_________________Milli Kitabxana
________________
23
İşğalçı ərəb işğala uğramış yəhudidən yaxşıydı. Bunu deməliyik — mahiyyətcə
işğala nifrət edib, işğala uğramışın tərəfində olsaq da.
***
Yəhudilik (sürçəklik) üfunətinə qarşı dərman, əlac — yəhudini qırmaq deyil,
onu yaxşı tanımaq, ona qarşı ayıq olmaq, onun əsaslandığı sifətləri sayğıya
yararsız saymaq, bunu ona qandırmaq, onu daim yerində oturtmaqdır.
***
Yəhudilik həm də onu ağıllı-başlı bir şey sayıb ona qarşı savaş açmaqdan
qidalanır — özünün tükənməz sürçəklik palitrasıyla...
***
İsa yəhudiləri insani dəyərlərdə ciddiliyə çağırdı. Yəhudi qursağı bunu
götürmədi — İsanı öz toplumundan çıxartdı.
***
İsa da yəhudilikdən tamam arına bilmədi, buna görə də Onun Vəcdi
Məhəmmədinkindən gücsüz oldu, sönük oldu — ağılca, mədəniyyətcə
Onunkundan üstün olsa da.
***
İsa “Çayı necə keçməli?” deyə ağıl eləyincə, Məhəmməd vurub çayı keçdi.
***
Təsadüfi deyil ki, Asif Ata “Yerdəkilərin Göy həsrəti”ni “İndiyə qədərki
Hürmüzdlərin ən yaxşısı” saydığı İsanı deyil, Məhəmmədi təsvir edən
ədəbiyyat üstə yazdı.
***
Atamız var olsun!
13 Xəzan 22-il.
GÖRƏN
(İçsəs)
Dünya, Həyat, İnsan mənim üçün qaranlıqdır. Nə getmişəmsə, divardan tuta-
tuta getmişəm; nə demişəmsə, fəhmlə, yayqarasına demişəm. Ona görə də
“Safruh sistemi” — yoxdur.
***
Dünya, Həyat, İnsan Asif Ata üçün işıqlıdır, aydındır. O, getdiyi yolu görüb
gedib, öz ayağıyla gedib; nə deyibsə, bilib deyib. Ona görə də “Asif Ata
sistemi” — var.
***
_________________Milli Kitabxana
________________
24
Asif Ata, daha doğrusu, İnam Ata kimdir? — Ümumdünya, Ümumbəşər
fəlsəfəsinin sonu, inkarı və başlanğıcı.
***
Asif Ata ilə söz güləşdirən, sən Kim ola bilməzsən, sən heç kimsən. Bu (yalnız)
mövqeyim deyil mənim; bu, Asif Ata anlamından çıxan sonucdur.
***
Asif Ata — türk ulusunun düşünən başı; onun İnam Ocağı — türk ulusunun
sevən ürəyi; Safruh — türk ulusunun gülən gözü.
***
Hər mövzuda sözün ən yaxşısını İnam Ata demişsə, Onun haqqında söz deyən
onu azaldacaq.
***
Keçmişdə peyğəmbərin gəlişi öncədən xəbər verilirdi. Bu mənə “Göydən düşən
üç alma” nağıl sonluğunu xatırladır. Mənsə Peyğəmbərin Gəlişini Peyğəmbərin
cismən ölümündən sonra müjdələyirəm — mən almanı özüm becərmək
istəyirəm.
***
Atatürk deyir: “Doğu uyqarlığından çıxıb, Batı uyqarlığına girməliyik”. Məncə,
Atatürk İnam Atanın Doğusunu atmazdı, daha doğrusu, İnam Atanın Doğusu
Atatürkün ürəyincə olardı. Habelə, Atatürkün atdığını İnam Ata da atardı.
Götürmək sorununda isə fərq olardı... Bu da Atalarımızın yaşadıqları çağlarla
bağlıdır.
***
Azərbaycanda İnam Ata (Asif Ata) üzərində islam yasağı var güzəştsiz. Bu —
türk özümlüyü və insan idrakı üzərindəki yasaqdır.
***
İnam Atanın kutsal əsərlərindəki “təkrarlamalar” (əslində təkrirlər) Onun
oxucusu üçün “namaz” virdləridir; Zaman, Şərait, Mühit, Gerçəklik; Cəmiyyət
— ağalıq, nökərlik, bəndəlik, təbəqəçilik; Hamılaşma, özgələşmə, dinçilik;
Maddiyyatçılıq, Cismaniyyatçılıq, Hakimiyyətçilik... şeytanlarına atılan
daşlardır.
***
İnamçılıqda (Asifçilikdə) Mütləq — yalnız insana aid anlayışdır. Dünya, Həyat
Mütləqə yüksəlirsə, yalnız insanın vasitəsiylə yüksəlir.
***
İnam Atadan sitat gətirmək istədim, bunun ona ortaq qoşmaq anlamına
gəldiyini görüb əl saxladım: Hər yetəndən sitat gətirilmirmi? Atada sitat
götürülməməli sözmü var?
***
İnam Atanı dinləmiş olan kəs atasız, inamsız sözə vurulmaz.
***
Asif Ata İnamçılığında “dünyasını dəyişmək” satqınlığı yoxdur.
_________________Milli Kitabxana
________________
25
***
Asif Atanın doğulduğu tarix: 1.1.1.
***
Birinci Müqəddəs Kitab — “Mütləqə İnam” Beşliyi — Asif Ata İnamının canı
— Tövratı, İncili, Quranıdır. Sonrakıların hamısı — Birinci Kitabın şüalarıdır.
***
Asif Ata Birdir, Bircədir, həmişəlikdir, İnam Ata Anlamıdır — Evladları,
Yükümlüləri özündə birləşdirən, mənalandıran, ölməzləşdirən — əbədi
ruhanilik, insanilik üfüqü.
***
İnam Atanın hər hansı bəzək taxılmış, boyaq yaxılmış üzü, gözü
xoşlamadığına, boyasızı boyalıdan üstün tutduğuna şübhəm yoxdur.
***
Atamız var olsun!
17 Xəzan 17-il — 29 Şölə 21-il.
“BİLİN Kİ, OLUN Kİ...”
(Haray)
Bir çəllək balıma bir çimdik kir qatdılar...
***
İslamın (Məhəmmədçiliyin) birinci sözü — Allahdır: Allah — Birdir, Ondan
başqa yaradıcı yoxdur, tapınaq yoxdur. Bu — İdrak yönlü sözdür, bunun
qabağında: “Bilin ki” sözünü yazmaq olar.
***
İnamın (Asifçiliyin) birinci sözü — İnsandır: İnsanlaşın — İnsanlaşdırın.
Bunun qabağında: “Olun ki” sözünü yazmaq olar. Olun ki — Oldurasınız.
***
Bu söz “İnam, İdrak, Mənəviyyat, İradə” sırasında Mənəviyyatı birinci yerə
çıxarır. Bütövlükdə İnamçılıq məntiqi də bunu deyir.
***
Həya, İsmət — Asif Atanın insana verdiyi tərifin — təyinin təsdiqidir.
***
Adam Mənəviyyatlı olanda İnsan olur; onun inamı, idrakı az da ola bilər, çox
da.
***
Məhəmməd büt — Allah çoxluğunda Allahsızlıq gördü, onu Bir elədi ki, Var
olsun (Allah).
***
Asif Ata adam çoxluğunda İnsan yoxluğu gördü, ona Ol (İnsan ol) dedi ki,
Olsun (İnsan).
Dostları ilə paylaş: |