103
etməlidir. Əgər gecə yarısına qədər dörd rükət namaz qıla biləcək qədər vaxtı
vardırsa, şam və xiftən namazını tərtiblə qılmalıdır. Əgər üç rükət namaz qıla
biləcək qədər vaxtı vardırsa, əvvəlcə xiftən namazını, sonra da əda və qəza
niyyəti etmədən şam namazını qılmalıdır. Amma xiftən namazını qıldıqdan
sonra gecə yarısına bir rükət qıla biləcək qədər və ya daha çox vaxt qaldığı
məlum olarsa, dərhal şam namazını əda niyyəti ilə qılmalıdır.
Məsələ 734: Namazı vaxtın əvvəlində qılmaq müstəhəbdir və bu haqda
çox tövsiyə edilmişdir. Namaz vaxtın əvvəlinə nə qədər yaxın qılınsa, o
qədər yaxşıdır; bu şərtlə ki, onu təxirə salmaq başqa bir cəhətdən daha yaxşı
olsun. Məsələn, fəzilət vaxtının keçməməsi şərti ilə namazı camaatla qılmaq
üçün bir az gözləmək kimi bir səbəb üzündən gecikdirsin.
Məsələ 735: Əgər insanın bir üzrü olub vaxtın əvvəlində namaz qılmaq
istədiyi təqdirdə təyəmmümlə namazı qılmağa məcburdursa, üzrün vaxtın
sonuna qədər qalacağına ehtimal verərsə və ya onun aradan qaldırılmasından
ümidini üzərsə, vaxtın əvvəlində təyəmmüm edib namaz qıla bilər. Amma
üzrünün aradan qalxmasından ümidini üzməmişsə, üzrü aradan gedənə qədər
və ya ümidini üzənə qədər gözləməlidir. Əgər üzrü aradan qalxmasa, vaxtın
sonunda namaz qılmalıdır. Namazın yalnız vacib əməllərini icra edə biləcək
qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın müstəhəb
əməllərini yerinə yetirə biləcək qədər vaxtı varsa, təyəmmüm edib namazını
müstəhəb əməlləri ilə birgə qıla bilər. Lakin təyəmmümdən başqa digər üzr-
lərdə üzrünün aradan qalxmasından ümidini üzməsə belə, namazı vaxtın əv-
vəlində qılması caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan
qalxsa, həmin namazı yenidən qılmalıdır.
Məsələ 736: Namaz hökmlərini bilməyən yaxud onları öyrənmədən na-
mazı düzgün şəkildə icra edə bilməyən və yaxud namazdakı şəkk və səhvlər-
lə bağlı hökmləri bilməyən şəxs namaz qıldığı vaxt bunlardan biri ilə qarşıla-
şacağına və hökmü öyrənmədiyi üzündən vacib bir hökmü tərk edəcəyinə və
ya haram işə qurşanacağına ehtimal verərsə, onları öyrənmək üçün namazı
vaxtın əvvəlindən təxirə salmalıdır. Amma namazı düzgün şəkildə yerinə ye-
tirmək ümidilə namaza vaxtın əvvəlində başlayarsa, bu halda hökmünü bil-
mədiyi bir məsələ ilə qarşılaşmazsa, namazı düzgündür. Əgər hökmünü bil-
mədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olma ümidi ilə ehtimal verdiyi iki
tərəfdən birinə əməl edərək namazını tamamlaya bilər; amma namazdan son-
ra məsələni soruşmalı, əgər batil imişsə, yenidən qılmalı, əgər düzgün imiş-
sə, yenidən qılması lazım deyil.
Məsələ 737: Namaz vaxtının geniş olduğu bir vaxtda borc sahibi öz bor-
cunu (namaz qılan şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, öncə öz
borcunu verməli, sonra namaz qılmalıdır. Həmçinin dərhal yerinə yetirməli
olan ayrı bir vacib əməllə qarşılaşarsa, məsələn, məscidin nəcis olduğunu
görərsə, öncə məscidi pak etməli və sonra namaz qılmalıdır. Hər iki təqdirdə
də, əgər öncə namaz qılarsa, günah etmiş olsa belə, namazı düzgündür.
104
Tərtiblə qılınan namazlar
Məsələ 738: İnsan əsr namazını zöhr namazından sonra və xiftən namazı-
nı şam namazından sonra qılmalıdır. Əgər bilərəkdən əsr namazını zöhr
namazından və yaxud xiftən namazını şam namazından əvvəl qılarsa, namazı
batildir.
Məsələ 739: Əgər bir şəxs zöhr namazı niyyəti
ilə namaza başlasa və na-
maz əsnasında zöhr namazını qıldığını anlasa, niyyətini əsr namazına çevirə
bilməz. Əksinə, namazı pozub əsr namazını qılmalıdır. Şam və xiftən namaz-
larında da hökm eynidir.
Məsələ 740: Əgər bir şəxs əsr namazında ikən zöhr namazını qılmadığı-
nı yəqin etsə və niyyətini zöhr namazına çevirdikdən sonra zöhr namazını
qıldığını xatırlayarsa, niyyəti əsr namazına çevirib namazı tamamlaya bilər
və əgər namazın bəzi qisimlərini zöhr niyyəti ilə yerinə yetirməyibsə yaxud
əgər yerinə yetiribsə də, onları əsr namazı niyyəti ilə yerinə yetiribsə, namazı
tamamlaya bilər. Amma həmin qisim (zöhr niyyəti ilə yerinə yetirdiyi qisim)
rükətdirsə, hər halda namazı batildir. Həmçinin rüku və yaxud bir rükətin iki
səcdədirsə, vacib ehtiyata əsasən, namazı batildir.
Məsələ 741: Əsr namazında ikən zöhr namazını qılıb-qılmadığına şəkk
edərsə, həmin namazı əsr niyyəti ilə tamamlamalı, sonra zöhr namazını qıl-
malıdır. Amma vaxt çox olsa və namazın tamamlanmasından sonra günəş
batacaqsa və bir rükət namaz qıla biləcək miqdarda belə vaxt qalmazsa, zöhr
namazını qəza etməsi lazım deyildir.
Məsələ 742: Xiftən namazında ikən şam namazını qılıb-qılmadığına
şəkk edərsə, xiftən niyyəti ilə namazı tamamlamalı, sonra da şam namazını
qılmalıdır. Amma vaxtın az olduğu üçün namazın tamamlanmasından sonra
gecə yarısı olacaqsa və bir rükət namaz qılacaq miqdarda belə vaxt qalmaz-
sa, şam namazını qəza etməsi lazım deyildir.
Məsələ 743: Əgər xiftən namazında dördüncü rükətin rukusuna çatdıqdan
sonra şam namazını qılıb-qılmadığına şəkk edərsə, namazını tamamlamalıdır.
Əgər sonradan şam namazı üçün vaxt qalsa, şam namazını da qılmalıdır.
Məsələ 744: Əgər insan qıldığı namazı ehtiyat üzündən ikinci dəfə qılsa
və namaz əsnasında yadına düşsə ki, qıldığı namazdan əvvəl qılmalı olduğu
namazı qılmamışdır, niyyətini həmin namaza çevirə bilməz. Məsələn, əgər
əsr namazını ehtiyat üzündən qıldığı vaxt zöhr namazını qılmadığı yadına
düşsə, niyyətini zöhr namazına çevirə bilməz.
Məsələ 745: Niyyəti qəza namazından əda namazına və müstəhəb nama-
zından vacib namaza çevirmək olmaz.
Məsələ 746: Əgər əda namazının vaxtı geniş olsa, insan namaz əsnasın-
da onun boynunda qəza namazı olduğu yadına düşərsə, niyyəti qəza namazı-
na çevirə bilər. Amma niyyəti qəza namazına çevirməsi mümkün olmalıdır.
Məsələn, zöhr namazını qılarkən üçüncü rükətin rukusuna çatmamışdırsa,
niyyəti sübh namazının qəzasına çevirə bilər.