13
Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki,
respublikamızın əhalisinin 90%-ni təşkil edən azərbaycanlılardan
başqa, bu etnosun
tərkibində əsrlərdən bəri müxtəlif azsaylı xalqlar
və etnik qruplar iştirak etmişlər. Azərbaycanın cografi ərazisinə
məxsus (azərbaycanlılar, tatarlar, mesxeti türkləri), həmçinin hind-
avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləz-
gilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar),
slavyan (ruslar molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri
vardır.
Talışlar-Azərbaycanın azsaylı xalqlarından biridirlər.Bu xal-
qın dili İran qrupunun qərb qolunda yerləşən hindavropa dil ailə-
sinə aid olunur.Tarixi və coğrafi ədəbiyyatda Azərbaycanın cənub-
şərq rayonlarına daxil olan Lənkaran ovluğu və Talış sıra dağları
talış epitetı ilə adlandırılıb. Tarixi-mədəni faktorlara əsaslanaraq
etnoqraflar bu regionu
etnoqrafik Talış məkanı kimi qeyd edirlər.
Bu məkanda hələ qədim zamanlardan bəri talışlar və azərbaycanlılar
məskunlaşmışdır. Talış etnoqrafik məkanına beş inzibati rayon
daxildir: Astara, Lənkaran, Masallı, Lerik, Yardımlı. Bu rayonlarda
başqa millətlərlə yanaşı talışlar da yaşayırlar. Lerik rayonunun qərb,
Yardımlı və Masallı rayonun şimal-şərq hissəsində isə əsasən
azərbaycanlılar yaşayırlar.
[121]
Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı «Lənkəran»
adlı tarixi-etnoqrafik iqtisadi-sosioloji məsələləri özündə birləşdirən
əsərində, talışların mənşəyi haqqında belə qeyd edir:
«…Bu xalqın dili, ən qədim dövrlərdən cografi ərazisi, dağları
və meşələri də talış epiteti ilə adlanır.» [28.s.460].
Talış zonasında aparılan arxeoloji qazıntılar, bu vilayətdə
yaşayan insanların qədimdən torpağa bağlılığından xəbər verir. 60-
70-ci illərdə Talış zonasında azərbaycan arxeoloqu F.Mahmudov
tərəfindən aparılan qazıntılar nəticəsində bir neçə eneolit,son bürünc
və ilk dəmir dövrünə aid olan tapıntılar aşkarlanmışdır. Bu arxeoloji
qazıntılar metalın hələ qədim zamanlarda emaletmə sirrinin aşkar-
lanmasından xəbər verir. Bütün bu faktlara əsaslanaraq deyə bilərik
ki, e.ə.II minilliyin axırı – I min.illiyin əvvəli Talış-Muğan zonası
14
Zaqavqaziyanın ən böyük metalemaletmə mərkəzlərindən biri olub.
Bu zonanın iqtisadi-sosial inkişafı və coğrafi mövqeyi Zaqavqazi-
yanın başqa regionları ilə, Ön Asiya və Şimali Qafkaz tayfaları ilə
mədəni və geniş iqtisadi bağlantılara imkan yaradırdı. [121]
Talışların musiqi mədəniyyətindən danışarkən ilk növbədə
mənsub oldugu xalqın tarixinə nəzər salmaq lazımdır. Dünya musi-
qi mədəniyyətinin inkişafında Şumer, Midiya tayfalarının musiqi
ənənəsi çox böyük rol oynamışdır.
Midiya tayfalarının musiqi mədəniyyətinin kökü kosmoloji
miflərə, ənənəvi - ritual təcrübəyə, epik qəhrəmanlıq ənənələrinə və
dini təfəkkürlə bağlı olmuşdur. Cənub bölgəsində yaşayan talışların
Midiya dövlətinin ərazisində məskunlaşmasını nəzərə alsaq, bu fikri
həm də o dövr tayfalarından biri olan talışların musiqi mədəniyyə-
tinə də aid etmək olar.
Midiya musiqi ənənəsində vokal-instrumental yaradıcılığı ilə
sıx bağlı olan aşıq musiqi ənənəsi (qosan-ozan) də mövcud olmuş-
dur [115.s.200-204]. Vokal-instrumental musiqi kamanlı alətlərdən
istifadə olunması faktı N.Həkimov tərəfindən təsdiq edilib. Midiya
musiqi mədəniyyətinin inkişaf istiqamətlərinin araşdırılması onların
saray vokal və instrumental musiqisi, dini və ritual musiqi janrları,
məişət musiqi janrları, əkinçiliklə, heyvandarlıqla bağlı və b. folklor
musiqi janrları öz inkişafını tapmışdır.
Talış etnik qrupun musiqi mədəniyyəti ilə bağlı tarixi mənbə-
lərə nəzər saldıqdan sonra, diqqətimizi onların folklorunun bir qolu
olan «Halay» janrına yönəltmək istərdik.
Musiqişünas alim Səltənət Tağıyeva «Обрядовая культура и
музыкальный фольклор тюркских народов» adlı əsərində belə
qeyd edir: «Qədim dünya mədəni inkişafının bir neçə mərhələ
keçdiyini nəzərə alsaq, bu zaman onu ümumi planda aşağıdakı sxem
şəklində göstərə bilərik:
mif – ovsun mərasimi – ayin sinkretizmi – folklor.
Qədim zamanlarda insanlar təbiətin gücünə inanaraq və
özlərini onların bir hissəsi sayaraq, göyə, aya, günəşə, dağa, şimşək
və ildırıma və s. təbii hadisələrə sitayiş edirdilər». [114. s.76]
15
Təxminən e.ə. I minilliyin əvvələrində qədim Azərbaycanda
şamanizm ənənələri mövcud imiş. İbtidai qəbilə quruluşu dağıldığı
dövrlərdə animistik əqidəyə, ruhların ayininə xidmət edən adamlar
ortaya çıxır. Onlara şaman deyərmişlər. Şamanlar güya ruhlarla da-
nışa bilən, onlarla əlaqə saxlayan, onları öz iradələrinə tabe etməyi
bacaran adamlar imiş. Şamanlar keçirtdikləri ayinlərdə xeyrxah və
bədxah ruhların «qüdrətinə» arxalanırdılar. Bu haqda Nəsir Rzayev
«Əsrlərin səsi» adlı kitabında geniş məlumat verərək belə yazır:
«Animistik təsəvvürlərlə əlaqədar olan bir çox qədim rəqs,
mahnı, ayinlər şamanlar tərəfindən yaşadılmış və dövrümüzə qədər
gəlib çıxmışdır. Onlardan kollektiv şəkildə icra edilən rəqs mahnısı
«Halay» Azərbaycanın cənub rayonları üçün xarakterikdir. Bu rəq-
sin mənşəyini tunc dövrünün müqəddəs ocaq ətrafında icra edilən
ayin rəqsləri ilə bağlamaq lazımdır. Ona görə də bu rəqsin adı
«Halay» – dövrə mənasını daşıyır ». [50.s.42] Deməli, müəllifin
verdiyi məlumatlardan belə bir fikrə gəlmək olar ki, dövrə vuraraq
oxunan «Halay» rəqs mahnılarının mənşəyi tunc dövrünün Günəş
ayini mərasimləri ilə əlaqələndirilir.
«Halay» bir janr kimi ardıcıl şəkildə kollektiv oxunub rəqs
olunan, bir neçə rəqs mahnıları kompleksindən əmələ gəlmiş vokal-
xoreoqrafik formadır. Azərbaycanın Cənub bölgəsinə xas olan
«Halay» kütləvi rəqs mahnıları xorla oxunmuş və oxunmaqdadır.
[23] B. Hüseynlinin söylədiyi bu fikirlər bizim mülahizələrimizlə
üst-üstə düşür.
Həqiqətən belə bir fikrə gəlinir ki, «Halay» bir janr kimi kol-
lektiv ifası və sinkretikliyi ilə seçilir. Burada rəqs, söz və melodiya
bir-biri ilə qaynayıb – qarışmış olur. Bütün bu xüsusiyyətləri nəzərə
alaraq bu janrın genezisi və etimologiyası haqda apardığımız araş-
dırmalar zamanı bəzi alim və tədqiqatçıların fikirləri nəzər diq-
qətimizi cəlb etmişdir.
«Halay» sözünün işlənilməsi etimoloji baxımdan müxtəlif
mənalar vermişdir. Bu haqda tədqiqatçı A. Abduləliyevin «Ha-
lay»ın əmək folkloru kontekstində tədqiqinə dair» məqaləsində
yazdığı fikirlər bizdə maraq doğurmuşdur. O belə yazır: «…
Dostları ilə paylaş: |