Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   2   3   4   5   6   7   8   9   ...   31

15) pullu duracaqlarda, qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydasını müəyyən etmək; 

16) yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək; 

17) yol hərəkət təhlükəsizliyini təmin etmək və ya hərəkət şəraitini yaxşılaşdırmaq məqsədilə, yollarda təmir-tikinti 

işləri aparılarkən, zəruri olduqda, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ümumi 

istifadədə olan nəqliyyatın müntəzəm hərəkəti marşrutlarının açılması qaydasını müəyyən etmək və onun həyata 

keçirilməsini təşkil etmək; 

18) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, dövri texniki baxışları həyata keçirmək, konstruksiyası 

və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat 

sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; 

19) nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban 

hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət 

etmək; 


20) Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi, ətraf mühitin 

mühafizəsi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair 

müvafiq rəylər vermək, onların sınaqlarında iştirak etmək, bu tələblərə cavab verməyən nümunələrin (məmulatın) 

istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar vermək

21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, 

girov müqaviləsinin qeydiyyata alınması barədə şəhadətnaməni, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və 

dövlət qeydiyyat nişanlarını vermək; 

22) yollarda nəqliyyatın və piyadaların təhlükəsiz, səmərəli və rahat hərəkətini təşkil etmək, Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müqavilələr əsasında nəqliyyat vasitələrinin 

müşayiətini təşkil etmək; 

23) yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirmək məqsədilə stasionar postların siyahısını və dislokasiyasını 

müəyyənləşdirmək və təşkil etmək, bu postları texniki vasitələrlə, habelə binalarla, nəqliyyat və rabitə vasitələri ilə, 

yol-nəqliyyat hadisələrində zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün tibbi ləvazimatla və dava-dərmanla 

təmin etmək, insanın adi həyati ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitlə təmin etmək; 

24) yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və 

texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-

xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və 

cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların 

(sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat 

nişanlarının və tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək; 

25) hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, yol-nəqliyyat 

hadisələri ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət işləri üzrə 

təhqiqatın aparılmasını və inzibati işlər üzrə icraatın həyata keçirməsini təşkil etmək; 

26) zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasını və sahibsiz qalmış əmlakın 

mühafizəsini, habelə qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb 

gizlənmiş yol hərəkəti iştirakçılarının axtarılmasını təşkil və təmin etmək

27) yol-nəqliyyat hadisələrinin, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş vətəndaşların, yol 

hərəkəti qaydaları pozuntularının, bununla əlaqədar görülmüş tədbirlərin uçotunu aparmaq; 

28) hərəkət üçün ayrılmış yollara nəzarət etmək, hərəkət sürətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək, 

orada müvafiq yol nişanları qurmaq, habelə təhlükəli yüklərin daşınmasını və nəqliyyat dəstələrinin şəhərlərdən və 

digər yaşayış məntəqələrindən keçməsini təşkil və təmin etmək; 

29) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 



Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri 

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır: 

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının 

tələblərinə riayət etmək; 

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq; 

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və 

istirahət rejiminə əməl olunmasına nəzarət etmək; 

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədə olan qaydalar, normativlər və 

standartlar əsasında xüsusi qaydalar qəbul etmək; 

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə 

hallarda istismarı məsələlərini həll etmək; 

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi 

qadağandır. 

Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri 

I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır: 

1) müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək, müvafiq icra 

hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq; 

2) avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq; 

3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında məlumat 

almaq; 


4) yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pulsuz 

tibbi yardım və digər təcili kömək almaq; 

5) yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı 

səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə 

müvafiq qaydada tələb etmək; 

6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin 

hərəkətlərindən məhkəməyə şikayət etmək; 

7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək. 

II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol 

hərəkəti qaydalarına əməl etmək; 

2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək; 

3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək; 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə