fonduna 
maddi kömək üçün müraciət etdim. Lakin yazılı cavab verməkdən 
imtina edərək, “belə işlərə qrant vermirik”- şifahi cavabını telefonla  
aldım. Burada, yazılı cavab verməkdən imtina etmək- özü qanunun 
pozulmasıdır və yardımın verilməməsi də fondun məqsədlərini icra 
etməmək və ayrı - seçkilik etmək deməkdir. Konfrans üçün 
hazırladığım məruzədə Azərbaycan həqiqətlərini-Ermənistanın 
qəsbini və BMT-nin qərarlarını  və  nəticəsiz olduğunu bildirir və 
dünya birliyini yeni, daha məsuliyyətli birlik yaratmağa və BMT-nin  
məsuliyyətlə öz borcunu yerinə yetirməyə cağırmışdım və yeni 
rasional cəmiyyət haqda, dünyanın gələcəyi haqda yeni fikirlər 
söyləmişdim. Yaratdığım kamil cəmiyyət haqdakı nəzəriyyə və onun 
praktiki layihəsi dünyanı yaxşılığa doğru sürətli dəyişdirəcək 
əhəmiyyətli bir kəşvdir və Nobel mükafatına təqdim olunmaq üçün 
yaxşı namizəddir. Eynilə  həmin fondun nizamnaməsində  də 
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və elmə  kömək etmək 
məqsədləri yazılmışdır. Belə  düşünürəm ki, əgər bir ölkə 
vətəndaşının konfransa getməyə pulu yoxdursa və ölkə neft pulları 
çox zaman səmərəsiz və ağılla izah olunmayan işlərə xərclənirsə və 
fond nizamnamə  məqsədlərini  öz kefi ilə icra edirsə, bu Azərbaycan 
xalqının bədbəxtliyidir. Bu fondun pul vəsaiti neftdən ayrılan xalq 
pullarıdır ki, parlamentin nəzarəti və razılığı olmadan xərclənir, 
əslində  əksinə olmalıdır. Bu pullar H. Əliyev adından xərclənə 
bilməz, bu onun şəxsi pulları deyil.  Daha məntiqi və  mənəviyyata 
uyğun bu olardı ki, bu  fond onun öz pulları hesabına   yaradılaydı və 
sərbəst, öz arzuları ilə  də idarə edərdilər. Xalqın dövlət  əlində olan  
pulları hesabına dövlət şəxslərin adına xeyriyyə fondu yarada bilməz, 
buna mənəvi haqqı yoxdur.  
Ölkədə böyük miqdarda infrastruktur qurğuları, binaları tikilir. 
Dövlət təbii olaraq əvvəl etmədiyini və ya az etdiyini indi edir. Nə 
qədər lazımlı - məktəblər, diaqnostika mərkəzi, xəstəxana, yol, körpü 
bəzən  prioritet olmayan tikintilər-fontanlar, olimpiya qurğuları, 
hündür qüllə bayraqlar, və s. tikilsə də  ölkədə bunlar insanları  səhv 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə