Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə8/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   4   5   6   7   8   9   10   11   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



26

*** 


...”Bilin ki” deyənin özü — bilmirdi, 

“Olun ki” deyənin özü olmuşdu. 

*** 

Atamız var olsun! 

 

1 Qürub ayı, 21-il. 

 

 

QORXURAM 



(Cikkəli haray) 

 

Nə ömrüm tam boy verdi, nə sevgim bu dünyada. 

*** 

Həyat insanın boyu üçün balacadır; adam insanın boyu üçün balacadır. 



*** 

Yaxşısı budur, həyatın da ülgüsünü sevəsən, adamın da. Ülgüsünü — yəni 

ideyasını, idealını — sevəsən, özünü yox: — özü aldadır, aldada bilir, 

aldatmaya bilmir; ömrə çatmır onların uzunluğu. 

*** 

Asif Ata kimi fərəhli, yenilməz idrak döyüşçüsü görmədim, Safruh kimi qəlbçi. 



*** 

Qorxuram Asifçilik də qalib gələ, insanilik qalib gəlməyə; qorxuram türkçülük 

də qalib gələ, insanilik qalib gəlməyə... 

*** 


Tələbdə kütləvi uğurçuluq önə çıxsa, belə də olacaq. 

*** 


...Qorxuram insanilik insanın gözündən düşsün... 

 

*** 



Qorxuram! Adamın əcdadından qorxuram. Ölməyib o hələ. 

*** 


Bəşər içindəki milyonlarca, milyardlarca və Asif Ata Ocağı içindəki onlarca 

üzü insan, içi adam güruhuna qarşı insanilik, tam insanilik, insan ülgüsündən 

yalnız Axilles dabanı ilə  kəm olan insanilik halı yaranmalı, göz bəbəyi kimi 

qorunmalıdır. 

*** 

Asif Atada gördüklərimin hamısı İnam Atada var, bir az da artıq. 



*** 

İnam Atada gördüklərimin bir neçəsi Asif Atada yox idi: Geniş  səbrlilik, 

acıqsızlıq, dost itirə bilməmək... 

*** 




_________________Milli Kitabxana

________________ 

 

 



27

Bununla belə: Asif Ata — İnam Ata üçün ən uğurlu prototip idi, bu adı yalnız 

O daşıya bilər.    

*** 

Asif Ata ilə İnam Ata arasına girəsi bir kəs görmədim, təsəvvür eləmədim. 



*** 

Səbrlisi, acıqsızı, dost itirə bilməyəni gələrdi — nə biləsən nə elərdi?! 

*** 

20 illik Ocaq gerçəkliyində Safruhla Asif Ata arasına girə biləsi bir kəs olmadı. 



Belələrini Ata Öz Ocağına çağırdısa da, onlar gəlmədilər. 

*** 


Bu sözləri sırf insanilik mövqeyindən deyirəm: Üstdən aşağı baxanda: İnam 

Ata — Asif Ata — Safruh (Ocaq gerçəkliyində); Aşağıdan yuxarı baxanda: 

Safruh — Asif Ata — İnam Ata... 

*** 


Atamız var olsun! 

 

10 Qürub ayı 21-il. 

 

BİRCƏ 

(İçsəs) 

 

Asif Atanın Mütləqə  İnam Ocağı ardıcıl, aramsız öz təməli üzərində elə 



yaşamalıdır ki, gələcəkdə ona təməlçilik qiyamları gərəkməsin. 

*** 


Say Birdir. Birdən o yana keçəndə həyatın insana zidliyi başlayır. 

*** 


Hətta sevgi də aşağı keyfiyyətdir. Sevginin üzünü ağardan. 

*** 


 O Biri axtarmaq yanğısıdır. Sevgi — Birin, Bircənin Özü deyil, Birinci deyil, 

törəmədir. 

*** 

Bircələr pozuntuya uğrayanda qopmuşdur Sevginin harayı. 



*** 

Kişinin Bircə arvadı, Bircə oğlu, Bircə qızı olmalıdır. 

*** 

Bircə yaxşıdır, hər  şey Bircə! Yurd Bircə, Ulus Bircə, Dünya Bircə, Ömür 



Bircə, Yol Bircə!.. 

*** 


Ən yenilməzi yenmək olar, ən usta taktikanı pozmaq olar; bapbalaca Bir haqq 

isə — yenilməz və pozulmazdır. 

*** 

Ağlın Bir Dəli Çağı var — onun ən yüksək məqamı. Peyğəmbərləri də O verir, 



ən uca sənət əsərlərini də. 


_________________Milli Kitabxana

________________ 

 

 



28

*** 


Bunsuz ağıl tacsız şaha bənzəyir. 

*** 


Yar da buna yarar gərək!.. 

*** 


Atamız var olsun! 

 

8 Qürub ayı 21-il. 



 

 

 

DİNÇİ  QARDAŞIMA  MƏKTUB 

və ya 

İNAMÇININ  DİNÇİYƏ  MƏKTUBU 

(İçsəs) 

 

Dinçilikdən, məsələn, müsəlmanlıqdan gəlib İnamçı olmaq olar və bu, Dinçinin 



xeyrinə olar, yəni bu — onun yüksəlməsi olar. 

*** 


Buna mütləq inamım, bunu mütləq dərkim olmasaydı, belə deməzdim. 

*** 


“Dini” deyilən dəyər “İnami”  dəyərdən yüksək olsaydı, inama yox, dinə 

çağırardım. 

*** 

Görürsənmi, mənim Dinçi qardaşım! Sən məndə dinçi tapmırsan, mənsə Səndə 



insan tapıram və Sən buna “yox” deyə bilmirsən. 

*** 


Qardaşım İnsan! Sən müsəlmansan, ya da başqa bir dinin mənsubusan. Mən isə 

İnama mənsub deyiləm, İnam mənə mənsubdur. 

 

*** 


Sən Allaha inanırsan, mən Sənə inanıram. Sən mənim Sənə olan inamıma layiq 

deyilsənsə, Sənin Allaha inanmağının Allah yanında dəyəri olmaz. 

*** 

Mənim inamım insandan Ucaya yox, insanın Ucalığınadır. 



*** 

İnamda insan özünün Ucalığına can atır ki, ona çatsın. Dinin məntiqinə görə 

isə, Sənin öz tapınağına yaxınlaşmaq cəhdinin özü — küfrdür. 

*** 


İnsanın Ucalığı özündədir; Sən isə  “İnsandan Ucaya” tapınırsan və o Uca — 

insandan kənardadır. Deməli, Sən tapınağına can atdıqca özündən uzaqlaşırsan, 

məndən uzaqlaşırsan. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



29

Mənim tapınağımsa — elə Sənsən, elə Səndədir; mən öz yolumla getdikcə, həm 

də Sənə yaxınlaşıram. 

*** 


Hansı dindən olursan-ol, mənim Dinçi qardaşım, mən inanıram ki, Sənin 

Vicdanın (Sənin qəlbin) dindəki cəhənnəm vəhşəti kimi əbədi dəhşəti nəinki öz 

həmcinsinə, heç ilana, əqrəbə də rəva görməz. 

*** 


Mənim Dinçi qardaşım! Biz insanlıqda birik. Gəlsənə, ixtiyarımızı — iradəmizi 

“ictimaiyyətin”  əlindən alaq, özümüz özümüzə yiyə olaq və o Birliyə doğru 

gedək?! 

*** 


İnamçılıqdan gedib Dinçi olmaq — ciddi söhbət mövzusu deyil. Onu bir qırağa 

qoyaq, çünki mən Səndəki İnsana inanmaya bilmərəm. 

*** 

Çözülməli olan çözülməli, qaranlıq olana aydınlıq gətirilməlidir. 



 

*** 


Atamız var olsun! 

28 Xəzan 22-il. 

 

 

BÖYÜK  və  BALACA 



(İçsəs) 

 

Böyük (Allah) heç kəslə  tərəziyə girmir; bu, onun Böyüklük haytasından, 



iddiasından yox, Böyüklüyündəndir. Deməli: 

*** 


Kimlərləsə tərəziyə girməmək — Böyüklük göstərgəsidir, girmək — Balacalıq 

göstərgəsi. 

*** 

Allah üçün “Böyük İnsan”, “Balaca insan” yoxdur, yalnız insan var və o, — 



Böyükdür. Mütləq Böyüyün Adıdır — Allah. 

*** 


“Balacaya görə Böyüklük” nisbi Böyüklükdür; Asif Ata da həmişə deyərdi: 

“Nisbi Böyüklük — Balacalıqdır”. 

*** 

Hər şeyi bilən, bacaran Allah — Balacadır, çünki bu cür Böyüklük — Bilikdən



Bacarıqdan asılıdır, nisbidir. 

*** 


Böyük hamıda (hər kəsdə) özünü görür, Balaca yalnız “Böyüklərdə” özünü 

“görür”. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə