310
manlarının istisnasız olaraq kral və zadəgan
ailələrindən olan seçmə
insanlar arasından seçilməsi idi.
Maarifçilər və romantiklər klassist dramı islah edib onu burjua inqi-
labları dövrünün tələblərinə uyğunlaşdırdılar. Üçüncü silkdən olan qəhrə-
manların seçilməsi
meşşan dramının yaranması demək idi. Romantiklər
isə klassist dram ehkamlarını tənqid edib romantik dram nəzəriyyəsini
yaratdılar. Viktor Hüqo romantik dramın nəzəriyyəçisi
oldu və öz əsərləri ilə də
klassist normaları cəsarətlə pozaraq müasir realist dram üçün yol açdı.
XIX-XX əsrlərdə dram janrı bütün məlum ədəbi cərəyanların təsiri
ilə öz nümunələrini yaratmışdır. Ona görə ədəbiyyatşünaslıqda
naturalist,
simvolik, inqilabi, absurd, ekzistensialist və s. dram terminləri yaran-
mışdır. Marksistlər inqilabi dram nəzəriyyəsini romantiklərdən götürərək
B.Brext və rus marksist teatr xadimlərinin şəxsində yenidən işləmişlər.
Kommunist rejimləri bu dramı rəsmən himayə edirdilər
və sosialist
realizmi dramı adlandırırdılar. Lakin marksist teatr nəzəriyyəsi əslində
D.Didro, H.Lessinq kimi maarifçilərin dram və teatr nəzəriyyəsindən heç
nə ilə fərqlənmirdi. Maarifçi dram nəzəriyyəsi, onun sosial və pedaqoji
tərbiyə üçün əhəmiyyəti ideyaları əksər milli ədəbiyyatların maarifçilik
dövründə mənimsənilmişdir.
Müasir dramın ən nüfuzlu məktəbi isə A.Çexov yaradıcılığında
əksini tapmış dram ənənələrinə əsaslanır. Bu ənənələrdə əsas mövzu insan
və onun mənəvi həyatı,
daxili ziddiyyətləri, mühitlə münasibətlərinin
böhranı kimi motivlər təşkil edir. Bernard Şou bu ənənələri şərtilik
prinsipi ilə zənginləşdirmişdir. Müasir teatr və dram yaradıcılığında
dramatik fabulanın və hadisənin şərtilik prinsipləri get-gedə dərinləşir.
Müasir dram həmçinin kinoya məxsus effektlərdən də geniş istifadə
etməyə çalışır.
Azərbaycan ədəbiyyatında dram komediyadan sonra populyarlaş-
mışdır. XX əsrin əvvəllərində coşqun inkişaf tapan teatrda romantik dra-
mın təcrübəsindən
geniş istifadə edilmişdir, bir çox Avropa müəlliflərinin
əsərləri təbdil edilərək səhnələşdirilmişdir. Romantik dram ənənələri müa-
sir dramaturgiyanın şah əsərlərini yaratmış C.Cabbarlının yaradıcılığına
da qüvvətli təsir göstərmişdir. Hətta romantik elementlərin çoxluğuna görə
bir müddət C.Cabbarlı romantik dramaturq adlandırılmışdır. Lakin bu
yanlış bir fikirdir. Əslində həqiqi Azərbaycan dramının bir janr kimi əsil
yaradıcısı C.Cabbarlıdır.
Azərbaycan ədəbiyyatında C.Cabbarlı dramından
başqa romantik,
şərti və lirik dram məktəbləri mövcuddur.
Romantik dramın əsas
yaradıcısı Hüseyn Cavid idi. C.Məmmədquluzadənin “Ölülər”, H.Cavidin
“İblis”, “Peyğəmbər”, C.Cabbarlının “”Od gəlini” əsrlərin ilə bizim dra-
311
maturgiya ədəbiyyatımızda
şərti-fəlsəfi dram adlandırıla bilən bir janr da
təşəkkül tapmışdır. Sovet vaxtı bu janr inkişaf edə bilməsə də, sadalanan
əsərlərin yaradılması XX əsrin əvvəllərində bədii fikrimizin yüksək fəlsəfi
və sənətkarlıq səviyyəsini göstərən hadisələr idi.
Lirik dram janrı ədəbiyyatımızda İkinci
Dünya müharibəsindən
sonra konfliktsizlik nəzəriyyəsi içərisində yaranmış, Ə.Məmmədxanlı,
xüsusilə İ.Əfəndiyevin yaradıcılığında güclənərək ədəbi istiqamətə
çevrilmişdir.
312
VI FƏSİL
ƏDƏBİ ƏSƏRİN YARADILMASI VƏ ƏDƏBİ
PROSESƏ DAXİL OLMASI
6.1. Kitab, nitq və fərdi mətnyaratmanın
ayrılmazlığı
Müasir nitqin yazıdan və kitab dilindən törəmə olduğunu əsaslan-
dırmaq üçün mühüm bir məqama diqqət yetirmək lazımdır: bu insanın
mətnyaratma və danışma qabiliyyətinin kitab mədəniyyəti ortaya çıxan
dövrdəki vəziyyəti ilə ondan sonraki dövrün keyfiyyət cəhətdən tamam
fərqli iki mərhələ kimi fərqləndirilməsidir. Bu iki mərhələdə prinsipial
fərqlər var: kitab dilindən istifadəyə qədər insanların nitqi işarə əvəzliklə-
rindən və nida-xəbərlərdən ibarət idi. Nida-adlar meydana çıxandan sonra
güman ki, iki üzvlü əmr cümlələrindən istifadə olunmuşdur.
Bu mərhələdə
hələ işarə əvəzliyindən və nida-xəbərlərdən və nida-adlardan bəhs etmək
olar. Nida səsləri isə qovuşuq səs kompleksi idi, tərkibində nə heca, nə də
fonemlər fərqlənmirdi. Ona ibtidai insanın reaksiyası instinktiv xarakter
daşıyırdı, yəni nida dili söz dili kimi cəmiyyətə daxil olmaqla qazanılan
vərdiş deyildi.
Fonetik yazıya qədər bütün yazılar əsasən şeylərin və onların sa-
yının təsvirindən ibarət idi. Bu obrazlı yazı idi, təsviri yazı idi və şeyləri
onların görünüşünə və görünüşdəki əlamətlərə əsasən işarə etməyə
çalışırdı və ən çox mühasibat, əkinçilik və gəmiçilik təqvimləri ilə bağlı
ola bilərdi. Yazıda sözdən istifadə edilməməsi bu yazının,
təfəkkür
qabiliyyətinin təkamülü baxımından, əhəmiyyətini də azaldırdı.
Heca yazısı deyəndə bunu heç də müasir söz hecası kimi yox, nida-
sözlərin fonetik tərkib cəhətdən aydınlaşmış, fonetik sözə doğru təkamül
etmiş mərhələsini başa düşmək lazımdır. Həmin dövrdə heca iki-üç
qovuşuq səs idi və müasir fonem tərkibli hecadan çox uzaq idi, çünki
müasir fonemlərin özü hələ tam mənada yox idi, yəqin diftonq səviyyəsin-
də idi. Bu mənada, hətta qovuşuq səs parçaları olan nida-sözlərin səs
tərkibi baxımından aydınlaşması, qovuşuq səslərə, müasir diftonqların
ibtidai formasına keçməsi də nida sözlərin yazıya alınmasının və identik
səkildə tələffüzü təşəbbüslərinin təkamülü nəticəsidir. Bu təkamülün
sonlarında
heca-söz yazısı meydana gəlib, yəni
sözlərin bir qismi fonetik
yazı qaydasında yazılmağa başlayıb.