Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə119/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   115   116   117   118   119   120   121   122   ...   137

 
306
və taleyi haqqında bir janra çevirdi, onu əxlaqi və fəlsəfi ideyalarla zən-
ginləşdirdi. Onun “Hamlet”, “Romeo və Culyetta” kimi faciələri müasir 
faciənin klassik nümunələri sayılır. Məhz  Şekspir faciələrində bu janra 
məxsus dünyəvi mənada yeni təntənəli, yüksək üslub və dil formalaşdı. 
İntibah dövründən sonra faciənin əsas mövzusu qəhrəmanlıq, əxlaqi 
borc, ölümlə ucalmaq və  təsdiqlənmək motivləri olur. Böyük fransız 
tragikləri Kornel və Rassin fransız monarxiyalarının çiçəklənmə dövründə 
yaşayıb yaratdılar və faciəni rəsmi və saray janrlarından birinə çevirdilər. 
Onların qəhrəmanları ölümlə üz-üzə qalarkən şüurlu olaraq ölümü seçir və 
krala andlarını  və  sədaqətlərini təsdiqləyirlər. Faciədə belə ölüm əslində 
ölümsüzlük qazanmağın üsullarından biri hesab olunurdu. Maarifçilik döv-
rünün belə qəhrəmanları rasionalist qəhrəmanlar adlanırdı: onlarda sadiq şüur, 
qadına və krala şüurlu məhəbbətin gücü öz canlarından yüksək tutulur. 
Romantik faciədə monarxist və rasionalist qəhrəmanların krala sə-
daqəti millətə sədaqətlə və millətçilik hisslərinə çevrilir. Vətənpərvərlik və 
milli borca, xalqa, onun qəhrəmanlıq ruhuna sədaqət faciədə əsas yer tut-
mağa başlayır. Romantizm dövründə faciə qəhrəmanlarının sədaqəti milli 
təəssübkeşlik hisslərinə  əsaslanır: dar ağacı qarşısında göstərilən faciə 
qəhrəmanları ölümün şərəfsizlikdən  şərəfli olması barədə monoloq söyləyir 
və  şüurlu sürətdə dar ağacını seçirlər. Faciənin bütün tarixi mərhələlərində 
qəhrəmanla ondan qat-qat güclü olan düşmənlərin konflikti əsas yer tutur. 
Romantik faciədə bu konflikt daha emosional və tragik bir forma alır. 
Sosialist realizmi və marksist ədəbiyyatda yenidən klassist motivlər 
ön plana keçir: faciənin əsas motivi qəhrəmanların üstün saydıqları siyasi 
rejimə  sədaqətləri olur. Sosialist realizmində tragik qəhrəmanlar, ilk 
növbədə, öz əqidələrinin və  zəhmətkeş siniflərə  sədaqətlərinin qurbanı 
olurlar. Monarxist faciə  qəhrəmanlarından fərqli olaraq sosialist realiz-
mində əsas qəhrəmanlar aristokratlar deyil, bir qayda olaraq aşağı siniflə-
rin nümayəndələri idilər. Buna baxmayaraq marksist faciənəvislərdə  də 
faciə ədəbiyyatın ən rəsmi janrlarından biri olaraq qalır. Onun qəhrəmanı 
aşağı siniflərdən olsa belə, canını cəmiyyət və dövlətin maraqlarına görə 
şüurlu qurban verir. 
Ədəbiyyatda, həyatda, kino və teatrda faciəli vəziyyətlərin səbəb və 
nəticələri, mahiyyəti və insan əxlaqındakı rolu barədə faciəvilik nəzəriy-
yəsi yaranmışdır. Faciəvilik estetikada əsas anlayışlardan biri kimi hələ 
Aristotelin poetikasında öz şərhini tapmışdı. Antik dövrdə faciəvilik 
təsəvvürü gülüş və ağlama kimi insanın iki psixoloji halının qütblərindən 
biri idi. Müasir faciəvilik anlayışı isə ölümlə bağlıdır. Ölüm – bir nüsxədə 
təkrarsız olan insanın  əbədi heçliyə getməsindən doğan emosional hal 
yaradır. Faciəvilik də bu halın təhlilidir, ölümü dərk etmək, onunla üzbəüz 


 
307
qalmaqdan doğan əxlaqi hal və düşüncədir. Bəzi nəzəriyyəçilər faciəvili-
yin insanı  əxlaqca təkmilləşdirdiyini təsdiqlədiyi halda, digərləri onun 
faciələrin dərslərini tez unutmasını tipik sayırlar. 
Azərbaycan ədəbiyyatında faciə XIX əsrin ikinci yarısında maarifçi 
ədəbiyyatın janrlarından biri kimi yaranmışdır. Nəcəf bəy Vəzirovun 
qələminə  məxsus olan “Müsibəti-Fəxrəddin” faciəsində Avropa təhsilin-
dən qayıdan oxumuş cavanın qaranlıq feodal mühiti ilə mübarizəsi  əsas 
tragik motivdir. Sovetləşməyə  qədər Azərbaycan  ədəbiyyatında yaranan 
bütün faciələrdə maariflə qaranlıq feodal mühitinin toqquşması  əsas 
konflikt olmuşdur. 
Realist  ənənənin inkişaf etməsi ilə milli ədəbiyyatlarda faciə janrı 
ikinci plana keçir və öz yerini drama və komediyaya verir. 
 
b. Komediya 
Komediya  (yunanca: camaatı güldürən söyləmə) qədim Yunanıs-
tanda faciəyə paralel yaranmışdır: faciə ayinindən sonra Böyük Dionisi 
bayramında komediyalar icra edilirdi. Ağlama ilə müşayiət olunan faciə-
dən fərqli olaraq komediya yunan mifologiyasından alınan gülməli süjet-
lər üzərində qurulurdu. Nəzərə almaq lazımdır ki, yunan komediyasının 
kökləri fallas mərasimlərində icra edilən və  məhsuldarlıq bayramları ilə 
bağlı olan ayinlərdən gəlirdi. Ona görə ən qədim vaxtlardan bu mərasim-
lərdəki kobud zarafat və erotika elementlər bu janrda uzun zaman mühüm 
yer tutmuşdur. Hələ Yunanıstanda komediya daha çox aşağı  təbəqələrin 
iştirak etdiyi və onların başına gələn  əhvalatlar kimi qəbul edilirdi. Ona 
görə  ədəbiyyatın tarixində sonrakı  əsrlərdə  də komediya ən demokratik 
janrlardan biri olmuşdur. Bu səbəbdən bir sıra ölkələrdə xüsusilə orta 
əsrlərdə komediya xalq meydan mərasimlərinin bir şəkli kimi yaşayıb 
davam etmişdir. 
Qədim Yunanıstanda komediyanın banisi Aristofan hesab edilirdi. 
Onun əsas xidməti komediyanı müasir həyat hadisələri, siyasi məsələlərlə 
bağlaması və bu janrda insan mövzusunun artması idi. Antik komediyada 
parodiya elementi mühüm rol oynayırdı və bu cəhət sonrakı dövrlərdə də 
davam etmişdir. Xalq mərasimlərində komik aktyor yekəqarın və yekə 
oturacaqlı idi, təmsil etdiyi qəhrəmana uyğun maska geyir, dəridən fallas 
bağlayırdı. Komediyada əvvəlcə allahlar və  pəhləvanlar – Axilles, Odis-
sey və b. parodiya edilirdi. Dövrün siyasi və hərbi adamlarının tənqidi bu 
janrın sosial məzmununu artırdı. 
Komediyanın inkişafında onun parodik imkanları  və zamanın 
məşhur adamlarını lağa qoymaq imkanı mühüm rol oynamışdır. Bu 
imkanları sayəsində komediya həmişə populyar olmuş və zəngin bir tarixi 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə