Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə120/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   116   117   118   119   120   121   122   123   ...   137

 
308
inkişaf yolu keçmişdir. Müxtəlif xalqların mədəniyyətinə daxil olan 
komediya bu xalqdakı şən mərasim elementləri, küçə tamaşaları ənənələri 
ilə  zənginləşmişdir.  İntibah dövründən başlayaraq komediya yeniləşir və 
kobud yumor formalarından təmizlənir. Komediya bütün hallarda yüngül 
janr sayılır və klassist estetikadan bəri bu barədə təsəvvür mövcuddur.  
Müxtəlif  ədəbiyyatlarda komediyanın milli təcrübəsi və variantları 
ilə bağlı terminlər ortaya gəlmişdir. Vodevil və fars kimi terminlər kome-
diyanın yüngül və daha çox yumoristik formalarını nişan verir. Vodevil 
musiqili komediya tamaşaları üçün yazılan komediya mətnləridir: burada 
dialoqla yanaşı  şeir və  nəğmə  mətnləri də daxil edilir: oxumaq, rəqs, 
pantomima vodevil əsasında yaradılan teatr tamaşasında mühüm yer tutur. 
Azərbaycanda opera və musiqili komediya tamaşaları üçün yazılan kome-
diya mətnlərinə adətən libretto deyilir. Fars termini də vodevil kimi fran-
sız teatrından gəlmədir. Geniş  mənada fars –səyyar fransız xalq komedi-
yasının mətnlərinə işarə verən termindir. Farsda mülkiyyətçi burjua pulgirliyi 
və kral hakimiyyətinin himayə edilməsi ideyaları mühüm yer tuturdu. 
XVI  əsrdə  İtaliyada  maskalar teatrı yaranmış  və Avropada -- 
İngiltərə, Fransa, İspaniya və s. ölkələrdə teatr işinin populyarlaşmasına 
böyük təsir göstərmişdir. Bu İtaliya xalq teatrının intibah dövründə peşə-
karlaşmış bir şəkli idi. Məhz maska teatrında ifaçı, oxuyan, rəqqas və ak-
robat kimi çıxış edən aktyorlar peşəkarlaşdı və tamaşalardan yığılan pullar 
hesabına dolanan səyyar  teatr adamı oldu. Səyyar teatrlar iri yaşayış 
məntəqələrini gəzir və pullu tamaşalar göstərirdilər. Teatra məxsus rekvi-
zit əşyaları, geyimlər, maskalar, qrim bu teatrın ayrılmaz bir sahəsi oldu. 
Maska teatrının əsas qəhrəmanları xəsisliyi, maymaqlığı, boşboğazlığı, ac-
gözlüyü, qorxaqlığa, tənbəlliyi və s. tənqid edib lağa qoyan maskalar idi. 
 Maska teatrı klassist komediyaya böyük təsir göstərdi. Klassisiz-
min nəzəriyyəsinə uyğun olaraq bu maskalar maarifçi əxlaqi ideyalara 
çevrildilər. Maarifçilər xəsisliyi, cahilliyi, tərbiyəsizliyi, qorxaqlığı, 
qarınqulu olmağı insanların yeganə və anadangəlmə qüsurları kimi təsvir 
edirdilər. İnsan bircə qüsurun timsalına çevrilirdi. Əslində isə insanı bircə 
əxlaqi qüsurun timsalı kimi yekməna təsvir etmək onun xarakterini bəsit-
ləşdirmək idi. XX əsrdə ABŞ-da yaranan komiks janrı bir növ klassist və 
maarifçi komediyaya qayıdış idi: burada insan xarakteri müəyyən 
qüsurları daşıyır və bir-birinin ardınca yeni-yeni gülməli vəziyyətlərə 
düşür. Komiksin əsas hədəfi də bu vəziyyətlərin sayını artırmaq və əsəri 
gülməli epizodlar sırası kimi şərti  şəkildə uzatmaqdır. Buradakı  şərti 
gülməli qəhrəman başlıca olaraq yeni komik situasiyaların yaradılmasına 
xidmət edir və şərti maskaya çevrilir. 


 
309
Komediyanın janr tarixi zəngindir və dünyanın görkəmli nəzəriyyə-
çiləri tərəfindən geniş öyrənilmiş və elmi ənənə yaradılmışdır. Bu ənənədə 
komiklik nəzəriyyəsi mərkəzi yer tutur. Həyatda, ədəbiyyatda və sənətdə 
gülüşün mahiyyəti və  təzahürləri komiklik anlayışında ümumiləşdirilir. 
Gülüş insanda sevincin formasıdır. Gülüş adətən məqsəd və nəticə, forma 
və məzmun, hadisə və mahiyyət arasındakı uyğunsuzluqdan və ziddiyyət-
dən doğur. Gülüşün təzahür şəkilləri çox müxtəlif olduğundan ona birmə-
nalı tərif vermək də çətindir. Adətən insan müəyyən vəziyyətdə gözlədiyi 
ilə nəticə arasında ziddiyyət olanda gülümsəyir. 
Azərbaycanda müasir komediya janrı XIX əsrdə M.F.Axundov 
tərəfindən yaradılmışdır. Onun ənənələri sonrakı maarifçilər – N.B.Vəzi-
rov, C.Məmmədquluzadə, Y.Hacıbəyov,  Ə.Haqverdiyev və başqaları 
tərəfindən davam etdirilmişdir. Komediya sovetləşməyə  qədər maarifçi 
ədəbiyyatın və teatrın əsas janrlarından biri olmuşdur. 
 
c. Dram 
Dram  (yunanca:  əhvalat, hadisə)  faciə ilə komediyanın arasında 
olan bir janr idi. Belə əsərlər də faciə kimi Böyük Dionis mərasimlərində 
göstərilmək üçün yaradılırdı. Lakin dramlarda mifologiyadan əsasən insan 
qəhrəmanların aparıcı olduğu  əxlaqi məzmunlu, ibrətamiz süjetlər 
seçilirdi. Burada da müəllifin mifyaratma hüququ hələ yox idi: o mütləq 
məlum mifoloji ənənədən seçməli idi və onun qabiliyyəti bu seçmə  və 
süjeti canlandırmaq üçün hazırlanan dialoq və lirik parçaların keyfiyyə-
tində idi. Lakin dram janr kimi antik dövrdə faciə  və komediya qədər 
populyar olmamışdır. 
Xristian kilsəsi dramı öz məqsədlərinə uyğunlaşdıraraq  misteriya 
(yunanca: ibadət, mərasim) janrını yaratmışdır. Bu janr forması Bibliya və 
İncil süjetlərindən istifadə etməklə dini-təbliği mətnlər yaradırdı  və 
onların  əsasında yaradılan tamaşalar qərbi Avropa ölkələrinin  əksəriyyə-
tində qoyulurdu. İntibah dövründə dram janrı  təzələnir, dini məzmundan 
çıxaraq insan ehtiraslarını  və taleyini əks etdirən bir formaya çevrilir. 
İntibah dramının  ən görkəmli nümayəndələri  İngiltərədə yetişmişdir və 
V.Şekspirin şəxsində bütün digər ədəbiyyatlara keçmişdir. 
Avropada mili monarxiyaların möhkəmlənməsi saraylarda teatr ta-
maşalarının göstərilməsi  ənənəsini maariflilik simvoluna çevirmişdi. Sa-
raylarda çiçəklənən teatr və dram təcrübəsi öz kanonlarını yaratmışdı. 
Bualonun “Poetika sənəti” kitabı saray dramnəvisliyinin normalarını gös-
tərən bir əsər kimi ortaya çıxdı. Zaman, məkan və hərəkət vəhdətini əsas 
ehkam kimi qəbul edən  klassist dram  qərbi Avropa ədəbiyyatları 
tarixində bir mərhələ oldu. Onun əsas tələblərindən biri də dram qəhrə-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə