Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə15/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   11   12   13   14   15   16   17   18   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



49

"Bişüur (Freydin kəşfi) XX əsrin ən böyük kəşfidir" (s.6) "Psixoanalizin banisi 

Freyd – sönməz günəşdir" (s.15) – bu da bizim İsmayılov Fərmanın ən böyük 

kəşfidir yəqin ki. 

*** 

N.Kopernik Yermərkəzçiliyi Göymərkəzçiliklə  əvəz eləyib;    Ç.Darvin  insan 



soyunun keçmişdə meymuna oxşadığını söyləyib; Freyd şüuru bişüurdan 

doğuzdurub (səh. 15). Çox əcəb! Niyə bəs bunlar "insana zərbə" sayılmalıdır? 

İnsanı öz gözündən, insanı insanın gözündən salmaq üçünmü?! 

 

*** 



Mən, bir insan olaraq, məni öz gözümdən salmaq istəyən zərbələrin hamısını 

boş  şey sayıram, yuxugətirici gurultu-guppultu sayıram; məni öz gözümdə, 

başqasını (insanı) mənim gözümdə ucaldan kəşflərdən fərəh duyuram. 

Birhüceyrəlidən tutmuş Allaha qədər hər kəsin insan üzərində iddiasını  rədd 

edirəm. 

*** 


"Gənc Freydin siyasi idealı elitanın diktaturasına nail olmaq idi" (s.15). Mən, 

Psixoanaliz metoduna söykənərək, bu qərara gəlirəm ki, çuvaldakı cidalardan 

biri budur. 

*** 


İkincisi bu: "O, hələ  gənc yaşlarından siyasətçi olmağı arzu edirdi. Onun bu 

arzusu boşa çıxdı, çünki o zamanlar Freydin yaşadığı Avstriya-Macarıstan 

imperiyasının qanunları  yəhudilərə siyasi elmlərlə  məşğul olmağı qadağan 

edirdi" (s. 14). Freydsə özünün yəhudi mənşəli olduğunu gizlətmirdi (s.13). 

*** 

Ona görə  də Freydin yaratdığı baxış (nəzəriyyə) "bəşəri mövcudluğun lap 



sütunlarını  sarsıdır, adət-ənənələrə, sosial normalara, epoxanın dünyagörüşü və 

vicdanına, onun heysiyyətinə toxunur; ...tarixə  və  mədəniyyətə,  əxlaqa və 

mənəviyyata, həyat tərzi və dünyagörüşə qarşı meydan oxuyur" (s.13). Və bir 

də, bax: Safruh. Oğuz yönü, səh. 132 – "Freydçilik" harayının birinci deyimi. 

*** 

"Qərbdə çoxluq psixoanalizi tilsim sayır, onu İsa apostollarının Müjdələrindən 



üstün tutur" (s.34). Utanım içisəhra Batı'nın yerinə! Özlərinin duyuq düşüb 

səbəbini (və xilasını) başqa yerdə axtardıqları "Batı'nın çöküşü" məhz budur. 

Bunun adı: Bəşərin təcrübəsinə arxa çevirmək; filan Ağzıgöyçəyə qədər bəşərin 

çörəyi qulağına yemiş olduğunu düşünməkdir. 

*** 

"Bəşər tarixi zərurətdən azadlığa doğru inkişaf tarixidir" (s.66). Mən də ölürəm 



azadlıqçün, ancaq ədəbsizliyi,  əxlaqsızlığı – heyvana bənzərliyi  ən dözülməz, 

ən qara dustaqlıq sayıram! Aşağıdakı anlamda: 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



50

Mən Meymunların üzünə baxanda az qalıram ağlımı itirəm – onların insan 

olmasınacan keçəsi zamanın uzunluğundan: Bu nə vaxta qədər bunca bizimkinə 

bənzər üz-gözlə baxacaq, ancaq danışmayacaq, qanmayacaq?! 

 

 

*** 



"...Bişüur nədir?" sualına cavab verməkdə çətinlik çəkdiyini Freyd gizlətmirdi". 

O deyirdi psixoanalitik bişüurun nə olduğunu deyə bilməz – yalnız onun 

təzahür yerini göstərə bilər (s. 70). İndi burada "bişüur" sözünü "Allah" sözü 

ilə, "Freyd"i  "Müsəlman"la əvəz eləyək... 

*** 

"...Bişüurda nizampərvərlik, haqq, ədalət, məntiq, ağılabatanlıq,  əxlaq, 



mənəviyyat axtarmaq əbəsdir" (s. 72). 

*** 


"Bişüur – insanlaşmış  təbiətdir; xalis xaosdur; məntiqdən, zamandan, 

məsuliyyətdən, eyibdən və s. kənardadır; bişüurun iş prinsipi – zövqdür, 

həzzdir. Bu prinsip – heyvanların fəaliyyət prinsipi, onların həyat tərzinin 

əsasında dayanan bir tələbdir" (s. 85, 87). 

*** 

Hətta onun öyücüləri ("apologetləri") belə, deyirlər: "Bu prinsipi psixi 



fəaliyyətin, qeyri-şüurinin  əsasına qoymaqla, bişüuru  şüura qarşı qoymaqla 

Freyd insanı biolojiləşdirirdi" (s. 88); Freyd – panseksualist idi (s. 214)... 

"Sönməz günəş" beləmi olur?! 

*** 


"Seksuallıqda isə söhbət məhəbbət obyektinə sahib olmaqdan, eşq alovunu 

söndürməkdən gedir" (s. 108) – hətta eyni cinslər arasında da. 

*** 

Freyddə və Freydçilikdə "eşq", "məhəbbət" sözləri yalnız (və yalnız!) "dalaf", 



"kürşək", "qoça (buğaya)" gəlmək kimi anlamlar daşıyır. Misal üçün, düyə 

buğa'ya gəlirsə, Freydçiliyə görə, onlar bir-birinə öz məhəbbətlərini izhar 

eləyirlər.  İnsanlar da tamamilə bu qaydaya çağırılırlar. (Mən boyaları 

tündləşdirmirəm). 

*** 

İnsanı heyvandan əmələ  gətirən (s.88), seksuallığı (cinsi istək düşkünlüyünü) 



onun Allahı sayan, onun bişüurla idarə olunduğunu vurğulayan Freyd – bişüuru 

şüurla əvəz etmək istəyirmiş... 

*** 

Necə, nə sayaq? Bişüuru "şüurla xəstələndirən", xəstələndirib  şüura çevirən 



aşağıdakı nevroz törədicilərini məhv etməklə: Din, İnam, Mənəviyyat,  Əxlaq, 

Mədəniyyət, Həya, Müqəddəslik, Vicdan, Sənət, Ailə,  Ədəb-Ərkan, Böyük-

Kiçik, Olar-Olmaz, Ordu, Yurd, Ulus... 



_________________Milli Kitabxana

________________ 

 

 



51

*** 


Beləliklə, daloy Ata, Ana, Bala, Baba, Nənə – Ailə Müqəddəsliyi! Daloy 

Ülvilik, daloy Məcnun, Yunus, Füzuli, Səməd! Daloy Cabbar, Qədir, Xan əmi 

– daloy Muğam! Daloy Abbas, Alı,  Ələsgər,  Şəmşir – daloy Saz! Daloy 

Peyğəmbərlər,  İmamlar, Fədakarlar!  İsa, Pavel, Nəsimi, Ruzbeh daloy! Siz 

cinsi istək obyekti axtarıb, tapmayıb öz nevrozlarınızı yalançı müqəddəslik, 

ruhanilik, ülvilik, fədakarlıq, sənətkarlıq adı ilə sovuşduranlarsınız!.. 

*** 

Psixoanalitiklər bişüuru  şüura çevirdikdən sonra da o (bişüur) istədiyini 



eləyəcək, ancaq indi tam dolğunluğu ilə  və elmi surətdə, rasionalcasına; daha 

Din, İnam, Sənət, Müqəddəslik, Mənəviyyat, Əxlaq, Utancaqlıq, Ədəb-Ərkan, 

Namus-Qeyrət, Həya-İsmət kimi riyakarlıqlara əl atmadan. 

*** 


Cəmiyyətin həqiqəti – riyakardır – ləğv olunur; onu təbiətin həqiqəti əvəz eləyir 

– instinktlər! Harada haran gicişir – orada oranı qaşı, qaşıt! Beləliklə, sağlam və 

xoşbəxt olacaqsan!.. 

*** 


Təbiətdə isə nə sağlam var, nə xəstə; mikrob da, kir də, kif də, istənilən xəstəlik 

törədicisi də təbiətdir, təbiidir. Təbiət üçün nə xoşbəxt var, nə bədbəxt. 

*** 

Psixoanaliz bu yolla bəşəri sağlam və xoşbəxt eləməyi möhkəm məqsəd qoyub 



qarşısına. Utanc, həya duyğuları tamamilə  bəşərdışı elan edilir. Elə beləcə  də 

yazılır: "Heyvanlar kimi yaşasın" (s. 74). 

*** 

"Freyd bəzəksiz – düzəksiz, birmənalı şəkildə bildirdi ki, insan dünyadan zövq 



almaq üçün yaşayır; o, "yorulmaq bilmədən zövq axtaran məxluqdur... Freydin 

insan konsepsiyasının mahiyyəti bu ifadədə öz həllini tapmışdır" (s. 189). Çox 

yaxşı! Bundan aydın deyə bilməzdin. Bu isə  "İnsan – düşünən heyvandır" 

deyənlərə qarşı, "İnsan – duyğusal heyvandır" demək anlamına gəlir və insanı 

öncəkindən bir pillə daha aşağıya salır. 

*** 


Bunun ardınca: "İnsan ilkin (ibtidai, vəhşi) istəklərin hakimiyyəti altında olan 

zəif intellektli məxluqdur" (s. 190). Bu kimi deyimlərdən goreşənlik qoxusu 

gəlir: bəşərin İnsanlıq qalasının özüllərini qazımaq, onu yıxmaq, pozmaq, araya 

çaşqınlıq salmaq; dəlini yelləndirib əlinə bel vermək... 

*** 

Bəşərin  İnsanlıq qalasının sütunları, dayaqları olan Din, İnam, Müqəddəslik, 



Peyğəmbərlik, Atalıq, Analıq, Ailə, Yurd, Ulus, Dövlət,  Əxlaq, Mənəviyyat, 

Mədəniyyət, Sənət,  Ədəb-Ərkan, Adət-Ənənə,  İsmət, Həya, hətta Hüquq 

normaları bu məqsədlə baltalanır. Mən bunun niyəsini yuxarıda "Çuvaldakı 

cidalar" obrazı ilə açdım. 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə