140
olan bir şeyin üzərinə çəkməli və vacib zikri deməlidir. Əgər alnını çəkməsi
mümkün deyilsə, bu halda vacib zikri deyərək namazını tamamlaya bilər.
Namazı yenidən qılması da lazım deyildir.
Məsələ 1040: Alın ilə üzərinə səcdə edilməsi düzgün olan əşyanın ara-
sında başqa bir şey fasilə olmamalıdır. Demək, əgər möhür, alnı möhürün
özünə dəyməyəcək qədər çirkli olsa, səcdə batildir, amma möhürün rəngi
dəyişsə, eybi yoxdur.
Məsələ 1041: Səcdədə əllərin içi yerə qoyulmalıdır. Vacib ehtiyata əsa-
sən, mümkün olan təqdirdə, əlin içi tamamilə yerə qoysun. Amma çarəsizlik
üzündən əllərin arxasının yerə qoyulmasının eybi yoxdur. Əgər əlin arxasını
da yerə qoymaq mümkün olmasa, vacib ehtiyata əsasən, əlin biləyini yerə
qoymalıdır. Onu da bacarmasa, imkan daxilində dirsəyə qədər hər hansı bir
yeri, o da mümkün deyilsə, qolu yerə qoymaq kifayətdir.
Məsələ 1042: Səcdədə ayaqların iki baş barmaqları yerə qoyulmalıdır,
amma iki barmağın başını yerə qoymaq lazım deyildir. Hətta onların altını və
ya üstünü yerə qoymaq kifayət edər. Əgər baş barmaqları yox, baş barmaqla-
rı yaxud ayağın üstünü yerə qoysa ya dırnağı uzun olduğundan baş barmağı
yerə çatmasa, namaz batildir. Təqsirli olduğu və yaxud məsələni bilmədiyi
üçün namazlarını bu cür qılan şəxs namazlarını ikinci dəfə qılmalıdır.
Məsələ 1043: Ayağının baş barmağından bir qədəri kəsilən şəxs onun
qalanını yerə qoymalıdır və əgər ondan bir şey qalmamışdırsa və yaxud qal-
mış olsa da, qalan hissə çox qısadırsa və onu heç cür yerin üstünə və ya baş-
qa bir əşyanın üstünə qoymaq mümkün deyilsə, vacib ehtiyata əsasən, qalan
barmaqları yerə qoymalıdır. Lakin heç bir barmağı yoxdursa, ayağından qa-
lan miqdarı yerə qoymalıdır.
Məsələ 1044: Əgər adi qaydadan kənar səcdə etsə, məsələn, sinə və qar-
nını yerə yapışdırsa yaxud ayaqlarını bir qədər uzatsa, bu halda ona “səcdə
edir” – desələr, namazı düzgündür. Amma “uzanıb və düzgün səcdə etmir” –
desələr və ona səcdə aid edilməsə, onun namazı batildir.
Məsələ 1046: Möhür və yaxud səcdə edilən başqa əşyaların səcdə olu-
nan miqdarı pak olmalıdır. Amma məsələn, möhürü nəcis xalçanın üzərinə
qoysa yaxud möhürün bir tərəfi nəcis olsa və alnını onun pak tərəfinə qoysa
yaxud möhürün üstünün bir hissəsi pak, bir hissəsi isə nəcis olsa və alnı
nəcis etməsə, eybi yoxdur.
Məsələ 1047: Əgər alnında çiban, yara və buna oxşar şeylər olsa, alnını
sıxmadan yerə qoya bilməsə, bu halda məsələn, çiban alnının bütün yerini əhatə
etməsə, alnın sağlam yeri ilə səcdə etməlidir. Əgər alnın sağlam yeri ilə səcdə
etmək üçün yeri qazıb çibanı çalaya qoyaraq, alnının sağlam tərəfindən səcdəyə
yetəcək qədərini yerə qoymaq lazım gələrsə, bunu görməlidir. (Alın dedikdə,
nəzərdə tutulan hissə “səcdə” fəslinin əvvəlində qeyd olundu.)
Məsələ 1048: Əgər çiban və ya yara alnı – qeyd olunan mənada – tamamilə
bürüsə, vacib ehtiyata əsasən, alnın qalan yeri olan iki tərəfini yaxud onun bir
141
tərəfini bacardığı hər yolla qoymalıdır. Əgər bunu da yerinə yetirə bilməsə,
üzünün bəzi yerləri ilə səcdə etməlidir. Vacib ehtiyata əsasən, əgər bacarırsa,
çənəsi ilə səcdə etsin, əgər bacarmırsa, alnın iki tərəfinin biri ilə səcdə etsin və
əgər üzü ilə səcdə etmək heç cür mümkün deyilsə, səcdə üçün işarə etməlidir.
Məsələ 1049: Bir şəxs otura bilirsə, amma alnını yerə çatdıra bilmirsə,
camaat arasında səcdə adlana biləcək qədər əyilməli və möhür yaxud səcdə
edilməsi düzgün olan başqa bir şeyi hündür şeyin üzərinə qoyaraq alnını
onun üstünə qoymalıdır. Amma imkan daxilində əllərin içi, dizlər və ayağın
barmaqlarını adi qaydada yerə qoymalıdır.
Məsələ 1050: Əgər qeyd olunan halda, möhürü və yaxud səcdə edilməsi
düzgün olan başqa bir şeyi, üzərinə qoymaq üçün hündür bir şey tapılmasa
və onun səcdə etməsi üçün möhürü hündürdə tutan bir şəxs də tapılmasa,
möhürü qaldırıb onun üzərinə səcdə etməlidir.
Məsələ 1051: Heç
cür səcdə edə bilməyən şəxs, əgər səcdə üçün əyilərsə
və bu miqdara da səcdə deyilməsə, o, səcdə üçün başı ilə işarə etməlidir.
Əgər bacarmasa, gözləri ilə işarə etməli, bunu da bacarmasa, qəlbində səcdə
niyyəti etməlidir və vacib ehtiyata əsasən, əl və bu kimi üzvlərlə səcdə üçün
işarə etməli və vacib zikri deməlidir.
Məsələ 1052: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa, müm-
kün olduğu təqdirdə, ikinci dəfə alnı səcdəyə çatmağa qoymasın və bu bir
səcdə hesab olunur; istər səcdənin zikrini demiş olsun, istərsə də deməmiş
olsun. Əgər başı saxlaya bilməsə və ixtiyarsız olaraq ikinci dəfə səcdə yerinə
çatsa, o da bir səcdə hesab olunur. Amma zikri deməmiş olsa, müstəhəb ehti-
yata əsasən, onu “mütləq qürbət” niyyəti ilə desin və “tərkib hissəsi” niyyəti
olmasın.
Məsələ 1053: İnsan “təqiyyə” lazım olan yerdə xalça və bu kimi əşyala-
rın üzərinə səcdə edə bilər. Namaz üçün başqa yerə getmək və yaxud “təqiy-
yə”nin səbəbi aradan gedəndən sonra həmin yerdə namaz qılmaq üçün nama-
zı təxirə salmaq lazım deyildir. Amma həmin yerdə həsirə yaxud üzərinə
səcdə düzgün olan başqa bir şeyə təqiyyəyə zidd olmayan şəkildə səcdə edə
bilsə, xalça və bu kimi əşyaların üzərinə səcdə etməməlidir.
Məsələ 1054: İçi dolu döşək və bu kimi əşyaların üzərinə səcdə etmək
bədən onun üzərində aram (hərəkətsiz) olmadığı surətdə batildir.
Məsələ 1055: Əgər insan əlacsız qalıb palçıq yerdə namaz qılsa və bədə-
ni və yaxud paltarının palçığa bulaşması ona əziyyət deyilsə, səcdə və təşəh-
hüdü adi qaydada yerinə yetirməlidir. Əgər bunu etmək onun üçün əziyyətli-
dirsə, ayaq üstə başı ilə səcdəyə işarə etməli, təşəhhüdü də ayaq üstə oxuma-
lıdır və namazı düzgündür.
Məsələ 1056: Namaz qılan birinci rükətdə eləcə də zöhr, əsr və xiftən
namazlarının üçüncü rükətləri kimi təşəhhüdü olmayan üçüncü rükətdə
vacib ehtiyata əsasən, ikinci səcdədən sonra azacıq hərəkətsiz oturub, sonra
qalxsın.